MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə151/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   147   148   149   150   151   152   153   154   ...   157

_____________________________________________ 

501


 

215. Qori seminariyası, Zaqafqaziya (Qori) müəllimlər seminariyası - 

Zaqafqaziyanın, əsasən, yerli əhalisindən ibtidai məktəb müəllimi hazırlayan 

orta pedaqoji təhsil müəssisəsi. 1876-cı ildə Qoridə açılmışdı. 

Seminariyanın Azərbaycan  şöbəsi 1879-cu ildə  fəaliyyətə başlamışdı. 

Azərbaycan şöbəsinin yaradılmasında M.F.Axundovun böyük rolu olmuşdur. 

Qori seminariyasında təhsil rus dilində idi. Azərbaycan dili isə yalnız 

Azərbaycan  şöbəsində  fənn kimi tədris edilirdi. Qori seminariyası 

Zaqafqaziya xalqlarının, о cümlədən Azərbaycan xalqının mədəni inkişafında 

mühüm rol oynamışdır. Qori seminariyası 1918-ci ilədək fəaliyyət 

göstərmişdir. Seminariyanın Azərbaycan  şöbəsi 1918-ci ildə F.B.Köçərlinin 

rəhbərliyi ilə Qazax şəhərinə köçürülmüşdü. - 297. 

 

216. Qazax  müəllimlər seminariyası  - Azərbaycanda müəllim 

hazırlayan ilk tədris müəssisələrindən biri. İlk direktoru F.B.Köçərli 

olmuşdur. Seminariyada ana dili, ədəbiyyat, rus dili, pedaqogika, 

psixologiya, riyaziyyat, tarix, coğrafıya tədris edilirdi. Seminariyanın 

Azərbaycanda xalq maarifinin inkişafında mühüm rolu olmuşdur. - 297. 

 

217.  İmam Xomeyni, Ruhulla Musavi (1903-1989) - 1979-cu ildən İran 

İslam Respublikasının başçısı, ayətullah. 1964-cü ildə ölkədən qovulmuş, 

əvvəlcə İraqda, sonra isə Fransada mühacirətdə olmuşdur. 1979-cu ildə İrana 

qayıtmış,  şah rejimini devirməyə  və  İslam Respublikasını qurmağa nail 

olmuş inqilaba başçılıq etmişdir. - 301. 

 

218.  İrşad  Əliyev,  İrşad Nadir oğlu (d. 1944) -1992-94-cü illərdə 

Respublika Qaçqınlar və Köçkünlərlə  İş üzrə Dövlət Komitəsinin sədri, 

1994-cü ildən 2004-cü ilə  qədər Azərbaycan Respublikasının Kənd 

Təsərrüfatı naziri olmuşdur. - 304, 306 



 

219. Yaşar  Əliyev,  Yaşar Tofiqi (d.l948) - cərrah həkim, professor

diplomat. 1990-cı ildən Azərbaycan Respublikası Ali Sovetinin, 1994-cü 

ildən isə Milli Məclisin deputatı və Milli Məclis sədrinin müavini olmuşdur. 

Hazırda Çin Xalq Respublikasında Azərbaycan Respublikasının fövqəladə və 

səlahiyyətli səfiridir. - 306. 

 

220. Beynəlxalq Atatürk Sülh mükafatı - Türkiyə Cümhuriyyətinin 

banisi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsiplərinə 

uyğun olaraq regionda, beynəlxalq aləmdə  və ölkələrarası münasibətlərdə 

sülh, dostluq, anlaşma və xoş məramlı əməkdaşlıq yara- 




_____________________________________________ 

502


 

dılmasına xidmət edən görkəmli  şəxsiyyətlərə verilir. Mükafat 1986-cı ildə 

təsis edilmişdir. - 320, 418-434, 455, 457, 458. 

 

221. ATƏT-in Lissabon zirvə görüşü  - 1996-cı il dekabrın 2-4-də 

Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in 54 üzvünün dövlət və 

hökumət başçılarının iştirakı ilə növbəti Zirvə toplantısı keçirildi. Lissabon 

Zirvə toplantısında müzakirə olunan məsələlər arasında Azərbaycan 

Respublikası nümayəndə heyətinin təkidi ilə Ermənistan-Azərbaycan 

münaqişəsi geniş diskussiyaya səbəb oldu. Azərbaycan Respublikası 

nümayəndə heyətinin başçısı Heydər  Əliyevin qəti, prinsipial mövqeyi və 

gərgin səyi nəticəsində yekun sənədə əlavə kimi qəbul edilən ATƏT sədrinin 

bəyanatında ilk dəfə olaraq ən yüksək səviyyədə münaqişənin həllinin əsası 

kimi Azərbaycan Respublikasının  ərazi bütövlüyü 53 dövlət tərəfindən 

qətiyyətlə  dəstəkləndi və Dağlıq Qarabağın statusunun yalnız Azərbaycan 

Respublikasının tərkibində müəyyən olunması öz əksini tapdı. - 329, 352, 

362, 384. 

 

222. Klivlend - ABŞ-da şəhər. Klivlend ABŞ-ın sənaye, maliyyə-ticarət 

və mədəni mərkəzlərindən biri kimi tanınır. - 331, 355, 356, 357. 



 

223. Faiq Sücəddinov,  Faiq Miri oğlu (d.l947) - bəstəkar. Azərbaycan 

Respublikasmm xalq artisti. Gözəl mahnılar müəllifıdir. Azərbaycan Dövlət 

və  İncəsənət Universitetində dosent. Azərbaycan Respublikasının “Şöhrət” 

ordeni ilə təltif olunmuşdur. - 334. 



 

224. “Motorola” - beynəlxalq  şəbəkələr sistemi. Dünyanın bütün 

qitələrini  əhatə edən 110 ölkədə  şirkətin nümayəndəlikləri var. 1928-ci ildə 

fəaliyyətə başlamışdır.  İldə 38 milyard dollardan artıq dövriyyəsi var. 

Azərbaycanda da fəaliyyət göstərən “Motorola” şirkəti respublikamızda 

texniki mərkəz yaradılmasına, buraya azərbaycanlı mütəxəssislərin cəlb 

edilməsinə də böyük maraq göstərir. - 340. 



 

225. Xavyer Solana (d.l942) - siyasi xadim, 1995-99-cu illərdə NATO-

nun Baş katibi, 1999-cu ilin iyulundan Avropa İttifaqı  Şurasının Xarici 

Siyasət və Təhlükəsizlik üzrə Baş katibidir. - 342. 

 

226. Avropa Birliyi (AB) - 1951-57-ci illərdə yaranmış üç Qərbi Avropa 

inteqrasiya təşkilatının ümumi adı (Avropa İqtisadi Birliyi - AİB, Avropa 

Kömür və Polad Birliyi - AKPB, Avropada Atom Energetika Birliyi - 

(AAEB). AB ümumi prinsiplərin müəyyən edilməsindən birgə  fəaliyyətə 

qədər bir neçə  mərhələ (Avropa İnvestisiya Bankının, Avropa Regional 

İnkişaf Fondunun - vahid valyutaya keçməsi - AVRO-ya) 




_____________________________________________ 

503


 

keçmişdir. Mühüm mərhələ Vahid Avropa Aktmm (1986-1987-ci ildən 

qüvvəyə minmişdir) qəbul edilməsi olmuşdur. 1967-ci ildə rəhbər orqanların 

birləşməsindən sonra - AİB, AKPB və AAEB - Avropa Birliyi - 1993-cü ildə 

isə Avropa Şurası yarandı. - 342, 360, 366, 368, 382. 

 

227. Saparmurad  Niyazov, Saparmurad Ataoğlu (1940-2007) - 

Türkmənistanın siyasi və dövlət xadimi. 1985-ci ildən 1990-cı ilə  qədər 

Türkmənistan KP MK-nın birinci katibi. 1990-cı ildən Türkmənistan 

Respublikasının prezidenti olmuşdur. - 351. 



 

228. Polşa, Polşa Respublikası - Mərkəzi Avropada dövlət. Sahəsi 312,7 

min km


2

,  əhalisi 38,7 milyon nəfərdir.  İnzibati cəhətdən 49 voyevodalığa 

bölünür. Ali və yeganə qanunvericisi orqanı ikipalatalı Seymdir. Paytaxtı 

Varşava şəhəridir. - 358-388. 



 

229. Aleksandr Kvasnevski (d.l954) - Polşanın siyasi və dövlət xadimi. 

1991-1995-ci illərdə Polşa Seyminin deputatı olmuşdur. 1995-2005-ci illərdə 

Polşa Respublikasının prezidenti olmuşdur. - 358-388. 

 

230. NATO-nun  “Sülh  naminə  tərəfdaşlıq” proqramı - NATO ilə 

Şərqi Avropa və keçmiş SSRİ ölkələri arasında siyasi və  hərbi sahələrdə 

əməkdaşlıq sənədi, 1994-cü il yanvarın 10-11-də NATO Şurasının dövlət və 

hökumət başçıları səviyyəsində Brüsseldə keçirilən görüşdə ABŞ tərəfindən 

təklif edilmişdir. 

Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü il mayın 4-də NATO-nun 

Brüsseldəki mənzil-qərargahında Azərbaycanın “Sülh naminə  tərəfdaşlıq” 

proqramına qoşulması haqqında sənədi imzalamışdır. 1996-cı ilin aprelində 

Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO-nun Baş 

katibi Xavyer Solana ilə görüşündə Azərbaycan Respublikasının təqdimat 

sənədini ona vermişdir. Həmin sənəd  əsasında Azərbaycanın NATO ilə 

tərəfdaşlığının fərdi proqramı hazırlanmışdır. - 362, 365, 377, 379, 384. 



 

231. Ploşko Uosif Kasperoviç (1866,( ) -1930 (?) - memar. Milliyyətcə 

polyakdır. 1897-ci ildə Bakıya gəlmiş, burada bir sıra yaşayış binalarının 

layihəsini vermişdir. Ploşkonun  ən məşhur işləri Bakıda fransız qotikası 

rahunda tikilmiş M.Muxtarovun sarayı (indiki Səadət sarayı, 1911-12) və 

Venesiya qotikası uslubunda inşa edilən “İsmailiyyə” (indiki Azərbaycan 

Milli Elmlər Akademiyası  Rəyasət Heyətinin binası, 1908-13) binasıdır. - 

363, 384. 

  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə