Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə39/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

 
 
SATA, SCSI göstərmək olar. Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-
232, USB) interfeyslərdən istifadə olunur. 
Xarici yaddaş qurğusu kimi fərdi kompüterlərdə əsasən maqnit disk qurğusundan 
istifadə olunur. Maqnit disk qurğusunun əsasən iki tipi mövcuddur: yumşaq maqnit disk 
qurğusu  -  floppy  disk  drive  FDD  (məlumat  daşıyıcısı  -  disketlər)  və  sərt  maqnit  disk 
qurğusu – hard disk drive HDD (vinçester) (məlumat daşıyıcısı – maqnit disklər). Yumşaq 
maqnit disk qurğuları indiki zamanda istifadə olunmurlar. 
Sərt  maqnit  disk  qurğusunun  işləmə  sürəti  və  məlumat  tutumu  yumşaq  maqnit 
disk  qurğusundan  dəfələrlə  çoxdur.  Yumşaq  maqnit  disk  qurğularının  məlumat 
daşıyıcısının həcmi 1,44 Mbayt olur. Bu cür məlumat daşıyıcılarını bir yerdən başqa yerə 
rahatlıqla aparmaq olur. Sərt maqnit disk qurğularını ana plataya qoşmaq üçün IDE, Serial 
ATA,  SCSI  interfeyslərindən  istifadə  olunur.  Bu  qurğudan  məlumatın  oxunması  –
yazılması  vaxtı  5 

15  ms  olur.  Sərt  maqnit  disk  qurğularında  şpindelin  (oxun)  fırlanma 
sürəti  5400,  7200,  10000,  15000  dövr/dəqiqə  olur.  Məlumat  tutumu  1000  Gbaytlarla 
ölçülür.  Sərt  maqnit  disk  qurğusu  məlumatı  yadda  saxlamaq  imkanlarına  görə  enerji 
mənbəyindən  asılı  deyil.  Ona  görə  də  əməliyyat  sistemi,  tətbiqi  proqramları  və 
istifadəçinin digər proqramlarını sərt maqnit disk qurğusunda yadda saxlayır. 
 İndiki  dövrdə  isə  SSD  (Solid  State  Drive)  yaddaş  qurğularından  geniş  istifadə 
olunur. Bu cür yaddaşın mexaniki hissələri yoxdur və iş prinsipi sırf yarımkeçirici fizikası 
əsasında  qurulubdur.  Məlumat  tutumu  64-512Gbayt-dır  və  əsasən  rezerv  yaddaş  kimi 
istifadə olunur. 
Son  illərdə  optik  məlumat  daşıyıcılarına  informasiyanı  yazıb-oxuyan  CD-RW, 
DVD-RW xarici yaddaş qurğularından geniş istifadə olunur. Optik məlumat daşıyıcılarına 
(CD, DVD) məlumatın yazılması–oxunması lazer şüasının köməyi ilə həyata keçirilir. CD-
RW qurğularında istifadə olunan CD (compact disk) audio məlumatlar rəqəm formasında 
saxlanılır.  Məlumat  tutumu  650  Mbaytdır  (74  dəqiqəlik  audio  məlumat).  DVD  (digital 
video  disk)  –  rəqəmli  video-disk  məlumat  daşıyıcısı  xarici  görünüşünə  görə  CD-lərə 
oxşayır.  Məlumat  tutumu  4,7 

17,4  Gbayt-dır.  Əsasən  bu  disklərdə  videofilmlər 
yerləşdirilir. DVD–lər 1997-ci ildən istehsal olunmağa başlanmışdır. 
Məlumat tutumu 25-128 Gbayt olan BlueRay diskləri qısa dalğa diapazonlu mavi 
lazer şüası ilə işləyir və optik yazı-oxunma texnologiyasının bir mərhələsidir. 
Hazırda fərdi kompüterlərdə məlumat daşıyıcıları kimi Flash yaddaş qurğularından 
geniş istifadə olunur. Bu qurğular böyük inteqral sxemlər (BİS) üzərində yığılır və ölçüləri 
çox kiçikdir, bu da məlumatın bir yerdən başqa yerə rahatlıqla aparılmasına imkan verir.  
Məlumat tutumu 100 Gbayt-a qədər olur. Qoşulma interfeysi-USB. 
SD kart (Secure Digital Memory Card) flash yaddaşın başqa bir formatıdır və 
əsasən planşet kompüterlərində, videokameralarda, smartfonlarda və s. istifadə olunur. 
 
2.3. Kompüterin giriş-çıxış  qurğuları 
 
Giriş–giriş  qurğularının  köməyi  ilə  kompüterlər  ətraf  mühitlə  əlaqədə  olur.  Giriş 
qurğularına misal olaraq: klaviaturanı, mouse (siçanı), skaneri, qrafiki planşeti (digitizer), 
web-kameranı, TV- tüneri və s. göstərmək olar. 
Klaviatura–kompüterə  məlumatı  daxil  edən  əsas  xarici  qurğulardan  biri  hesab 
olunur. Klaviaturanın köməyi  ilə  kompüterə istənilən simvolları (rəqəm, hərf, və s.) daxil 
etmək mümkündür 
KitabYurdu.az 
87
 


 
 
 
Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq 
və ekranda olan məlumatı printerə göndərmək mümkündür. Ümumiyyətlə, klaviaturada 
102/104  klaviş(düymə) olur. 
Mouse  (siçan)  -  kompüterə  məlumat  daxil  edən  giriş  qurğusudur.  Yerdəyişdirmə 
vericilərdən  (sensor) və klavişlərdən  ibarət  olub əl ilə  idarə  edilən qurğudur. ”Mouse”-u 
hərəkət  etdirməklə  kursorun  displeyin  üzərində  hərəkətini  təmin  edirik.  Son  dövrlərdə 
optik və radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur.  
Mikrofon-  səsin  elektrik  siqnalına  çevrilməsinə  təmin  edən  giriş  qurğusudur. 
Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir. 
Web-kamera  –  video  informasiyanı  (görüntüləri)  kompüterə  daxil  edən  giriş 
qurğusudur. 
Qrafiki  planşet  (digitizer)  -
 
əllə    çəkilən  şəkilləri,  sxemləri,  imzaları,  xəritələri 
birbaşa  kompüterə  daxil  edən  giriş  qurğusudur.  Qurğu  qrafiki  planşetdən  və  qələmdən 
ibarətdir. 
TV  –  tüner  –  müxtəlif  formatlı    (PAL,  SECAM,  NTSC)  televiziya  verilişlərini 
qəbul edib,  monitorda göstərilməsini  təmin edən giriş qurğusudur.  
Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn , şəkil və 
qrafik  məlumatları  kompüterə  daxil  etmək  üçündür.  Skaner  məlumatı  qrafiki  formada 
oxuyur  və  maşının  yaddaşına  daxil  edir.    Daha  sonra  lazımi  qrafiki  redaktor 
proqramlarının  köməyi  ilə  onu  ikilik  koda  çevirərək    disklərə  və  ya    çap  qurğusuna 
ötürülməsini təmin edir. Skaner fərdi kompüterə USB portu vasitəsi ilə qoşulur. 
Fərdi  kompüterin  çıxış  qurğularına  misal  olaraq,  monitoru,  printeri,  səs 
kolonkasını, grafikçəkəni, strimmeri və s. göstərmək olar. 
Monitor çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə 
nəzarət etmək üçün istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın 
ölçülərinə  görə  aşağıdakı  ölçüdə  olurlar:  14,15, 17,19,21  və  23  dyüm.  Monitorlar şəklin 
formalaşdırılması  prinsiplərinə  görə  aşağıdakı  növlərə  bölünürlər:  elektron-şüa  borusu, 
mayekristal  və  plazma.  Plazma  və  mayekristal  monitorlar  nazik  səth  formasında  olur, 
çəkiləri çox kiçik olur.  
Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək 
üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər  iki qrupa bölünür: 
simvollu və  qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə  
çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı 
nöqtələr şəklində çıxışa  ötürülür. Vahid uzunluqda bir dyümdə (1 dyüm=25.4 mm) 
olan  nöqtələrin  sayı  printerin  imkanlarını  göstərir.  Kağız  üzərində  şəklin  qeyd 
edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları. 
Zərb çap qurğularına misal olaraq matris çap qurğularını misal göstərmək olar. 
Matris çap qurğularının başlığı 9, 18 və ya 24 iynədən  ibarət olur. Çap başlığı ilə kağız 
arasında    rəngli  lent  olur.  Çap  başlığında  simvol  formalaşandan  sonra  iynələr  hərəkətə 
gəlir,  rəngli  lentə  zərbə  vuraraq  kağız  üzərində  simvolu  formalaşdırır.  Zərbsiz  çap 
qurğulara  misal  olaraq    lazer  və  şırnıqlı  çap  qurğularını  göstərməl  olar.  Lazer  çap 
qurğularında şəkillər kağız üzərinə aralıq məlumat daşıyıcısı vasitəsilə yazılır. Şəkil lazer 
şüanın köməyi ilə əvvəlcə aralıq məlumat daşıyıcısına yazılır (neqativ alınır) və daha sonra 
bu  məlumat  daşıyıcısının  üst  qatı  quru  toz  ilə  örtülür.  Ağ  kağız  bu  barabanın  üstü  ilə 
dartılaraq  və  yüksək  istilik  hesabına  barabandakı  şəkil  (neqativ)  kağız  üzərinə  hopur. 
KitabYurdu.az 
88
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə