Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə51/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55
C fakepathMühazir l r Struktur geologiya

İmtahan sualları:
1. Tektonik hərəkətlər nə deməkdirı
MÜHAZİRƏ 22

Tarix :23.12. 2021



Plan:

1. Yer qabığının əsas geostruktur elementləri

2. Geosinklinal və onun müasir anlayışı

3. Geosinklinalın xüsusiyyətləri və formasiyaları

4. Keçid zonaların əmələgəlmə səbəbi

5.Keçid zonaların xüsusiyyətləri və formasiyaları

Tektonik struktur yaxud element dedikdə yer qabığının, litosferin və ya tektonosferin elə bir sahəsi nəzərdə tutulur ki, o, yanaşı olan sahələrdən öz tərkibi və onu təşkil edən süxurların yatma şəraitinin fərqli olması ilə səciyyələnsin . Həmin fərqləndirici xüsusiyyətlər tektonik hərəkətlərin, maqmatizmin, metamorfizmin, çöküntütoplanmanın, aşınmanın tektonik element formalaşdığı zaman şəraitindən, yəni tektonik və endogen rejimindən asılıdır.

Tektonik strukturlar miqyasına, maqmatizminə, tektonik inkişafına və Yerin hansı dərinliyinə qədər inkişafına (yayılmasına) görə çox müxtəlifdirlər. Litosferin və tektonosferin ən iri strukturlarına litosfer plitləri, okeanlar və qitələr aiddirlər.

Tektonik fəallığa görə isə nisbətən mütəhərrik, mobil strukturlar kimi geosinklinal və orogenlər aiddirlər; nisbətən az mütəhərik stabil strukturlara isə platforma və aralıq massivlər aiddirlər.

Müxtəlif miqyaslı tektonik qırılmalar həm mütəhrrik, həm də stabil strukturlarda mövcuddurlar.


  1. Litosfer plitələr dedikdə eni yüz və min km-lərlə ölçülən litosferin çox geniş sahələri nəzərdə tutulur. Litosfer plitələrin sərhədlərini ensiz xətti seysmik və vulkanik fəal zonalar təşkil edir. Litosfer plitələr quruluşuna və tərkibinə görə, yəni hansı növ qabıqdan təşkil olmalarından asılı olaraq okeanik, qitə və qarışıq növ olurlar. Okeanik növə aiddirlər; Sakit okean, Naska, Kokos; qitə növə isə xırda plitələr aiddirlər: Anadolu, İran-Əfqan, Ərəbistan, Madaqaskar və s. ; qarışıq növ plitələrə aiddirlər: Şimal, Cənubi Amerika, Afrika, Antaraktida, Arasiya və s.

Okean plitələri ən cavandırlar, onların yaşı 100-150 mln ildir və onlar ən nazikdirlər. Onların qalınlığı Orta okeanik Dağlar silsiləsi (OODC) zonasında 5-7 km-dən okean dibinin ən qədim sahələrində 80-90 km-ə qədərdir.

Qitə plitələrinin və qitələrin yaşı isə mlrd. illərlə yaxud bir çox yüz mln. illərlə ölçülür, qalınlıqları isə cavan platformalar altında 150-200 km, qədim platformaların qalxanları altında isə 250-400 km təşkil edir.

Astenosferdə litosfer plitələr sərt cisimlər kimi hərəkət edirlər və onların yalnız kənarları ya dağılır yaxud artır. Llitosferin quruluşundan asılı olaraq onun okean və qitə hissələri seçilir.

2. Okeanlar aşağıdakı xüsusiyyətlərə malikdir:

a. Okean litosferi orta hesabla bir neçə dəfə qitə litosferindən nazikdir və çox –çox cavandır.

b. Astonosfer okean altında maye halındadır, qitələr altında isə demək olar ki, o tam kristallaşmışdır.

c. Oekanlarda vulkanizm yalnız əsas tərkiblidir.

d. Okean litosferinin çökmə qatı heç vaxt geosinklinal inkişaf mərhələsini keçmir və qırışıqlıq prosesinə, yüksək temperatutun təsirinə (metamorfizmə) məruz qalmır.

e. Okeanlar ilə qitələr arasında sərhəd dərinlik yarılmalarından keçir və yer səthində hipsoqrafik pillə ilə özünü biruzə verir.

h. Okeanlar nisbətən yüksək dərinlik istilik axını ilə xüsusi zolaqvari (zebrvari) maqnit sahəsi və qravimetrik sahəsinin nisbətən intensiv (yüksək qiymətli) olması ilə səciyyələnir.

Ümumi halda okeanlar geosinkilinal inkişaf mərhələsinə məruz qalmayan tektonosferin okean növ yer qabığına malik nəhəng geostruktur elementləridir.

3. Qitələr aşağıdakı xüsusiyyətləri ilə səciyyələnir:

a. Qitə qabığının quruluşunda qranit qatı iştirak edir. Yalnız bəzi hallarda qranit qatı pazlaşır. Belə hallarda “bazalt pəncərəsi” adlanan bazalt qatının çıxışı üzərində birbaşa çökmə qatı yatır və bununla əlaqədar qitə massivlərində sırf qitə qabığı və keçid qabıq növləri seçilir. Qitə qabığının qalınlığı 30-35 km-dən 70-75 km arasında dəyişir. Qitələr altında litosferin qalınlığı isə 150-400 km-dir.

b. Qitələr altında astenosfer kristallaşdığından özünü aydın ifadə etmir.

c. Qitələrdə əsas və turş maqmatizm inkişaf edir. Qitənin əsas tərkiblin maqmatizmi okeanın əsas tərkibli maqmasından tərkibinə görə fərqlənir.

d. Qitə litosferi geosinklinal prosesi, yəni geosinklinal inkişaf mərhələsi hesabına yaranır. Bu proses böyük qalınlığa malik qranit-metamorfik qatın yaranmasına səbəb olur. Bununla əlaqədar qitə litosferinin tərkibində müxtəlif yaşlı qırışıqlıq əraziləri ayırmaq mümkündür, yəni Karel qırışıqlığından Alp qırışılığına qədər.

O ərazilərdə ki, qırışılıq prosesləri çoxdan qurtarıb, onlar artıq platformaları təmsil edirlər, cavan qırışıqlıq əraziləri isə (mezozoy və kaynozoy yaşlı) müasir dağlıq ölkələri təmsil edirlər.

Beləliklə, qitələr tektonosferin qitə yaxud keçid növ qabığına malik geosinklinal prosesi keçmiş, yaxud hazırda keçməkdə olan nəhəng struktur elementləridir.



Litosferin və ya tektonosferin geostruktur elementləri öz növbəsində ayrı-ayrı sahələrinin mütəhərrikliyinə görə eləcə də tektonegenezin, metamorfizmin və maqmatizmin fəal olan geosinklinallara və çox az mütəhərrik və digər yuxarıda qeyd edilən proseslərin çox zəif yaxud heç baş verməməsi ilə səciyyələnən platformalara bölünürlər.


  1. Yüklə 11,73 Mb.

    Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə