Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə16/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   12   13   14   15   16   17   18   19   ...   185

 

 

50 



tünlükləri geniş təbliğ olunurdu. Ankara və İstanbulun kitab mağa-

zaları amerikan kitabları ilə dolu idi.  

Pentaqonun  planlarında  Türkiyənin  ərəb  ölkələrinə  yaxınlıqda 

yerləşməsinə diqqət yetirməsi sovet hökumətini narahat edirdi. ABŞ 

ərəb  dünyasına  dair  siyasətini  həyata  keçirərkən  çox  vaxt  türk 

hökuməti  ilə  məsləhətləşirdi.  Müsəlman  dünyasının  böyük  ölkəsi 

olan  Türkiyə  ilə  ABŞ-ın  belə  yaxınlığı  SSRİ-nin  müsəlman  dün-

yasında nüfuzuna xələl  gətirir, təsir dairəsini məhdudlaşdırırdı. Ağ 

ev  Türkiyəyə  müsəlman  dünyasının  müasir  və  model  dövləti  kimi 

baxırdı.  

Belə  şəraitdə  SSRİ  cənub  sərhədlərində  Türkiyəni  özünə  dost 

ölkə kimi  görmək istəyirdi.  Moskva Türkiyənin  NATO-nun SSRİ-

nin içərilərini “görən gözü”, daxildə gedən prosesləri “eşidən qula-

ğı” olmasını arzulamırdı.  

 

SSRİ-nin iqtisadi vəziyyəti 

Türkiyə ilə yaxınlaşmağa təsir edir 

 

Sovet lideri Xruşşov SSRİ-nin 1970-ci ildə ABŞ-ı ötüb keçəcə-



yini,  1980-ci  ildə  isə  юlkədə  kommunizmin  qurulacağını  elan 

etmişdi.  Lakin  50-ci  illərin  sonu-60-cı  illərin  əvvəllərində  Sovet 

İttifaqı bir sıra aьır problemlərlə üzləşdi. Birinci ən böyük problem 

ölkədə  yaranmış  ağır  sosial-iqtisadi  vəziyyət  idi.  Kənd  təsəsrrüfa-

tında  vəziyyət  pisləşmişdi.  Ölkədə  çörək  qıtlığı  yaranmışdı.  İri 

şəhərlərdə  çörək  növbəsinə  duran  adamların  sayı  artırdı.  Xalqın 

narazılığı  güclənirdi.  İqtisadi  problemlər  ölkədəki  ziddiyyətləri 

dərinləşdirirdi.  Sovetlər  yaranmış  vəziyyətdən  kimya  sənayesi  və 

gübrə  tətbiq  etməklə  çıxmaq  istədi.  Lakin  bu  тədбirlər  istənilən 

nəticəni  vermədi.  SSRİ-də  yaranmış  бelə  vəziyyəт  Qərбdəki 

rəqiбlərinin  diqqəтindən  yayınmadı.  1964-cü  il  8  yanvar  tarixli 

ABŞ  milli  kəşfiyyat  məlumatına  görə  sovetlər  vəziyyətdən  çıx-

mağın yolunu qeyri-müdafiə proqramlarını ixtisar etməkdə, geniş və 

uzunmüddətli  Qərb  kreditlərinin  alınmasında  görürdü.  Mərkəzi 

Kəşfiyyat  İdarəsi  Qərb  kreditlərini  alan  sovetlərin  onu  müdafiə  və 

kosmik xərclərə sərf edəcəyini vurğulayırdı

32

.  


ABŞ-ın Belçikadakı səfiri McArturun Dюvləт Deparтamenтinə 


 

 

51 



gюndərdiyi  teleqramda  deyilirdi  ki,  sovetlərin  qızıl  və  xarici 

valyuтa  ehtiyatları  2  mln.  dollara  bərabərdir.  Bunun  təxminən  1 

mln.  dolları  taxıl  alınmasına  xərclənir.  Ölkəni  bu  vəziyyətə  salan 

amillərdən  biri  kosmik  və  müdafiə  xərclərinin  çox  bahalı 

olmasıdır

33

.  



Qərblə qarşıdurmada sürətlə silahlanmaya çəkilən xərclər sovet 

iqtisadiyyatında dərin бюhran yaraтmışdı. Sosial-iqtisadi vəziyyətin 

getdikcə pisləşməsi xalqda etiraz yaradırdı. Юlkənin бir sıra iri ya-

şayış  mənтəqələrində  eтiraz  aksiyaları  бaş  vermişdi.  Soveт 

orqanları  onları  amansızlıqla  yaтırmışdı.  Belə  şəraitdə  Qərb  bloku 

ölkələri  ilə  normal  münasibətlərin  qurulması  tələb  olunurdu. 

Юlkədə  yaranmış  gərgin  iqтisadi  vəziyyəтdə  sovetlər  Qərбlə 

münasibətlərin  normallaşmasına  müvəqqəti  hal  kimi  baxırdı. 

Əslində  sovet  rəhbərləri  xarici  siyasətin  başlıca  məqsədlərindən 

imtina etmirdilər. Onu yalnız yeni şəraitə uyğunlaşdırırdılar.  

 

 

Sosialist düşərgəsində böhranın 



sovet-Türkiyə münasibətlərinə təsiri 

 

50-ci  illərin  sonu-60-cı  illərin  əvvəllərindən  etibarən  SSRİ-nin 



beynəlxalq vəziyyəti daha da pisləşdi. Sovetlər ikinci ciddi və uzun- 

müddəтli  problemlə  üzləşdi.  Qərb  dövlətləri  ilə  ağır  soyuq  müha-

ribədə tab gətirmək sovet xarici siyasətinin başlıca problemi olduğu 

bir zamanda sosialist ölkələri arasındakı münasibətlərdə kəskin böh-

ranlar  yarandı.  Qarşılıqlı  münasibətlər  pisləşdi.  SSRİ  1956-cı  ildə 

Macarıstan  hadisələrini  qanla  boğdu.  Bu  hadisə  soveт  dюvləтinin 

beynəlxalq  nüfuzuna  zərbə  vurdu.  Sovet  xarici  siyasətinin  aqres-

sivliyi  azad  dünya  юlkələri  тərəfindən  kəskin  tənqid  olunmağa 

başladı.  

Rumıniya ilə SSRİ arasında münasibətlər soyuqlaşdı. Müstəqil 

xarici  siyasət  yeritməyə  can  atan  Rumıniya  rəhbərliyinin  hərəkət-

ləri,  Stalinin  şəxsiyyətə  pərəstişini  pisləyən  Sov.  İKP  XX  qurul-

tayının qərarlarına soyuq yanaşması, sosialist ölkələri arasında iqti-

sadi  inteqrasiya  problemlərinə  fərqli  baxışı  sovetləri  hiddətlən-

dirirdi

34

. Bir müddət sonra Rumıniyanın Varşava Müqaviləsi Təşki-




 

 

52 



latının  iri  hərbi  manevrlərində  iştirakdan  imtina  etməsi  münasi-

bətləri  daha  da  pisləşdirdi

35

.  Varşava  Müqaviləsi  Təşkilatı  daxi-



lindəki ixtilaflar dərinləşirdi. Sosialist düşərgəsinin hərbi qüdrətində 

çatlar yarandı.  

Stalinin  ölümündən  sonra  Albaniya  və  Yuqoslaviya  da  sovet 

xarici  siyasət  xəttinə  qarşı  çıxaraq  onu  açıq  şəkildə  tənqid  edirdi. 

Юzünütəcrid  siyasətinə  keçən  Tirana  Moskva  ilə  münasibətlərini 

tamamilə soyuqlaşdırdı.  

Sosialist  ölkələri  ilə  münasibətlərdəki  böhranlı  vəziyyət  sovet 

hökumətini yeni xarici siyasət xətti yeritməyə vadar edirdi.  

 

 

Kuba raket böhranı və 

sovet-Türkiyə münasibətləri 

 

60-cı  illərdə  sovetlər  üçüncü  ciddi  və  uzunmüddətli  bir  prob-



lemlə üzləşdi. Bu, dünya siyasəтində бюyük rol  oynayan kiçik ada 

Kuba  əтrafında  yaranmış  vəziyyəт,  raket  böhranı  oldu.  Sovetlərin 

Kubadakı raketləri ABŞ-ı, amerikanların Türkiyə ərazisində yerləş-

dirilmiş  raketləri  isə  SSRİ-ni  təhdid  edirdi.  Kuba  ABŞ  üçün  nə 

idisə, Türkiyə  də  SSRİ üçün  o idi.  Sovetlərin Kubada  yerləşdirilən 

raketləri ABŞ ərazisinə 5 dəqiqəyə çata bilərdi. Kuba raket böhranı 

zamanı  ABŞ  prezidenti  C.  Kennedi  soveтlərin  бu  юlkədəki  Yer-

Hava tipli raket komplekslərini vura biləcək döyüş raketlərini hazır 

vəziyyətə gətirmək əmrini verdi. O eyni zamanda AFR, Türkiyə və 

İranın “pis hala qarşı” hazır olmasını da xəбərdar eтdi. Çünki sovet-

lər bu ölkələrdə amerikanlardan əvəz çıxa, qisas ala bilərdi. Dünya-

nın  müxтəlif  юlkələrindəki  amerikan  hərbçiləri  ABŞ-ın  daxilin-

dəkilərdən daha çox hazırlıq vəziyyətinə gətirildilər

36

.  



Kennedi  Kuba  raket  böhranı  zamanı  həm  sağdan,  həm  də  sol-

dan  tənqid  olunurdu.  Penтaqon  Kennedini  qorxaq  adlandıraraq 

тəzyiqlər eтməyə бaşladı. 1961-ci il iyun ayının 3-də Vyanada sovet 

lideri Xruşşovla görüşdə Kennedi zəiflik göstərdi

37

. Kennedi soveт 



liderinə  бildirdi  ki,  təhlükəsizliyinə  hədə  olduğu  üçün  Amerika 

Kubaya  hücum  etdi.  Cavabında  Xruşşov  6  mln.  nəfər  əhalisi  olan 

Kubanın ABŞ üçün təhlükə törətməsi fikrinin inandırıcı olmadığını 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə