MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə17/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   13   14   15   16   17   18   19   20   ...   157

_____________________________________________ 

53

 



bilərəm ki, bizim buna ehtiyacımız var və bu, bizə lazım 

olacaqdır. Çünki 12 il davam edən münaqişənin həll olunma 

prosesi heç də asan keçməyəcəkdir. Müxtəlif xarici və daxili 

qüvvələr Azərbaycanı daim belə  vəziyyətdə qoymaq üçün, 

Ermənistanla Azərbaycan arasında sülh yaranmasına mane 

olmaq üçün, şübhəsiz ki, öz imkanlarından çox güclü istifadə 

edəcəklər. Ona görə  də biz bu sahədə çox sıx  əməkdaşlıq 

edəcəyik. 

Məktuba görə bir daha təşəkkür edirəm. Hesab edirəm ki, 

bizim əməkdaşlığımız indi sürətlənibdir. 



Stenli Eskudero:  Cənab prezident, həqiqətən belədir. Elə 

bilirəm ki, məktub da bunu təsdiqləyir. Sağ olun. 



H e у d ə r Ə l i у е v: Sağ olun. 

  



_____________________________________________ 

54

 



 

 

 

GÜRCÜSTAN KİNEMATOQRAFÇILAR  

İTTİFAQININ KATİBİ, KİNOOPERATOR  

LOMER AXVLEDİANİ İLƏ  

GÖRÜŞDƏ SÖHBƏTİ 

 

Prezident sarayı 



 

27 sentyabr 1999-cu il 

 

Heydər  Əliyev: Lomer Bidzinoviç, sizi Azərbaycanda 

salamlayıram. 

Azərbaycanla Gürcüstan arasında,  о cümlədən də incəsənət, 

mədəniyyət sahəsində inkişaf edən və genişlənən əlaqələrin çox 

böyük  əhəmiyyəti var. Buna görə  də Gürcüstanın mədəniyyət 

nümayəndələrinin Azərbaycanda, eləcə  də Azərbaycanın 

mədəniyyət nümayəndələrinin Gürcüstanda hər bir görüşü 

münasibətlərimizin inkişaf etməsi və möhkəmlənməsi işinə 

müəyyən töhfədir. 

Mənə dedilər ki, siz bir neçə gündür buradasınız. Mən buna, 

eləcə də bu gün sizinlə görüşmək imkanım olmasına çox şadam. 



Lomer Axvlediani: Sizinlə görüşmək, habelə çox mühüm 

əsər üzərində  işləmək üçün buraya dəvət edilməyim məndən 

ötrü böyük şərəfdir. 

Demək istəyirəm ki, təxminən on beş  dəqiqə  əvvəl, biz 

buraya gələndə yanında uşaq olan ziyalı bir xanım rejissor Vaqif 

Mustafayevə yaxınlaşdı  və onunla hərarətlə danışmağa başladı. 

Мən Azərbaycan dilini, təəssüflər olsun, hələlik bilmirəm, lakin 

bir müddətdən sonra biləcəyəm.  О xanım onunla çox həvəslə, 

maraqla danışdı, sonra da sağollaşıb 

  

 




_____________________________________________ 

55

 



getdi, Vaqif onun dediklərini mənə  tərcümə etdi. О xanım ona 

“Heydər Əliyev” filminə görə çox sağ olun deyib soruşdu: Bəs 

nə üçün filmin davamı yoxdur? Əlbəttə, Vaqif söz verdi ki, 

filmin davamı olacaqdır. 

Klassik variantda, adətən, belə olur: Varislik və irsilik atadan 

oğula keçir. Məndə isə əksinə oldu. Artıq ekrana çıxan bu filmin 

dörd seriyasını oğlum çəkmişdir. İndi isə mənə bu filmi davam 

etdirmək şərəfi göstərilibdir.  



Heydər Əliyev: Bu, çox xoşdur.  

Lomer Axvlediani:  Мənə  də çox xoşdur. Çünki bu film 

nümayiş etdirilərkən onun necə qarşılandığını gördüm. Onda 

mən mehmanxanada idim və gördüm ki,  adamlar televizora 

baxmağa necə tələsirdilər. Maraq çox böyük idi.  



Heydər Əliyev:Nə deyirəm, bunları eşitmək xoşdur. Bəli, bu 

fürsətdən istifadə edərək, tariximizin müəyyən mərhələlərini 

olduğu kimi, necə deyərlər, sənədlər  əsasında canlandırmaq 

üçün çəkdiyi böyük zəhmətə görə gözəl kino-rejissorumuz Vaqif 

Mustafayevə  təşəkkürümü bildirmək istəyirəm. Axı kimdən və 

nədən bəhs etməsindən asılı olmayaraq, tarixi səpkili sənədli 

filmlər çox böyük əhəmiyyətə malikdir. 

Əlbəttə, biz bədii kinonu yüksək qiymətləndiririk, hamımız 

uşaqlıqdan, ola bilsin, kinofilmlərin böyük təsiri ilə böyüyüb 

başa çatmışıq. Məsələn, mən yaşlı  nəslin adamıyam, 

xatirimdədir, səssiz kinoya baxmağa necə böyük həvəslə 

gedirdik, sonra səsli kino meydana gəldi, - bu, bizim üçün 

hadisə idi. Sonra uzun müddət kinofilmləri Qarabağ  təsvirdə 

göstərirdilər, nəhayət, rəngli kinofilmlər meydana gəldi - bu da 

böyük hadisə idi. Buna görə də о illərdə kino insanların, onların 

xarakterinin formalaşmasına, mənəvi dəyərlərin formalaşmasına 

həqiqətən çox böyük təsir göstərirdi. Biz bunu unuda bilmərik, 

bunu həmişə qiymətləndirməliyik. 

Televiziya meydana gəldikdən sonra kino, əgər belə demək 

mümkünsə,  tədricən sıxışdırılmağa  başladı.  Buna baxmayaraq,  




_____________________________________________ 

56

 



mənə  məlumdur ki, bir çox ölkələrdə adamlar əvvəlkitək 

kinoteatrlara gedir, filmlərə baxır, onlara böyük maraq 

göstərirlər. Buna elə bizim Azərbaycanda da tədricən qayıdırlar. 

Bilirsiniz, keçmişdə  mən incəsənətə, mədəniyyətə,  о 

cümlədən kinematoqrafa öz münasibətimi dəfələrlə bildirməli 

olmuşam. Özü də bunu mən təkcə  işimə, yüksək vəzifə 

tutduğuma görə deyil, həm də ürəkdən edirdim. Mədəniyyət və 

incəsənət kiçik yaşlarımdan qəlbimdə xüsusi yer tutur. Bəlkə də 

gənclik illərində arzum rəssam olmaq, yaxud teatra getmək idi. 

Amma qismət başqa cür oldu. Ona görə  də bunların hamısı 

qəlbdən gəlir. 

Lomer Axvlediani: Siz həyatda rejissor olmusunuz, bu isə 

daha mühümdür. 



Heydər  Əliyev: Buna görə  də 30-40 il əvvəl olduğu kimi, 

yenə  də deyirəm ki, teatr yaşayır və yaşayacaqdır. Çünki kino, 

sonra isə üstəlik televiziya meydana gəldikdə teatra maraq 

azaldı. Bununla belə, teatrı heç nə əvəz edə bilməz. Heç nə. Ona 

görə ki, teatrda insan canlı adamlarla - bu və ya digər vəziyyəti 

səhnədə canlandıran aktyorlarla bilavasitə ünsiyyətdə olur. Bunu 

kinematoqraf haqqında da demək olar. İncəsənətin yeni nə kimi 

növləri meydana gəlsə  də kinematoqraf öz əhəmiyyətini heç 

zaman itirməyəcəkdir. Odur ki, bədii kino, bədii  əsərlər indi 

televiziya ilə, digər üsullarla yaradılan qalan bütün lentlərdən, 

şübhəsiz, qat-qat yüksəkdir. 

Lakin bir daha ona qayıdıram ki, sənədli kino xüsusi 

əhəmiyyətə malikdir. Əlbəttə, adamlar bədii filmə baxarkən 

gördüklərinə inanır və bunu gerçəklik hesab edirlər. Təbiidir ki, 

bu, əksər hallarda gerçəkliyin təqlidi deyil, əks olunmasıdır. Bu, 

gerçəkliyin filmin yaradıcısının mövqeyindən əks etdirilməsidir. 

Bununla yanaşı, - mən yenə  də öz hissiyyatlarımı, təəssüratımı 

deyirəm, - hər hansı bədii filmə baxış 

  

 



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə