MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə18/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   14   15   16   17   18   19   20   21   ...   196

Bax bir nəsildəndir. Onların musiqişünaslıq-bəstəkarlıq keyfiyyətləri 

irsi  keyfiyyət  hesab  olunur.  Öz  ölkəmizin  timsalında  da  belə 

nümunələrə müraciət etmək olar. Məsələn, Üzeyir Hacıbəyov, Soltan 

Hacıbəyov, Niyazi; Şəmsi Bədəlbəyli, Əfrasiyab Bədəlbəyli, Fərhad 

Bədəlbəyli;  Rəsul  Rza,  Anar;  İlyas  Əfəndiyev,  Elçin  Əfəndiyev, 

Timurçin  Əfəndiyev;  Bülbül,  Polad  Bülbüloğlu;  Həşim  Kələntərli, 

Münəvvər  Kələləntərli,  Kələntər  Kələntərli;  Habil  Əliyev,  Rəvan 

Habiloğlu;  Zakir  Mirzəyev,  Firudun  Mirzəyev,  Qulammirzə 

Mirzəyev,  Natiq  Mirzəyev;  Nəcəfov  qardaşları  (Abbasqulu 

Nəcəfovun rəhbərlik etdiyi qrup); Aşıq Qurbanın övladları və nəvələri 

(Qurbanxanın  nəvəsi  Həsənağa  Sadıqov  bütün  musiqi  alətlərinin 

mahir ifaçısı hesab olunur); Alim Qasımov, Fərqanə Qasımova və s. 

İrsiyyət  amili  haqqında  bu  kimi  istənilən  qədər  iqtibaslar 

gətirmək olar. Eyni sözləri mühit amili haqqında da demək olar. Çünki 

mühit  amili  ilə  bağlı  da  müxtəlif  məzmunlu  fikirlər,  mülahizələr, 

ideyalar, müddəalar və hətta nəzəriyyələr mövcuddur. Elmi pedaqoji 

ədəbiyyatda mövcud olan mühit amilləri haqqında fikirlər istər şərq 

ölkələrində,  istərsə  də  qərb  ölkələrində  nəşr  olunan  ədəbiyyat 

nümunələrində  mübahisəli  şəkildə  qoyulur.  Araşdırılan  ədəbiyyat 

nümunələrində mühit amillərinin müxtəlif təsir gücünə malik olması 

haqqında fikirləri toplayaraq müqayisəli şəkildə şərh edən professor 

Nurəddin  Kazımov  mühit  amillərinin  çoxşaxəli  təsir  gücünə  malik 

olmasını  bir  sıra  dəlillərlə  sübut  etmişdir.  Nurəddin  Kazımova  görə 

mühit amilləri bir sıra şərtlərə və cəhətlərə görə biri-birindən fərqlənir. 

Doğrudan da belədir. Bu mühitdə müxtəlif təsirlərə düşən adam həmin 

təsirlərin bütün əlamətlərini əxz edə bilməz. İstər bir sahədə, istərsə də 

bir neçə sahədə göstərilən təsirlər öz əhatə dairəsinə görə biri-birindən 

fərlənməlidir. Bundan başqa bir adamın birdən-birə bir neçə mühitə 

düşməsi fiziki cəhətdən mümkün deyil. 

Mühit amillərinin müxtəlif təsir gücünə malik olmas. Haqqında 

danışarkən N. Kazımov göstərir ki, şəxsiyyətin inkişafında onu əhatə 

edən mühit amilləri eyni dərəcədə mühüm rol oynamır. Şəxs mühit 

amillərindən hansıları ilə bilavasitə ünsiyyət əlaqələrində olursa, onun 

inkişafına  məhz  həmin  amillər  güclü  təsir  göstərə  bilir.  Məsələn, 

təbiət və kənd təsərrüfatı 



53 


bağbanın psixologiyasında, neft istehsalı və neft mədənləri neftçinin 

psixologiyasında, duyğularında, təsəvvürlərində daha güclü əks-səda 

verir (Kazımov N. Tərbiyənin elmi-pedaqoji əsasları. Bakı “Maarif’, 

1983. səh. 21). 

Şəxsiyyətin  inkişafında  onu  əhatə  edən  mühit  amillərinin  eyni 

dərəcədə  rol  oynamamasma  dair  əldə  olunan  etnopedaqoji 

nümunələrin, hətta həyati faktların özlərinin də müqayisə olunmasına 

ehtiyac  duyulur.  Niyə?  Birincisi,  ona  görə  ki,  etnopedaqoji 

nümunələrdə  irəli  sürülən  ideyaların  bəziləri  öz  aktuallığını  itirdiyi 

üçün hazırki zamanda real görünmür. İkincisi, nəzəri ideyaların hansı 

mühit  üçün  xeyirli,  hansı  mühit  üçün  zərərli  olmasının  müqayisə 

edilməsi  zərurəti  ortalığa  çıxır.  Bu  xüsusda  N.  Kazımov  yazır: 

Şəxsiyyətin bioloji amillərlə izahı nəinki  yalnız nəzəriyyədə, habelə 

əməli  işdə  səhvlərə  gətirib  çıxarır.  Bu,  bir  sıra  vaxtı  keçmiş  atalar 

sözlərinin yersiz işlənməsinə də şərait yaradır və hətta onlara bəraət 

qazandırır. Məsələn, “namərd gəlib mərd olmaz, olmasa mərd atası”, 

“ot  kökü  üstə  bitər”,  “qurd  adın  dəyişər,  xasiyyətin  dəyişməz”, 

“neyləyirsən  qızıl  taxtı,  qızıl  baxtın  olsun”,  “olacağa  carə  yoxdur” 

kimi  atalar  sözlaəri  və  zərb-məsəlləri  gənc  nəslin  tərbiyəsinin 

təşkilində əngələ çevrilə bilər. Uşağa münasibətdə bir sıra valideynlər 

və  hətta,  bəzi  müəllimlər  həmin  atalar  sözlərini  və  zərb-məsəlləri 

mənasına varmadan, təsir gücünə diqqət yetirmədən işlədirlər. Bu və 

ya  digər  uşağın  tərbiyəsində  çətinliklə  qarşılaşan  bəzi  tərbiyəçilərin 

“qozbeli  qəbir  düzəldər”,  “qurda  nə  qədər  yaxşılıq  etsən,  yenə  də 

meşəyə  baxar”,  “ilanın  balası  da  ilan  olar”  və  s.  deməklə  özlərini 

tərksilah  edir,  tərbiyə  işində  aciz  olduqlarını  göstərir,  şəxsiyyətin 

formalaşmasında  mühit  amillərinin,  tərbiyənin  rolunu,  istər-istəməz 

heçə endirir və əslində şəxsiyyətin formalaşması  məsələsini irsiyyət 

nəzəriyyəsi  əsasında  həll  etmiş  olurlar.  Unutmaq  olmaz  ki,  insan 

xarakterinin  xüsusiyyətlərini  yalnız  irsiyyətdə  axtaranlar  nəinki 

fikirdə, hətta əməli işdə də ciddi səhvlərə və təriflərə meydan açırlar 

(Kazımov N. Tərbiyənin elmi-pedaqoji əsasları. Bakı “Maarif’, 1983. 

səh. 27). 

Buradan  belə  bir  qənaətə  gəlmək  mümkündür  ki,  şəxsiyyətin 

formalaşdırılması  işində  təkcə  irsi  amillərə  istinad  etmək  məsələyə 

birtərəfli yanaşmaq kimi qiymətləndirilməlidir. Ona 



54 


görə 

də 


şəxsiyyətin 

formalaşdınimasının 

irsi 

amillərlə 



məhdudlaşdırılması elmi cəhətdən səhv hesab olunur. 

Şəxsiyyətin  formalaşması  probleminin  izahı  zamanı  insan 

xarakterini də unutmaq olmaz, yəni insanın xarakteri ona məxsus olan 

mənəvi  keyfiyyətlərdən  nəşət  edir  və  formalaşır.  Sual  olunur,  bəs 

insanı  idarə  edən  bu  xarakter  və  onu  formalaşdıran  mənəvi 

keyfiyyətlər haradan peyda olur. 

Araşdırılan  etnopedaqoj  materiallarda  və  qədim  filosofların 

əsərlərində bu məsələyə bir tərəfli yanaşılması hallarına daha tez rast 

gəlmək  mümkündür.  Maraqlı  orasıdır  ki,  bu  birtərəfli  yanaşmalara 

üstünlük verənlər də tapılır. 

Klassik  filosoflar  içərisində  insan  xarakterinin  əlamətlərini 

irsiyyət  mövqeyindən  izah  etməyə  səy  göstərənlər  olmuşdur.  Hələ 

qədim  yunan  filosoflarından  Aristotel  sübut  etməyə  çalışırdı  ki, 

xarakterin  səbəbi  başlıca  olaraq,  irsiyyətdir,  irsi  xüsusiyyətlərdir. 

Aristotelin  fikrincə,  adamlar  anadan  olduğu  vaxtdan  bir-birindən 

fərqlənirlər;  elə  bil  onların  bir  qismi  tabe  olmağa,  digər  qismi  isə 

hakim olmağa yaranmışdır. 

Quldarlar sinfinin mənafeyini müdafiə edən ideoloq kimi Platon 

da  şəxsiyyət  məsələlərini  irsiyyət  nəzəriyyəsi  mövqeyindən  izah 

edirdi. Platon adamların təhsilindəki bərabərsizliyin səbəbini onların 

ictimai  bərabərsizliyində,  ictimai  bərabərsizliyin  köklərini  isə 

adamların  şəxsi  təbiətindəki  fərq-  lərədə  görürdü.  Platon  açıqca 

yazırdı  ki,  rəislik  etməyi  bacaran  adamların  təbiətinə  ilahi  qızıl 

qarışdırıb, buna görə də onlar çox qiymətlidir; əkinçilik və maldarlıq 

sənətilə  məşğul  olanların  təbiətində  isə  guya,  dəmir  və  mis  qarışığı 

vardır.  Bu  ideyaya  əsasən  Platon  birinci  və  ikinci  qrupa  aid  etdiyi 

adamlar üçün başqa-başqa tərbiyə məqsədləri, təlim məqsədləri, təlim 

məzmunu və üsulları təklif edirdi. 

Burjua  ideologiyasının  nümayəndələrindən  biri  olan  məşhur 

ingilis filosofu H.Spenser də əsasən həmin mövqedə dururdu. O, sübut 

etməyə  çalışırdı  ki,  insanın  xarakteri  mühitdən,  ictimai-iqtisadi 

həyatdan o qədər də asılı deyildir. H.Spenser obrazlı şəkildə yazırdı ki, 

ictimai quruluşun necəliyindən asılı olmayaraq, vətəndaşların qüsurlu 

təbiəti  yaramaz  hərəkətlərində  özünü  həmişə  büruzə  verir;  elə  bir 

siyasi alət 

55 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə