Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə11/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   7   8   9   10   11   12   13   14   ...   185

 

 

35 



Yaponiya  ərazisində  yerləşdirilən amerikan  hərбi  bazaları  ilə  əhatə 

olunmuşdu.  Böyük  Britaniya,  İtaliya  və  Türkiyə  ərazisində  yer-

ləşdirilmiş orta mənzilli raketlər Kubadakı sovet raketlərinə bərabər 

idi. Belə şəraitdə sovetlər özünü təhlükəsiz hiss etmirdi. Yeni sovet 

rəhbərliyi  Türkiyə  ilə  yaxınlaşmaqla  həm  dюvləт  təhlükəsizliyini 

təmin etmək, həm də Ankaranın Qərb bloku ölkələri ilə münasibət-

lərini zəiflətməyə çalışırdı.  

50-ci  illərin  sonu-60-cı  illərin  əvvəllərində  Türkiyə  ABŞ-ın 

xarici  ölkələrə  etdiyi  yardımlarda  ilk  yerlərdən  birini  tuturdu.  Bu 

yardımlar  1948-ci  il  iyulun  4-də  imzalanmış  ABŞ-Türkiyə  iqtisadi 

əməkdaşlığı haqqında sazişdən sonra edilməyə başlanmışdı. ABŞ-ın 

Türkiyədə möhkəmlənməsi 50-ci illərin sonlarından eтiбarən müx-

təlif hərbi, iqtisadi yardımların edilməsi və nümayəndə heyətlərinin 

səfərləri  ilə  başa  çatmışdı.  ABŞ-Türkiyə  hərbi-strateji  əməkdaşlığı 

sovet dövlətini narahat edirdi.  

ABŞ-ın  Türkiyəyə  diqqət  yetirməsini  bir  sıra  obyektiv  amillər 

şərtləndirirdi. Orta Şərqin ən böyük və qüdrətli dövlətlərindən hesab 

edilən Türkiyənin coğrafi-siyasi mövqeyi ABŞ üçün mühüm hərbi-

strateji  əhəmiyyət  daşıyırdı.  Ölkə  ərazisinin  şərqə  doğru  uzanaraq 

ABŞ-ın başlıca rəqibi olan SSRİ ilə su və quru sərhədləri yaratması 

amerikanların antisovet fəaliyyətinə əlverişli şərait yaradırdı. Ame-

rikalılar  ideal  coğrafi  mövqeyinə  görə  Türkiyəni  SSRİ-yə  qarşı  ən 

əlverişli ölkə hesab edirdilər. İki ölkə arasında hərbi sahədə əmək-

daşlığa dair müxtəlif vaxtlarda 50-dən çox saziş imzalanmışdı. Avi-

asiya  hissələrinin,  radiolokasiya  qurğularının,  nüvə  başlıqlı  silah-

ların toplandığı anbarların olduğu bu bazalar təxminən 35 mln. m

2

 

ərazini  tuturdu.  Ölkə  ərazisində  təxminən  30  min  amerikan  hərbi 



qulluqçusu yerləşdirilmişdi

12

. 60-cı illərin əvvəllərində isə Türkiyə-



dəki amerikan hərbi heyətinin sayı ailə üzvləri nəzərə alınmadan 50 

min  nəfər  idi.  AБŞ  hərbçiləri  və  kəşfiyyatçıları  əsasən  Ankara, 

İstanbul,  İzmir,  Adana  şəhərlərində,  Qara  dəniz  sahillərində  və 

Türkiyənin  şərq  vilayətlərində  uğurla  işləyirdilər.  Ankarada  6  min 

nəfərdən çox amerikan əsgər və zabiti, Adanada İncirlik hərbi hava 

bazasında isə 3 min nəfər hərbçisi xidmət edirdi. Dünyanın heç bir 

məntəqəsində  amerikan  hərbi  bazaları  Türkiyədəki  qədər  SSRİ-yə 

yaxın  yerləşməmişdi.  İncirlikdəki  amerikan  hərbi  bazasında  qu-




 

 

36 



raşdırılan elektron kəşfiyyat qurğuları Moskva və Leninqrad şəhər-

lərində  hətta  taksi  sürücülərinin  dispetçer  məntəqəsi  ilə  rasiya 

danışıqlarını dinləyə bilirdi. SSRİ-nin  cənub əraziləri Türkiyə üzə-

rindən ABŞ və NATO-nun nəzarəti altında alınmışdı.  

Türkiyə  Şərqlə  Qərb  arasında  körpü  rolunu  oynayırdı.  Dün-

yanın  mühüm  beynəlxalq  nəqliyyat  və  ticarət  kommunikasiya 

yolları  olan  Qara  dəniz  boğazlarına  nəzarət  edirdi.  Boğazlar  istə-

nilən  ölkəyə  ciddi  təsir  vasitəsi  idi.  SSRİ-yə  gətirilən  yüklərin  bir 

çoxu türk limanları və boğazlarından keçirdi.  

Ötən  müddətdə  amerikan  kapitalının  Türkiyəyə  daxil  olması 

əsasən aşağıdakı yollarla baş vermişdi:Türkiyəyə iqtisadi və texniki 

yardımlar;  kənd  təsərrüfatı  məhsullarının  ixracına  kömək;  Türki-

yəyə Beynəlxalq bərpa və inkişaf bankı, İdxal-ixrac bankı vasitəsilə 

yardımlar;  xüsusi  amerikan  kompaniyalarının  Türkiyə  ərazisində 

neft geoloji-kəşfiyyat işlərinin aparılması və çıxarılmasında iştirakı. 

Türkiyəyə amerikan iqtisadi və texniki yardımları əsasən dövlət 

xətti  ilə  edilirdi.  İstanbul  ticarət  evinin  mətbuat  orqanı  Türkiyəyə 

istiqrazlar və əmtəə ixracı adı altında edilən amerikan yardımlarının 

türk  mallarının  ixracını  maliyyələşdirmək  məqsədi  güddüyünü  ya-

zırdı.  


Texniki  yardımlarda  Türkiyədəki  amerikan  heyətinin  maliy-

yələşdirilməsi,  türklərin  ABŞ-a  təhsil  almaq  üçün  göndərilməsi 

xüsusi yer tuturdu. 1961-ci ilin iyul ayınadək ABŞ-a və digər ölkə-

lərə təhsil almaq üçün 2013 türk gənci göndərilmişdi.  

Türkiyə  hökumətinin  ölkənin  beşillik  inkişafını  təmin  etmək 

məqsədi  ilə  ABŞ  və  NATO-dan  1,5  mlrd.  dollar  həcmində  aldığı 

borc  ölkənin  xarici  siyasət  kursunun  aydın  şəkildə  Qərbə  yönəlik 

olduğunu göstərirdi

13

. Yaranmış belə vəziyyət sovet dövlətinin mə-



nafelərinə  qətiyyən  cavab  vermirdi.  Sovet  rəhbəri  Xruşşov  1962-ci 

il  iyulun  2-də  Rumıniya  radiosu  və  televiziyası  ilə  etdiyi  çıxışında 

deyirdi  ki,  amerikan  imperialistləri  zəif  inkişaf  etmiş  ölkələrə 

kömək  etməklə  lovğalanırlar,  o  cümlədən  Türkiyəni  xatırlayırlar. 

Gəlin  baxaq,  onların  “xeyirxahlığı”  nəticəsində  bu  ölkənin  iqtisa-

diyyatında  nələr  olmuşdur.  Qərb  1949-cu  ildən  etibarən  Türkiyəyə 

yardım  etməyə  başlamışdır.  1948-ci  ildə,  yəni  Menderes  hökuməti 

ABŞ “yardımı”nı qəbul edən zaman Türkiyənin sənaye sektoru mil-




 

 

37 



li gəlirin 10,5 faizini verirdi. 1960-cı ildə, amerikan “yardımı”ndan 

12 il sonra Türkiyənin  milli gəlirində sənaye sektorunun payı 10,9 

faiz  təşkil  edirdi.  Bu  nə  deməkdir?  Bu  o  deməkdir  ki,  Türkiyə  elə 

əvvəlki  kimi  inkişaf  etmiş  hər  hansı  sənayesi  olmayan  kənd 

təsərrüfatı  ölkəsi  olaraq  qalır.  Türkiyənin  iqtisadiyyatı  əsl  dalana 

dirənmişdir.  Ölkə  öz  kreditorlarından  aldığı  borcları  2008-ci  ildən 

tez  ödəmək  qabiliyyətində  deyildir.  Bu  bizim  hesablamamız  de-

yildir.  Belə  məlumatları  Türkiyənin  burjua  qəzeti  olan  “Vatan” 

verir. Lakin təkcə türk sənayesi türk irticasının okeanın o tayındakı 

imperialistlərlə  sövdələşməsinin  qurbanı  olmamışdır.  Türkiyənin 

kənd təsərrüfatı da belə ağır vəziyyətdədir, hətta xalqı çörəklə təmin 

edə  bilmir,  onu  da  xaricdən  gətirirlər.  Bir  qədər  əvvəl  Türkiyənin 

“Cumhuriyet”  qəzeti  Qərb  dövlətlərinin  Türkiyəyə  3  milyon  ton 

taxılın verməsinin başa  çatması  münasibəti ilə  İstanbulda keçirilən 

qəribə  təntənə  haqqında  məlumat  vermişdi.  Məqalə  müəllifi  yazır 

ki, bu təntənələr qəmli əks-səda doğurdu. Kim bilir, biz hələ neçə il 

xaricilərə əl uzadacağıq 

14

. Xruşşov nitqində Qərbin Türkiyəyə yar-



dım etməsinin elə bir xeyri olmadığını xüsusi vurğulayırdı.  

Münasibətlərə  mənfi  təsir  edən  amillərdən  biri  Türkiyədəki 

amerikan  bazalarından  qalxaraq  sovet  hava  sərhədlərinə  girən  U-2 

kəşfiyyat  təyyarələrinin  uçuşları  idi.  ABŞ  prezidenti  Duayt  Eyzen-

hauer  bütün  ölkələrin  təyyarələrinin  uçuşları  üçün  açıq  səma  tələb 

edirdi.  Sovet  lideri  Xruşşov  isə  hava  sərhədlərinin  ciddi  qorun-

masına, qapalı səmaya tərəfdar idi.  

U-2  təyyarələri  Mərkəzi  Kəşfiyyat  İdarəsinin  qürur  mənbəyi 

hesab  edilirdi.  50-ci  illərin  sonu  üçün  RACE  CAR  kodu  altında 

Yaponiya  və  Türkiyədəki  bazalardan  qalxaraq  uçuş  proqramlarını 

həyata keçirən U-2 təyyarələri heç bir maneəyə rast gəlmədən sovet 

səmalarına  soxularaq  təhlükəsizlik  üçün  qorxu  yaradırdı

15

.  Həmin 



təyyarələrdə  xüsusi  kameralar  quraşdırılmışdı.  Bunlarla  sovetlərin 

ən  gizli  müəssisələrinin  fotoşəkilləri  çəkilir,  hərbi  hissələr  qeyd 

edilirdi.  

U-2-lərin  uçuşu  sovetləri  hiddətləndirirdi.  Sovet  hərbçiləri  bu 

uçuşların  qarşısını  ala  bilmirdi.  Başqa  təyyarələr  sovet  səmasına 

girən  kimi  vurulub  düşürülsə  də,  15  km  hündürlükdə  sürətlə  uçan 

U-2-lər  SSRİ-nin  mərkəzi  rayonlarına  qədər  girərək  ən  məxfi  hə-

dəflərin  üstündən  rahatca  keçirdilər.  Sovetlər  bu  təyyarələri  zərər-




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə