Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix


Bəzən effuziv süxurlar çökmə süxurlarla laylaşaraq Yer səthinə yaxın uyğun yatım əmələ gətirir. Bunlara ekstruziv süxur kütlələri deyilir



Yüklə 11,73 Mb.
səhifə47/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   55
C fakepathMühazir l r Struktur geologiya

Bəzən effuziv süxurlar çökmə süxurlarla laylaşaraq Yer səthinə yaxın uyğun yatım əmələ gətirir. Bunlara ekstruziv süxur kütlələri deyilir.

Yüksək hərarətin, təzyiqin və kimyəvi aktiv maddələrin təsiri nəticəsində maqmatik və çökmə süxurlardan törənən süxurlara metamorfik süxurlar deyilir.

Yüksək hərarət (termometamorfizm), yüksək təzyiqin (dinamometamorfizm) və həc-minin kimyəvi aktiv maddələrin təsiri altında gillər şistə, qumdaşları kvarsitə, əhəngdaşları mərmərə, maqmatik süxurlar qneyslərə çevrilir.

Kristallik şistlər və qneyslər dərin metamorfizm nəticəsində yaranır. Bunların nəinki strukturu və həmçinin qismən tərkibi də dəyişmiş olur.

Metamorfizmi doğuran amillər, böyük ərazidə birgə təsir göstərərsə regional meta-morfizm, bu amillərdən birinin üstünlüyə malik olduğu şəraitdə isə yerli metamorfizm meydana gəlir.

Metamorfik süxurların yatım formaları onların onların ilkin törəmələrindən asılıdır.

Çökmə mənşəli metamorfik süxurlar (ilkin çökmə süxurlar) adətən, qırışıqlıq—laylı kompleks formasında yatır. Burada süxuru ilk laylı strukturu ikinci zolaqlılıq və şistliliklə pərdələnir. Bu ikinci elementlər bəzən birinci ilə müvafiq gəlir (mərmərlər), lakin əksər hallarda ilk laylılıq ilə uyğun gəlmir (kristallik şistlər).

Maqmatik süxurların (ilk maqmatik) dəyişilməsi nəticəsində yaranan metamorfik süxurlar, onların formasını alır. Nəhəng intruzivlərdə, onların ətraf zonaları metamorfizmə məruz qalır (batolitlərdə qranit—qneys zonasını göstərmək olar). Nisbətən kiçik intruzivlər və əksər effuziv süxurlar təmamilə metamorfik süxurlara çevrilən zaman onlar ya öz formalarını saxlayır, yaxud səciyyəvi şistliliyə malik qırışıqlıq komplekslər şəklini alır. Bəzən dinamometamorfizm təsiri altında daykaların, sillərin, lava axınlarının, lava örtüklərinin parçalanması zamanı ayrı-ayrı bloklar əmələ gəlir. Həmin bloklar daha palstik metamorfik süxurlar arasında yatır. Bu strukturlar, yüksək plastikliyə malik laylar arasın-dakı çökmə süxurlardan ibarət massiv təbəqələrin dinamometamorfizmi nəticəsində də yarana bilər.

Metamorfik süxurlar üçün aşağıdakı əlamətlər səciyyəvidir:

1. İkinci laylılıq yaxud zolaqlılıq. Çox ehtimal ki, bu ilkin süxurun tərkibincə bircinsli olmaması ilə əlaqədardır.

2. Kristallaşma şistliliyi. Bu, xətti lövhəli mineralların (mikalar və s.) bir istiqamətdə cəhətlənməsindən irəli gəlir.

3. Aldadıcı şistlilik. Klivaj nəticəsində yaranır.

4. İlkin süxurun reliktləri (qalıqları). Bunlara əsasən metamorfik süxuru ilk materia-lının maqmatik yaxud çökmə mənşəli olduğunu müəyyən etmək mümkündür.

Çöl şəraitində metamorfik süxurlar üzərində aparılan müşahidələr, çökmə və maqma-tik süxurlar üzərində aparılan müşahidələr ilə çox oxşardır (metamorfik süxurlar ya ilkin çökmə, ya da ilkin maqmatik süxurlardan törədiyi üçün). Ona görə də istər laylılıq üçün və istərsə də şistlilik üçün yatım elementləri təyin etmək lazımdır. İlkin intruziv süxurlarda, adətən, zolaqlı və xətti teksturlar yaxşı saxlanılır və daha aydın görünür.

Metamorfik süxurların yaşını müəyyən etmək və onları stratiqrafik cəhətdən bölmək çox vacib məsələdir.

Fossil qalıqlar metamorfik süxurlarda yaxşı saxlanılmadıqlarına görə paleontoloji metodun tətbiqi son dərəcə məhduddur. Ona görə də metamorfik süxurların yaşlarını təyin etmək üçün başqa metodlardan istifadə edirlər:

1. Laylanmada mövcud stratiqrafik uyğunsuzluqlara görə metamorfik süxurların nisbi yaşının təyini.

2. Yarıb keçən intruzivlərə görə metamorfik süxurların yuxarı yaş sərhəddinin təyini. İntruzivlərin yaşını isə onların çökmə süxurlar ilə olan qarşılıqlı əlaqələrindən müəyyən etmək mümkündür.

3. Metamorfik süxurların mütləq yaşının radioloji metodlar ilə təyini.

Metamorfik süxurlar üçün, onların mənşələrindən asılı olaraq ya adi geoloji, ya da struktur-petroloji xəritələr tərtib olunur; bəzən onları birlikdə bir xəritə üzərində göstərilir.



Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə