120. İqtisadi artımın tipləri



Yüklə 24,59 Kb.
səhifə1/6
tarix11.05.2022
ölçüsü24,59 Kb.
#86653
  1   2   3   4   5   6
120-125


120. İqtisadi artımın tipləri

Geniş təkrar istehsalın öz əksini tapdığı iqtisadi artım problemi diskussiya və müzakirələrdə əsas yerlərdən birini tutur. Iqtisadi artım bilavasitə öz ifadəsini ÜMM-in kəmiyyətcə artması və keyfiyyətcə təkmilləşdirilməsində, habelə onun istehsalına təsir göstərən amillərdə tapır. Bununla əlaqədar olaraq iqtisadi artımın ekstensiv və intensiv tipləri birbirindən fərqləndirilir.

Ekstensiv inkişaf yolu iqtisadi artımın kəmiyyət amilləri, yəni istehsalata əlavə iş qüvvəsinin cəlb edilməsi, xammal və material sərfinin, kapital qoyuluşunun artırılma-sı, əkin sahələrinin genişləndirilməsi və s. hesabına istehsa-lın həcminin artırılması deməkdir. Məsələn, deyək ki, məh-sul istehsalını iki dəfə artırmaq lazımdır. Bunun üçün möv-cud olan və fəaliyyət göstərən müəssisələrlə yanaşı, quraşdırılmış avadanlıqların gücünə, kəmiyyət və keyfiyyətinə görə təqribən eyni miqdarda müəssisə tikmək lazımdır. Əgər ekstensiv inkişaf xalis şəkildə həyata keçirilirsə (bu isə mümkün deyildir), onda istehsalın səmərəliliyi dəyişməz qalır. Belə ki, bizim misalda məhsul buraxılışı iki dəfə artdıqda işçilərin sayı və investisiya əmtəələri də iki dəfə artmış olur və nəticədə bir işçiyə düşən məhsul buraxılışı əvvəlki səviyyədə qalır.

Təcrübədə ekstensiv inkişaf yoluna xalis şəkildə rast gəlinmir və o, bir qayda olaraq istehsalın intensiv tipi ilə çulğalaşır. Bu da onun səmərəliliyinin yüksəldilməsini təmin edir, elmi-texniki tərəqqinin nailiyyətlərindən və ehtiyatlardan qənaətlə istifadə olunmasına, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsinə, işçilərin ixtisasının yüksəldilməsi və məhsulların keyfiyyətinin yaxşılaşıdırılmasına əsaslanır. Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prinsipcə fərqlənir. Belə ki, intensiv inkişaf yolunda canlı və maddiləşmiş əmək məsrəflərinə qənaət olunur və o, birinci növbədə əmək məhsuldarlığının yüksəldilməsi hesabına təmin edilir.

Ekstensiv və intensiv iqtisadi amillərdən paralel şəkildə istifadə olunsa da, konkret şəraitdən asılı olaraq bunlardan hər hansı birinə üstünlük verilə bilər. Məlum olduğu kimi, iqtisadi artımın əsas amilləri əmək, torpaq və kapitaldır. Bunların hər biri də öz növbə-sində müxtəlif amillərin toplusundan ibarətdir. Məsələn, kapital dedikdə, binalar, tikililər, maşınlar, avadanlıqlar, xammallar, yanacaq və s. nəzərdə tutulur. Ümummilli məhsula və onun quruluşunun dəyişməsinə təsirinin daim artdığı elmitexniki tərəqqini də kapitala aid etmək olar. Cəmiyyətin ümumi tələbinin artması da iqtisadi amillərə aid edilə bilər. Çünki o, istər kəmiyyət, istərsə də quruluş və keyfiyyət baxımından iqtisadi artımın «hərəkətverici qüvvəsi»dir.

V. Leontyev milli təsərrüfatı maddi və dəyər göstəricilərinin köməyilə şahmat cədvəli formasında təsvir etmişdir. V. Leontyevin sahələrarası balansı aşağıdakı dörd kvadratdan ibarətdir:

1) Məhsulun istehsalına çəkilən maddi xərc göstəriciləri;

2) Bilavasitə istehlak, yığım və ixrac üçün istifadə olunan son məhsul göstəriciləri;

3) Xalis məhsul göstəriciləri (əmək haqqı, mənfəət, vergilər);

4) Xalis məhsulun yenidən bölüşdürülməsi.

Sahələrarası balansın sütunlarında dəyər ifadəsində ümumi məhsulun formalaşmasına çəkilən xərclər, üfuqi sətirlərdə isə bu məhsulun bölüşdürülməsi göstərilir. Bu məlumatlardan istifadə etməklə, xərclərin xüsusi çəkisini asanlıqla müəyyən etmək olar.


Yüklə 24,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə