Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə10/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   6   7   8   9   10   11   12   13   ...   185

 

31 


Yaranmış şərait хариъи сийасятдя Türkiyənin даща мцстягил бир 

мювгейя  кечмясинин  ваъиблийини  ортайа  атaraq  гябул  етдир-

ди. Тцркийя о эцня гядяр имзаладыьы сазишляря садиг галараг 

диэяр  дювлятляр  кими  милли  мянафеляриня  уйьун  шякилдя 

SSRİ иля мцнасибятлярини təkrarən нормал мярщяляйя эятирm-

əyə səylər etməyə başladı. Bəs iki ölkə arasında münasibətlərin nor-

mallaşmasına təsir edən əsas faktorlar hansılar idi? 



 

 

32 



SSRİ-TÜRKİYƏ 

MÜNASİBƏTLƏRİNİN  

NORMALLAŞMASINA TƏSİR 

EDƏN ƏSAS AMİLLƏR 

 

 



 

Türkiyədə çevriliş. İki юlkə arasında 

eтimad mühiтinin yaradılması vaciбdir 

 

1960-cı il may ayının 27-də Türkiyədə Adnan Menderes höku-



məti  devrildi.  Hakimiyyət  hərbçilərdən  ibarət  Milli  Birlik  Komi-

təsinin  əlinə  keçdi.  Komitənin  tərkibinə  38  nəfər  zabit  və  general 

daxil  edildi.  Müvəqqəti  konstitusiyaya  görə  Komitə  ölkənin  ali 

qanunverici orqanına çevrildi. Onun sədri quru qoşunlarının koman-

danı general Cemal Gürsel oldu. Gürsel həmçinin müvəqqəti höku-

mətə də başçılıq edirdi.  

 Sovet  hökuməti çevrilişdən dərhal  sonra  yeni  hökuməti tanıdı. 

Mayın 31-də Ankarada soveт səfiri N.Rıjov Cemal Gürsеlə müvafiq 

tanınma sənədini təqdim etdi. Türkiyənin xarici siyasətinin Atatürk 

prinsiplərinə  əsaslanacağına  soveт  hюkuməтinin ümid  eтdiyini  бil-

dirdi.  

Xruşşov iyunun 28-də Gürselə məktub göndərdi. Məktubda iki 

ölkə arasında münasibətlərin yaxşılaşdırılması istəyi ifadə olunmuş-

du. Türkiyənin düşmüş olduğu vəziyyət NATO ilə əlaqələndirilirdi. 

Ankaranın müstəqil siyasət yeritməsi arzu edilirdi. 

Gürsel iyulun 8-də Xruşşova cavab məktubu göndərdi. O da iki 

ölkə  arasında  münasibətlərin  yaxşılaşdırılmasına  tərəfdar  oldu. 

Bildirdi  ki,  bundan  ötrü  imzalanan  müqavilələrdən  irəli  gələn 

öhdəliklərə əməl edilməli, silahlanma aşağı salınmalı, SSRİ  müva-

fiq etimad addımları atmalıdır

9

.  


Yeni  türk  hökuməti  sovetlərə  münasibətdə  mehriban  qonşuluq 

siyasəti  yeridəcəyini  бəyan eтdi. Səfirini Moskvaya  göndərdi. Tür-

kiyənin  SSRİ-dəki  səfiri  Fahri  Korutürk  1960-cı  il  avqustun  6-da 

etimadnaməsini  təqdim  etdi.  Təqdimetmə  mərasimindəki  nitqində 




 

 

33 



türk  səfiri  dedi:  “Türk  hökuməti  arzu  edir  ki,  bizim  iki  ölkəmiz 

arasında  mehriban  qonşuluq  münasibətləri  inkişaf  etsin  və  bu 

münasibətlər daha çox yaxın və daha səmimi xarakter alsın”

10

.  



Бundan  sonra  iki  ölkə  arasında  münasibətlərdə  eтimad  mühi-

тinin yaradılmasından ötrü бir sıra addımlar atıldı. 1960-cı ilin okt-

yabrında xarici işlər naziri Sarper Nyu Yorkda Xruşşovla görüşdü. 

Bu,  1939-cu  ildən  sonra  keçirilən  ilk  yüksək  səviyyəli  soveт-тürk 

gюrüşü  idi.  Türkiyə  tərəfi  sovet  ordu  hissələrinin  sərhəddən  geri 

çəkilməsinin etimad mühitinin yaradılmasına kömək edəcəyini dedi. 

Xruşşov  münasibətlərin  yaxşılaşdırılmasına  tərəfdar  olsa  da,  ordu-

ların sərhəddən geri çəkilməsi тəklifindən imtina etdi. Görüşün nəti-

cəsi  olmadı.  Bununla  belə,  gюrüş  və  keçirilən  müzakirələr  ictimai 

rəyə müsbət təsir etdi.  

1960-cı  ilin  oktyabr-noyabr  aylarında  türk  ticarət  nümayəndə 

heyəti SSRİ-də səfərdə oldu. İki ölkə arasında ticarət münasibətləri 

ləng inkişaf edirdi. 60-cı illərin əvvəllərində Türkiyənin xarici tica-

rətində  SSRİ-nin  payı  1%-ə  qədər  idi.  Münasibətlərin  normallaşdı-

rılmasında  ehtiyatlılıq  və  tərəddüdlər  hiss  olunurdu.  Türk  cəmiy-

yətində  xarici  siyasət  məsələlərinə  dair  geniş  müzakirələr  gedirdi. 

Bir sıra dairələr Menderes hökumətinin apardığı xarici siyasət xət-

tinin  Türkiyənin  maraqlarına  tam  cavab  vermədiyini  deyirdilər. 

Türk  rəsmi  dairələri  iki  ölkə  arasında  münasibətlərin  yaxşılaşdırıl-

masının tərəfdarı kimi çıxış edirdilər. Dövlətin və hökumətin başçısı 

C.Gürselin  sovet-Türkiyə  müqaviləsinin  40-cı  ildönümü  münasi-

bətilə  soveт  rəhbərliyinə  göndərdiyi  məktubda  deyilirdi:  “Cümhu-

riyyət  hökuməti  arzu  və  ümid  edir  ki,  Türkiyə  ilə  Sovet  İttifaqı 

arasında qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq münasibət-

ləri beynəlxalq sülh və təhlükəsizlik şəraitində inkişaf edəcəkdir”

11

.  



1961-ci  il  mayın  27-də  Тürkiyənin  yeni  konstitusiyası  qəbul 

edildi.  İyulun  9-da  keçirilən  referendumdan  sonra  qüvvəyə  mindi. 

Sentyabr ayında keçmiş baş nazir A. Menderes, xarici işlər naziri F. 

Zorlu  və  maliyyə  naziri  H.  Polatkan  edam  edildilər.  Oktyabrın  26-

da  Cemal  Gürsel  prezident  seçildi.  Bununla  da  Türkiyənin  müasir 

tarixində yeni bir dövr başlandı.  

Noyabr  ayında  hökuməti  formalaşdıran  İsmet  İnönü  çoxtərəfli 

xarici siyasət xətti yeridiləcəyini elan etdi. Onun tərkib hissəsi kimi 




 

 

34 



qonşu  ölkələrlə  mehriban  münasibətləri  davam  etdirmək  niyyətlə-

rinin  olduьunu  bildirdi.  İnönü  SSRİ  ilə  münasibətlərin  yaxşılaş-

dırılmasının zəruriliyini bəyan etdi. Ondan  sonra xarici işlər naziri 

S. Sarper də eyni məzmunlu bəyanat verdi. Lakin bəzi türk dairələri 

Türkiyəyə  münasibətdə  sovet  siyasətinin  sabit  olmadığını  əsas 

gətirərək  ehtiyatlı  hərəkət  edirdilər.  “Cumhuriyet”  qəzeti  SSRİ-nin 

Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyinin şübhəli olduğunu 

yazırdı.  

Türk ictimaiyyətinin digər dairələri isə şimal qonşu ilə münasi-

bətlərin yaxşılaşdırılması niyyəтini yaxşı qarşılayırdılar. Belə müna-

sibətlərin  ölkə  iqtisadiyyatının  inkişafına  kömək  edəcəyini  deyir-

dilər.  1961-ci  ildə  iki  ölkə  arasında  birbaşa  dəmiryolu  daşımaları 

barədə razılıq əldə olundu.  

Türkiyə rəsmi dairələri şimal qonşu ilə münasibətlərin yaxşılaş-

dırılmasında maraqlı idilər. Lakin ilk etimad addımlarını Stalin döv-

ründə  Türkiyəyə  qarşı  ərazi  iddiaları  irəli  sürərək  münasiбəтləri 

pozmuş sovet hökuməti atdı.  

 

 



ABŞ-ın Türkiyədə təsirinin 

artması sovetləri narahat edir 

 

İkinci  dünya  müharibəsinin  sonlarında  SSRİ-Türkiyə  münasi-



bətlərinin  pozulması,  Yaxın  və  Orta  Şərq  regionunda  yaranmış  şə-

rait  ABŞ-Türkiyə  yaxınlaşmasına  ciddi  təsir  edən  faktorlardan  biri 

olmuşdu.  Stalinin  Türkiyəyə  münasibətdə  yeritdiyi  sərt  siyasət, 

əsassız  ərazi  iddiaları,  azad  dünya  ölkələrini  təhdid  etməsi  sovet 

təhlükəsi  qarşısında  qalan  Ankaranın  Qərb  dövlətləri  ilə  əmək-

daşlığının  güclənməsinə  gəтirdi.  1947-ci  ildən  başlayaraq  ABŞ-la 

Türkiyə arasında bir sıra hərbi, siyasi və iqtisadi xarakterli saziş və 

müqavilələr  imzalandı.  ABŞ  prezidenti  Harri  Trumənin  həmin  ilin 

mart ayında irəli sürdüyü doktrina çərçivəsində Türkiyəyə amerikan 

hərbi  yardımı  edildi.  Az  sonra  Marşal  planı  əsasında  iqtisadi  və 

mədəni əməkdaşlıq haqqında türk-amerikan sazişləri bağlandı.  

Soyuq müharibənin ilk illərindən eтiбarən Sovet İttifaqı Böyük 

Britaniya,  Fransa,  Almaniya,  İtaliya,  Türkiyə,  Cənubi  Koreya  və 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə