Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə15/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   11   12   13   14   15   16   17   18   ...   185

 

 

47 



mək  olar  ki,  tamamilə  NATO-nun  sərəncamına  verildiyi  gюsтə-

rilirdi.  

Bu  dövrdə  Türkiyədə  əsas  amerikan  hərbi  təşkilatları  aşağı-

dakılar  idi:  quru  qüvvələri,  hərbi  hava  və  hərbi  dəniz  attaşeliyinin 

aparatı; Türkiyəyə birləşmiş ABŞ yardımı missiyası.  

Türkiyəyə  birləşmiş  ABŞ  yardımı  missiyasının  geniş  səlahiy-

yətləri vardı. O, amerikan yardımlarından istifadə üzərində nəzarəti 

həyaтa keçirir; türk ordusundakı amerikan məsləhətçilərinin faəliy-

yətinə rəhbərlik edir; türk silahlı qüvvələrinin hərbi hazırlığı məsə-

lələri ilə məşğul olurdu. Sovet məlumatlarında amerikalıların faktiki 

olaraq  Türkiyə  ordusunun  baş  qərargahına  və  Müdafiə  Nazirliyinə 

rəhbərliyi həyaтa keçirdikləri qeyd edilirdi.  

Sovet  məxfi  məlumatlarında  ABŞ  səfirliyi  nəzdindəki  hərbi 

attaşeliyin  əməkdaşlarının  yaxşı  hazırlıqlı  peşəkar  kəşfiyyatçılar 

olduğu  gюsтərilirdi.  Rus  dilində  danışan,  region  ölkələrinin  tarixi, 

coğrafiyası  və  siyasətini  dərindən  bilən  həmin  şəxslərin  fəaliyyəti 

əsasən SSRİ-yə və digər sosialist ölkələrinə qarşı yönəlmişdi. Sovet 

məlumatında SSRİ-yə və digər sosialist ölkələrinə nüvə zərbəsi en-

dirmək üçün Türkiyə ordusunun baş qərargahında NATO tərəfindən 

işlənib hazırlanmış planın olduğu deyilirdi. Bundan başqa, Türkiyə 

ərazisində yerləşdirilmiş hərbi bazaların SSRİ-nin konkret obyektlə-

rinə zərbə endirmək məqsədi üçün nəzərdə tutulduğu da göstərilirdi.  

ABŞ  hюküməтi  türk  raketçilərinin  hazırlanmasına  da  xüsusi 

diqqət yetirirdi. Sovet tam məxfi məlumatına görə 1961-ci ilin sent-

yabr-oktyabr  aylarında  Türkiyə  hərbi  hava  qüvvələrinin  iki  raket 

diviziyası ixтisas arтırmaq məqsədi ilə ABŞ-a göndərilmişdi. 1962-

ci  ilin  iyun  ayının  sonunda  türk  zabitlərinin  bir  qrupu  raket  texni-

kasını  idarə  etməyi  öyrənməkdən  ötrü  ABŞ-da  hazırlıq  keçmişdi. 

Sovet  məxfi  məlumatlarında  Polaris  tipli  amerikan  sualtı  atom 

qayıqlarının  Türkiyə  hərbi  dəniz  qüvvələrində  yerləşdirildiyi  qeyd 

edilirdi.  Türk  hökumətinin  amerikanlara  sovet  dövləti  əleyhinə  ge-

niş  kəşfiyyat  işləri  aparmaq  üçün  şərait  yaratdıьı  xüsusi  vur-

ьulanırdı.  

SSRİ-nin Qara dəniz sahillərini nəzarətdə saxlamaq məqsədi ilə 

Samsun,  Sinop,  Trabzon  və  Karamürseldə  radiotexnika  kəşfiyyatı 

məntəqələri  yaradılmışdı.  Qara  dəniz  tədricən  gərginlik  mənbəyinə 




 

 

48 



çevrilirdi. Belə vəziyyət sovet hökumətini hiddətləndirirdi. Xruşşov 

1962-ci  il  mayın  16-da  Varnada  etdiyi  nitqində  deyirdi  ki,  Qara 

dəniz sülh və xalqlar dostluğu dənizi olmalıdır. Məgər bunda məsə-

lən, təkcə Türkiyənin xalqı deyil, hakim dairələri həqiqətən maraqlı 

deyillər? Axı, bu ölkənin iqtisadi və mədəni inkişafında durğunluq, 

gerilik  hökm  sürür,  zəhmətkeşlərin  yoxsulluğu  artır.  Təsadüfi 

deyildir ki, biz zaman-zaman bu ölkədə siyasi təbəddülatların şahidi 

oluruq.  Türkiyənin  hakim  dairələrinin,  həmçinin  digər  dövlətlərin 

milli  maraqlarını  xarici  inhisarlara  tabe  eтdirən  və  ağılsız  hərbi 

hazırlığa  yönələn  qonşularından  təcrid  etmək  xəttindən  imtina 

zamanı  gəlib  çatmamışdırmı?  NATO  hərbi  bazalarının  və  atom 

başlıqlı raketləri buraxmaq üçün meydançaların yerləşdiyi  sahilləri 

dinc  əmək  və  çiçəklənmə  rayonuna  çevirmək  yaxşı  olmazdımı? 

Xruşşov qeyd edirdi ki, NATO-nu təchiz edən imperialistlər Türki-

yə  xalqının  silahlanma  yükünə  necə  cəlb  olunduğunu  görməyə 

bilməzlər. Bu xərclər xalq sərvətlərini və iqtisadiyyatını talayır

31

.  


ABŞ-Тürkiyə  hərбi  əməkdaşlıьında  türk  ordusunun  zabit  və 

əsgərlərinin  təbliğati  cəhətdən  hazırlanmasına  da  xüsusi  fikir  veri-

lirdi. Türkiyə ərazisində türk əsgər və zabitlərinə təlim keçmək üçün 

amerikan yardımları ilə 16 mərkəz yaradılmışdı. Mərkəzlərin proq-

ramları  Corctaun  Universitetində  hazırlanmışdı.  Ehtiyatda  olan  22 

min zabitin təlim keçməsi üçün yay kursları açılmışdı .  

Türkiyə  ərzisində  bütün  təbliğat  və  informasiya  işinə  ABŞ 

informasiya xidməti rəhbərlik edirdi. Onun Ankara,  İstanbul,  İzmir 

və  Adanada  bölmələri,  digər  şəhərlərdə  isə  nümayəndəlikləri  fəa-

liyyət  göstərirdi.  Geniş  təchizatı  və  maliyyə  imkanları  olan  infor-

masiya  xidmətinin  sərəncamında  bina,  mətbəə,  kitabxana,  yaxşı 

təchiz  edilmiş  fotolaboratoriya,  kinoqurğular  var  idi.  İnformasiya 

xidməti  türk  cəmiyyətinin  ideoloji  cəhətdən  hazırlanması  istiqa-

mətində geniş fəaliyyət  göstərirdi. Sovet məxfi  məlumatlarına görə 

Türkiyədə ABŞ hərbi-texniki yardımları, amerikan həyat tərzi təbliğ 

edilir,  SSRİ-nin  daxili  və  xarici  siyasəti  haqqında  dərin  təhlillər 

aparılırdı.  İnformasiya  xidməti  öz  fəaliyyətində  müxtəlif  vasitələr-

dən-mətbuat,  radio,  kino,  kitabxanalar,  sərgilər,  dostluq  cəmiyyət-

ləri  və  b.  vasitələrdən  istifadə  edirdi.  Xidmətin  fəaliyyətinə  türk 

rəsmi dairələri əlverişli şərait yaradırdı.  




 

 

49 



Sovet  məxfi  məlumatlarında  amerikalıların  türk  gəncləri  ara-

sında  təbliğata  xüsusi  önəm  verdikləri  deyilirdi.  Gənclər  arasında 

SSRİ-yə  qatı  nifrət  və  amerikan  həyat  tərzinə  rəğbət  təbliğatı  apa-

rılırdı. Bunun əsas vasitələrindən biri Türkiyə ərazisindəki amerikan 

təhsil  müəssisələri  və  kollecləri  idi.  Türk  tələbələrinə  təqaüdlər 

verilirdi.  Qarşılıqlı  tələbə  mübadiləsi  həyata  keçirilirdi.  Müxtəlif 

amerikan  xeyriyyə  cəmiyyətləri  xətti  ilə  yardımlar  edilirdi.  Əsası 

1863-cü  ildə  İstanbulda  qoyulmuş  Robert  kollec  Türkiyədəki  ame-

rikan  təhsil  müəssisələri  arasında  xüsusi  yer  tuturdu.  60-cı  illərin 

əvvəlləri  üçün  kollecdə  2  min  nəfərə  yaxın  tələbə  təhsil  alırdı. 

Onların  90%-i  türk  idi.  Ankara  və  İzmirdə  də  amerikan  kollecləri 

fəaliyyət göstərirdi. Hər il türk və amerikan tərəfləri arasında qarşı-

lıqlı şagird mübadiləsi  həyata keçirilirdi. Türk liтseylərinin şagird-

lərinin  nümayəndələri  bir  il  ərzində  amerikan  ailələrində  yaşayır-

dılar. Amerikan kolleclərində təhsil alırdılar. Тəkcə 1962-ci ilin iyul 

ayında  ABŞ-a  127  şagird  göndərilmişdi.  Türk  təhsil  sistemində 

amerikan  təhsilinin  təsirləri  açıq-aydın  görünürdü.  Həftəlik  “En” 

qəzetinin məlumatına görə İnformasiya xidmətinin görkəmli xadim-

lərindən  biri  Türkiyədə  İsmet  İnönü  İncesulunun  birinci  koalisiyalı 

hökumətinin üzvləri ilə görüşərək təhsilə dair beş maddədən ibarət 

memorandum təqdim etmişdi. Memorandumda deyilirdi ki, müəllim 

hazırlayan  ali  məktəblər  amerikan  sistemi  əsasında  fəaliyyət  gös-

tərməli;  mühüm  vəzifələrdə  amerikalılar  işləməli;  ABŞ-da  hazırlıq 

keçən türk müəllimləri amerikalıların məsləhəti üzrə çalışmalı; təh-

sil binaları və qurğular amerikalıların məsləhətinə əsasən qurulma-

lıdır. “En” qəzetinin 1962-ci il 6 iyun tarixli nömrəsində “memoran-

dumun  mahiyyəti  ondan  ibarətdir  ki,  bu  şərtlər  yerinə  yetirilməsə, 

ABŞ informasiya xidməti vasitəsilə edilən yardımlar dayandırıla bi-

lər” yazılırdı.  

Ölkənin demək olar ki, bütün şəhərlərində İnformasiya xidmə-

tinin  kitabxanaları  fəaliyyət  göstərirdi.  Amerikan  kitabxanalarına 

başlıca  olaraq  zabitlər  və  gənclər  gedirdilər.  Sovet  məxfi  məlu-

matlarında Ankarada şəhərin mərkəzində yerləşən və geniş oxu zalı 

olan  kitabxanada  çoxlu  antisovet  ədəbiyyatın  toplandığı  qeyd  edi-

lirdi.  Amerikalılar  türk  mətbuatından  və  kitab  bazarından  səmərəli 

istifadə  edirdilər.  Mətbuatda  Türkiyənin  NATO-da  iştirakının  üs-




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə