Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə52/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55
C fakepathMühazir l r Struktur geologiya

Geosinklinal haqqında anlayış və ona məxsus formasiyalar

Litosferin yüksək mütəhhərikliyə, mühüm bölünməyə və yüksək keçiriciliyə malik Yer qavığının xətti zonalarına deyilir. Geosinklonal inkişafının ilk mərhələlərində əsasən intensiv enmə, son mərhələdə isə mühüm qırışıqlıq və üstəgəlmə deformasiyaları ilə müşaiət edilən intensiv qalxma ilə səciyyələnir.

Geosinklinal ərazilərin əsas struktur xüsusiyyətləri

1. Tektonik hərəkətlərin böyül intensivliyə malik olması,

2. Ərazinim təmamilə qırışıqlığa məruz qalması,

3. Qırışıqların kəskin inkişaf etməsi-qanadların yatım bucaqlaının böyük qiymətlərə malik, şaquli yaxud çevrilmiş olması,

4. Xətti uzanmiş qırışıqların geniş, antiklinal və sinklinalların sayca eyni miqdarda inkişaf etməsi,

5. Çöküntü örtüyünün böyük qalınlığa malik olması,

6. Maqmatik proseslərin və metamorfizmin geniş inkişaf etməsi,

7. Relyefin kəskin olması,

8. Əksfay, üstəgəlmə və örtük (şaryaj) növ qırılmaların geniş inkişaf etməsi,

9. Xüsusi formasiyaların inkişafı.

Süxur qatlarında elə komplekslər seçmək olar ki, onlar oxşar tektonik və paleocoğrafi şəraitdə formalaşsınlar. Başqa sözlə eyni yaxud oxşar paleotektonik və paleocoğrafi şəraitdə formalaşmış eyni yaxud müxtəlif yaşlı süxurlar komplekslərinə formasiya deyilir. Formasiyanın seçilməsində aşağıdakı nişanələr əsas götürülür:

1. Süxurları eyni yolla və eyni paleocoğrafi şəraitdə əmələ gəlməsi (çökmə terrigen, qırıntı, hemogen, vulkanik və b.).

2. Süxurların tərkibi (rif əhəngdaşları formasiyası, hemogen əhəngdaşları, qlaukonit formasiyaları və s.).

3. Tektonil mənsubiyyəti (geosinklinal, platforma və kənar çökəkliklərə məxsus).

4. Şaquli tektonik hərəkətlərin göstəricisi olan formasiyanın qalınlığı,

5. Müəyyən növ fayfalı qazıntıların bu və ya digər formasiyalara bağlıllğı (daş kömürün, duzun, neftin, qazın, dəmirin və s.).

Geosinklinallara xas olan formasiyalar aşağıdakılardır:

I. Geosinklinalın inkişafının ilk mərhələsində:

1. Ofiolit (qabbro) spilit-diabaz-perisptit formasiyası-silisli süxurlar və tufların əsas tərkibli lavalarla növbələşməsinin mürəkkəb kompleksindən ibarətdir.

2. Əsas və orta tərkibli (bazalt və andezitlərdən) lavaların əmələ gətirdiyi formasiya.

3. Turş lavalar (əsasən liporitlər) formasiyası.

II. Geosinklinalın inkişafının orta mərhələsi:

1. Yaşəm formasiyası-yaşəm, qumdaşı, tuf və gilli şistlərdən ibarətdir.

2. Aspid yaxud qrauvakka formasiyası ( pis yaxud heç çeşidlənməmiş gil qarışığı ilə qum)-qrauvakka qumdaşlarının və şistlərin üstünlük təşkil edən vulkanik və silisli süxurların növbələşməsindən ibarətdir.

3. Fliş formasiyası-qumdaşı, əhəngdaşı, alevrolit, mergel, gil və s. süxurların nazik qatlarının tez-tez ritmik növbələşməsindən ibarətdir.

4. Gilli şistlər formasiyası- əsasən gilli şistlərdən yaxud argillitlərdən və nisbətən seyrək alevrolit və qumdaşı araqatlarının növbələşməsindən ibarətdir.

5. Cesplit formasiyası- dəmir filizi (hematit), silisli süxurlarından və dəmirli kvarslarından ibarətdir.

6. Gilli əhəngdaşları, mergellər və rif əhəngdaşları formasiyası-əhəngdaşı, mergel və bəzən gil və dolomitlərin növbələşməsindən ibarətdir.

7. Spilit-bazalt qrupuna aid olan albitləşmiş diabaz (sualtı püskürmələr zamanı yaranır).

8. Keratofir-qədimdə püskürülmüş porfir strukturlu effuziv süxurlar (Na-çöl şpatları albit) ilə zəngin süxurlar.

III. Geosinklinal inkişafının son mərhələsi:

1.Molass formasiyası-boz və qırmızı rəngli qırıntılı süxurlardan və qismən qitə yaxud sahilyanı-dəniz mənşəli əhəngdaşlarından ibarətdir.

Qeyd: Qrauvakka-sement materialı ilə zəngin olan əsas tərkibli maqmatik süxurların qırıntılarından ibarət qumdaşları yaxud qumlardan ibarətdir. Son zamanlar Qrauvakka altında müxtəlif, o cümlədən çökmə süxur qırıntılarından ibarət müxtəlif qumlar nəzərdə tutulur.

Yaşəm-çökmə mənşəli silisli, sərt, qeyri-şəffaf süxurdur (kvars və xalsedondan ibarətdir).

Geosinklinal vilayətlər yanaşı platformaları ayıra məkanda inkişaf edirlər. İnkişafı qurtarmış geosinklinal vilayətlərdə quruluşu və inkişafı fərqli olan hissələr seçirlər. Sonunculara aşağıdakılar aiddirlər:



Meqaantiklinoium və meqasinklinoriumlar; antiklinorium və sinklinoriumlar; aralıq massivlər (dağarası çökəkliklər), kənar çökəkliklər, dərinlik yarılmalar zonaları və s.



Geosinklinal vilayətlər daha kiçik struktur vahidlərə-geosinklonaı sistemlərə bölünürlər. Məsələn: Böyük Qafqazın geosinklinal sistemi. Geosinklonal sistemlərin inkişafının nəticəsi onların mürəkkəb qırışıqlıq elementlərinə-meqaantiklinorium (Böyük Qafqaz) və meqasinklinoriumlara (Küryanı çökəklik) bölünməliləridir.

Geosinklinal uzunmüddətli enməyə məruz qaldığından onda böyük qalınlığa malik çökmə və vulkanogen mənşəli süxurlar toplanan çökəklikdir. Geosinklinallar müxtəlif lakin əsasən uzun və ensiz formada olurlar. Beləliklə, geosinklinallar öz inkişafında aşağıdakı xüsusiyyətləri ilə səciyyələnirlər:

1. Şaquli hərəkətlərin əsasən mənfi işarəli, yəni enmə xüsusiyyətli olmaları,

2. Çökmə və vulkanogen süxurların böyük qalınlığa malik olmaları,

3. Əsasən narındənəli süxurların inkişaf etməsi,

4. Stratiqrafik kəsilişin daha tam olması, yəni uzun müddətli fasilələrin və kəskin uyğunsuzluqların olmaması.

Geoantiklinal geosinklinala əka olan müsbət işarəli və iki geosinklinalı bir-birindən qırılmalar vasitəsilə ayıran strukturdur və aşağıdakı xüsusiyyətlərə malikdirlər:

1. Mənfi işarəli şaquli hərəkətlərin müsbət işarəli hərəkətlərdən az üstünlüyə malik olması,

2. Çökmə və vulkanogen süxurların kiçik qalınlığa malik olması,

3. Əsasən kobuddənəli süxurların inkişaf etməsi,

4. Çox saylı fasilə və uyğunsuzluqlara malik az qalınlıqlı kəsilişlərə malik olması.

Geosinklinal vilayətlər qırışıqlığa məruz qaldıqdan sonra geosinklinal və geoantiklinal münasib olaraq sinklinorium və antiklinoriumlara çevrilirlər.

Sinklinorium dedikdə en kəsimdə böyük sinklinala bənzər antiklinal və sinklinalların mürəkkəb kompleksi nəzərdə tutulur. Antiklinorium isə en kəsimdə böyük antiklinala bənzər antiklinal və sinklinalların mürəkkəb kompleksidir.

Sinklinoriumm bir növü dağarası çökəklikdir. Bu strukturlar geosinklinal vilayətin inkişafının son-orogen mərhələsində formalaşırlar. Bu çökəkliklər adətən onları əhatə edən antiklinoriumlardan iri qırılmalarla yaxud qırılmalar sistemi ilə ayrılırlar. Bu çökəkliklər adətən turş, qələvi, vulkanogen və molass formasiyalarla doldurulmuş olurlar. Onların kəsilişlərinin aşağı hissəsini dəniz mənşəli xırda qırıntılı çöküntülər (gil, elvrolit, narın dənəli qum, əhəngdaşları, aşağı molass formasiyası) və vulkanogen turş, qələvi, yəni porfir formasiyası təşkil edir. Yuxarıda isə laqun çöküntüləri, daşkömür yaxud duz qatları və qırmızı rəngli kontinental mənşəli kobud dənəli süxurlardan ibarət üst molass formasiyası yatır. Bu struktur elementlərə misal olaraq Küryanı çökəkliyi göstərmək olar.

Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə