Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə5/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   55

 
 
informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat özü 
də  bir  elm olaraq dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir. Belə ki, informasiya 
texnologiyalarının  tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni iqtisadi mühitin 
yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni forma və məzmun kəsb 
etmişdir. Bu sahə artıq bazar iqtisadiyyatı anlayışlarına  müvafiq olaraq informasiya və ya 
elektron  iqtisadiyyatı  adını  almaqla  yanaşı  bir  çox  iqtisadi  problemlər  də  yaratmışdır.  
Bununla yanaşı iqtisadiyyat özü də informatikaya təsir etmiş, onu öyrənmiş,  ona iqtisadi 
obyekt  kimi  baxmışdır.  Bununla  bağlı  yaranan  problemlərin  öyrənilməsi  isə 
informatikanın və ya İKT-nin iqtisadiyyatı  bölməsinin  üzərinə düşmüşdür
.  
Son  illərdə    isə  informatika  və  ya  İKT  demək  olar  ki,  cəmiyyətin  və  elmin  bütün 
sahələrinə  kütləvi  şəkildə  tətbiq  olunmağa  başlandığından    onun  sahələr  üzrə  tətbiqi 
informatika    bölmələri  formalaşmağa  başlamışdır.    Nəticədə    riyazi  informatika,  nəzəri 
informatika,  texniki  informatika,  geoinformatika,  tibbi  informatika,  kimyəvi  informatika, 
bioinformatika,  aqrar  informatika,  tarixi  informatika,  sosial  informatika,  hüquqi 
informatika,  pedaqoji  informatika,  siyasi  informatika,  psixoinformatika  və  s.  kimi  elmi 
sahələr əmələ gəlmiş və inkişaf etmişdir.     
Bununla yanaşı  əks proses də baş verməkdədir. Yəni informatika müxtəlif sahələrə 
tətbiq  olunaraq  həmin  sahənin  yeni  inkişaf  xüsusiyyətlərini,  problemlərini  meydana 
çıxardığı kimi, həmin  sahələr də öz növbəsində informatikanın  qarşısında ona xas olan  
yeni  problemləri    yaradır.  Misal  üçün  informatikanın  cəmiyyətin  bir  çox    sahələrində,  o 
cümlədən  hüquq-mühafizə  orqanlarında,  hüquqşünaslıqda,  hüquqi  proseslərdə  geniş 
tətbiqi  informasiya  texnologiyalarının    özünün  hüquqi  problemlərini  yaratmışdır.  Bütün 
bunların  nəticəsidir  ki,  yeni  elmi  islahatlar  cərcivəsində  multidistiplinal  yanaşmaya  və 
fənnlərarası elmi-tədqiqat işlərinə daha çox diqqət ayrılmağa başlanmışdır.   
 
1.9. İnformatikanin, hesablama texnikasi və İKT-nin  təşəkkül tarixi  
Bəşər  sivilizasiyası    tarixində    informasiya  emalı    sahəsindəki  köklü  dəyişikliklərə 
müvafiq  olaraq bir neçə  informasiya inqilabı  olmuşdur. Birinci  inqilab yazının, ikinci - 
kitab  çapının,    üçüncu  -  elektrikin,  teleqrafin,  telefonun,  radio-televiziyanin,  dördüncü  - 
mikroprosessorların,  fərdi  kompüterlərin,  İnternetin  meydana  gəlməsi  ilə  əlaqədardır. 
Bunları  ümumləşdirərək  qeyd  etmək  olar  ki,  cəmiyyətin  inkişafı  1)  kənd  təsərrüfatı 
(aqrar), 2) sənaye  dövrlərindən keçərək  3)informasiya  mərhələsinə daxil olmuşdur. Ona 
görə də informatikanın tarixi əslində  dördüncü informasiya inqilabı ilə başlayir. 
İnformatikanın çox da qədim olmayan tarixi özünün tərkib hissəsi olan kompüterlərin 
yaranması  və  inkişaf  mərhələlərini,  təsnifatını  və  arxitekturasını,  aparat  və  proqram 
vasitələrini  əhatə  etdiyinə  görə  inkişaf  tarixi  də  kompüter  texnikasının  inkişaf  tarixinə 
uyğundur.  
İnformatikanın  bir  elm  sahəsi  kimi  formalaşması  mərhələləri  də  kompüter 
texnikasının  inkişaf  tempinə  uyğundur.  Ona  görə  də  1960-cı  illərdən  sonrakı  dövrlərdə 
informatika  fundamental  bir  elm  sahəsi  kimi  formalaşmış    və  bir  çox  yeni  elmi 
istiqamətlərin  yaranmasına  səbəb  olmuşdur.  Bundan  başqa    bir  çox  ölkələrin  ali 
məktəblərində informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa 
başlanılmışdır. 
Azərbaycanda da  informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır. Məhz 
həmin  illərdə  ilk  dəfə  respublika  Elmlər  Akademiyası  sistemində  hesablama  mərkəzi  və 
Kibernetika  İnstitutu   yaradılmışdır. 1970-ci  illərdən başlayaraq  keçmiş  SSRİ  məkanında 
KitabYurdu.az 
9
 


 
 
olduğu  kimi  respublikada  bütün  nazirliklərin,  iri  müəssisələrin  hesablama  mərkəzləri  və 
avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır.  
1980-ci illərdən başlayaraq isə Respublika  üzrə “RAİS-Azərbaycan”-in yaradılması 
AEA-nın AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda bütün nazirliklər də sahə AİS-i 
yaratmağa başlamışdılar. Ölkənin bir çox ali məktəblərində - ADU-da, ADİU-da, ADNA-
da, ATU-da informatika profilli kadrlar hazarlanmağa başlanılmışdır.  
Sonrakı illərdə kompüter texnikası sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq 
həmin  istiqamətdəki  işlər  get-gedə  müasir  formada  və  məzmunda  davam  etdirilmişdir. 
2002-ci ildə AMEA-nın elmi mərkəzi  bazasında AMEA-nın İnformasiya Texnologiyaları 
İnstitutunun      yaradılması  respublikada  informasiya  texnologiyalarının  tətbiqi  ilə    bağlı 
problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksək ixtisaslı kadrlara  olan böyük tələbatdan  
irəli  gəlmişdir.  İnstitutda  informasiya  texnologiyalarının  ən  aktual  problemləri  tədqiq 
edilir,  onların  Azərbaycan  şəraitində  istifadəsi  imkanlarını  öyrənilir,  həmçinin  yüksək 
ixtisaslı  kadr  hazırlığı  həyata  keçirilir.  İKT  bazarının  inkişaf  perspektivləri,    İC-in  və 
biliklər  iqtisadiyyatının  formalaşması  məsələləri  təhlil  edilir,  müəyyənləşdirilir.  Web 
texnologiyası  əsasında  müxtəlif  təyinatlı  informasiya  resurslarının  yaradılması,  həmçinin 
informasiya  təhlükəsizliyinin  təmin  olunması  problemlərinin  həlli  istiqamətində 
məqsədyönlü işlər aparılır.  
2003-cü ildə İKTMS-in qəbulu, həmin ilin dekabrında Cenevrədə İC məsələləri üzrə 
Dünya Sammitində (İCDS - WSIS) ölkə rəhbərliyinin iştirakı, 2004-cü ildə Rabitə və İT 
Nazirliyinin yaradılması, 2005-ci ildə “Elektron Azərbaycan” Dövlət Proqramının 
işlənməsi,  həmin ilin noyabrında Tunisdə İC məsələləri üzrə DS-nin 2-ci hissəsində 
(WSIS) iştirak, təhsil, pensiya, vergi, gömrük və s. kimi sahələrdə   bir çox iri İKT 
layihələrin işə başlaması, ölkədə müntəzəm olaraq beynəlxalq səviyyəli  İKT sərgilərin, 
forumların, konfransların keçirilməsi, Elmin inkişaf strategiyası üzrə işlər, İKT-in tətbiqi 
sahəsində mühüm qanun və qərarların qəbulu, İKT sahəsində mütərəqqi islahatların 
aparılması, ölkədə kosmik sənayenin yaradılması, “Azerspace-1” telekommunikasiya 
peykinin orbitə çıxarılması TASİM layihəsinin reallaşdırılmasıyla bağlı işlər, 2013-cü ildə 
“YT-park”ın yaradılması, 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 
yaradılması ölkənin İKT sahəsində bütün beynəlxalq tədbirlərdə iştirakı ümumilikdə 
informatika və İKT elminin və sahəsinin ölkədə sürətlə inkişaf  etdiyini 
göstərir.
 
Firudin Ağayev 
t.f.d. AMEA İnformasiya Texnologiyaları  
İnstitutunun şöbə müdiri 
 
 
INTERNET 
(Mühazirə 6) 
 
6.1.
 
Internetin əsasları 
6.2.
 
İnternet şəbəkəsinə qoşulma üsulları və vasitələri  
6.3.
 
İnternetdə ünvanlaşdırma   
6.4.
 
Kliyent-server texnologiyası 
KitabYurdu.az 
10
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə