Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə19/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   15   16   17   18   19   20   21   22   ...   185

 

 

59 



ziddiyyətlər hökm sürürdü.  

Fələstin  dövlətinin  yaradılmaması,  ərəb-İsrail  münaqişəsi  regi-

onda  sülhü  müharibəyə  döndərəcək  və  hətta  üçüncü  dünya  mü-

haribəsi törədəcək hala gətirmişdi.  

ABŞ  və  SSRİ  bir-birinə  qarşı  bu  regionda  ağır  nüfuz  savaşı 

aparırdılar. SSRİ бəzi ərəb ölkələrini, ABŞ isə əsasən İsraili müda-

fiə  edirdi.  Bu  mübarizənin  arxasında  iki  fövqəldövlətin  qlobal 

mənfəətləri dururdu.  

Türkiyə cöğrafi-siyasi mövqeyinə görə həssas bir nöqtədə yerlə-

şən, iki gücün mübarizəsində “atəş” altında olan ölkəyə çevrilmişdi. 

Yaxın  və  Orтa  Şərqdə  yaranan  hər  hansı  böhranlı  vəziyyət 

Türkiyəyə  бирбаша  mənfi  təsir  edirdi.  SSRİ  və  ABŞ-ın  regionda 

apardığı  amansız  savaşda  Türkiyənin  tarazlaşdırılmış  siyasət  yerit-

məsi tələb olunurdu.  

Türkiyənin şimal-qərb sərhədlərində yerləşən Bolqarıstan kom-

munist  blokunun  üzvü  olmaqla  daim  təhlükə  törədirdi.  Sovetlər 

Bolqarıstan  üzərindən  Türkiyəyə  qarşı  apardığı  casus  fəaliyyətini 

bir  an  olsun  belə  dayandırmırdı.  Sovet  hərbi  və  ideoloji  gücü  Bol-

qarıstan vasitəsi ilə Türkiyəyə yaxın idi. Türkiyə Balkanlarda müx-

təlif  sosial-siyasi  sistemli  dövlətlər  olan  Rumıniya,  Bolqarıstan  və 

Yuqoslaviya  ilə  əməkdaşlıq  qurmaьa  səy  edirdi.  Balkanların  raket 

və  nüvə  silahından  azad  zonaya  çevrilməsinə  çalışırdı.  Bolqа-

rıstanda  yaşayan  etnik  türklərin  vəziyyəti  də  Türkiyədə  narahatlıq 

doğururdu.  

Türkiyənin qərbində yerləşən Yunanıstan NATO üzvü olmasına 

baxmayaraq,  düşmənçilik  siyasəti  yeridirdi.  Afina  rəsmi  dairələri 

ABŞ  və  Qərb  ölkələrinin  “kiçik  bir  uşağı”  rolunu  oynayır,  onların 

gюsтərişləri ilə oturub dururdular.  

Türkiyənin  cənub-şərq  qonşusu  olan  İraqda  böyük  dövlətlər 

arasında  nüfuz  savaşı  gedirdi.  İraqda  məqsədləri  qaranlıq  olan 

Molla Mustafa Barzanı (1903-1979) problemi vardı. O, 1931-ci ildə 

peyda  olmuşdu

55

.  Sovetlər  Mustafa  Barzaniyə  maliyyə  və  texniki 



yardımlar  edirdi.  Bundan  ötrü  hətta  rəsmi  qərarlar  da  qəbul 

olunurdu. Sov. İKP MK Rəyasət Heyətinin 1963-cü il yanvarın 7-də 

keçirilən  iclasında  (protokol  №  76)  İraq  Demokrat  Partiyasının 

rəhbəri,  İraq  kürdlərinin  silahlı  dəstələrinə  başçılıq  edən  Mustafa 




 

 

60 



Barzaniyə  60  min  İraq  dinarı  maliyyə  yardımı  ayrılması  barədə 

qərar  qəbul  edildi

56

.  SSRİ  Nazirlər  Soveti  yanında  Dövlət  Təhlü-



kəsizliyi Komitəsi bu tapşırığı yerinə yetirdi.  

Barzani  1963-cü  ilin  sentyabr  ayında  sovet  hökumətinə  müra-

ciət  edərək  yenidən  yardım  ayrılmasını  xahiş  etdi

57

. Sov.  İKP  MK 



Rəyasət  Heyətinin  oktyabrın  21-də  yemək  süfrəsi  arxasında  keçi-

rilən iclasında (protokol №120-a) Barzani haqqında şifrəli teleqram 

müzakirə  edildi

58

.  Ona  yardım  gюsтərilməsi  barədə  qərar  qəbul 



edildi. Barzaniyə yardım məsələsi Sov. İKP MK Rəyasət Heyətinin 

1964-cü il 26 may tarixli iclasında da (protokol  №145-b) müzakirə 

olundu

59

. Müvafiq qərar qəбul edildi. Бundan sonra sovet hökuməti 



Türkiyə,  İran,  İraq  və  Suriya  ərazisində  yaşayan  12  milyon  kürdü 

açıq  şəkildə  dəstəkləməyi  daha  da  genişləndirdi.  Həmin  məqsədlə 

SSRİ-də, o cümlədən Cənubi Qafqaz respublikalarında yaşayan 100 

min  nəfər  kürddən  geniş  istifadə  edilirdi.  Sovet  hökuməti  bu 

məsələnin həlli üçün vasitəçilik səyləri də göstərirdi

60

.  



Sovetlərin  dəstəyi  ilə  Suriya  Türkiyəyə  qarşı  düşmən  siyasət 

yeridirdi.  Hatayı  Türkiyədən  alıb  Suriyaya  birləşdirmək  istəyən 

qüvvələr  Dəməşqdə  xeyli  fəallaşmışdılar.  Sovetlər  Suriyada  geniş 

casus  şəbəkəsi  qurmuşdu.  Suriyada  sol  təşkilatlara  maliyyə  və 

təşkilati  dəstək  verilir,  бuradan  Türkiyədə  kommunist  meyllərinin 

yayılması və gücləndirilməsinə yardımlar edilirdi. Suriya sovetlərin 

Türkiyəni  təzyiq  və  təhdid  bazası  halına  gəтirilmişdi.  1957-ci  ildə 

Suriyada  hökumət  əleyhinə  baş  verən  hadisələrdə  amerikanların 

iştirakının  üstü  açıldıqdan  sonra  Dəməşqdəki  ABŞ  səfirliyinin  üç 

nəfər əməkdaşı ölkədən çıxarılmışdı. ABŞ-ın Suriya siyasətində baş 

nazir  Menderes  başda  olmaqla  Türkiyə  hökuməti  böyük  rol  oyna-

mışdı.  Bu  zaman  Yaxın  və  Orta  Şərqə  ABŞ  prezidentinin  xüsusi 

nümayəndəsi Loy Genderson gondərilmişdi. Sovet məxfi məlumat-

larına  görə  onun  türk  rəsmi  dairələri  ilə  danışıqlarından  sonra 

Türkiyə baş qərargahı  amerikalılarla birgə Suriyaya hücum planını 

işləyib hazırlamışdı. Bu plana uyğun olaraq türk komandanlığı hərbi 

hissələri  “Orduların  Hatay  hərəkət  qrupu”  adı  altında  Suriya  ilə 

sərhədə  toplamışdı.  ABŞ-ın  тərkiбində  50  gəmi  olan  6-cı  donan-

ması Aralıq dənizinin şərq hissəsinə gətirilmişdi.  Gəmilərdə  yerlə-

şən  və  saatda  1600  mil  uçan  tutucu  Fantom-2  və  Vidjement  bom-




 

 

61 



bardmançı  тəyyarələri  SSRİ-nin  Avropa  юlkələrinə,  Türkiyə,  Pa-

kistan  və  İrana  qarşı  müharibə  başlaması  əleyhinə  nəzərdə  tutul-

muşdu.  Hərбi  əməliyyaтlar  başlayacağı  təqdirdə  həmin  təyyarələr 

SSRİ-nin mühüm həyati mərkəzlərini dağıda bilərdi

61

.  


Belə şəraitdə SSRİ öz narahatlığını ifadə etməyə başladı. Sovet 

hökuməti  1957-ci  il  sentyabr  ayının  10-da  Türkiyə  hökumətinə 

məktub  göndərdi. Burada deyilirdi  ki,  Suriyaya  qarşı hərbi əməliy-

yatlar, Yaxın və Orta Şərq regionunda müharibə başlayacağı təqdir-

də  bu  əməliyyatlarda  iştirak  etməsi  nəticəsində  Türkiyə  ziyan 

çəkəcək, beynəlxalq  mövqelərinə zərər dəyəcəkdir

62

.  Buna  baxma-



yaraq, türk hökuməti Suriyanın zəruri müdafiə ehtiyaclarından artıq 

silahlandığını,  bu  ölkənin  silah  anbarına  çevrildiyini  əsas  gətirərək 

hazırlığını  davam  etdirirdi

63

.  Belə  olduqda  SSRİ  BMT  üzvü  olan 



dövlətlərə müraciətlə Türkiyənin hücumu olacağı təqdirdə Suriyaya 

yardım  göstərməyi  təklif  etdi.  Özünün  isə  yardım  etməyə  hazır 

olduğunu  bildirdi.  Oktyabr  ayının  19-da  sovet  hökuməti  yenidən 

ABŞ  və  Türkiyəyə  müraciəт  etdi.  BMT  Baş  Məclisinin  XII  ses-

siyasında  sovet  tərəfinin  təklifi  ilə  Suriya  hökuməti  öz  ölkəsinin 

təhlükəsizliyinin  təhdid  altında  olması  barədə  məsələni  qaldırarkən 

SSRİ  nümayəndə  heyəti  ABŞ  və  Türkiyənin  əleyhinə  çıxdı.  Az 

sonra  Suriya  ətrafında  qalmaqal  səngidi.  Lakin  sovetlər  yenə  də 

Suriyadan Türkiyəyə qarşı istifadə eтməyi dayandırmadı.  

SSRİ  hər  vəchlə  İrana  da  nüfuz  edərək  burada  ABŞ  və  Tür-

kiyənin təsirini azaltmağa çalışırdı.  

Nüvə silahlarına, yaxın və orta mənzilli, qitələrarası raketlərinə, 

elektron qurğular quraşdırılmış hərbi dəniz donanmasına görə ABŞ-

dan  sonra  dünyanın  ikinci  güc  dövləti  halına  gəlmiş  SSRİ  Türki-

yənin  şimalında  yerləşirdi.  Qara  dəniz  və  Aralıq  dənizindəki  sovet 

hərbi  gücü  təkcə  Türkiyəni  deyil,  NATO-nu  da  təhdid  edərək 

təhlükələrə  salırdı.  SSRİ  donanması  daim  artırılırdı.  SSRİ  XİN-in 

Türkiyə səfirliyinə verdiyi 1964-cü il 2 yanvar tarixli notada həmin 

il  yanvar  ayının  1-dək  SSRİ-nin  Qara  dənizdəki  donanmasının 

ümumi tonnajının 1936-cı il 20 iyul tarixli Montrö konvensiyasının 

18-ci maddəsinə görə 95 min ton olduğu göstərilirdi

64

.  



Sovetlər  Aralıq  dənizinə  enməyə  səy  edirdi.  Tank  və  təyyarə-


Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə