MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə148/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   144   145   146   147   148   149   150   151   ...   157

_____________________________________________ 

492


qoymuşdur. Bu zamandan Mirzə Cəlil Molla Nəsrəddin adı ilə məşhur oldu.-

197, 259-266. 

 

165. Hüseyn Cavid, Hüseyn Abdulla oğlu Rəsizadə (1882 - 1941) - 

böyük Azərbaycan  şaıri, dramaturq. Hüseyn Cavid Azərbaycan mütərəqqi 

romantizminin banilərindən biri olmuşdur. O, lirik şeirlərin, lirik-epik, epik 

poemaların müəllifıdır. 

Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və 

tarixi faciələri forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında 

yeni bir mərhələ yaratmış, millı teatr mədəniyyətinin inkişafına qüvvətli təsir 

göstərmışdır. Azərbaycanın  ən dəyərli milli ziyalı nümayəndələrini məhv 

edən sovet totalitar rejiminin repressiya qurbanlarındandır. - 197, 262, 263, 

274. 


 

166. Məhəmməd Tağı Sidqi (1854-1903) - maarifçi pedaqoq, şair, 

publisist. Sidqi Ordubadda “Əxtər” (1892), Naxçıvanda isə “Tərbiyə” 

(“Məktəbi Tərbiyə”, 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət 

qazanmışdır. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifidir. Sidqi 

Azərbaycan uşaq nəşrinin ilk yetkin nümunələrini yaratmışdır. Sidqi 

publisistika sahəsində  də  fəaliyyət göstərmiş “Tərcüman” (Baxça-saray), 

“Əxtər” (İstanbul), “Həblülmətin” (Kəlkətə), Kaspi (Bakı) və s. qəzetlərlə 

yaxından əməkdaşlıq etmişdir. - 197, 199. 

 

167. “Molla Nəsrəddin” - həftəlik, illüstrasiyalı ilk Azəbaycan jurnalı. 

Birinci nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə çapdan çıxmışdır. 1906- 18-ci 

illərdə Tiflisdə, 1921-ci ildə  Təbrizdə, 1922-31-ci illərdə Bakıda nəşr 

olunmuşdur. Redaktoru və naşiri  Сəlil Məmmədquluzadə idi. 25 il ərzində 

748 nömrəsi çıxmışdır.  Mütərəqqi ideyaların carçısı olan “Molla Nəsrəddin” 

xalq və demokratiya cəbhəsində duraraq azadlıq düşmənlərini - çar 

mütləqiyyətini, müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı, millətçiliyi 

amansız satira atəşinə tuturdu. Bütün təqib və təzyiqlərə baxmayaraq “Molla 

Nəsrəddin”in haqq səsi Qafqazın hüdudlarını aşıb Rusiyada, bütün Yaxın və 

Orta  Şərqdə  eşidilmişdi. “Molla Nəsrəddin” Azəbaycan xalqının mütərəqqi 

qüvvələrini, demokratik ziyalıları öz ətrafında toplanmışdı. “Molla 

Nəsrəddin”in yalnız Azərbaycanın deyil, eləcə  də Yaxın  Şərq ölkələrinin 

ictimai və əbədi-bədii fikir tarixində müstəsna rolu olmuşdur. - 197, 261. 

 

168. Zəngəzur mahalı,  Zəngəzur qəzası- XIX əsrin ikinci yarısında 

Azərbaycanda inzibati ərazi vahidi. 1861-ci ildə təşkil olunmuşdur. 

  

 



 


_____________________________________________ 

493


Çar Rusiyası hökumətinin 1867-ci il dekabr tarixli fərmanına  əsasən 

yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilmişdi. -

198. 

 

169.  İrəvan,  Rəvan, Erivan, Yerevan, - orta əsrlərdə  və yeni dövrdə 



(1918-ci ilin mayın 29-dək  İrəvan) Azərbaycan  şəhəri. XVI əsrin 

əvvəllərində  Zəngi çayı sahilində dağlarla  əhatə olunmuş düzənlikdə 

salınmışdır.  İrəvan  şəhəri dəfələrlə  Səfəvi və Osmanlı qoşununun 

hücumlarına məruz qalmış, gah bu, gah da о biri dövlətin tərkibinə 

qatılmışdı.  İkinci Rusiya-İran müharibəsi (1826-28) dövründə, Türkmənçay 

müqaviləsinə (1828) əsasən, Rusiyaya birləşdirildi. XIX əsrin 20-30-cu 

illərində  İran və Türkiyədən köçürülmüş çoxlu erməni  İrəvanda 

yerləşdirilmişdi. 1918-ci ilin mayında Daşnaksutyun partiyası liderlərinin 

başçılığı ilə Ermənistan Respublikası yarandı. 1918-ci il mayın 28-də 

yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mayın 29-da keçirdiyi 

iclasında  İrəvan  şəhərini “paytaxtı” olmayan Ermənistan Respublikasına 

güzəştə getdi. - 198, 286. 

 

170. Tiflis - Gürcüstan Demokratik Respublikasının (1918-21) paytaxtı. 

Şəhərin meydana gəldiyi ərazi eramızdan əvvəl 4-3-cü minilliklərdə mühüm 

yaşayış  məskənlərindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 

yaradılması haqqında  İstiqlal bəyannaməsi Tiflisdə elan edilmiş, 10-cu 

hökumət kabinəsinin təşkili və ilk dövlətçilik tədbirləri burada həyata 

keçirilmişdi. - 198, 286. 

 

171. Bəktaşi Tofiq Heydər oğlu  (1912-1995) - riyaziyyatçı. Fizika-

riyaziyyat elmləri doktoru, professor. Diferensial tənliklər sisteminə, zərbə 

nəzəriyyəsinə, nəzəri mexanikaya dair tədqiqatların, elmi-metodik və  tədris 

metodikası məsələlərinə dair əsərlərin müəllifıdir. -200. 

 

172. 1990-cı ilin yanvarı  - 1990-cı ilin yanvarında Azərbaycanda faciə 

baş verdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə  vəziyyət elan 

edilmədən Sovet ordusunun xüsusi təyinatlı  cəza dəstələri, dəniz 

donanmasının və daxili qoşunların bölmələri Bakı  şəhərinə yeridildi. Sovet 

ordusunun bu kütləvi zorakılıq aktı  nəticəsində 131 nəfər öldürülmüş, 744 

nəfər yaralanmış, yüzlərlə adam qanunsuz hələs edilmiş  və itkin düşmüş, 

dövlət əmlakına, ictimai və şəxsi əmlaka, şəhər təsərrüfatına və vətəndaşlara 

böyük maddi ziyan dəymişdi. 1990-cı ilin qanlı yanvarı Azərbaycanın ərazi 

bütövlüyü uğrunda aparılan mübarizə tariximizdə Vətənin şəhid övladlarının 

qanı ilə yazılmış şərəfli səhifə oldu. - 202. 

  



_____________________________________________ 

494


173. Bəxtiyar Vahabzadə,  Вəxtiуаr Mаhmud  оğ1u (d. 1925) -

Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas. Azərbaycan Dövlət 

mükafatı laureatı, 1991-2005-ci illərdə Azərbaycan Respublikası Milli 

Məclisinin deputatı, Azərbaycan Milli EA-nın akademikidir. Azərbaycan 

Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuşdur. - 202, 333. 

 

174. Cəfərqulu xan (?-?)- Naxçıvan xanı. 1783-cü ildə xoylu Əhməd 

xanın dəstəyi sayəsində Naxçıvan xanlığının hakimi oldu. Cəfərqulu xan ilk 

gündən xalqı incitmiş, hətta iş  о  уегə çatmışdı ki, naxçıvanlıların bir çoxu 

doğma ocaqlarını  tərk etmiş, başqa yerlərə köçməyə  məcbur olmuşdular. - 

204. 


 

175. Lenin, V1аdimir  İliç (Ulyanov) (1870-1924) - SSRİ-nin siyasi və 

dövlət xadimi. Нə1ə tələbəlik illərindən inqilabi hərəkata qoşulmuşdur. Lenin 

1895-ci ildə Peterburq “Fəhlə sinfınin azadlığı uğrunda mübarizə ittifaqı”nın 

yaradılmasında iştirak etmişdir. 1900-cu ildə Plexanovla birlikdə  “İskra” 

qəzetini nəşr edir. 1903-cü ildən RSDFP-nin 2-ci qurultayında bolşevik 

fraksiyasına başçılıq edir. 1907-ci ildən xaricə emiqrasiya edilir. 1917-ci ildə 

Petroqrada qayıdıb silahlı üsyana başçılıq edir. Lenin başda olmaqla 2-ci 

Ümumrusiya Sovetlər qurultayında hökumət - XKS yarandı. Vətəndaş 

müharibəsi dövründə “hərbi kommnunizm” siyasətinin yaradıcılarından 

olmuşdur. Bunun nəticəsində ölkə bir partiyalı sistemə keçmiş, ölkədə geniş 

surətdə repressiya başlanmış, müxalifət qüvvələri və orqanları  ləğv edilmiş, 

görkəmli adamlar və ziyalılar ölkəni kütləvi surətdə  tərk etmişlər. 1922-ci 

ildə xəstələnmiş və ölkənin siyasi həyatından uzaqlaşdırılmışdır. - 204. 

 

176.  Şərur - Naxçıvan MR-də şəhər. Naxçıvan şəhərindən 66 km şimal-

qərbdə,  Şərur düzündədir.  Əhalisi 6315 nəfərdir.  Şərurun salındığı tarix 

hələlik dəqiq müəyyənləşdirilməsə  də, buranın hələ eradan əvvəl 

məskunlaşdırıldığı məlumdur. - 207. 

 

177. Gəncə  - Azərbaycan Respublikasında  şəhər. Sahəsi 107 km

2



əhalisinin sayına görə Bakıdan sonra ikinci şəhərdir. Gəncə Azərbaycanın 



qədim  şəhərlərindəndir. Gəncənin salındığı tarix dəqiq məlum deyil. Bəzi 

müəlliflər Gəncənin Makedoniyalı  İsgəndərin dövründə  (е.ə.336-323) 

salındığını qeyd etmişlər. - 208. 

 

178. Ümid körpüsü, Həsrət körpüsü- Araz çayı üzərində körpü (uz. 286 

metr). Türkiyə ilə Azərbaycan arasında sərhəddə (Türkiyənin Dilucu 

  

 



 


Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə