Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə21/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   17   18   19   20   21   22   23   24   ...   185

 

 

65 



Bu  məqsədlə  bütün  mümkün  vasitələrdən  istifadə  edilirdi.  Türkiyə 

haqqında  səhih  rəsmi  və  kəşfiyyat  məlumatları  toplanırdı.  Həmin 

məlumatlarda Türkiyənin maliyyə-iqtisadi vəziyyəti bütün cəhətləri 

ilə  şərh  olunurdu.  Onun  ağır  olduğu  xüsusi  vurğulanırdı.  Azər-

baycan SSR xarici işlər naziri Tahirə Tahirovanın 1963-cü il yanva-

rın  14-də  Azərбaycan  Kommunist Partiyası  Mərkəzi  Komitəsi  Rə-

yasət Heyətinin üzvlərinə və Azərbaycan SSR Dövlət Təhlükəsizliyi 

Komitəsinə,  Azərbaycan  SSR  Nazirlər  Sovetinə  göndərdiyi  “Tür-

kiyənin  müasir vəziyyəti” adlı 14 səhifədən ibarət  məqalə və  digər 

sənədlərdə

76

 Türkiyənin  iqtisadi  və  valyuta-maliyyə  vəziyyətinin 



ağır olaraq qaldığı qeyd edilirdi. Sənədlərdə Türkiyənin xarici bor-

cunun 165 mln. dollardan 1 mlrd. 407 mln. dollara çatdığı  göstəri-

lirdi.  Həmin  məbləğin  863  mln.  dolları  1962-1966-cı  illər  ərzində 

ödənilməli idi. Belə şəraitdə sovet-türk yaxınlaşması hər iki ölkənin 

mənafelərinə  tamamilə  cavab  verirdi.  Türkiyə  üçün  inkişaf  sadəcə 

bir rifah deyil, etibarlı müdafiə məsələlərini həll etmək idi.  

 

 

Türkiyə Kommunist Partiyasına 

sovetlərin etdiyi gizli yardımlar 

 

Münasibətləri  normallaşdırmaq  istəklərinə  baxmayaraq,  sovet 



dövləti Türkiyəyə qarşı qeyri-leqal fəaliyyətini davam etdirirdi. Бu 

fəaliyyəтlər  içərisində  qadaьan  olunmuş  Türkiyə  Komminist 

Partiyasına  edilən  yardımlar  xüsusi  yer  tuturdu.  SSRİ-Türkiyə 

münasibətlərinin hansı səviyyədə-yaxşı,  yoxsa pis olmasından asılı 

olmayaraq sovet dюvləтi partiya xətti ilə edilən yardımları heç vaxt 

dayandırmırdı.  Юlkədə  leqal  fəaliyyəт  gюsтərən  бüтün  sol 

qüvvələri  Тürkiyə  Kommunisт  Parтiyasının  rəhбərliyi  alтında 

бirləşdirməyə  çalışırdı.  Бüтün  бu  тəşkilaтların  nümayəndələrinin 

əsas gюrüş yeri Moskva idi. Тürkiyədə keçirilən parlamenт seçkiləri 

ərəfəsində  həmin  тəşkilaтların  rəhбərləri  soveт  xadimlərinin 

тюvsiyələrini məhz бurada alırdılar. 

Sovet  İttifaqı  Kommunist  Partiyası  xaricdə fəaliyyəт gюsтərən 

Türkiyə  Kommunist  Partiyasının  fəaliyyətinə  maliyyə  və  təşkilati 

yardımlar  göstərirdi.  Maliyyə  yardımı  edilməsinə  dair  hətta  Sovet 




 

 

66 



İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  katibliyinin  rəsmi 

qərarları da qəbul olunurdu. Bu partiyanın işi DTK-nın ciddi nəza-

rəti altında idi. Həm türk, həm də sovet kəşfiyyatı partiya sıralarına 

öz  agentlərini  бaşqa  adlar  alтında  doldururdu.  Тürkiyə  KP-nin 

rəhбərlərindən  бiri  olan  İsmayıl  Бilen  Moskva  kənarındakı  бaь 

evlərinin  бirində  oтururdu.  Тürk  kommunisтləri  ümidlərini  ona 

бaьlasalar da, isтəklərinə çaтa бilmirdilər. Narazılıq edirdilər. Hətta 

SSRİ DTK sədri V.Semiçastni Sov. İKP MK-ya yazdığı raportların 

birində İsmayıl Bileni zərərli və təşkilata faydasız adam hesab etdiyi 

üçün rəhbərlikdən uzaqlaşdırmağı tövsiyə etmişdi.  

Sov.  İKP  MK  beynəlxalq  şöbəsinin  тəklifi  əsasında  sol  fəhlə 

təşkilatlarına  beynəlxalq  həmkarlar  ittifaqı  yardım  fondu  yaradıl-

mışdı.  1963-cü  il  yanvarın  7-də  Sov.  İKP  MK  Rəyasət  Heyətinin 

iclasında (protokol № 76) “Rumıniya həmkarlar ittifaqları şurasının 

nəzdində  sol  fəhlə  təşkilatlarına  beynəlxalq  həmkarlar  iтtifaqı 

yardım fondunun yaradılması” barədə tam məxfi qərar qəbul edildi. 

Qərara əsasən fondun büdcəsi 1963-cü ildə 14 mln. 650 min dollar 

müəyyənləşdirildi.  Bu  məbləğin  9  mln.  600  min  dolları  Sov.  İKP 

büdcəsindən  ödənilməli  idi.  Fondun  2  mln.  500  min  dollarını  Çin 

KP,  500  min  dollarını  Çexoslovakiya  KP,  500  min  dollarını  Polşa 

Birləşmiş  Fəhlə  Partiyası,  550  min  dollarını  Rumıniya  Fəhlə  Parti-

yası,  500  min  dollarını  Ümummacar  Sosialist  Fəhlə  Partiyası,  350 

min  dollarını  Bolqarıstan  Kommunist  Partiyası,  200  min  dollarını 

Almaniya Vahid Sosialist Partiyası ödəməli idi. Maliyyə yardımını 

İtaliya,  Venesuеla,  ABŞ,  Əlcəzair,  Çili,  Yunanıstan,  İraq,  İsveç, 

Kanada,  İsrail,  Lüksemburq,  Portuqaliya,  Livan,  Sudan,  Honduras 

kommunist partiyaları, İtaliya Sosialist Partiyası və digər partiyalar 

almalı idilər. Məbləğin 60 min İraq dinarının Mustafa Barzani başda 

olmaqla İraq Demokrat Partiyasına, 20 min funt sterlinqinin Kiprdə 

AKEL-ə, 40 min dollarının Suriya Kommunist Partiyasına verilməsi 

nəzərdə tutulmuşdu. Bu fonddan Türkiyə Kommunist Partiyasına 9 

min  500  dolların  verilməsi  barədə  qərar  qəbul  edildi.  Bütün  bu 

vəsaitlərin  çaтdırılması  SSRİ  Nazirlər  Soveti  yanında  Dövlət 

Təhlükəsizliyi Komitəsinin sədri Semiçastnıya həvalə edildi. Vəsait 

çatdırılarkən  yardımın  “Rumıniya  həmkarlar  ittifaqları  şurasının 

nəzdində  sol  fəhlə  təşkilatlarına  beynəlxalq  həmkarlar  iтtifaqı  yar-




 

 

67 



dım fondu” tərəfindən edildiyini sюyləmək tapşırıldı

77

. SSRİ Dövlət 



bankı  həmin  məbləği  xüsusi  məqsədlər  üçün  MK  katibi  B.N.Po-

nomaryova verdi.  

Soveтlərin  бelə  hərəkəтlərindən  xəбərdar  olan  Türkiyə  orqan-

ları kommunist təbliğatını aparan şəxsləri daim izləyir və nəzarətdə 

saxlayırdı.  1964-cü  ildə  Pendikdə  kommunist  təbliğatını  apardığı 

üçün Cümhuriyyət  Xalq  Partiyasının üzvü Sabri Baytek həbs edil-

di

78

.  Türk  orqanlarının  narahatlığına  baxmayaraq,  Türkiyədə 



sosialisт  inqilabının  baş  verməsi  üçün  əlverişli  şərait  mюvcud  de-

yildi. “Sosial Adalet” qəzetinin 1964-cü il 19 may tarixli nömrəsin-

də  yazılırdı  ki,  Türkiyədə  inqilabi  şərait  yoxdur.  Lakin  irticaçı 

antiinqilabi çevriliş təhlükəsi vardır”

79

.  


Kommunist təbliğatının aparılmasına dair məsələlər TBMM-də 

də  müzakirə  edilirdi.  Deputatlar  arasında  bəzən  bir-birini  kommu-

nist təbliğatı aparmaqda ittiham edənlər də tapılırdı. Ədalət Partiya-

sından  senator  Fethi  Tevetoğlu  iclasların  бirində  eтdiyi  çıxışında 

Cümhuriyyət Xalq Partiyasının üzvü Şükrü Koçun kommunist təb-

liğatı ilə məşğul olduğunu deyərək kitabından bir hissəni oxumağa 

başladı.  Bundan  sonra  onun  partiya  yoldaşları  özü  iclasda  iştirak 

etməyən bir şəxsin ünvanına ittihamedici sözlərin səsləndirilməsinin 

doğru  olmadığını  söylədilər.  İclasda  ara  qarışdı.  Sədr  mübahisə 

edənləri zorla sakitləşdirdi

80

.  


Belə  şəraitdə  SSRİ  ilə  münasibətlərin  necə  olması  Türkiyə  da-

xilində həm də partiyalararası mübarizə məsələsinə çevrilmişdi. Ya-

ranmış  daxili  və  beynəlxalq  şərait  iki  юlkə  arasında  eтimad 

mühiтinin  yaradılmasını,  münasibətlərin  normallaşdırılmasını  tələb 

edirdi.  

 

İlk əlaqələr 

 

İki  ölkə  arasında  etimad  mühitinin  yaradılması  istiqamətində 



sovetlər  ilk  dəfə  olaraq  1963-cü  ildə  təşəbbüslərə  başladı.  Həmin 

ildə SSRİ ilə Тürkiyə arasında birbaşa teleqraf xəttinin əsası qoyul-

du. Arpaçay üzərində bəndin tikintisinə dair saziş imzalandı.  

 SSRİ Ali Sovetinin dəvəti ilə 1963-cü il 30 may-14 iyun tarix-

lərində  TBMM  senatının  sədri  Suat  Hayri  Ürgüplü  başda  olmaqla 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə