MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə22/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   18   19   20   21   22   23   24   25   ...   157

_____________________________________________ 

69

 



Heydər  Əliуеу: Bütün nəqliyyata. Yeri gəlmişkən

deməliyəm ki, Sovetlər  İttifaqında dəmir yolu ən mürəkkəb 

sahələrdən biri və dünyada ən uzun dəmir yolu idi. Ən uzun  

orada problem olduqca çox idi. Lap çox idi. 

Rusiyanın yanacaq və energetika naziri Viktor İvanoviç 

Kalyujnı  “Əsrin müqaviləsi”nin beşilliyi ilə  əlaqədar bu 

yaxınlarda burada oldu. Мən onu ilk dəfə idi görürdüm. Demə, 

həmin illərdə o, Tomskda işləyirmiş. O, Əliyevin necə selektor 

müşavirələri keçirdiyini xatırladı. Amma çoxları selektor 

müşavirəsinin nə olduğunu yəqin ki, bilmir. 

Bu  о deməkdir ki, Sovetlər  İttifaqının bütün nöqtələri radio 

ilə qoşulur, hər bir nöqtəyə vilayətin, şəhərin, rayonun dəmir yol 

nəqliyyatının rəhbərləri, yolların, sahələrin rəisləri toplaşırlar. 

Vəziyyət araşdırılır, məsələn, Kemerovo dəmir yolunun rəisinə 

söz veririk, o, bir məlumat verir. Məndə isə başqa material var, 

mən suallar verir, tənqid edirəm və s. Ümumiyyətlə, bu, maraqlı 

prosesdir. Bunun nə demək olduğunu  əvvəllər mən özüm də 

bilmirdim. 

Budur, Kalyujnı deyir ki, həmin selektor müşavirələri 

indiyədək yadımızdadır. Biləndə ki, səhər saat 9-da müşavirə 

olacaq, hamı bunu gərginlik içində gözləyirdi - nə olacaq, necə 

olacaqdır? Bəzən kimisə işdən çıxarmaq, kimisə cəzalandırmaq 

lazım gəlirdi. Bir sözlə, dəmir yol nəqliyyatı çox nəhəng idi. 

Dəniz nəqliyyatı, hava, çay, avtomobil nəqliyyatı da böyük idi. 

Bu, nəqliyyat kompleksidir. Digərləri bütün mədəniyyət, 

təhsil kompleksi idi. О vaxtlar üç Təhsil Nazirliyi vardı - ali 

təhsil, maarif və texniki peşə  təhsili nazirlikbri. Sonra elm, 

səhiyyə - burada da Səhiyyə Nazirliyi və Tibb Sənayesi 

Nazırliyi vardı. Yüngül sənaye, Xalq istehlakı malları istehsalı. 

Sovetlər  İttifaqının Yüngül Sənaye Nazirliyi ən böyük nazırlik 

idi. Xalq istehlakı malları istehsal edənlər isə müxtəlif sahələrə  

aid  idilər.  Ticarət Nazirliyi  və  digər  bütün  baş 

  

 

 




_____________________________________________ 

70

 



idarələr, özü də onların hamısı xaraktercə müxtəlif idi. SSRİ 

Nazirlər Sovetinin tarixində hələ heç vaxt elə olmamışdı ki, bir 

nəfər bu qədər yük çəksin. 

Vaqif Mustafayev:  Cənab prezident, ona görə  də yenə 

demək istəyirəm ki, bu materialdan istifadə etmək çox çətin idi. 

Bir о qədər, bəlkə də daha çox material hələ qalmışdır. Əlbəttə, 

biz Sizin iştirakınızla heç olmasa daha iki seriya hazırlamaq 

istəyirik, bütünlükdə isə 12 seriyalı  sənədli film yaratmaq 

fikrindəyik. Lakin bunlar da Sizin gördüyünüz işlərin ancaq bir 

hissəsini  əhatə edəcək, hamısı olmayacaqdır. Ona görə ki, 

Türkiyədə  Dəmirəl danışmışdır, Doğramacı danışmışdır, bu 

məqamlar da qalilədır. 

Nə demək istəyirəm? Mən 1982-ci ildə Moskvada kurslara 

daxil oldum. Direktorumuz Kokareva idi. O, əvvəllər SSRİ 

Dövlət Kinematoqrafıya Komitəsinin baş redaktoru olmuşdu. 

Kurslarda oxuyan uşaqlar isə  qətiyyən heç nəyi bəyənmirdilər, 

elə bir film olmurdu ki, hamımızın xoşuna gəlsin. Heç kimi, heç 

bir rəhbərliyi tanımırdıq. Bir dəfə  mən məşğələyə  gələndə 

müəllim dedi - hamı ayağa qalxsın. Mən soruşdum ki, onlar nə 

üçün ayağa qalxıblar? Direktor dedi -Vaqif Mustafayev, Heydər 

Əliyeviçin Moskvada olması münasibətilə sizi təbrik edirik. Heç 

bilmirdim özümü necə aparım, onlar isə ayaq üstə qalmışdılar. 

Onların hamısı institutu bitirdikdən sonra gəlmişdilər - biri 

Minskdən, digəri Bolqarıstandan, Kaydanovski... Mən 

yanlarından ötüb dedim - əyləşin, əyləşin. Bu, çox xoş idi. 

Sizin haqqınızda film çəkmək ideyasının nə vaxt 

yaranmasından danışım. Qərilbə olsa da, Sizə qarşı qara-qışqırıq 

saldıqları, ayaqlarını  уегə döydükləri, danışmağınıza maneçilik 

törətdikləri və s. Həmin sessiyanı görəndə  məndə elə bir hiss 

vardı ki, az qalırdı televizora girim. Başa düşürdüm ki, artıq 

onların hamısı uduzubdur. Mən Rəfael müəllimə demişəm ki, 

Sizin natiqlik məharətiniz haqqında film çəkəcək 

  

 



 


_____________________________________________ 

71

 



lazımdır. Ona görə ki, Siz orada mikrofona yaxınlaşaraq eyni bir 

cümləni iki dəfə  təkrar edirsiniz, bundan sonra salondakılar 

bilmirlər ki, özlərini necə aparsınlar. Bu, komissiya yaradılması 

təklif ediləndə olmuşdu. Siz soruşdunuz - hansı komissiyanı 

yaratmaq istəyirsiniz? Kiçik bir pauzadan sonra bir daha 

soruşdunuz - hansı komissiyanı yaratmaq istəyirsiniz? 

Vəssalam. Bu, əslində 15 söz deməyə bərabər idi. 

Mən bu salona baxırdım - axı  mən montaj edirəm, bütün 

bunların hamısını iri planda görürəm, - Siz eyni bir cümləni 

təkrar etməklə bütün salonu karıxdırdınız. Sizin haqqınızda film 

çəkmək fikri bax, onda ağlıma gəldi. Çünki başa düşdüm ki, 

Azərbaycan xalqının... Əvvəllər necə olurdu? Məsələn, 60-70-ci 

illərdə hər evdə divardan Heminqueyin, Mayakovskinin, Blokun 

və başqalarının portreti asılırdı. Yəni, biz qəhrəmanları kənarda 

axtarırdıq. Мən isə hesab edirəm ki, - elə görünməsin, təmtəraqlı 

sözlər söyləyirəm, yox, mən normal sözlər deyirəm, - 

övladlarımız xoşbəxtdir və gələcək nəsillər xoşbəxt olacaqlar ki, 

onların öz qəhrəmanı var. Düzünü deyirəm. Мən belə adamam, 

hamı  məni tanıyır, heç vaxt nəyinsə xatirinə yalan danışan 

deyiləm. Həyatımda hələ elə bir hal olmayıb ki, mən 

rəhbərlərdən hər hansı biri haqqında danışım. 

Heydər Əliyev: Sağ ol. 

Vaqif Mustafayev: Siz sağ olun, cənab prezident. 

Heydər  Əliyev:  Çəkdiyiniz  əməyə görə sağ olun, bu işə 

səmimi, ürəkdən yanaşdığınıza görə sağ olun. Sizin axırda 

dediklərinizi başa düşürəm. Belə olmasaydı, sizə bu qədər 

sifarişlər verilməzdi. Öz duyğularımz və öz fikriniz olmasaydı, 

sız heç nə edə bilməzdiniz. Yeri gəlmişkən, belə bir film 

olduğunu, - axı mən bunu qətiyyən bilmir və təsəvvür etmirdim, 

- mənə deyəndə, Allahverdiyev məndən bu filmə baxmağa 

dəfələrlə xahiş edəndə dedim ki, mənim baxmağım nəуə 

gərəkdir,  nə  çəkmisinizsə,  onu  da  göstərin,  mən  ki  ona 

  

 



 


Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə