Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə17/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   13   14   15   16   17   18   19   20   ...   185

 

 

53 



dedi.  Vurğuladı  ki,  ABŞ  azad  hərəkət  etdiyini  bildirir.  Bəs  İran  və 

Türkiyə  necə?  Onlar  Amerikanın  müttəfiqləridir.  Bu  ölkələrin 

ərazisində amerikan bazaları və raketləri vardır. ABŞ başqa ölkələ-

rin  daxili  işlərinə  qarışmaq  üçün  presedent  yaradır.  ABŞ  Kubadan 

güclü  olduğu  kimi  SSRİ  də  Türkiyə  və  İrandan  güclüdür.  Sovet 

lideri  bununla  əslində  Türkiyə  və  İranın  sovet  təhdidi  qarşısında 

olduğuna işarə edirdi.  Xruşşov Kennedinin Kuba məsələsində səh-

vini  başa  düşdüyündən  şad  olduğunu  dedi

38

.  Kennedi  Türkiyə  və 



İranda amerikan bazalarının olması faktını etiraf etdi. Lakin SSRİ-

yə qarşı təhlükə baxımından onların zəif olduğunu vurьuladı.  

ABŞ-ın  fəzaya  buraxılmış  peykləri  Kuba  ərazisində  yerləş-

dirilmiş və Xruşşova verilmiş məlumaтa əsasən “yerinin müəyyən-

ləşdirilməsi  mümkün  olmayan”  sovet  raketlərinin  şəkillərini  çəkdi. 

Eyni zamanda amerikanlara satılmış bir sovet polkovnikinin verdiyi 

məlumatlar da raketlərin olduğunu  təsdiqlədi.  Yalnız  бundan sonra 

Kennedi  ABŞ-ın  sovetlər  qarşısında  strateji  üstünlüyünə  tam  əmin 

oldu

39

.  Müdafiə  naziri  Robert  McNamara  qitələrarası  raketlər 



sahəsində  SSRİ  qarşısında  ABŞ-ın  üstünlüyünü  on  yeddidə  bir  he-

sab  edirdi.  Sovetlərin  Kubada  yerləşdirilmiş  44  raketi  ABŞ-ı 

vurmaq gücündə idi. ABŞ-ın Türkiyə ərazisində yerləşdirilmiş 300 

İCBM və 30 İRBM qitələrarası raketləri sovet ərazisini vura bilərdi.  

Yaranmış  ağır  vəziyyətdə  sovetlər  və  amerikanlar  Kuba  və 

Türkiyə  ərazilərində  yerləşdirilmiş  raketlərlə  bağlı  məsələni  həll 

etməli  idilər.  Amerikanlar  ABŞ-ın  Türkiyə  və  Yunanıstanda  möv-

cudluğunun müharibədən sonra Stalinin bu iki ölkəyə qarşı hərbi və 

siyasi təzyiqinə qarşı reaksiyasını əks etdirdiyini deyirdilər

40

.  



Kennedi təcili müşavirə çağırdı. Müşavirə iştirakçılarının bəzisi 

Kubanın işğalını təklif etdi. Digərləri raketlərin yerləşdirildiyi kon-

kret  hədəfləri  səmadan  vurmaq  ideyasını  dəstəklədilər.  AБŞ-ın 

БMТ-dəki  nümayəndəsi  Adlai  Eving  Stevenson  isə  ABŞ-ın  Türki-

yədəki  zəif  və  səmərəsiz  raketlərini  çıxarması  müqabilində  sovet-

lərin  də  Kubadan  raketlərini  çıxarmasını  təklif  etdi

41

.  Тəklif  qəбul 



olundu.  Amma  Kennedi  bundan  əvvəl  hansısa  qətiyyətli  addımın 

atılmasının vacibliyinə inanırdı. Buna görə də o, Kubanı dəniz blo-

kadasına  aldı.  Kubaya  gюndərilən  sovet  gəmiləri  cəsarəт  edib 

blokadanı  yarıb  Karib  dənizinə  girə  bilmədilər.  Geri  döndülər. 




 

 

54 



Xruşşov  dюvləт  və  şəxsi  alçalma  ilə  nüvə  mühariбəsi  arasında 

seçim  etmək  qarşısında  qalmışdı.  Kennedi  incə  üsulla  Xruşşova 

güzəştə gedilməsi məsələsini anlaтdı.  

ABŞ  təklifi  sovet  səfiri  vasitəsi  ilə  Moskvaya  çatdırıldı.  Sovet 

hökuməti raketləri Kubadan çıxarmağa razılıq verdi. Sov. İKP MK 

Rəyasət  Heyətinin  (Siyasi  büro)  1962-ci  il  27  oktyabr  tarixli  ic-

lasında (protokol № 62-b) qəbul edilən qərarda deyilirdi: “Əgər biz 

Türkiyədə və Pakistanda bazaların ləğvinə nail olsaq, uduşlu vəziy-

yətdə olarıq”

42

.  



Türkiyə  ərazisindən  Yupiter  raketlərinin,  Kuba  ərazisindən  isə 

sovet    raketlərinin    çıxarılması  məsələsi  SSRİ-nin  ABŞ-dakı  səfiri 

A.F.Dobrıninlə  amerikan  prezidentinin  qardaşı,  ədliyyə  naziri  Ro-

bert  Kennedi  arasında  görüşdə  də  müzakirə  edildi.  1962-ci  il  okt-

yabrın 28-də keçirilən görüşdə prezidentin tapşırığına əsasən Robert 

Kennedi  “prezident  Türkiyə  ərazisindəki  Yupiter  raketlərinin  yer-

ləşdiyi  bazaların  ləğvi  məsələsində  həlli  mümkün  olmayan  çətin-

liklər  görmür”

43

, “sovet raketləri Kubadan çıxarıldıqdan və böhran 



həll  edildikdən  sonra  Türkiyədəki  amerikan  bazalarının  ləğvinə 

amerikan  hökumətinin  hazır  olduğunu”  dedi

44

.  Lakin  bu  infor-



masiyanın məxfi saxlanılmasını Dobrınindən xahiş etdi. Çünki Tür-

kiyə  ərazisindəki  bazalara  dair  qərarı  NATO  Şurası  verməli  və 

bəyənməli idi

45

.  



Ağ ev Kubadakı Fidel Kastro rejimini dəyişməkdən ötrü səylər 

etməyəcəyi  barədə  öhdəlik  götürdü

46

.  Bu  məsələ  Sov.  İKP  MK 



Rəyasət  Heyətinin  28  oktyabr  tarixli  iclasında  müzakirə  edildi. 

Problemə  dair  Vaşinqтondakı  soveт  səfirindən  və  DTK-nın 

rezidenti  “D”-dən  alınan  tamamilə  eyni  məzmunlu  məlumatlar 

müzakirə edildi  və razılıqla qarşılandı

47

.  Həmin  iclasda  Xruşşovun 



Kennediyə məxfi məktubunun mətni qəbul edildi. Məktubda Türki-

yədən  raketlərin  çıxarılması  barədə  amerikan  təklifi  bəyənilirdi. 

Lakin bu məsələnin indi həll edilməməsi təklifi qəbul olundu. Çünki 

bu  iş  müəyyən  zaman  tələb  edirdi.  Ehtiraslar  soyumalı  idi.  Amma 

həmin məsələlərin həllini təxirə salmaq da olmazdı. Belə vəziyyətin 

davam etməsi özündə çoxlu müəmmaları və təhlükələri saxlayırdı

48

.  


Бundan  sonra  SSRİ  Nazirlər  Soveтi  sədrinin  бirinci  müavini 

A.Mikoyan  Kubaya  səfər  eтdi.  Səfəri  zamanı  ABŞ-a  gələrək  Va-




 

 

55 



şinqtonda prezident Kennedi ilə noyabrın 29-da görüşdü. Söhbətdə 

Mikoyan  Türkiyədəki  amerikan  raketlərinin  SSRİ-yə  çox  yaxın 

olduğunu dedi

49

. Bunun əksinə olaraq o hiss etdi ki, raketlər ameri-



kanların  əlində  olduqca  sovet  vətəndaşları  sakitləşə  bilərlər.  Miko-

yan  sovet  rəhbərliyinin  Kennediyə  inandığını  söylədi.  Kennedi  isə 

Türkiyədəki  amerikan  bazalarının  mюvcudluьunun  həmişə  hiss 

edilməməsinə тərəfdar olduğunu dedi.  

Böhranın  nəticəsi  Xruşşovun  sтraтeji  deyil,  iki  taktiki 

qələbəsindən  ibarət  oldu.  ABŞ  prezidenti  Kubaya  hücum 

etməyəcəyi  və  mövcud  rejimi  dəyişməyəcəyi  barədə  dövlət 

zəmanəti,  Yupiter  raketlərinin  Türkiyədən  çıxarılması  barədə  şəxsi 

zəmanət  və  ya  “kişi  sözü”  verdi.  Bunun  əvəzində  Xruşşov  əsas 

strateji  dəyişikliyi  həyata  keçirdi.  Bu  da  sovetlərin  ictimai  rəydə 

ABŞ-la gerçəklikdən uzaq paritetə nail olması fikrini yaraтması idi. 

Dünya  sovet  gəmilərinin  geri  qayıtmasını  gördü.  Belə  vəziyyət 

Kremldə  qoca  hərbçiləri  həyəcanlandırdı

50

.  Sovet  hərb  sistemi 



barədə  formalaşmış  fikirlər  dağılmağa  başladı.  Kuбa  məsələsində 

soveтlər  uьursuzluьa  düçar  oldu.  Rakeтlərin  çıxarılması  xəбərini 

Fidel Kasтro тeleviziyadan eşiтdi.  Kuбanı  fiziki cəhəтdən  qoruyan 

SSRİ  юz  hərəkəтləri  ilə  onu  siyasi  cəhəтdən  əslində  məhv  eтdi. 

Kreml müттəfiqi olduьu Kuбaya yalnız ehтiyaтlı тəsəlli verə бildi. 

Kuba  raket  böhranına  qədər  Xruşşov  Qərbi  güzəştə  vadar 

edəcəyini  düşünürdü.  Lakin  hadisələrin  nəticəsi  bu  niyyətin  boşa 

çıxdığını  göstərdi.  ABŞ  bir  sıra  sahələrdə,  xüsusən  strateji  silahlar 

sahəsində  üstünlüyünü  sübut  etdi.  Belə  şəraitdə  sovetlərin  əvvəlki 

siyasəti  davam  etdirməsi  artıq  mümkün  deyildi.  Xruşşovun  öz 

rəqiblərini tələyə salmaq və güzəştlər əldə etmək strategiyası iflasa 

uğradı.  Sovet  gəmilərinin  Karib  dənizindən  geri  dönməsi  sadəcə 

dönmə  deyildi.  Bu,  Qərblə  uzun  illər  boyu  qarşıdurmaya  yönələn 

köhnə  sovet  siyasətindən  imtina  olunması,  onun  iflasa  uьraması, 

Latın  Amerikasından  sovetlərin  əlinin  çıxması,  “azadlıq  adası” 

adlandırdığı Kubadakı müttəfiqini yalnız ümumi ifadələrlə müdafiə 

etməsi və dünyada yaranmış reallıqların qəbul olunması demək idi. 

Soveтlərin  тəkбaşına  dünya  aьalıьına  can  aтması  iddiaları  puça 

çıxdı.  Бundan  sonra  iki  fövqəlgüc  dövləti  dünyanın  nüfuz  dairə-

lərinə  bölünməsinə  dair  ilkin  razılığa  gəlirdilər.  Bir  müddət  sonra 




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə