Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə7/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   55

 
 
         
 
 
 6.3. İnternetdə ünvanlaşdırma  
    
Internetdə  xəbərlərin  ötürülməsi  paketlərin  komutasiyası  vasitəsi  ilə  həyata  keçir. 
Xəbər  paket  adlanan  porsiyalara  bölünür.  Hər  bir  paketdə  4  kbaytdan  artıq  olmayan 
informasiya  ötürülür.  Internetin  ayrı-ayrı  hissələri  marşuritizatorlarla  biri  digəri  ilə  əlaqə 
yaradır.  Marşrutizatorlar  paketlərin  haraya  göndərilməsi  haqda  qərar  qəbul  edirlər.  Yerli 
alt  stansiya  onu  digər  altstansiyaya  göndərir.  Bu  əməliyyat  xəbərin  ünvana  çatana  qədər 
davam edir.     
Səbəkələr arası IP (İnternet Protokol)  protokolu ünvanlaşdırmaya “cavabdehdir” və 
şəbəkədə  paketlərin  hərəkətini  təyin  edir.  Şəbəkədə  IP  protokulundan  əlavə  TCP 
(Transmission Control Protokol – Verilənlərin ötürülməsinə nəzarət edən protokol) istifadə 
edilir.  İP  protokolu  verilənlərin  yalnız  ötürülməsini  təyin  edir.  Bütün  prosesi  isə  TCP 
protokolu idarə edir. TCP protokolu xəbərləri porsiyalara bölür. Hər bir porsiya müəyyən 
ardıcıllıqla  yerləşdirilməsi  və  tam  informasiyanın  qəbul  edilməsi  üçün  yoxlanılır. 
Qəbuledici  tərəfdə  TCP  protokolunun  proqram  təminatı  paketi  toplayaraq  onu  düzgün 
ardıcıllıqla yerləşdirilir. TCP/IP İnternetin baza protokoludur. 
          Xəbəri ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. İnternetdə  3 tip 
ünvandan istifadə edilir:  
                     Lokal ünvanlar (şəbəkə adapterin ünvanı),   
                     IP (Internet protocol) ünvan  
                     İşarə domen adlar DNS (Domain Name System).  
  Lokal  ünvanlar  (şəbəkə  adapterin  ünvanı)  qlobal  şəbəkə  olan  alt  şəbəkə  çərçivəsində 
verilənlərin  ünvana  çatdırılması  üçün  istifadə  edilir.  Lokal  ünvanlar  MAC  ünvanlar 
adlanır. .    
Lokal  ünvanlar  şəbəkə  adapteri  istehsalçıları  tərəfindən  təyin  edilir.  Bütün  mövcud 
lokal  şəbəkə  texnologiyalarında  MAC  ünvanlar  6  baytlıq  formata  malik  olur.  МАС  – 
ünvan şəbəkədə hər bir kompyuterin unikal ünvanıdır.Məsələn,  
11-AO-17-3D-bc-01. 
 
 İnternet şəbəkəsinə qoşulmuş hər bir kompyuter unikal ünvana malikdir. INTERNET-
də verilənlərin ötürülməsi üçün rəqəm İP və işarə tipli ünvanlardan istifadə edilir. Şəbəkə 
səviyyəsində paketlər İP ünvanlar vasitəsi ilə ötürülür.Bu ünvanlar okted adlanan dörd 
baytdan ibarət olurlar. Məsələn, 104.24.74.190. Belə yazı IP ünvan adlanır. İP ünvanda 
minimal və maksimal ədədlər 0 və 255 təşkil edir. 
IP  ünvanlar  administrator  tərəfindən  təyin  edilir.  Ünvanın  1-ci  hissəsi  şəbəkənin,  2-ci 
hissəsi  isə  qovşağın  nömrəsini  təyin  edir.  Şəbəkə  nömrəsi  xüsusi  Internet  mərkəzinin 
(Internet Network Informasion Center InterNIC) zəmanəti ilə təyin edilir. Başlanğıc ünvan 
marşrutizatora kompyuterin hansı şəbəkəyə aid olduğunu göstərir.  
           Rəqəm ünvanı kompyuterlərin mübadiləsi zamanı istifadə olunur. İnsanlar arasında 
çox zaman işarə tipli ünvanlarından istifadə olunur. Ona görə də şəbəkədə kompyuterlərə 
adlar  mənsub edilir. INTERNET-də kompyuterlərin ünvanı Domen Name System (DNS
adlanan  adların  domen  sistemindən  istifadə  olunur.    DNS-  İnternetdə  işləmə  prosesində 
KitabYurdu.az 
13
 


 
 
istifadəçilərin işini asanlaşdırır. Bu zaman kompyuterə müraciət edərkən qovşağın rəqəm 
ünvanlarını yadda saxlamaq lazım gəlmir.  
          Ümumdünya hörümçək torunda DNS standartı üzrə yazılmış ünvanlar nöqtə ilə 
ayrılmış bir neçə elementdən ibarət olurlar. Bu elementlər domen adlanır. Domen adları 
DNS serverdə saxlanılır. 
İşarə  ünvanları  daha  asan  yadda  qalır.  DNS  ünvanın  əsas  hissəsi  birinci  səviyyəli 
domen adlanıb coğrafi zona və ya sahə üzrə klassifikasiya olunur.  
 
    com - kommersiya təşkilatları 
    edu- təhsil müəssisələri 
    mil-  hərbi müəssisələr 
    gov- dövlət təşkilatları 
    net - şəbəkə agentlikləri və ya provayderlər 
    int - beynəlxalq təşkilatlar 
   org  - qeyri kommersiya təşkilatları 
    Digər ölkələrdə 1-ci səviyyəli domen kimi həmin ölkənin kodu istifadə olunur.  
    Məs: az-Azərbaycan  
    tr-Türkiyə 
    de-Almaniya 
  ru-Rusiya  
    ch-Isveçrə 
    uk- Böyük Briyaniya 
    fr-Fransa 
    ca-Kanada  
      
6.4. Kliyent server texnologiyası 
 
 Şəbəkədə  istənilən  iki  obyektin  qarşılıqlı  əlaqəsi  zamanı  müəyyən  resurs  (servis, 
xidmət)  imkanlarını  ayıran  və  ondan  istifadə  edən  tərəflər  iştirak  edir.  Resurslardan 
istifadə  edən  kliyent,  resursları  təmin  edən  tərəf  isə  server  adlanır.  Ümumiyyətlə,  öz 
resurslarını  istifadəçinin  öhdəsinə  buraxan  uzaq  məsafədə  yerləşən  kompyuter  ilə  bu 
resursları  istismar  edən  istifadəçi  kompyuter  arasında  informasiyaları  ötürmə  mexanizmi 
kliyent-server  sistemi  adlanır.  Resurs  kimi  aparat  təminatı  (printer,  modem,  skaner,  disk 
qurğusu  və  s.),  proqram,  fayl,  məlumat,  informasiya  və  ya  hətta  kompyuterdə  ola  bilər. 
Bunlara fayl-server, çap serveri, verilənlər bazası serveri, Veb server və s. aid etmək olar. 
Veb server dedikdə İnternet şəbəkəsinə qoşulmuş və xüsusi proqram  yazılmış kompyuter 
nəzərdə  tutulur.  Ona  başqa  sözlə  http-server  də  deyilir.  Server  kliyent  kompyuter 
sorğusuna  cavab  olaraq  lazımi  Veb-səhifəni  İnternetdən  gətirir.  İnternet  şəbəkələrində 
daha  çox  istifadə  edilən  serverlər  Microsoft  İnternet  İnformation  Server  (Windows  
əməliyyat  sistemi  əsasında  işləyən),  SQL-server  (SQL  dilində  verilənlər  bazasında 
sorğuların emalı proqramı),  Apache  –(UNİX əməliyyat sistemi əsasında işləyən)  server 
proqramlarını misal göstərmək olar. 
 
 
 
      
 
KitabYurdu.az 
14
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə