Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə40/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

 
 
Lazer qurğularının çap keyfiyyəti  və sürəti çox yüksəkdir.Bu çap qurğuları dəqiqədə 4 -16 
səhifə çap edə bilir və 1dyümdə 600 ÷ 2400 nöqtə yaza bilir. 
 Şırnıqlı  printerlərin  işləmə  prinsipi  başqa  printerlərdən  fərqlənir.  Bu  printerlərdə 
çap  başlığı  mürəkkəblə  doldurulur.  Başlıqda  çox  kiçik  ölçülü  dəliklər  olur  və  bu 
dəliklərdən mürəkkəb kağız üzərinə püskürdülür. Şırnıqlı printerin qiyməti nisbətən ucuz 
olur.  Rəngli  çap  etmə  qabliyyətinə  malik  olurlar.  1  dyüm  məsafədə  300

720  nöqtə  vura 
bilirlər. Çap sürəti dəqiqədə 2

6 səhifədir. Çap başlığında 48-dən 416-ya qədər deşik olur. 
Səs kolonkasından
 
(çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə 
olunur. 
Qrafikçəkən qurğu - kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri 
və şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur. 
Strimmer  (maqnit  lent  qurğusu)  –  məlumatı  maqnit  lenti  üzərində  saxlayan 
yaddaş  qurğusudur.Bu  qurğular  etibarlı  işləyir,  qiyməti  ucuz  və  böyük  yaddaş  həcminə 
malik  olur.  Məlumatın  oxunma  və  yazma  sürəti  digər  yaddaş  qurğularına  nəzərən  çox 
aşağıdır. 
Kompüterlərdə  mətnin,  səsin,  şəkilin  və  görüntülərin  birgə  emal  edilməsini  təmin 
edən  qurğu  multimedia    adlanır.  Bu  qurğu  özündə  mikrofonu,  web-kameranı,  səs 
kolonkasını  və  səs  kartını  birləşdirir.  Səs  kartından  audio-video  informasiyanı  (analoq 
formasında  olan)  ikilik-rəqəm  koduna  çevirmək  və  əksinə  ikilik  kodu  audio-video 
informasiyaya  çevirmək  üçün  istifadə  edirlər.  Multimedia  qurğusunun  koməyi  ilə 
kompüter
 
şəbəkələri  üzərində  audio-video  konfransların  təşkil  olunmasını  həyata 
keçirirlər. 
Modem    (modulyator  –  demodulyator)  –  əlaqə  kanallarının  (telefon  xətləri,  radio 
kanal    və  s.)  köməyi  ilə  məlumatları  uzaq  məsafələrə  ötürmək  və  qəbul  etmək  üçün 
istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. 
Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl  
Com,  USB    portuna  qoşulur.  Xarici  modemlərin  qiyməti  nisbətən  baha  olur  və  fərdi 
kompüterə  rahat qoşulur.  Məlumatın ötürmə  sürəti  56  Kbit/san  ÷ 2  Mbit/san  qədər  olur. 
Modem qurğusunun koməyi ilə istifadəçilərin kompüterləri kompüter şəbəkəsinə (İnternet) 
qoşulur.
  
 
2.4. Kompüterlərin sistem və tətbiqi proqram təminatı 
 
Fərdi kompüterin proqram təminatı – təlimatlar yığımından ibarət olub, kompüteri 
idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı iki hissəyə 
bölünür: ümumi və tətbiqi. 
 Ümumi proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini 
və istifadə edilməsini təmin edir.  
Tətbiqi  proqram  təminatı  özündə  istifadəçinin  tətbiqi  proqramlar  paketini 
birləşdirir.  Bu  proqramlar  paketində  istifadəçinin  konkret  məsələsini  həll  edə  biləcək 
proqramlar olur. 
Proqram təminatının  təsnifatı  şəkil 2 - də göstərilmişdir. 
Ümumi proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir. 

 əməliyyat sistemi; 

  proqramlaşdırma dilləri; 
►  
texniki xidmət proqramları. 
KitabYurdu.az 
89
 


 
 
Əməliyyat  sistemi  hesablama  prosesini  həyata  keçirən  texniki  vasitələlərin  idarə 
olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. Kompüter işə salındıqda 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2. Fərdi kompüterin proqram təminatı 
                                             
 
əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir 
və  o  digər  proqramların  işləməsi  üçün  mühit  yaradır.  Əməliyyat  sistemi  eyni  zamanda 
kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) 
iş  rejiminin  təşkilini  təmin  edir.  Kompüterlərdə  bir  neçə  tip  əməliyyat  sistemlərindən 
istifadə edirlər: MS DOS, OS/2, Windows 95/98, Unix və s. Fərdi kompüterlərdə 1995-ci 
ildən    Windows  9x  əməliyyat  sistemi  proqram  təminatından  geniş  istifadə  olunurdu 
Windows 95/98 çoxməsələli əməliyyat sistem olub, qrafiki pəncərə istifadəci interfeysinə 
malikdir. 
Hazırda müasir əməliyyat sistemləri kimi Windows7/8/10 istifadə olunurlar. 
Proqramlaşdırma  dilləri  proqram  modullarından  ibarət  olub,  məsələnin  həll 
mərhələsinə  hazırlığını  təmin  edir.  Proqramlaşdırma  dilləri  iki  hissəyə  bölünür:  aşağı 
səviyyəli  dillər  (Assembler,  Avtokod  və  s.),  yüksək  səviyyəli  dillər  (Fortran,  Alqol, 
Kobol, Basic, Pascal, Ci və s.). Aşağı səviyyəli proqramlaşdırma dillərində hər operatora 
bir maşın əmri uyğun gəlir. Bu dildə yazılan proqram az yer tutur və tez yerinə yetirilir. 
Aşağı  səviyyəli  dillərdən  sistem  proqramçıları  istifadə  edir.  Yuxarı  səviyyəli 
proqramlaşdırma  dillərində  hər  operator  bir  neçə  maşın  əmri  ilə  əvəz  edilə  bilər,  bu  isə 
yaddaşda çox yer tutur. Yüksək səviyyəli dillərdən  isə tətbiqi proqramçılar istifadə edir.  
Tətbiqi  proqram  paketi  (TPP)  –  istifadəçinin  müəyyən  sinif  məsələlərini  həll 
etmək üçündür. Bu proqram paketləri istifadəçinin aşağıda göstərilən işlərini yerinə yetirir:    
●  
mətinlərin emalı (Lexicon, ChiWriter, Word və s.) 
Program t
ə
minat
ı
Ümumi program
t
ə
minat
ı
İ
stifad
ə
çinin t
ə
dbiqi 
programlar paketi:
(Word, Excel, Access,
Internet Explorer v
ə
s.)
Ə
m
ə
liyyat sistemi:
MS DOS, OS/2, 
Windows 9x, Unix
Linux v
ə
s.
Programla
ş
d
ı
rma
dill
ə
ri
Texniki xidm
ə

Programlar
ı
Norton 
Utilites, PC Tool 
Deluxe v
ə
s.
A
ş
a
ğı
s
ə
viyy
ə
li 
dill
ə
r: Assembler,
Avtokod v
ə
s.
Yüks
ə
k s
ə
viyy
ə
li 
dill
ə
r: Fortran, 
Pascal, Basic,
C v
ə
s
KitabYurdu.az 
90
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə