MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə147/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   143   144   145   146   147   148   149   150   ...   157

_____________________________________________ 

489


xanı seçilmişdi. Çingiz xan daim monqol tayfalarını birləşdirmək və mərkəzi 

hakimiyyəti möhkəmlətmək siyasəti yeritmişdir. - 192. 

 

153. Teymurləng, Əmir Teymur, Teymur, Topal Teymur (1336-1405) - 

Orta Asiya görkəmli dövlət xadimi, sərkərdə, əmir. Teymurilər imperiyasının 

banisi. Türkləşmiş barlas tayfasından idi; döyüşlərdə aldığı yaralara görə 

“Teymurləng” (Topal Teymur) ləqəbi ilə tanınmışdır. Teymurləng üç 

yürüşündə (1386-87; 1392-97; 1399-1404) Azərbaycanda olmuşdur. 

Əlincə qalası  uğranda 14 il mübarizə aparan Teymurləng buraya 4 dəfə 

(1387, 1393, 1397, 1400) yürüş etmiş, cıddi döyüşlər aparsa da məqsədinə 

nail ola bilməmişdi. - 192. 

 

154.  Əlincəqala,  Əlincə, Alancik, Alıncaqala-Naxçıvan MR- də qala. 

Əlincə çayın sağ sahilində  və eyniadlı dağın zirvəsindədir.  Əlincənin adını 

tədqiqatçılar qədim türk dılində düzənlik mənasında işlədilən “alan” sözü ilə 

bağlayırlar.  Əlincənin tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. 

Bəzi tədqiqatçılar qalanı  təqribən 2 min il bundan əvvələ aid edir, digərləri 

isə Sasani padşahları zamanından (3-7-ci əsrlərdə) məlum olduğunu 

söyləyirlər.  Əlincənin divarları  Əlincə dağlarının  ətəklərindən başlayaraq 

pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. 

Azərbaycan atabəyləri - Eldəgəzlərin hökmranlığı dövründə  Əlincə 

qalanın  əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala 

hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə 

çevrilmişdi. - 192. 

 

155. “Kitabi-Dədə Qorqud” - türk xalqları  və Azərbaycan xalq 

ədəbiyyatının  ən qədim yazılı abidəsi. “Kitabi-Dədə Qorqud” dastanının 

yaranmasından 1300 il keçir. Elm aləminə XIX əsrdən məlum olan bu 

qəhrəmanlıq dastanının hələlik XV-XVI əsrlərdə köçürülmüş iki əlyazma 

nüsxəsi (Drezden və Vatikan) tapılmışdır. - 193, 194, 195. 

 

156. Anar, Rzayev Anar Rəsul oğlu (d. 1938) - görkəmli Azərbaycan 

yazıçısı, publisist, dramaturq, ictimai xadim, Azərbaycanın xalq yazıçısı. 

Azərbaycan və SSRİ Dövlət mükafatları laureatıdır. Azərbaycan və SSRİ Ali 

sovetlərinin xalq deputatı olmuşdur. 1995-2005-ci illərdə Milli Məclisin 

deputatı  və  Mədəniyyət məsələləri komissiyasının sədri, 1987-ci ildən 

Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədridir. Əsərləri dünyanın bir 

çox ölkələrində  nəşr olunmuşdur. Azərbaycan Respublikasının “İstiqlal” 

ordeni ilə təltif edilmişdir. -194. 

  



_____________________________________________ 

490


157. Naxçıvan xanlığı - Azərbaycanda XVIII əsrin ortalarında Nadir şah 

Əfşar  əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən sonra Kəngərli 

tayfasının başçısı Heydərqulu xan İran naibi Ağa Həsəni Naxçıvandan 

qovmuş və özünü xan elan etmişdi. Xanlıq Zəngəzur dağlarından Araz çayı 

dərəsinədək  ərazini  əhatə edirdi. Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, 

Dəstə, Bəllav mahallarına bölünürdü. Naxçıvan xanlığının inzibati, həm də 

başlıca ticarət mərkəzi Naxçıvan şəhəri idi.Türkmənçay müqaviləsinə (1828) 

əsasən Naxçıvan xanlığı  İrəvan xanlığı ilə birlikdə Rusiyaya birləşdirildi. - 

195, 196. 

 

158.  İrəvan xanlığı - XVIII əsrin ortalarında Cənubi Qafqazda, keçmiş 

Çuxursəd bəylərbəyliyi  ərazisində yaranmış müstəqil Azərbaycan feodal 

dövləti; Ağrıdağ düzənliyinin Göуçə gölü hövzəsini və Araz çayından cənub-

qərbə doğru uzanan ərazini  əhatə edirdi. Azərbaycanın cənub-qərbində 

yerləşən bu xanlıq paytaxtı İrəvan şəhəri olmaqla inzibati cəhətdən 15 mahala 

bölünürdü,  İrəvan xanlığı 1747-97-ci illərdə müstəqil dövlət olmuş, 1797-

1828-ci illərdə  İranın hakimiyyəti altında olmuşdur. Türkmənçay 

müqaviləsinə (1828) görə Rusiyanın tərkibinə keçmişdi. Bu zaman İrəvan 

xanlığı  ərazisində 420-dən çox kənd dağıdılmış, 10 minlərlə azərbaycanlı 

əhali məhv edilmişdi. - 195. 

 

159. Türkmənçay müqaviləsi (1828) - XIX əsrin  əvvəllərində Rusiya-

İran müharibələri başa çatdıqdan sonra, Təbriz yaxınlığındakı Türkmənçay 

kəndində bağlanmış müqavilə. 16 maddədən ibarət olan Türkmənçay 

müqaviləsinə əsasən Cənubi Qafqaz əraziləri, о cümlədən Şimali Azərbaycan 

Rusiyaya birləşdirildi, Cənubi Azərbaycan torpaqları isə  İranda qaldı. 

Türkmənçay müqaviləsinin 3-cü maddəsinə əsasən Araz çayının о tayı və bu 

tayı üzrə  İrəvan və Naxçıvan xanlıqları Rusiya imperiyasının tam 

mülkiyyətinə keçdi. - 195, 196. 

 

160. Gülüstan müqaviləsi (1813) - birinci Rusiya-İran müharibəsinə son 

qoymuş müqavilə. Oktyabrın 12(24)-də Qarabağın Gülüstan kəndində 

bağlanmışdır. Rusiya - İran arasında  əvvəlcə barışıq aktı, sonra isə on bir 

maddədən ibarət sülh müqaviləsi imzalanmışdı. Bu müqaviləyə əsasən hər iki 

dövlət arasında yeni sərhəd xətləri müəyyən edildi. 1814-cü il sentyabrın 15-

dən qüvvəyə minən Gülüstan müqaviləsi vahid Azərbaycanın iki işğalçı 

dövlət tərəfindən bölüşdürülməsinin əsasını qoydu. - 195. 

  

 

 




_____________________________________________ 

491


161. Nizami Gəncəvi,  İlyas Yusif oğlu (1141-1209) – dahi Azərbaycan 

şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə  məsnəvi formasında yazdığı 

beş epik poemadan ibarət “Xəmsə” müəllifı kimi daxil olmuşdur. Nizami 

Gəncəvinin ilkin Şərq Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən 

humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq 

bədii  əksini tapmışdır. Nizami Gəncəvi Yaxın  Şərq  ədəbiyyatında mənzum 

roman janrının  əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır. Nizami 

Gəncəvi həm də dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Onun bütün 

əsərlərində  şəxsiyyət azadlığı, insanın mənəvi azadlığı  tərənnüm olunur. - 

196, 201, 235. 

 

162. Mömünə xatun türbəsi - Azərbaycan milli memarlığının möhtəşəm 

abidəsi,  Şərq memarlıq incilərindən biri. 1186-cı ildə Naxçıvan  şəhərinin 

qərb hissəsində tikilmişdir (memarı  Əcəmi  Əbu Bəkr oğlu Naxçıvani). 

Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Mömünə 

xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini 

oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 

1186) başa çatdırmışdır. Elin yaddaşında “Atabəy günbəzi” adı ilə qalmışdır. 

Abidənin baştağında küfi xətti ilə bu sözlər yazılmışdır. “Biz gedirik, ancaq 

qalır rizigar. Biz ölürük, əsər qalır yadigar”. Kompozisiyaya, yetkinliyə, 

ayrıntılarının incə, zərif işlənməsinə  və memarlıq həllinə görə türbə orta 

əsrlər memarlıq sənətinin şah əsərlərindən sayılır. - 196, 267-271, 273. 

 

163. Mirzə  Fətəli Axundov (1812-1878) - böyük Azərbaycan yazıçısı, 

dramaturq, materialist - filosof. Axundov Azərbaycan  ədəbiyyatı tarixində 

pyesləri və  fəlsəfi  əsərləri ilə tanınmışdır. 1850-55-ci illərdə yazdıgı altı 

komediya ilə Azərbaycan və bütün Şərq  ədəbiyyatında realist 

dramaturgiyanın əsasını qoymuşdur. - 197. 

 

164. Cəlil Məmmədquluzadə,  Mirzə  Cəlil Hüseynqulu оğ1u (ədəbi 

təxəllüsü Molla Nəsrəddin; 1866-1932) - böyük Azərbaycan yazıçısı, 

jurnalist, ictimai xadim. Mirzə Cəlilin ictimai-ədəbi fəaliyyəti XIX əsrin 80-

ci illərinin axırından XX əsrin 30-cu illərinə qədərki böyük tarixi dövrü əhatə 

edir. 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda yazdığı  əsərləri ilə Mirzə 

Cəlil Azərbaycan realist ədəbiyyatının yüksək рilləуə qalxmasında müstəsna 

rol oynamışdır. 1906-cı il aprelin 7-də  çıxan “Molla Nəsrəddin” jurnalının 

nəşrinə başlamaqla Mirzə Сəlil Azərbaycanda,  eləcə də Yaxın Şərqdə satirik 

jurnalistikanın əsasını 

  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə