MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə150/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   146   147   148   149   150   151   152   153   ...   157

_____________________________________________ 

498


Volojin  şəhəri  ətrafında alman faşistləri ilə döyüşdə  qəhrəmancasına həlak 

olmuşdur. - 257. 



 

197.  Əkrəm  Əylisli, Nailəov  Əkrəm Nəcəf oğlu (d. 1937) -Azərbaycan 

Respublikasının xalq yazıçısı. Azərbaycan komsomolu və M.F.Axundov 

adına mükafatları laureatı, 2005-ci ildən Milli Məclisin deputatıdır. Ə.Əylisli 

Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.  261, 263. 



 

198.  Cəfər Cabbarlı, Cəfər Qafar оg1u (1899-1934)  böyük Azərbaycan 

yazıçısı, dramaturq. Cabbarlı yaradıcılığı Azərbaycan  ədəbiyyatının 

inkişafına böyük təsir göstərmiş, istedadlı dramaturqlar nəslinin yetişməsində 

mühüm rol oynamışdır. Cabbarlının zəngin irsi Azərbaycan  ədəbiyyatı 

tarixində layiqli yer tutur. - 262, 264. 

 

199. Üzeyir Haciləəyov, Üzeyir Əbdülhüseyn oğlu (1885-1948) - dahi 

Azərbaycan bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və 

ictimai xadim. Müasir Azərbaycan professional musiqi sənətinin və milli 

operasının banisi, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı. - 262, 

383. 

 

200.  Əcəmi  Əbubəkr oğlu Naxçıvani (XII əsrin 20-ci illəri - XII əsrin 

sonu) - orta əsr Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan 

memarlıq məktəbinin banisi. O, Naxçıvanda Yusif ibn Küseyir türbəsini, 

Mömünə xatun türbəsini, böyük Cümə  məscidini və  mənbələrdə 

“Darülmülk” adlandırılan Eldəgəzlər sarayını yaratmışdır. - 262, 267-271. 

 

201. Səməd Vurğun,  Səməd Yusif oğlu V ə  к i 1 о v (1906-1956) - 

böyük Azərbaycan şairi, ictimai xadim. Azərbaycanın xalq şairi. S.Vurğunun 

yaradıcılığı XX əsr Azərbaycan şeirinin inkişafında mühüm rol oynamışdır. 

S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, sədri, Azərbaycanın 

Xarici Ölkələrlə  Mədəni  Əlaqə  Cəmiyyətinin sədri, Azərbaycan MEA-nın 

vitse prezidenti olmuşdur, iki dəfə SSRİ Dövlət mükafatı laureatı adına layiq 

görülmüşdür. - 262. 

 

202.  Bülbül, Murtuza Məşədi Rza oğlu Məmmədov (1897-1961) - 

Azərbaycan klassik vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı. 

Bülbülün yaradıcılığı müasir Azərbaycan musiqili teatrı tarixində mühüm bir 

mərhələ  təşkil edir. Bülbül Azərbaycan xalq mahnılarını, təsnifləri böyük 

sənətkarlıqla ifa etmişdir. Azərbay- 

  

 




_____________________________________________ 

499


can SSR Ali Sovetinin deputatı olmuşdur. SSRİ xalq artisti və SSRİ Dövlət 

mükafatı laureatıdir. - 262. 



 

203. Qabil,  İmamverdiyev Qabil Allahverdi oğlu (d. 1926-2007) - 

Azərbaycan şairi. Azərbaycan Respublikasının xalq şairi. Azərbaycan Dövlət 

mükafatı laureatı. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif 

olunmuşdur. - 264. 



 

204. Nehrəm - Naxçıvan MR-də Ваbək rayonunda kənd. Əhalisi 11784 

nəfərdir. Nehrəm tarixi kənddir. 1885-ci ildə burada ilk dünyəvi məktəb 

açılmışdır. C.Məmmədquluzadə 7 ildən çox Nehrəm məktəbində müəllim və 

müdir işləmişdir. Yazıçı “Kişmiş oyunu” (1892), “Danabaş  kəndinin 

əhvalatları” (1894) əsərlərini burada yazmış, mahalda ilk dəfə  qızları 

məktəbə cəlb etmiş və məktəb-tarix diyarşünaslıq muzeyi yaratmışdır. - 264, 

277. 

 

205. Ziya Bünyadov, Z i у  а  М u s а  о  ğ 1 u (1923-1997) - görkəmli 

Azərbaycan alimi, şərqşünas-tarixçi, ictimai xadim. Böyük Vətən müharibəsi 

(1941-45) iştirakçısı, Sovet İttifaqı  Qəhrəmanı, Azərbaycan Milli Elmlər 

Akademiyasının həqiqi üzvü. 1989-97-ci illərdə Azərbaycan Milli Elmlər 

Akademiyasının vitse-prezidenti, 1995-ci ildən Milli Məclisin deputatı 

olmuşdur. 1997-ci ildə Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə düşmən 

olan qüvvələr tərəfindən xaincəsinə  qətlə yetirilmişdir. Azərbaycan 

Respublikasının “İstiqlal” ordeni ilə təltif edilmişdir. -268, 269, 287. 



 

206.  Şəmsəddin Eldəgəz,   Ş ə m s ə d d i n   İ 1 d ə n i z ,   Ş ə m s ə d d 

i n E 1 d ə n i z ( ? - 1174,1175) - Eldəgəz hökmdarı (1136-1175), 

Azərbaycan Atabəyləri - Eldəgəzlər sülaləsinin və Eldəgəzlər dövlətinin 

banisi, görkəmli dövlət xadimi, sərkərdə. Dərbəndin qul bazarından satın 

alınmış Ş.Eldəgəz bacarıq və qabiliyyəti sayəsində sürətlə yüksələrək 1132-ci 

ildə  əmir titulu aldı  və  Səlcuqilər dövlətinin siyasi həyatında mühüm rol 

oynamağa başladı. Ayrı-ayrı  əyalətlərin hakimi olan Səlcuq  əmirlərini 

özündən asılı  vəziyyətə salan Ş.Eldəgəzin dövründə Azərbaycanın  şimal və 

cənub torpaqları  (Şirvandan başqa) vahid dövlət tərkibində yenidən 

birləşdirildi. Bununla da Eldəgəzlər dövlətinin təşəkkülü başa çatdı  və o, 

Yaxın Şərqin ən qüdrətli dövlətinə çevrildi. - 269. 

 

207. Qarabağlar türbəsi - orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi. 

Naxçıvan Muxtar Respublikasının   Qarabağlar kəndindədir.Türbədən başqa, 

burada  



_____________________________________________ 

500


 

qoşa minarə  və onların arasında yerləşmiş dini binanın qalıqları var. Qoşa 

minarənin XII əsrin sonu - XIII əsrin  əvvəllərində tikildiyi ehtimal olunur. 

Minarələri bir-birinə bağlayan baştaq isə XIV əsrə aiddir. Baştağın üzərində 

Elxanı hökmdarı Hülaku xanm arvadı Quti xatunun (Qutuy xatun) adı 

yazıldığından onun Quti xatunun şərəfinə tikildiyi guman edilir. - 271. 



 

208. “İsmayıl xan” hamamı - XVIII əsrə aid Azərbaycan memarlıq 

abidəsi. Naxçıvan şəhərində, Azadlıq prospektində yerləşir. Şərq hamamları 

üslubunda tikilmişdir. - 273. 

 

209. Afiyəddin CəIilov, Afiyəddin Cəlıl oğlu (1946-1994)-dövlət xadimi. 

1993-94-cü illərdə Azərbaycan Milli Məclisi sədrinin müavini idi. 1994-cü 

ildə Azərbaycanın dövlətçiliyinə  və müstəqilliyinə düşmən qüvvələr 

tərəfindən qətlə yetirilmişdir. - 276. 



 

210.  İsa Qəmbər,  İsa Yunis oğlu (d. 1957) -1990-95-ci illlərdə Milli 

Məclisin deputatı, 1992-93-cü illərdə parlamentin sədri olub. 1992-ci ildən 

Müsavat partiyasının başqanıdır. -281. 

 

211. “Ortaq dövlət” prinsipi, bax “Ümumi dövlət”. 

 

212. “Ümumi  dövlət”  - ATƏT-in Minsk qrapu həmsədrlərinin (ABŞ, 

Fransa, Rusiya) Azərbaycana etdiyi təklif; yəni Azərbaycan  ərazisində yeni 

bir erməni dövlətinin yaradılması. Beynəlxalq hüquqda isə ümumi dövlət 

adında anlayış yoxdur. Azərbaycan Dağlıq Qarabağa ancaq öz daxilində 

yüksək özünüidarəetmə statusu verə bilər. - 292. 

 

213.  İvanov  İqor Sergeyeviç (d.l945) - 1986-89-cu illərdə SSRİ Xarıci 

İşlər Nazirliyinin ümumi katibliyində  rəisin birinci müavini, 1989-91-ci 

illərdə  rəis, 1991-93-cü illərdə Rusiya Federasiyasının  İspaniyada səfıri, 

1993-98-ci illərdə Rusiya xarici işlər nazirinin birinci müavini, 1998-2004-cü 

ülərdə Rusiya Federasiyasının xarici işlər naziri olmuşdur. - 292, 395, 397. 

 

214. Türk  Petrolları, TRAO, - 1954-cü ildə Türkiyənin neft və qaz 

sənayesinin inkişafı üçün yaradılmışdır. Karbohidrogen istehsalı  və emalı 

sahəsində Türkiyənin  ən böyük şirkətidir. TPAO hazırda MDB, Şimali 

Afrika və Orta Şərqdə  fəaliyyət göstərir. Azərbaycana gələn ilk xarici neft 

şirkətlərindəndir. - 294, 426. 

  

 




Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə