Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə13/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   9   10   11   12   13   14   15   16   ...   185

 

 

41 



sahəsindəki uçuşlara gəlincə isə türk hökuməti bunun məsuliyyətini 

yalnız uçuşlarına icazə verilmiş türk təyyarələrindən söhbət getdik-

də  daşıdığını  qeyd  etdi.  Buna  görə  də  türk  hökuməti  üçüncü  bir 

ölkənin  hava  sahəsindən  sovet  hava  sahəsinə  girməzdən  əvvəl 

İncirlikdəki bazadan istifadə olunması barədə sovet ittihamını qəbul 

etmədi. Göstərdi ki, bəzi türk bazalarından başqa və bilаvasitə ABŞ 

hökuməti tərəfindən istifadə edilməsi xüsusunda sovet hökumətinin 

etirazına  gəlincə,  Türkiyə  hökumətinin  müstəqil  bir  dövlət  kimi 

BMT nizamnaməsi, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun 

olaraq  hərbi  hava  bazalarını  müttəfiqlərinin  ixtiyarına  vermək 

hüququ  vardır.  Türk  notasında  deyilirdi  ki,  hюkuməт  bazalardakı 

müttəfiq  və  başqa  təyyarələrin  baza  və  hava  sahəsindən  qonşu-

larının  təhlükəsizliyini,  rahatsızlığını  poza  bilmək  məqsədi  ilə  isti-

fadə haqqını heç bir zaman verməmiş və verməyəcəkdir. Amerikan 

təyyarələrinin Türkiyənin hava sahəsi xaricində uçmasına icazə ver-

mədiyini  və  bu  məsələnin  türk  hökumətinin  səlahiyyətinə  aid 

olmadıьını da bildirdi. Türkiyə hökuməti sovet notasında irəli sürü-

lən  fikirləri  rədd  etdi.  Notada  əvvəlki  zamanlarda  baş  vermiş  buna 

bənzər  hadisələr  üçün  də  türk  hökuməti  məsuliyyət  daşımadığını 

bildirdi.  Sovet  təyyarələrinin  də  Türkiyə  hava  sahəsində  uçmasını 

xatırlaтdı.  Türk  hökuməti  bütün  bu  hadisələrin  beynəlxalq  hüquq 

prinsipləri  əsasında  həllinin  gərəkliyi  qənaətində  idi.  Notanın 

sonunda Türkiyə hökumətinin qonşuları ilə yaxşı münasibətlər yara-

dılmasına çalışdığı qeyd edilirdi. Бu hadisənin müttəfiqləri olmayan 

dövlətlərlə  münasibətlərdə  maneə  yaratmayacağı,  bütün  qonşuları-

nın eyni prinsiplərə tərəfdar olmasına və yaxşı qonşuluq münasibət-

lərinin  inkişafına özü qədər diqqət  göstərəcəklərini  görməkdən çox 

şad olacağı bildirilirdi.  

 Məsələ  hətta  ABŞ  prezidenti  Kennedinin  Vyanada  Xruşşovla 

görüşündə  də  müzakirə  edildi.  Uzun  diplomatik  müzakirələrdən 

sonra problem yoluna qoyuldu.  

 Türkiyə  ərazisindəki  amerikan  hərbi  bazaları  dа  sovetləri  na-

rahat  edirdi.  1960-cı  il  martın  5-də  türk  hərbi  heyətinin  atom  sila-

hından  istifadə  qaydalarını  öyrənməsinə  və  bəzi  informasiyaların 

türk  hökumətinə  verilməsinə  dair  ABŞ-Türkiyə  sazişi  imzalandı. 

NATO-nun  dekabrın  26-da  Parisdə  keçirilən  sessiyasında  türk 




 

 

42 



silahlı qüvvələrini Yupiter tipli raketlərlə təmin etmək qərara alındı. 

Türkiyəyə  ABŞ-ın  atom  energetikası  üzrə  komissiyasının  nüma-

yəndə  heyəti  səfər  etdi.  Səfərdə  məqsəd  Türkiyəyə  nüvə  silahının 

verilməsi  və  buraxılış  meydançaları  tikilməsi  ilə  bağlı  məsələləri 

həll  etmək  idi.  Raket  bazalarına  xidmət  etməyi  öyrənmək  məqsədi 

ilə təlim keçməkdən ютrü ABŞ-a türk hərbçilərindən ibarət qrup da 

səfər etdi. İzmir rayonunda orta mənzilli raket olan Yupiterin bura-

xılması  üçün  hərbi  bazanın  tikintisinə  başlandı.  Tikinti  işini  ame-

rikan  şirkəti  aparırdı.  Tikintiyə  4  min  nəfərdən  çox  amerikan  cəlb 

edilmişdi

19

. Bazalar tikildikdən sonra ölkəyə amerikan nüvə başlıq-



ları gətirildi.  

Türkiyə  ərazisində  orta  mənzilli  raketlər  üçün  buraxılış  mey-

danlarının  tikintisi  xəbəri  Sovet  İttifaqında  narazılıqla  qarşılandı. 

Sovet  hökuməti  bununla  bağlı  olaraq  Türkiyə  hökumətinə  bəyanat 

verdi.  Ankaradakı  sovet  səfiri  N.  S.  Rıjov  1961-ci  il  fevralın  3-də 

Türkiyənin xarici işlər naziri S. Sarperə həmin bəyanatı təqdim etdi. 

Bəyanatda  belə  hərəkətlərə  etiraz  edilərək  deyilirdi  ki,  tamamilə 

aydındır,  Türkiyədə  NATO  bazalarının  tikintisi  haqqında  xəbərlər, 

yəni  Sovet  İttifaqının  bilavasitə  sərhədlərində  tikintisi,  bu  hərbi 

qruplaşmanın Türkiyəni nüvə silahı ilə təmin etmək niyyətləri sovet 

hökumətini  narahat  etməyə  bilməz.  Türkiyənin  İncirlikdəki  hərбi 

hava бazasından qalxan və 1 may 1960-cı ildə Sverdlovsk rayonun-

da vurulmuş amerikan U-2 casus təyyarəsi göstərdi ki, xarici hərbi 

dairələr  onlara  verilmiş  Türkiyə  ərazisindəki  bazalardan  SSRİ-nin 

və Türkiyənin qonşusu olan digər dövlətlərin, həmçinin Türkiyənin 

öz təhlükəsizliyi üçün qorxu тюrədirlər

20

.  


Türkyə  ilə  yaxşı  münasibətlər  qurmağa  can  atan  Sovet  İttifaqı 

hökuməti ümid edirdi ki, iki юlkə xalqlarının sülhə və dostluğa yö-

nəlik  cəhdlərinin  əleyhinə  olan  heç  bir  addım  Türkiyə  tərəfindən 

atılmayacaqdır. Бelə бir inam hissi ifadə olunurdu ki, Türkiyə Res-

publikasının  rəhbərləri  ölkəni  sülh  işi  üçün  təhlükə  törədən  avan-

türаya cəlb etməyə imkan verməyəcəklər

21

.  


Bəyanatın sonunda sovet hökuməti bu məsələlərlə  bağlı müva-

fiq izahat verilməsini tələb etdi.  

Türkiyə  hökuməti  fevralın  25-də  cavab  notası  verdi.  Notada 

türk  hökumətinin  ölkəsinin  təhlükəsizliyini  təmin  etmək  üçün 




 

 

43 



tədbirləri həyata keçirmək iradəsində və bunun onun birinci dərəcəli 

vəzifəsi olduğu vurğulanırdı.  

Bir müddət  sonra  İzmir rayonundakı  Çiyli  bazasına ABŞ hərbi 

hava  qüvvələrinə  məxsus  16  ədəd  F-100  qırıcı  təyyarəsi  gətirildi. 

İskenderunda SENTO xətti ilə dəniz limanının tikintisinə başlandı. 

Bu  məqsədlə  24,  5  mlrd.  lirə  vəsait  ayrıldı.  Sahəsi  2  mln.  m

2

  olan 


limanın tikintisində 200 fəhlə işləyirdi. Burada tranzit  yüklər üçün 

uzunluğu 800 metr olan 3 iri anbar və hərbi lövbər tikildi

22

.  


Amerikan  bazaları  Türkiyəni  sovetlərin  zərbə  hədəfinə  çevi-

rirdi.  Xruşşov  ümumdünya  tərksilah  və  sülh  konqresində  etdiyi 

nitqində deyirdi ki, ABŞ-ın müəyyən dаirələri amerikan bazalarının 

və silahlı qüvvələrinin yerləşdiyi ölkələri, o cümlədən Türkiyəni və 

digər ölkələri zərbə altına qoyurlar

23

.  



Xruşşov daha sonra qeyd edirdi ki, kimə aydın deyil, məsələn, 

Türkiyədəki  amerikan  raket-nüvə  bazaları  ABŞ-ın  müdafiəsi  üçün 

lazım  deyildir?  Başqa  şeyi  təsdiq  etmək  qaranı  ağ  kimi  qələmə 

verməkdir

24

.  


Bu  dövrdə  Türkiyə  hökumətinin  ölkənin  hərbi  qüdrətini  artır-

mağa xüsusi diqqət  yetirməsi sovet rəhbərliyini narahat edirdi. Öl-

kənin  dövlət  büdcəsinin  25,  5%-i  və  ya  2.557.5  mln.  lirəsi  milli 

müdafiə  xərclərinə  sərf  olunurdu.  1961-ci  illə  müqayisədə  ölkənin 

müdafiə xərcləri növbəti ildə 443, 6 mln. lirə artmışdı.  

 1961-ci  il  15  oktyabr  seçkilərindən  sonra  hakimiyyət  mülki 

hökumətin əlinə keçsə də, Türkiyənin xarici siyasətində elə bir dəyi-

şiklik yaranmadı. 1961-ci ilin noyabr və 1962-ci ilin iyun aylarında 

İsmet İnönünün formalaşdırdığı birinci və ikinci hökumət öz proq-

ramında qərbyönümlü xarici siyasət xəttini davam etdirəcəyini bil-

dirdi. İnönünün koalisiyalı hökuməti ABŞ və NATO ilə hərbi-siyasi 

əməkdaşlıьı  zəiflətmək  niyyətində  deyildi.  Bu  zaman  ölkə  ictimai 

rəyində İnönünün amerikalıları təmin edən yeganə şəxs olduğu fikri 

hakim idi. Buna görə də ABŞ-ın ona hər cür yardım edəcəyi barədə 

rəy  formalaşmışdı.  Eyni  zamanda  Ankarada  akkreditə  olunmuş 

diplomatik  korpusun  əməkdaşları  arasında  İnönünün  ölkə  üçün  ən 

uğurlu  şəxs  olduğu,  amerikalıların  onun  fəaliyyətinə  yardım 

göstərəcəkləri fikri geniş yayılmışdı.  

Türkiyənin  Qərb  bloku  və  ABŞ-la  əməkdaşlıq  xəttinə  sadiq 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə