Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə14/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   10   11   12   13   14   15   16   17   ...   185

 

 

44 



qalacağını ölkənin  rəsmi şəxsləri öz nitqlərində açıq  şəkildə bəyan 

edirdilər.  İ.  İnönü 1962-ci  il  yanvar ayının 9-da  Ankara radiosu ilə 

etdiyi  nitqində  “biz  NATO  və  SENTO  ittifaqlarına  daxilik.  Bizim 

bu bloklardan çıxıb Rusiya ilə ittifaq yaratmağımız mümkün olma-

dığı kimi, bitərəf qalmağımız da mümkün deyildir” dedi. May ayı-

nın  2-də  İstanbul  Texnik  Universitetinin  professor-müəllim  heyəti 

ilə  görüşdə  nitq  söyləyən  Türkiyə  prezidenti  Cemal

 

Gürsel  türk 



millətinin taleyinin Qərblə bağlı olduğunu açıq şəkildə bildirdi.  

 1962-ci  ildə  Türkiyədəki  amerikan  hərbi  bazaları  arasında 

rabitə  əlaqəsinin  tikinтisinə,  amerikan  bazaları,  hissələri  və  ma-

teriallarının  təhlükəsizliyinin  təmin  edilməsinə  dair  türk-amerikan 

məxfi  sazişləri  imzalandı.  Sovet  məxfi  məlumatlarında  “həmin 

sazişləri  imzalamaqla  amerikanlar  Türkiyədəki  əsas  rəqibləri  olan 

ingilisləri  böyük  məharətlə  arxa  plana  sıxışdırdılar”  deyilirdi.  Бu 

sənədlər imzalandıqdan sonra Türkiyənin xarici siyasəti, beynəlxalq 

təşkilatlardakı  fəaliyyəti,  ordusu  və  iqtisadiyyatı  ABŞ-la  daha  da 

yaxınlaşdı.  Amerikalıların  Türkiyənin  siyasi,  iqtisadi  və  hərbi 

həyatının əsas sahələrinə yerləşməsi gücləndi. Amerikalı ekspert və 

mütəxəssislər  Türkiyənin  müxtəlif  nazirlik,  idarə  və  müəssisələ-

rində  işləyirdi.  850  nəfər  amerikalı  mütəxəssis  Türkiyənin  yalnız 

iqtisadi yönümlü müəssisə və təşkilatlarında çalışırdı.  

Amerikalılar türk ordusunda və baş qərargahda möhkəm mövqe 

tutmuşdular. Türkiyədə  Yardım üzrə birləşmiş hərbi missiya, Bey-

nəlxalq  inkişaf  agentliyi  və  ABŞ  informasiya  xidməti  geniş  fəaliy-

yət  göstərirdi. ABŞ-ın Türkiyəyə  ən güclü  təsir aləti hərbi, iqtisadi 

və texniki yardımları idi.  

Türkiyəyə  amerikan  silahı  və  materialı  hərbi  yardım  haqqında 

1947-ci  il  12  iyul  tarixli  sazişə  uyğun  olaraq  göndərilirdi.  Hərbi 

yardım olaraq ABŞ Türkiyəyə toplar, tanklar, Nayk, Onest Con tipli 

raketlər,  reaktiv  təyyarələr,  hərbi  gəmilər,  sualtı  qayıqlar,  hərbi 

sursat və rabitə vasitələri verirdi.  

ABŞ informasiya mərkəzinin məlumatına görə Türkiyəyə ayrı-

lan  3  mlrd.728  mln.  dollar  həcmində  amerikan  köməyinin  2  mlrd. 

100 mln. dollarını hərbi yardımlar təşkil edirdi.  

Qərb-Türkiyə  müttəfiqliyi  təkcə  türk  rəsmi  dairələrinin  istəyi 

deyildi. Türkiyə ilə müttəfiqliyin zəruriliyini və əhəmiyyətini Qərb 



 

 

45 



dünyasının xadimləri də açıq  şəkildə söyləyirdilər. NATO-nun baş 

katibi


 

Dirk U. Stikker 1962-ci ilin may ayında Türkiyəyə səfər etdi. 

Danışıqlarda  müdafiə  naziri  F.C.Erkin  ölkəsinin  Qərb  bloku  ilə 

müттəfiqliyə  sadiq  qalacağını  söylədi.  Danışıqlar  бaşa  çaтdıqdan 

sonra “Vatan” qəzetinə müsahibəsində Erkin Qərb bloku və NATO 

ilə  taleyini  bağlamış  Türkiyənin  yolundan  dönməsi  ehtimalının 

olmadığını бildirdi.  “Bu yolun ölkə üçün böyük xeyri var” dedi.  

Türk rəsmi dairələri beynəlxalq məsələlərdə ABŞ-ın mövqeyini 

birmənalı  olaraq  müdafiə  edirdilər.  İctimai  rəyə  güclü  təsir  edən 

türk  radio  və  televiziya  kanallarında  ABŞ-ın  Yaxın  və  Orta  Şərq 

regionunda  yeritdiyi  siyasətə  bəraət  qazandırılırdı.  Belə  siyasi  xətt 

Türkiyənin  NATO,  BMT  və  digər  beynəlxalq  təşkilatlar  çərçivə-

sindəki  fəaliyyətində  də  özünü  göstərirdi.  Türk  nümayəndə  heyəti 

BMT Baş Məclisinin XVI sessiyasında ABŞ nümayəndə heyəti ilə 

birlikdə Çin Xalq Respublikasının hüquqlarının BMT-də bərpa edil-

məsinə  dair  sovet  qətnaməsinin  əleyhinə  səs  verdi.  Türkiyə  nü-

mayəndə  heyəti  “macar  və  Tibet  məsələsi”nin  sessiyanın  gündə-

liyinə  salınmasına  tərəfdar  çıxdı.  Soveт  xüsusi  məlumaтlarında 

deyilirdi ki, ABŞ-ın Türkiyəyə dair yeritdiyi siyasətin əsas məqsədi 

ikitərəfli  və  çoxtərəfli  münasibətləri  möhkəmləndirmək,  sovet-türk 

dostluьunun inkişaf etdirilməsinə yol verməməkdir

25

.  



NATO və SENTO üzvü olan Türkiyənin Yaxın və Orta Şərqdə 

ən  çox  saylı  ordusu  vardı.  Türkiyə  silahlı  qüvvələrində  452  min 

nəfər  qulluq  edirdi.  Ehtiyatda  2,5  mln.  nəfər  vardı.  Türk  hərbçiləri 

əhalinin ümumi sayının 1,3 %-i qədər idi. Bu nisbət ABŞ-da 1,3 %, 

Rusiyada 1,4 %, Bolqarıstanda 1,7%, Yunanıstan və Suriyada 1,8%, 

İsraildə 2,5 %, İranda 1% idi. Quru qoşunlarında olan 6 diviziyada, 

6  zirehli  tank  briqadasında  M-47  tankları,  2  paraşütçü  batalyonu 

vardı.  


Türkiyənin hərbi dəniz qüvvələrində 32 min nəfər qulluq edirdi. 

Burada 18 eskort gəmisi, 29 min yedək gəmisi,  10 sualtı qayıq, 27 

müxtəlif  gəmi  var  idi.  Türkiyə  donanması  1964-cü  il  məlumatına 

görə  dünyada  25-ci  yeri  tuturdu.  Donanmanın  üçdə  bir  hissəsinin 

yaşı  40  ildən  çox,  sürəti  10  düyümdən  az  idi.  Gəmilərin  bir  qismi 

köhnəlmişdi.  Səmərəliliyini  itirmişdi.  Türkiyənin  ticarət  donanma-




 

 

46 



sında  158  gəmi  var  idi.  Onların  su  tutumu  611330  ton  təşkil 

edirdi


26

.  


ABŞ-Türkiyə donanma əlaqələrinin inkişafı da sovetləri narahat 

edirdi.  1964-cü ildə Türkiyə  13  və  15 tonluq iki  yük dayışan gəmi 

aldıqdan sonra həmin xətt üzrə işləyən gəmilərin sayı 10-a çatdı.  

Türkiyənin  hərbi hava qüvvələrində 2 min nəfər qulluq edirdi. 

Türkiyə silahlı qüvvələrində F-104Q qırıcı-bombardmançı 1 eskad-

rilya,  F-100  tipli  qırıcı-bombardmançı  10  eskadrilya,  F-86  tipli  4 

qırıcı eskadrilya, PF-84F tipli 1 eskadrilya, SU-47S tipli 1 nəqliyyat 

bölməsi vardı

27

.  


1963-cü  ildə  Türkiyə  hökuməti  Milli  Müdafiə  Nazirliyi  sis-

temində təhsilə 46 mln. 641 min lirə xərclədi

28

.  


ABŞ  Türkiyə  ilə  İran  arasında  dəmiryol  xəttinin  çəkilişinə  də 

xüsusi  önəm  verirdi.  ABŞ  dövlət  katibinin  Orta  Şərq  və  Cənub-

Şərqi  Asiya  üzrə  köməkçisi  Phillips  Talbot  SENTO  İqtisadi  Şura-

sının 1964-cü il 25 mart tarixdə Ankarada keçirilən iclasında ameri-

kan hökumətinin Türkiyənin Van şəhəri ilə İranın Karatəpə adlanan 

məntəqəsi  arasında  dəmiryol  xəttinin  tikintisinə  19  mln.  dollara 

yaxın vəsait ayırdığını bildirdi. Bunun 10,5 mln. dolları Türkiyənin 

payına düşürdü. Türkiyə 40 ilə yaxın müddətdə 7,5%-lə həmin kre-

diti  qaytarmalı idi.  İrana isə bu məbləğin  7,84 mln.  dolları çatırdı. 

İran  hökuməti  onu  35  il  müddətinə  3,5%-lə  qaytarmalı  idi.  Böyük 

Britaniya  hökuməti  bu  yolun  tikintisinə  1965-ci  ilin  aprel  ayında 

850 min funt sterlinqdən 1 mln. funt sterlinqə qədər vəsait ayırdı

29

.  


 ABŞ-ın  Türkiyə  ərazisindəki  hərbi  fəaliyyəti  NATO  koman-

danlığı  ilə  əlaqəli  şəkildə  həyata  keçirilirdi.  ABŞ  hərbçiləri  Türki-

yənin hərb sisteminin müasir müharibə aparılması tələblərinə cavab 

verməsindən  ötrü  yardım  edirdilər.  NATO  Türkiyəyə  çoxlu  silah, 

sursat  və  elektron  silahlar  verirdi.  Bundan  ötrü  amerikan  generalı 

Madisent xüsusi olaraq Türkiyəyə səfər etdi.  

ABŞ-a  səfəri  zamanı  xarici  işlər  naziri  Feridun  Cemal  Erkini 

qəbul  edən  prezident  Lindon  Conson  Türkiyəyə  böyük  əhəmiyyət 

verdiklərini vurğuladı

30

.  



1959-1962-ci illərdə türk ordusunun piyada diviziyaları yenidən 

quruldu. Soveт xüsusi məlumaтlarında türk silahlı qüvvələrinin de-




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə