Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

 
 
        6.5. İnternetin xidmətləri 
 
            Elektron  poçt  (e-mail).  Hazırda  e-mail  ,  ən  geniş  yayilmış  rabitə  xidmətidir  . 
Elektron poçtu uzaq məsafəyə xəbərlərin ötürülməsini təmin edir. Elektron poçtu vasitəsilə 
Internetdə  informasiya  göndərilir  və  əldə  edilir.  Elektron  poçtundan  faylların,  mətnlərin 
ötürülməsi  üçün  istifadə  olunur.  Internetin  xidmətləri  arasında  elektron  poçtu  ilə  əlaqə 
yaratmaq  ən  ucuz  başa  gəlir.  Elektron  məktub  hazırlamaq  üçün  istifadəçi  off-line 
rejimində  işləyir.  O,  poçt  müştəri  –  proqramının  köməyi  ilə  məktubun  mətnini 
formalaşdırır, alıcının ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra 
istifadəçi  on-line  rejiminə  keçir,  daha  dəqiq  desək  poçt-serveri  ilə  əlaqə  yaradır  və 
məktubun  göndərilməsi  üçün  onu  poçta  yerləşdirmək  əmri  verir.  Hazırlanmış  məlumat 
serverə  ötürülür  və  məktubu  alan  istifadəçi  fərdi  kompyuterində  öz  ünvanına  baxmaqla 
onu  qəbul  edir.  Poçt  qutusundan  alınmış  məktub    ya  ləğv  edilir,  ya  da  saxlanılır.  Poçt 
serveri  periodik  olaraq  abonentlərin  qutularına  baxır,  daxil  olmuş  məlumatların 
göndərilməsini  təşkil  edir.  Outlook  Express  populyar  elektron  poçt  müştəri 
proqramlarından istifadə olunur.   
 
İstifadəçi @ qovşaq kompyuteri, altdomen, I səviyyəli domen.   (elm@iit.ab.az) 
İstifadəçi - bu istifadəçinin adıdır. Məsələn, elm@ - kommersiya işarəsi istifadəçinin 
adını  qovşaq  kompyuterin  adından  ayırır.  Ünvanın  2-ci  hissəsi  (@  işarəsindən  sonra) 
istifadəçinin  Internetə  qoşulduğu  kompyuterin  ünvanını  göstərir.  Kompyuter  ünvanı  bir-
birindən nöqtə ilə ayrılan bir neçə hissədən ibarətdir.  
Elektron məktubun qəbul edimiş formatı başlıq və məlumatdan ibarət olur: 
From (haradan): məktubu göndərən tərəfin elektron ünvanı 
To (hara): məktub göndərilən şəxsin ünvanı 
Cc (nüsxə): məktub göndərilən şəxsin digər elektron ünvanı 
 
Subject: məktubun mövzusu 
Date (tarix): məktubun göndərilmə tarixi və zamanı (bu sətr avtomatik doldurulur) 
Reply To: məktubuna cavab verilən abonentin elektron ünvanı 
Son  zamanlara  qədər  uzaq  məsafədə  əlaqə  kimi,  əsasən,  elektron  məktublar  təşkil 
edirdi.  E-mail  vasitəsi  ilə  şəkillər,  fotoşəkillər,  audio  və  video  yazılardan  istifadə  edərək 
informasiya  mübadiləsi  etmək  olar.  Yixarıda  qeyd  olunan  informasiya  fraqmentini 
göndərmək  və  ya  onları  elektron  məktubuna  birləşdirmək  olar.  Fraqmentləri  birləşdirən 
fayl məktub ilə eyni zamanda göndərilir. 
 
          World Wide Web. WWW- World Wide Web- ümumdünya  hörümçək toru adlanır. 
Bu  İnternetdə  xidmətin  informasiya  sistemidir.  Son  zamanlar    WWW  və  onun  proqram 
təminatı İnternet universal informasiya xidmətləri vasitələrini müəyyənləşdirir.  
          ●  Web-sayt – Web-serverdə verilənlər bölməsi olub, hər hansı təşkilat və 
şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün informasiyalarını Web-səhifə ilə əlaqəli 
çoxluq şəklində yerləşdirir. Saytın titul səhifəsindən istifadə edərək göstərici ilə 
onun müxtəlif səhifələrinə baxmaq olar.  
 
          Web-serverə müraciət edərək istənilən sahifəni tapmaq və onu ekrana çıxarmaqdır. 
Lazım olan informasiyanı İnternetdən almaq üçün ən sadə üsul axtarılan resursun ünvanını 
göstərməkdir. İnformasiyanı internetdə saxlamaq üçün URL (Uniform Recource Locator)- 
KitabYurdu.az 
15
 


 
 
universal ünvanlarından istifadə edilir. URL- ünvanı iki hissədən ibarətdir: 1-ci (sol) hissə 
istifadə  olunan  protokolu  göstərir;  2-ci  (sağ)  hissə  şəbəkənin  (uyğun  serverin  adı)  hansı 
yerində  resursların  verildiyini  bildirir.  Bu  hissələr  bir-birindən  iki  nöqtə  ilə  ayrılır.  Web 
hostinq Web saytların saxlandığı yerdir. 
            Məsələn
            http://serverin adı/yol/fayl; 
            Ünvanlarda sol tərəfində   http: //- W W W-də
 
http://WWW müraciəti göstərir. Bu   
Hyper Text Transfer Protocol - hipermətn ötürmə protokolu kimi oxunur.
 
Bu tip əlaqələri istənilən W W W serverə müraciət edərkən göstərmək lazımdır. 
 Bu gün insanlar İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində Web 
İnternet  xidmətlərindən  biridir.  İnternetdə  ilk  xidmətlərindən  fərqli  olaraq  Web  özündə 
mətn,  görüntü,  səs,  videoklip,  animasiya  kimi  multimedia  elementlərini  və  hətta  birbaşa 
efirdə xəbərlər və konsertlərin yayımını birləşdirir. WWW İnternetin əsas xidmətlərindən 
biridir.  Monitorun  seçilmiş  sahəsində  mausun  düyməsini  basmaqla  bir  sənəddən  və  ya 
kompyuterdən  digərinə  keçməyə  imkan  verir.WWW-nin  proqram  təminatından  istifadə 
edərək  kompyuterlərin  manitorunda  mətnlər,  qrafiki  təsvirlər,  video-audio  informasiya 
meydana  çıxır.  Web-İnternetin  geniş  resurslarına,  şəkil,  musiqi  kliplərinə  və  filmlərə 
müraciəti  təmin  edir.Web  digər  sistemlərdən  fərqi  olaraq  iki  xüsusiyyətə  malikdir.Bu 
multimediya hiper-müraciətinin interaktiv vasitəsidir. Başqa sözlə desək, «multimediyanın 
interaktiv  vasitəsi»  -  Web  sistemi  sənədlərə,  qrafiklərə,  fotoşəkillərə,  audio  və  video 
yazılara  və  s.müxtəlif  resurslara  müraciəti  təmin  edərək,  onları  kompyuterə  ,  stereo  səs 
gücləndiricilərinə çıxmasını təmin edir.        
                      World  Wide  Web  (Dünyəvi    Hörümçək  toru)  sözü  haradan  meydana 
gəlmişdir  .      World  Wide  (dünyəvi)  -  Web  kompyuterlər    Internetə  qoşularaq  bütün 
dünyanı  təmir  edir.      Web  -  (  hörümçək  toru)  kimi  bu  kompyuterlərdə  informasiyanı 
birləşdirir. 
Web - qlobal multimediya kommunikasiya sistemi olaraq, informasiyanın ötürülüməsinin 
yeni üsuludur. Hipermətn - hipermüraciətləri istifadə edən elektron sənəddir. 
Щипермятн bир-бири иля ялагяляндирилмиш мятнляр блокундан ибарятdir. 
 İstənilən  növ  sənəd,  biznes  plan  və  yaxud  bədii  əsər  və  s.  hipermətn  ola  bilər. 
Hipermətnlərdə  hər  hansı  bir  söz  ilə  digər  bir  infomsiya  mənbəyi  arasında  əlaqə 
(hipermüraciət)    yaradıla  bilər  .  Hipermüraciyət  mətndə  izahı  tələb  oluna  bilən  sözlər 
olurlar.  Onlar  elektron  sənəddə  seçilirlər  (diqər  rənqlə,  qalın  şriftlə  və  s.).  İstifadəçi 
kursoru  həmin  sözün  üzəri  ilə  yerləşdirdikdə  kursor  əl  formasına  çevrilir.  Bu  zaman 
mausun sol düyməsini basdıqda istifadəçi hipermətnə müraciət edir, həmin sözlə əlaqədar 
informasiya əldə edir.  Hipermediya - hipermətnin geniş imkanlı formasıdır. Hipermediya 
sənədi qrafika , foto, audio və video yazılar ilə canlandırır. Əlbəttə ki, hər hansı bir şəxs 
tarixi abidə, elmi əsər və s. haqqında Web  səhifə yaratdıqda onun istifadə etdiyi qrafika, 
şəkil , musiqi həmin sənədi daha effektiv edir . Web-in geniş proqram təminatı imkan verir 
ki,  hipermediya  sənədi  digər  kompyuterlərdə  qorunaraq,  müxtəlif  müəlliflər  tərəfindən 
yaradılmış sənədə myraciəti təşkil etsin. Məsələn, müəllif hipermətnlə  məqalə yaradır. Bu 
zaman  həmin  məqaləyə,  digər  mənbələrdən  müraciət  edilir.  Həmin  müraciət  vasitəsilə 
müxtəlif ölkələrdə yerləşən kompyuterdəki hipermətnlər arasında əlaqə yaralıdır. 
Axtarış sistemləri vasitəsi ilə İnternetdə istifadəçiyə lazım olan informasiyanı əldə etmək 
olar. . İlk internet axtarış saytı Aliweb adlanıb.  Yandex, Rambler, Google, AltaVista, 
Toema, WiseNut, Euroseek, Yahoo və s. axtarış sistemlərini misal göstərmək olar. 
KitabYurdu.az 
16
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə