MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə12/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   8   9   10   11   12   13   14   15   ...   157

_____________________________________________ 

36

 



Partlayış faktları  və bizim münasibətimiz belədir. Biz 

quldurluqdan, terrordan ziyan çəkmişik. Moskvada partladılmış 

evə  nə  qədər partlayıcı maddə qoyulduğunu bilmirəm, lakin 

Sabunçu rayonundakı 600 metr uzunluğunda körpünün altına, - 

siz oradan keçəndə onu görəcəksiniz, təxminən 200 kiloqram 

partlayıcı maddə qoyulmuşdu. Bu körpünü Azərbaycan və 

Ukrayna prezidentləri onun üstündən keçərkən partlatmalı idilər. 

Lakin biz bunun qarşısını ala bildik. Dünən deyildiyi kimi, 

təyyarəmizi vurmaq istəmişdilər. 

Yəni biz terrorizmdən zərər çəkmişik və  çəkirik. Biz 

terrorizmi dəstəkləyə bilmərik, onu pisləməyə bilmərik. Mən 

demişəm və deyirəm - biz kimə  mənsub olmasından asılı 

olmayaraq, Rusiyanı parçalamağa çalışan bütün qüvvələri 

pisləyirik. Biz Rusiyanın  ərazi bütövlüyünü həmişə 

dəstəkləmişik və dəstəkləyirik. Hesab edirik ki, Dağıstan Rusiya 

Federasiyasının ayrılmaz hissəsidir və orada vəziyyətin 

dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər aradan 

qaldırılmalıdır və biz bu hərəkətləri pisləyirik, onların əleyhinə 

çıxırıq. Biz Dağıstanda normal vəziyyətin bərpa edilməsini 

istəyirik. Biz dini bəhanə edərək quldurluq, terrorçuluq əməlləri 

ilə məşğul olan bu quldurları, terrorçuları, bu təməlçiləri, bu, nə 

bilim, vəhhabiləri və başqalarını pisləyirik. 

Bizim mənsub olduğumuz müsəlman dini terrorizmi heç vaxt 

təbliq etməyilədir. Amma təəssüflər olsun ki, indi bu cür hallar 

var. Biz bunu pisləyirik. Biz federal qüvvələrin Rusiyada, Şimali 

Qafqazda, konkret olaraq Dağıstanda gördüyü bütün tədbirləri 

dəstəkləyirik. Dəstəkləyirik. Arzu edirik ki, bu tədbirlər 

mümkün qədər tez konkret nəticələrə gətirilə çıxarsın, Dağıstan 

bu quldurlardan, bu terrorçulardan təmizlənsin, orada dinc, 

normal həyat qaydaya salınsın.  Əlbəttə, biz Moskvada və 

Rostov vilayətində evləri partlatmış bütün terrorçuları pisləyirik. 

Biz bu cür partlayışları görmüşük, başa 

  



_____________________________________________ 

37

 



düşürsünüz, biz onlardan zərər çəkmişik. Odur ki, biz bütün 

bunlara biganə qala bilmərik. 

Yeri gəlmişkən, partlayış baş verən kimi mən Boris 

Nikolayeviç Yeltsinə başsağlığı teleqramı göndərdim, o, 

mətbuatda dərc edilmişdir. Bax, bizim mövqeyimiz, bizim 

münasibətimiz belədir. Onu necə bildirməyəsən?  Мən onu 

dəfələrlə açıqlamışam. Avropa Şurası Parlament 

Assosiasiyasının sədri bir neçə gün əvvəl burada olmuşdur,  о, 

mənə sual verdi və  mən ona cavab verdim. Sözün düzü, buna 

görə  də  məni təəccübləndirən odur ki, Rusiya ilə Azərbaycan 

arasında münasibətlərin pisləşməsində marağı olan, bundan 

əvvəl Çeçenistandakı, indi isə Dağıstandakı vəziyyətdən istifadə 

edən hansısa qüvvələr bizə ziyan vurmaq istəyirlər. 

Lakin biz buna yol verməyəcəyik. Yəni necə yol 

verməyəcəyik? Moskvada edilənlərə qarşı biz hamımız acizik. 

Əgər mətbuatda nə isə  dərc edilirsə  və ya televiziya ilə  nə isə 

verilirsə, hansısa dövlət xadimi nəsə deyirsə, biz bunların 

qarşısını ala bilmərik. Lakin bizim vicdanımız təmizdir, biz 

həmişə dostluq, əməkdaşlıq ruhunda hərəkət edirik və xahiş 

edirəm, bu məsələ barəsində mövqeyimizi, mənim münasibətimi 

hökumətə, hökumətin sədri hörmətli Vladimir Vladimiroviç 

Putinə, Rusiyanın prezidenti hörmətli Boris Nikolayeviç 

Yeltsinə çatdırasınız.. Qoy heç kəs  şübhə etməsin ki, 

Azərbaycanda hansısa başqa bir mövqe ola bilər. 

Xahiş edirəm, müxtəlif xidmətlərdə, bəlkə  də dövlət 

xidmətlərində  və ya informasiya orqanlarında Azərbaycan 

barəsində yol verilən təhriflərə son qoyulması üçün sizin 

hamınız birlikdə tədbirlər görəsiniz. Bu təhriflər bizi çox narahat 

edir. 

Мən bir qədər hissiyyatlı danışdım, çünki bu ədalətsizlik 



mənə,  bizə  çox toxunur.  Sən  yaxşılıq  etmək,  əməkdaşlıq 

etmək istəyirsən, xoş münasibətlər göstərirsən, amma bunun 

cavabında...   Əlbəttə,   buna  etinasız  münasibət  göstərmək 

qeyri-mümkündür. Bax belə, Viktor İvanoviç.  




_____________________________________________ 

38

 



V i к t о г К а l у u j n ı: Heydər Əliyeviç, bu cür məlumata 

görə çox sağ olun. Hökumətin gənc bir üzvü kimi mənə 

indiyədək agah olmayan yeni çox şey agah oldu. Şübhəsiz ki, 

bütün bunları  mən elə bu gün Moskvaya qayıdan kimi həm 

Aleksandr Voloşinə, - siz onunla söhbət etmisiniz, - həm də 

Vladimir Vladimiroviçə çatdıracağam. Təbii ki, bu informasiya 

Xarici  İşlər Nazirliyi vasitəsilə prezidentə  də hökmən 

çatacaqdır. Sizin xahişinizi nəzərə alaraq, mən Vladimir 

Vladimiroviçdən təvəqqə edəcəyəm ki, açıqladığımız mövqeyi 

çatdırsın. Bu mövqe bu gün kifayət qədər açıq şəkildə səsləndi. 

Buna görə çox sağ olun. 

Bununla yanaşı, demək istərdim ki, müdriklik ona görə 

müdriklikdir ki, bir kəsə müsibət üz verdikdə o, mövcud olan 

bütün inciklikləri üstələməlidir. Bu müdriklik sizə xasdır. Bunu 

zaman da göstərir, sizin fəaliyyətiniz də, siz buraya qayıtdıqda 

bu evdə qayda-qanun yaratmaq lazım idi. Bütün dünyaya 

məlumdur ki, bunu siz etmisiniz və bunu danmaq olmaz. Bu 

xidmətdir, bu mövqedir, bu təcrübədir. Məcmu halda bütün 

bunlar lideri müəyyənləşdirir və siz bu yeri layiqincə tutursunuz. 

Мən bunu səmimi-qəlbdən, ürəkdən deyirəm. Buna görə 

deyirdim ki, cari vəziyyət barəsində konkret və  sərt mövqe bu 

gün hamı üçün maraqlı və gərəklidir. Belə ki, Heydər Əliyeviç 

burada necə  çıxış edəcəksə,  Şevardnadze necə çıxış edəcəksə - 

bunların hamısı burada və  cənub regionunda yaranmaqda olan 

bütün vəziyyət üzra təcrid edici amildir. Odur ki, bu 

informasiyaya görə sizə bir daha təşəkkür etmək və sizin bu 

mövqeyinizin bizim üçün nə dərəcədə mühüm olduğunu demək 

istərdim. Sizin mövqeyiniz aşkardır. 

Bu gün Rusiyada problemlər başdan aşır. Siz bütün bunları 

qeyd etməkdə  yəqin ki, haqlısınız. Lakin mühakimə yürütmək 

mənim üçün çox çətindir, çünki mən bu problemlərlə bağlı 

olmamışam, mənim sahəm sırf texnoloji sahədir, mən bu sahəyə 

bizə dəxli olmuş problemlər vasitəsilə gəlmişəm,  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə