MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə149/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   145   146   147   148   149   150   151   152   ...   157

_____________________________________________ 

495


və Azərbaycanın Sədərək bölgələri) iki qardaş dövlət və ölkəni birləşdirir. 

90-cı illərin  əvvəllərində Naxçıvan MR-nin keçirdiyi iqtisadi çətinliklərin

xüsusilə nəqliyyat blokadasının ləğvində körpünün müstəsna rolu olmuşdur. -

208, 244, 325, 437, 438. 

 

179. Azərbaycan Xalq Cəbhəsi (AXC) - ictimai-siyasi təşkilat. 1989-cu 

ildə təsis konfransı keçirilmiş, Proqram və Nizamnaməsi qəbul olunmuşdur. 

1999-cu il iyulun 25-də keçirilmiş qurultayının qərarı ilə Azərbaycan Xalq 

Cəbhəsi Partiyası adlandırılmışdır. - 209, 210, 211, 214, 274, 275, 276, 277, 

278, 279, 280, 281, 282, 283. 

 

180. Mütəllibov Ayaz, Ayaz Niyazi oğlu (d. 1938) - 1989-90-cı illərdə 

Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1990-cı ildə Azərbaycan KP MK-

nın birinci katibi seçilmişdir. 1992-ci ildə Azərbaycan Respublikasının 

prezidenti olmuşdur. Ayaz Mütəllibov işində ciddi səhvlərə yol vermiş, 

nəticədə Emıənistan silahlı qüvvələri Dağlıq Qarabağdan azərbaycanlı əhalini 

çıxarmış və ərazini işğal etməyə nail olmuşlar. - 211, 251. 

 

181. Surət Hüseynov, Surət Davud oğlu (d. 1959) - 1993-94-cü illərdə 

Azərbaycan Respublikasının Baş naziri olmuşdur. 1994-cü ilin oktyabrında 

Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı yönəlmiş çevriliş  cəhdinə 

rəhbərlik etmişdir. - 211, 214, 282, 283. 

 

182. Elçibəy, Ə1iуev Əbülfəz Qədirqulu oğlu (1938-2000) - 1989-cu ildə 

yaradılan AXC-nin, sonralar AXCP-nin sədri. 1992-93-cü illərdə Azərbaycan 

Respublikasının prezidenti olmuşdur. - 211, 281, 282, 283. 

 

183.  Ələkram Hümbətov,  Ələkram  Ələkbər oğlu - 1993-cü ildə 

Azərbaycan Respublikasını parçalamaq məqsədilə qanunsuz hərbi 

qruplaşmaya rəhbərlik etmiş, qondarma “Talış-Muğan Respublikası”nı 

yaratmaq cəhdi göstərmişdir. - 214, 282. 

 

184. Rəhim Qazıyev,  Rəhim Həsən oğlu (d.l943) - texnika elmləri 

namizədi. 1992-93-cü illərdə Azərbaycan Respublikasının müdafiə naziri 

olmuşdur. Ordu quruculuğunda kobud səhvlərə yol vermiş, nəticədə 

Azərbaycan torpaqlarının bir hissəsi,  о cümlədən  Şuşa  şəhəri ermənilər 

tərəfindən işğal olunmuşdur. - 217, 279. 

 

185. Zəhra xanım Quliyeva, Zəhra Tahir qızı (1923-2005) - oftalmoloq, 

tibb elmləri doktoru, professor. Tədqiqatı, əsasən, traxoma, 

  

 



 


_____________________________________________ 

496


gözün refraksiyası, rəng duyğusu və ona müxtəlif amillərin təsirinə  həsr 

olunmuşdur. Quliyeva 1972-1983-cü illərdə Azərbaycan Dövlət Tibb 

Universitetinin rektoru olmuşdur. SSRİ Ali Sovetinin deputatı olmuşdur. 

Əməkdar elm xadimi adına layiq görülmüşdür. 1998-ci ildən Azərbaycan 

Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində 

çalışmışdır. Azərbayсаn Respublikasının “Şöhrət” ordeni ilə  təltif 

olunmuşdur. - 232. 

 

186.  Mustafa bəy Topçubaşov, Mustafabəy Topçubaşov (1895-1981) - 

cərrah, ictimai və dövlət xadimi. Azərbaycan EA-nın və SSRİ Tibb EA-nın 

akademiki, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı. 

Tədqiqatı, əsasən, qarında, başda, döş qəfəsində, ətraflarda aparılan cərrahi 

problemlərə, öddaşı  xəstəliyinin müalicəsinə, periferik iflic xəstəliyinə  həsr 

olunmuşdur. Orijinal diaqnostika və  сərrahi üsul təklif etmişdir. Dünyada 

geniş istifadə olunan analdeziya üsulunu ilk dəfə Topçubaşov kəşf etmişdir. - 

233. 


 

187. Adilə Namazova, Adilə  Əziz qızı (d.l926) - Azərbaycan pediatn, 

kardioloq. Tibb elmləri doktoru, professor. Azərbaycan Dövlət Tibb 

Universitetinin pediatriya kafedrasının müdiri. Tədqiqatı,  əsasən, uşaqlarda 

revmatizm və ürək xəstəliklərinə  həsr olunmuşdur. Rusiya Tibb ЕА-nın 

müxbir üzvü, Azərbaycan MEA-nın akademiki, Azərbaycan Dövlət mükafatı 

laureatıdır. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif 

olunmuşdur. - 235. 

 

188. Firdovsi, Firdovsi Əbülqasim (təqr. 934-1020, yaxud 1030) - böyük 

fars və tacik şairi. Farsdilli ədəbiyyatın monumental eposu, dünya 

ədəbiyyatının möhtəşəm abidələrindən olan “Şahnamə”nin müəllifidir. - 235. 

 

189. Bloxin Nikolay Nikolayeviç (1912-1993) - cərrah-onkoloq, 

akademik, 1960-68, 1977-87-ci illərdə TEA-nın prezidenti, Sosialist Əməyi 

Qəhrəmanı. Əsərləri, əsasən, plastik və bərpa cərrahlığına, travmatologiya və 

onkologiyaya aiddir. -236. 



 

190. “Kazım Qarabəkir Paşa” məscidi - Naxçıvan şəhərində ibadətgah 

və memarlıq abidəsi. 1918-19-cu illərdə Naxçıvanın erməni təcavüzündən 

xilas edilməsində böyük şücaət və  mərdlik göstərmiş, 1921-ci il Qars 

müqaviləsini imzalamış, M.K.Atatürkün silahdaşı, Şərq cəbhə- 

  

 

 




_____________________________________________ 

497


sinin komandanı Kazım Qarabəkir Paşanın  şərəfinə Türkiyə Diyanət  İşləri 

Vaqfi tərəfindən inşa edilmişdir. - 239-246, 291. 



 

191.  Ənvər Paşa (1881-1922) - Türkiyə hərbi və siyasi xadimi. 1918-19-

cu illərdə Bakının və Qarabağın erməni işqalçılarından xilas edilməsində 

şəxsən istirak etmişdir.  Ənvər Paşa 1922-ci ilin yazında Orta Asiyada 

basmaçılarla birlikdə sovet hakimiyyətinə qarşı vuruşmuş və qəhrəmancasına 

döyüşdə həlak olmuşdur. - 241. 

 

192.  Cəmşid Naxçıvanski (1895-1935) - hərbi xadim, briqada 

komandiri. Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş 

süvari eskadronun komandiri olmuş, sücaətlə vuruşmuş, dördüncü dərəcəli 

“Müqəddəs Georgi” ordeni ilə  təltif olunmuşdur. Azərbaycanın müstəqilliyi 

uğrunda Cəmşid xan inamla vuruşmuşdur. 1920-ci ilin martında onun alayı 

Qarabağda daşnaklara qarşı döyüş  əməliyyatlarında fəal iştirak etmişdir. 28 

aprel (1920) çevrilişindən sonra Azərbaycanın ilk milli atıcı diviziyasının 

komandiri təyin olunmuş, yüksək ixtisaslı kadr hazırlığında mühüm rol 

oynamışdır. 30-cu illərin axırlarında Cəmşid xan guya başçılıq etdiyi “casus 

təxribatçı dəstəsi” ilə mühacirətdə olan qardaşları (İran) ilə əlaqə saxlamaqda 

təqsirləndirilərək repressiya qurbanı olmuşdur. - 251-258. 

 

193. Səfər Əbiyev, Səfər Axundbala oğlu (d. 1950) - general - polkovnik. 

1995-ci ildən Azərbaycan Respublikasının Müdafiə naziridir. - 255. 



 

194. Akim Abbasov, Акim Əliоğlu (1911-1996) - general-mayor. Böyük 

Vətən müharibəsində  iştirak etmişdir. Müharibədən sonrakı illərdə polk 

komandiri, diviziya komandirinin müavini və komandiri vəzifələrində 

işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. - 257. 



 

195. Abbas Quliyev,  Аbbаs  Şahbaz  оğ1u (1916-1998)-Sovet İttifaqı 

Qəhrəmanı, qvardiya kapitanı. Böyük Vətən müharibəsinin (1941-45) 

iştirakçısı. Q.Abbas Qərbi Dneprdən Visla çayına qədər döyüş yolu keçmiş, 

Poltava və Xarkov ətrafındakı döyüşlərdə igidlik və  qəhrəmanlıq 

göstərmişdir. - 257. 

 

196.  Qəzənfər  Əkbərov,  Qəzənfər Qulam oğlu (1917-1944) - Sovet 

İttifaqı  Qəhrəmanı, baş serjant. Ukraynanın, Belorusiyanın düşməndən azad 

edilməsində iştirak etmiş, 1944-cü ilin avqustunda 

  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə