Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında



Yüklə 153,38 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü153,38 Kb.
#52581

background image
Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 



 

2015-ci  ilin  dekabr  ayında  dünya  şöhrətli  musiqi  xadimi,  görkəmli  müğənni  və 

tanınmış  ictimai  xadim,  SSRİ  və  Azərbaycan  Respublikasının  xalq  artisti,  SSRİ  və 

Azərbaycan  Respublikasının  Dövlət  mükafatları  laureatı,  Sosialist  Əməyi  Qəhrəmanı 

Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur. 

Rəşid  Behbudov  Azərbaycanın  çoxəsrlik  mədəniyyəti  tarixinin  yetirdiyi  böyük 

simalardandır.  Özünəməxsus  ifaçılıq  tərzinə  və  həzin  lirizm  çalarlı  ecazkar  səsə  malik 

sənətkar  təkrarolunmaz  yaradıcılığı  boyunca  sənət  aləminə  gətirdiyi  yeniliklərlə  milli 

musiqi  salnaməsini  xeyli  zənginləşdirmişdir.  Çoxşaxəli  fəaliyyəti  dövründə  özünün 

qurduğu  və  bu  gün  də  adını  daşıyan  Azərbaycan  Dövlət  Mahnı  Teatrı  mədəniyyətə 

sanballı töhfə təşkil edir. Rəşid Behbudovun kino aktyoru kimi canlandırdığı unudulmaz 

obrazlar ölkə kinematoqrafiyasının parlaq səhifələridir. Vətənə və xalqa son dərəcə bağlı 

olan sənətkar dünyanın ən məşhur  teatr səhnələri və konsert salonlarındakı rəngarəng 

repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 

tutaraq,  Azərbaycan  mədəniyyətinin  inkişafı  və  təbliği  naminə  misilsiz  xidmətlər 

göstərmiş  qüdrətli  sənətkar  Rəşid  Behbudovun  100  illik  yubileyinin  layiqincə 

keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1.  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyi  görkəmli  musiqi 

xadimi Rəşid Behbudovun 100 illik  yubileyinə həsr  olunmuş tədbirlər  planını hazırlayıb 

həyata keçirsin. 

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli  gələn 

məsələləri həll etsin. 

 

İlham ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 18 mart 2015-ci il 



   № 1117 

 

Yüklə 153,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə