Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1


- qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə32/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

 
 
Alqoritm - qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan 
əməliyyatlar  ardıcıllığıdır.  Ümumiyyətlə,  alqoritm-verilmiş  məsələnin  həlli  üçün 
lazım  olan  əməliyyatları  müəyyən  edən  və  onların  hansı  ardıcıllıqla  yerinə 
yetirilməsini göstərən formal yazılışdır.  
Alqoritm  sözü  IX  əsrin  məşhur  özbək  riyaziyyatçısı  Məhəmməd  İbn  Musa  əl-
Xarəzminin  (yəni  Xarəzmli  Musa  oğlu  Məhəmməd)  adının  latın  hərflərilə  olan 
“alqoritmi”  yazılışıyla  bağlıdır.  Əl-Xarəzminin  yazdığı  traktatın  XII  əsrdə  latın 
dilinə  tərcümə  olunması  sayəsində    avropalılar  mövqeli  (mövqeli  say  sistemində 
ədədin  yazılışında  rəqəmin  işarə  etdiyi  kəmiyyət  onun  tutduğu  mövqedən  asılıdır. 
Yəni  eyni  bir  rəqəmin  tutduğu  yerdən  asılı  olaraq  həmin  rəqəm  müxtəlif  ədədləri 
ifadə edir) say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını 
alqoritm  adlandırmışlar.  
Gündəlik həyatımızda hər hansı bir işi icra edərkən bir sıra qayda və qanunları 
yerinə yetiririk. Bir misala baxaq. Tutaq ki, biz kofe hazırlamaq istəyirik. Onda biz, 
ardıcıl olaraq aşağıdakı  işləri yerinə yetirməliyik. 
1.
 
Suyu qaynadırıq; 
2.
 
Qaynar suyu bir stəkana tökürük
3.
 
Stəkana lazımı qədər kofe tökürük; 
4.
 
Lazımı miqdarda  şəkər tozu əlavə edib qarışdırırıq; 
Dörd bənddən  ibarət  bu hərəkətlər ardıcıllığı kofe hazırlamaq alqoritmidir. 
Kompyuterin  əsas  fərqləndirici    xüsusiyyətlərindən  biri  də  onun  proqramla 
idarə olunmasıdır. Yəni, istər sadə, istərsə  də  mürəkkəb  məsələni  kompyuterin  həll 
etməsi üçün proqram tərtib edilməlidir. 
Proqram  -  kompüterın    addım-addım  yerinə  yetirəcəyi  təlimatlar  və  yaxud 
əmrlər  toplusudur.  Hər  bir  proqram  tərtib  edilərkən  müəyyən  bir  alqoritmdən 
istifadə  edilir.  Yəni,  proqram  hər  bir  alqoritmi  kompüterın  başa  düşəcəyi  formada  
ifadə  edir.  Başqa  sözlə  proqram  –  kompüterın  girişinə  verilən  informasiyaları  çıxış 
informasiyalarına  çevirən,  xüsusi  şəkildə  tərtib  olunmuş    sonlu  sayda  ardıcıl 
əmrlərdən ibarətdir.  
 
3.2. Alqoritmin əsas xassələri 
 
 Məsələnin  kompüterda  həlli  üçün  tərtib  edilən  alqoritm    bir  çox    şərtləri 
ödəməlidir. Bu şərtlərə  alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır: 

 
Diskretlik (Latın discrētus "ayrı, ayrılmış)-Alqoritmdəki mərhələlərin hər biri 
sonlu   zaman müddətində yerinə yetirilməlidir; 

 
Müəyyənlik-Alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə 
yetirilmə ardıcıllığı müəyyən olmalıdır;  

 
Sonluluq-Alqoritm sonlu sayda mərhələlərdən ibarət  olmalıdır;  

 
Kütləvilik-Aqoritm bir məsələ üçün yox, bir qrup məsələlərə aid olmalıdır; 

 
Nəticəlilik-Alqoritmin addımları yerinə yetirildikdən sonra hökmən müəyyən 
nəticə alınmalıdır. 
KitabYurdu.az 
68
 


 
 
3.3. Alqoritmin təsvir üsulları 
 
Alqoritmi  mümkün  qədər  əyani  şəkildə  göstərmək  üçün  aşağıdakı  təsvir 
üsullarından istifadə olunur: 

 
Adi dillə; 

 
Blok-sxemlə; 

 
Alqoritmik dillə ((proqram).  
 
                 3.3.1.  Alqoritmin  adi  dildə  təsviri  (nəqli).  Bu  zaman  əməliyyatlar,  icra 
olunacaq  hərəkətlərin  nəqli  şəkildə  ardıcıl  sadalanması  kimi  verilir.  
 
       3.3.2. Alqoritmin blok-sxemlə təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı 
blok-sxemlərdən  istifadə  olunması  daha  geniş  yayılmışdır,  çünki  bu  halda 
alqoritmin  blok-sxem  şəklində  təsviri  daha  əyani  olur.  Bu  zaman,  adətən 
alqoritmin  bir  addımına  bir  blok  uyğun  olur.  Lakin  bir  blokda  bir  neçə  eyni 
tipli  mərhələ  və  ya  bir  mərhələ  bir  neçə  blokda  təsvir  oluna  bilər.  Bloklar 
standart  işarələr  şəklində  ifadə  olunur  və  bir-birləri  ilə  şaquli  və  ya  üfüqi 
xətlərlə birləşdirilir. Birləşdirici xətlərin uclarında istiqaməti göstərən ox işarəsi 
qoyulur. 
 
Proqramın başlanğıcı və sonu
Giriş-çıxış əməliyyatı 
Hesablama bloku 
Şərti blok 
Dövrü blok
 
 
 
3.3.3.  Alqoritmik  dillə  (proqram)  təsviri.  Alqoritmin  proqramlaşdırma  dilində 
təsviri,  kompüterin  icra  edəcəyi  hər  bir  kiçik  əməliyyatın  müəyyən  əmrlərlə 
göstərilməsindən  ibarətdir.  Proqramlaşdırma  dili  vasitəsilə  təsvir  çox  dəqiq 
olmalıdır,  çünki  kompüter  ancaq  ona  verilmiş  proqramdakı  əmrləri  icra  edə  bilir. 
Çox  vaxt  proqramı  yazmamışdan  əvvəl  məsələnin    həll  alqoritminin  blok-sxemini  
qururlar,  sonra  isə  ona  uyğun  proqram  yazılır.  Alqoritmin  proqramlaşdırma  dili 
KitabYurdu.az 
69
 


 
 
vasitəsilə 
təsviri 
onun 
ixtiyari 
proqramlaşdırma 
dilində 
yazılmasının  
mümkünlüyünü göstərir.  
 
3.4. Alqoritmin tipləri  
 
Kompyuterdə müxtəlif tipli məsələləri həll edərkən əsasən üç tipli 
alqoritmlərdən istifadə olunur: 

 
Xətti alqoritmlər 

 
Budaqlanan alqoritmlər 

 
Dövrü  alqoritmlər 
Xətti  alqoritmlər  sadə  hesablama  prosesini  ifadə  edən  bir  neçə  ardıcıl 
əməliyyatlardan  ibarət  olur  və  onlar  yazıldığı  ardıcıllıqla  da  icra  olunur.  Xətti 
alqoritmə aid misal şəkil 1-də göstərilmişdir. 
 
 
С:=(А+В)*2
başlanğıc
А:=5; В:=10
son
С-nin çapı
 
 
Şəkil 1. Xətti alqoritm 
 
Budaqlanan alqoritmlərin tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. 
Bu  mərhələdə  müəyyən  kəmiyyətlərin  hər  hansı  bir  şərti  ödəyib-ödəmədiyi 
yoxlanılır  və  ona  uyğun  olaraq  sonrakı  gedişin  istiqaməti  seçilir.  Yəni  nəzərdə 
tutulan  şərt  ödənilirsə,  bir  istiqamətə,  həmin  şərt  ödənilmirsə,  başqa  istiqamətə 
doğru  hərəkət  edilir.  Beləliklə,  alqoritmdə  budaqlanma  baş  verir.  Budaqlanan 
alqoritmə aid misal şəkil 2-də göstərilmişdir. 
 
 
KitabYurdu.az 
70
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə