MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə16/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   12   13   14   15   16   17   18   19   ...   157

_____________________________________________ 

50

ciddi tənqid etdim və  bəyan etdim ki,  biz yeni təkliflər 



gözləyirik. 

Sentyabrın  əvvəlində Rusiyanın xarici işlər naziri 

Azərbaycana gəlmişdi. Onunla görüşümüzdə də bu məsələni çox 

geniş müzakirə etdik və onlardan da, yəni Minsk qrupunun 

həmsədrlərindən biri kimi, Rusiyadan çox böyük narazılığımız 

olduğunu ona bildirdim. Bir də qeyd edirəm ki, son bir ildə 

ATƏT-in Minsk qrupu dcmək olar, fəaliyyətsizdir. Bunu onunla 

izah etməyə çalışırlar ki, guya Ermənistan və Azərbaycan 

prezidentləri birbaşa görüşdüklərinə görə bu qrup öz fəaliyyətini 

dayandırıb və gözləyirlər ki, bu görüşlərin nəticəsi nə olacaqdır. 

Мən bu gün də belə fikirdəyəm ki, biz bir neçə istiqamətdə 

fəaliyyət göstərməliyik. Ermənistan və Azərbaycan 

prezidentlərinin görüşləri Minsk qrupunun fəaliyyətini 

dayandırmamalıdır.  Əksinə, hesab edirəm ki, bu görüşlər də 

olmalıdır, Minsk qrupu da öz fəaliyyətini davam etdirməlidir və 

biz başqa vasitələrdən də istifadə etməliyik.  Мən ATƏT-in 

sədrindən xahiş etdim ki, Minsk qrupu tezliklə öz yeni 

təkliflərini versin. Biz bu təklifləri gözləyirik. Bu baxımdan -

yəni о mənada ki, biz bütün vasitələrdən istifadə etməliyik, bir 

çox istiqamətlərdə fəaliyyət göstərməliyik, - bu baxımdan xanım 

Olbraytın təşəbbüsü, Nyu-Yorkda Azərbaycanın və 

Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirmək istəməsi və 

bununla əlaqədar mənə göndərdiyi məktubda şərh etdiyi fikirlər, 

hesab edirəm ki, çox əhəmiyyətlidir. Ona görə  də  mən bu gün 

yola düşmüş Azərbaycanın xarici işlər naziri Zülfüqarova lazımi 

göstərişlər vermişəm və o, bu məktubun məzmununu da bilir. 

Hesab edirəm ki, orada, Amerika Birləşmiş  Ştatlarında 

Azərbaycan çalışacaq ki, xanım Olbraytla çox səmərəli 

əməkdaşlıq etsin. Təşəkkür edirəm. 

Stenli Eskudero:  Cənab prezident, Siz də sağ olun. Çox 

şadam və məmnunam ki, Siz məktubun məzmunu ilə 

  

 

 




_____________________________________________ 

51

 



nazir Zülfüqarovu da tanış etmisiniz. Elə bilirəm ki, bu, 

Vaşinqtonda görüşün uğurla keçməsinə öz töhfəsini verəcəkdir. 

Çox sağ olun, cənab prezident. 

Heydər  Əliyev: Sözümün axırında bir də bildirmək 

istəyirəm, - xahiş edirəm, hörmətli xanım Olbrayta çatdırasınız 

ki, biz məsələnin sülh yolu ilə həll olunması üçün indi daha da 

sürətli tədbirlər həyata keçirmək əzmindəyik. 

Doğrudur, Ermənistan prezidenti Robert Koçaryanla mənim 

son görüşlərim Azərbaycanda bəzi təbəqələrdə birmənalı  qəbul 

edilməyibdir. Bəziləri isə buna çox kəskin etirazla çıxış edirlər. 

Bəzi müxalifət qüvvələri isə artıq məsələnin həll edilməsinin 

mümkün olduğunu hiss edərək, sadəcə, aranı qarışdırmaq 

istəyirlər, Qarabağın azad olunması haqqında yürüşlər təşkil 

etmək istəyirlər, mitinq keçirmək istəyirlər. Halbuki onlara 

aydındır ki, Azərbaycanın dövləti, hökuməti və şəxsən prezident 

bu məsələlərlə demək olar ki, hər gün məşğul olur. 

Hesab edirəm ki, biz indiyə  qədər həm Minsk qrupunun 

böyük köməyi ilə, həm də Minsk qrupu həmsədrlərinin köməyi 

ilə,  о cümlədən xüsusən Amerika Birləşmiş  Ştatlarının köməyi 

ilə xeyli iş görmüşük. Doğrudur, məsələ indiyə  qədər həll 

olunmaybdır. Bunun da səbəbləri vardır. Ancaq məsələnin həll 

edilməsi üçün çox işlər görülüb və biz mərhələyə xeyli 

yaxınlaşmışıq. Bizim bu tədbirlərimizin  əleyhinə  çıxan, yaxud 

da mitinqlər, nə bilim, yüruşlər keçirmək istəyən adamlar, 

sadəcə, hiss edirlər ki, biz məsələni həll edə bilərik. Onlar buna 

mane olmağa çalışırlar. Onlar da bilməlidir, hamı da bilməlidir 

ki, Azərbaycanın həyatı üçün ən vacib, ən  əsas səbəb olan 

Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi dövlətin 

üzərinə düşübdür və buna dövlət məsuliyyət daşıyır. Heç bir 

siyasi partiya, yaxud ictimai təşkilat, yaxud da ki, hansısa bir 

qrup bu məsələnin həll edilməsində heç bir məsuliyyət daşımır. 

Biz məsuliyyəti öz üzərimizə götürmüşük 



_____________________________________________ 

52

 



və bu məsuliyyəti dərk edirik. Bu məsuliyyəti dərk edərək də 

məsələni həll etməyə çalışırıq. 

Mən dəfələrlə  bəyan etmişəm və bu gün də bildirmək 

istəyirəm ki, əgər kimsə bizim bu gördüyümüz işlərdən  əlavə 

görülə biləcək işlər haqqında konkret təkliflər irəli sürə bilərsə, 

biz onu məmnuniyyətlə qəbul edərik və həmin adamlarla, yaxud 

qüvvələrlə  məmnuniyyətlə  əməkdaşlıq edərik. Amma cürbəcür 

qəzet məqalələrində, yaxud da küçələrdə, başqa yerlərdə heç bir 

məzmunu, mənası olmayan sözlərlə özlərini Qarabağ 

məsələsinin həll olunmasına daha da maraqlı hesab edənlər, heç 

bir təklifi, heç bir fikri olmayan adamlar, sadəcə, bizim işimizə 

mane olmaq istəyirlər.  Şübhəsiz ki, biz bunlara yol 

verməyəcəyik. Ancaq biz hər bir dəyərli, səmərəli təklifi qəbul 

etməyə hazırıq. 

Milli Məclisin payız sessiyasında - oktyabrın 1-dən sessiya 

işə başlayır, - xarici işlər naziri Amerika Birləşmiş Ştatlarından 

geri dönəndən sonra görülən işlər haqqında Milli Məclis üçün 

geniş  məlumatla çıxış edəcəkdir. Milli Məclisin üzvləri həm 

bilmədikləri şeyləri araşdıra bilərlər, həm də öz təkliflərini verə 

bilərlər. Eyni zamanda, kim istəyirsə, - fərqi yoxdur ki, o, Milli 

Məclisin üzvüdür, ya üzvü deyil, - əgər prezidentə göndərmək 

istəmirlərsə Milli Məclisə, prezidentə bu barədə öz təkliflərini 

göndərə bilərlər.  Əgər bu təkliflərin içərisində bizim üçün 

faydalı bir faiz də bir şey olsa, mən buna sevinəcəyəm. 

Bu mənada xanım Olbraytın məktubunda bir fikir məni çox 

sevindirdi. Xanım Olbrayt yazır ki, əgər bu proses inkişaf edərsə 

və münaqişənin həll olunması  məsələsində  həlledilmə prosesi 

reallaşarsa, onda Amerika Birləşmiş Ştatları həm Azərbaycanda, 

Ermənistanda bunun üçün lazımi mühit yaranmasına öz səylərini 

göstərəcək, həm də beynəlxalq aləmdə öz səylərini 

göstərəcəkdir. Bu fikirlər, bu təkliflər bizim üçün çox 

əhəmiyyətlidir, vacibdir. Əvvəlcədən deyə 

  

 

 




Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə