Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə24/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   20   21   22   23   24   25   26   27   ...   185

 

 

74 



kin  qəbul  etdi.  Danışıqlarda  əsasən  aşağıdakı  məsələlər  müzakirə 

edildi: Birincisi, Kipr hadisələrinin başlanması və səbəbləri. Adada 

icmalar  arasında  fikir  ayrılığı  niyə  hökm  sürür?  İkincisi,  Türkiyə 

hökuməti  adada  qayda-qanunu  qorumaq  üçün  hansı  tədbirləri 

planlaşdırır?  Üçüncüsü,  Kiprdə  təhlükəsizliyi  və  qayda-qanunu 

gözləməkdən юtrü hansı idarəçilik forması təklif edilə bilər? Türk-

lərin təklif etdiyi federasiya formasının xeyri nədir?  

Danışıqlardan  sonra  jurnalistlərin  suallarına  cavab  verən  Erkin 

və  Boll  məsələyə  dair  baxışlarının  eyni  olduğunu  vurğuladı.  Tür-

kiyə  XİN-in  baş  katibi  Fuad  Bayramoğlu  dedi:  “Qonağımız-nazir 

köməkçisi Kipr hadisələrində hökumətimizin mövqeyini xırdalığına 

qədər bildi. Fikir mübadiləsi nəticəsində baxışlarımızın eyni olduğu 

üzə çıxdı”

94

.  



Ankarada  danışıqlarını  başa  çatdıran  Boll  Makariosla  görüş-

məkdən  ötrü  Kiprə  getdi.  O,  adanın  тürk  icmasının  lideri  Rauf 

Denktaşla da görüşdü. Görüşlərdə ABŞ dövlət katibinin köməkçisi 

Sülh  qüvvələri  yaratmağı  təklif  etdi.  Makarios  adaya  NATO  qüv-

vələrinin  gətirilməsinin  əleyhinə  çıxdı.  BMT  qüvvələrinin  yerləş-

dirilməsini tələb etdi.  

Bu  zaman  adada  türk  hərbçilərinin  sayı  65  min  nəfərə  çatırdı. 

Problemə  dair  suala  cavab  verən  prezident  Gürsel  “elə  etmək  la-

zımdır  ki,  ruslar  bundan  istifadə  edib  çay  pulu  yığmasınlar”  dedi. 

Makariosun SSRİ ilə münasibətlərinə dair suala cavab verən Gürsel 

“ruslar Kiprlə deyil, Makariosla yaxınlaşırlar. Ona görə də biz qan 

qardaşlarımızın  qanının axıdılması  ilə  razılaşa  bilmərik”  deyə  vur-

ğuladı

95

.  



Türkiyədə  bəziləri  sovet  təhlükəsinin  aşağı  düşməsinin  NATO 

daxilində  soyuq  münasibətlərin  yaranmasına  səbəb  olduğunu  de-

yirdi. Şükrü Baban “Yeni Sabah” qəzetinin 1964-cü il 2 mart tarixli 

sayında  “sovetlərə  qarşı  yaradılmış  Qərb  bloku  rus  təhlükəsinin 

azaldığını görüb bir-birini inkar edir” yazırdı

96

.  



Adada qanlı hadisələr nəticəsində yaranmış ağır vəziyyət BMT-

də geniş müzakirə edildi. Soveт diplomaтiyası adaya NATO qüvvə-

lərinin yeridilməsinin əleyhinə çıxdı. SSRİ 1964-cü il mart ayının 4-

də  BMT  Təhlükəsizlik  Şurasının  iclasında  iki  icma  arasında  qan 

tökülməsinin  qarşısını  almaq  məqsədi  ilə  adaya  BMT  ordularının 



 

 

75 



göndərilməsinə  səs  verdi.  Buna  baxmayaraq,  adada  türklərə  qarşı 

qəтllər  hələ  də  davam  edirdi.  Törədilən  qırğınları  dayandırmaqdan 

ютrü Türkiyə təyyarələri 1964-cü ilin yayında yunan hərbi hissələ-

rini bombardman etdi. Adada iki icma arasında yaranmış ağır vəziy-

yət NATO üzvləri olan Yunanıstanla Türkiyə arasındakı münasibət-

ləri kəskinləşdirdi. NATO-nun cənub qanadı xeyli zəifləmiş oldu.  

Xruşşov 1964-cü il aprel ayının əvvəllərində çıxış edərək “Kipr 

hadisələrinə  kənardan  müdaxilənin  yolverilməz  olduğunu,  qan 

tökülməsinin  dayandırılması  vacibliyini”  bildirdi.  Bu  bəyanat  Tür-

kiyədə  rəğbətlə  qarşılandı.  Xarici  işlər  naziri  Erkin  belə  mövqeni 

“nəhayət,  bizim  böyük  qonşumuz  həqiqəti  görməyə  başladı”  kimi 

qiymətləndirdi

97

.  


Bununla belə, sovetlər hələ də Makariosu müdafiə edirdi. SSRİ 

Makariosa silah verirdi. “Hürriyet” qəzeti “75825 №-li rus təyyarəsi 

Nikosiya  hava  limanında  yerə  endikdən  sonra  ciddi  təhlükəsizlik 

tədbirləri  həyata  keçirildi.  Təyyarədən  çoxlu  qutular  boşaldılaraq 

naməlum  istiqamətə  aparıldı.  Qutularda  silahın  olduğu  güman  edi-

lir” yazırdı

98

.  


Kommunist  təhlükəsi  adanın  parçalanmasına  təsir  edən  faktor-

lardan biri idi. ABŞ-ın Kiprdəki səfiri T. Belcher 1964-cü il aprelin 

7-də  Dövlət  Departamentinə  göndərdiyi  teleqramda  Kommunist 

Partiyasının  rəhbərliyi  altında  Kiprin  müstəqil  olmasını  Türkiyə 

hökumətinin  qəbul  etməyəcəyini  vurьulayırdı.  O,  Kiprin  Yunanıs-

tanın tərkibində NATO təhlükəsizlik sisteminə daxil olması ilə Tür-

kiyənin  mövqelərinin  yumşalacağını  yazırdı

99

.  Lakin  Türkiyə  Kip-



rin Yunanısтan daxilində NAТO sisтeminə girməsinə razı deyildi.  

Moskvadan  geniş  dəstək  alan  Kipr  Kommunist  Partiyası  olan 

AKEL  (Zəhməтkeşlərin  İrəli  Тərəqqi  Parтiyası)  Makariosla  əmək-

daşlıq edirdi. Sov.İKP və AKEL Kiprdə kommunist rejimi qurmaьa 

çalışırdılar. SSRİ Kiprdə kommunist təşkilatını gücləndirirdi. Kiprli 

yunanları Qərb ölkələrinin əleyhinə yönəldirdi. SSRİ AKEL-in kö-

məyi  ilə  Aralıq  dənizində  mövqelərini  möhkəmləndirmək,  istəyinə 

çatmaq istəyirdi. Kipr əhalisinin 78,8%-i yunandı. Onların da üçdə 

biri  kommunist  idi

100


.  AKEL  üzvlərinin  55%-ini  yunanlar  təşkil 

edirdi


101

.  Bu  partiya  yaşıl  adada  sovetlərin  "Troya  atı"  hesab  olu-

nurdu.  Sovetlər  ondan  isti  dənizlərə  çıxmaq  niyyətlərini  reallaş-



 

 

76 



dırmaq  üçün  istifadə  edirdi.  Bu  məsələdə  sovetlərin  yaxın  kömək-

çilərindən бiri Yunanıstan Kommunist Partiyası idi.  

Kipr  türkləri  arasında  kommunistlər  çox  az  idi.  Kommunizmə 

qarşı duran dünya lideri ABŞ və müttəfiqi Türkiyə kommunistlərlə 

əhatə olunmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Buna görə də Türkiyə 

adada baş verən hadisələrə biganə qala bilməzdi. 

Xruşşov Kipr böhranının  əvvəlində Yunanıstana  müraciət  edə-

rək Kritlə Rodos adası arasında yerləşən Karavi adasını almaq istə-

mişdi.  SSRİ  bu  adada  hərbi  baza  yaratmaq  niyyətində  idi.  Lakin 

Yunanıstan hökuməti dumanlı cavab vermişdi. Bundan sonra sovet-

lər Kipr adasında baş verən hadisələrdən istifadə etməyə başladı.  

Türkiyənin  haqlı  tələblərinə  Qərb  blokundakı  müttəfiqlərinin 

biganə qalması və sovetlərin Makariosu müdafiə  etməsi türk dairə-

lərinə  ciddi  təsir  edirdi.  “Milliyet”  qəzeti  1964-cü  il  aprelin  15-də 

“Türkiyə  oyuncaq  deyildir”  yazırdı.  Türkiyə  ərazisində  ABŞ-ı  və 

Qərbi  qoruyan  NATO-nun  60  hərbi  aerodromu,  iki  iri  bazası  Pen-

taqona  tabe  idi.  Türklər  bu  bazaların  maraqlarına  uyğun  gəlmədi-

yini,  Türkiyənin  taleyi  ilə  bağlı  məsələləri  özünün  həll  etmək 

iqtidarında olmadığını deyirdilər. NATO-nun Kiprdə türklərin məhv 

edilməsinə göz yumması da hiddətləndirici idi. Toqquşmalar başla-

yandan  bəri  170  nəfər  türk  ölmüş,  170-i  əsir  götürülmüş,  90  türk 

kəndi  tamamilə  və  ya  qismən  dağıdılmışdı.  45  min  türk  Qırmızı 

aypara  cəmiyyətinin  himayəsinə  ehtiyac  duyurdu.  25  min  türk 

evsiz-eşiksiz qalmışdı

102

. Ankaranın müttəfiqləri isə susurdu.  



Bu  milli  məsələsində  Türkiyəni  Pakistandan  başqa  heç  bir 

dövlət müdafiə etmirdi. “Yeni Sabah” qəzeti 1964-cü il aprelin 15-

də  yazırdı:“Biz  dünyada  yalqızıqmı?”  Yaranmış  vəziyyət  NATO-

nun  dağılması  kimi  qiymətləndirilir,  əleyhinə  olan  əhval-ruhiyyəni 

gücləndirirdi.  Edip  ittifaqının  sədri  mətbuat  konfransı  keçirərək 

“yarandığı  vaxtdan  bəri  Türkiyənin  NATO-da  olması  ona  heç  bir 

şey verməmişdir” dedi

103


.  

1964-cü  ilin  aprel  ayında  baş  nazir  İsmet  İnönü  “Times”a 

müsahibə  verdi.  Müsahibəsində  “bizim  müttəfiqlərimiz  NATO-nu 

dağıtmaqdan  ötrü  başqaları  ilə  yarışa  girmişlər”  deyə  vurьuladı. 

Qeyd  etdi  ki,  əgər  müttəfiqlərin  ittifaqın  dağıdılmasına  yönəlmiş 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə