Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix


İmtahan sualları:Maqmatik süxurların yatım formaları



Yüklə 11,73 Mb.
səhifə49/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   55
C fakepathMühazir l r Struktur geologiya

İmtahan sualları:Maqmatik süxurların yatım formaları
MÜHAZİRƏ 21

Tarix : 22.12. 2021
Plan:

1. Tektonik hərəkətlər anlayışı

2. Tektonik hərəkətləri yaradan proseslər

3. Tektonik hərəkətlərin növləri

4. Tektonik hərəkətlərin xüsusiyyətləri

5. Tektonik hərəkətlərin lokal və regional struktur elementlərin əmələgəlməsində rolu


A.V.Peyveyə görə üfüqi hərəkətlərin sürəti 1 13 sm/il olduğu halda, şaquli tektonik hərəkətlərin sürəti 1000 ildə 5 10 sm, yəni ildə 0,005 0,01 sm/il təşkil edir. Başqa sözlə üfüqi tektonik hərəkətlərin sürəti təxminən 1000 dəfə şaquli tektonik hərəkətlərin sürətin-dən artıqdır.

Sonradan tektonik hərəkətlər sadəcə olaraq şaquli və üfüqi adlandırırlar. Bu təsnifatın bir çatışmayan cəhəti ondan ibarətdir ki, şaquli tektonik hərəkətlər bir çox struktur yaradan proseslərdə üfüqi hərəkətlər birgə iştirak edirlər.

Müxtəlif növ tektonik hərəkətlərin birgə fəaliyyəti tektogenez adlanır.

Tektonik hərəkətlərin yaranmasında yüksək plastikliyə malik yer qabığının astenosfer və D′′ qatları əsas rol oynayırlar. Buna əsasən V.Y.Xain aşağıdakı növ tektonik hərəkətlər seçilir:



Səthi tektonik hərəkətlər (a-tektonik)—litosferin yalnız çökmə qatında yaranırlar. Çöküntü qatında reoloji fəal kütlələr geniş inkişaf etmişdir (gillər,duzlar,gipslər və s.). Onlar geostatik təzyiq altında yerdəyişmə (axma) etmə qabiliyyətinə malikdirlər və bu zaman onlar üstdə yatan süxur komplekslərinin geoloji quruluşunu dəyişməyə səbəb olurlar. Çöküntü qatında eləcə də çöküntülərin sıxlaşması yaxud hidratlaşma zamanı şişməsi prosesləri baş verir. Bu zaman qravitasiya sürüşməsi yarana bilər ki, bu hal da səthi hərəkətlərin baş verməsinə səbəb ola bilər. Bu hərəkətlər şaquli və üfüqi ola bilərlər. Səthi hərəkətlərin müxtəlifliyinə baxmayaraq, onların hamısı yalnız çöküntü qatında baş verirlər. Öz mənşəyinə görə bunlar əslində a-tektonik, yəni qeyri-tektonik hərəkətlərdir və Yerin səthində baş verən proseslər nəticəsində yaranırlar.

Səthi hərəkətlər layların deformasiyasına, çökmə qatında qırışıqların yaranmasına (qravitasiya axımı, sürüşmə və basılma hesabına) səbəb olurlar. Diapir qırışıqların yaranması səthi tektonik hərəkətlərin fəaliyyətinin ən səciyyəvi halıdır. İnsan fəaliyyəti ilə əlaqədar olan texnogen hərəkətlər də səthi hərəkətlərin bir forması kimi qəbul edilə bilər. Məsələn: qrunt sularının çıxarılması nəticəsində Yer səthinin çökməsi, uzun müddət istismarda olan neft-qaz yataqları ərazilərində yer səthinin çökməsi halları və s.



Dərin tektonik hərəkətlər. Litosfer və Astenosfer qatlarında özlərində biruzə verirlər. Ümumiyyətlə altda yatan astenosfer qatı ilə litosfer plitələr həmişə izostaziya halında olmağa çalışırlar, izostaziyanın pozulması isə həm Yer qabığında, həm də astenosfer qatında baş verən proseslərlə bağlıdırlar. Bu baxımdan izositaziya maye halında olan astenosfer maddəsi ilə litosfer arasında yaranan tarazlıq vəziyyətidir. Dərin hərəkətlərin yaranmasına Yerin bucaq sürətinin dəyişməsi zamanı yaranan rotasiya (fırlanma qüvvə-ləri) də təsir göstərə bilər. Şaquli dərin hərəkətlərin fəaliyyəti nəticəsində qitə və okeanların, platforma və geosinklinalların müxtəlif ölçülü müsbət və mənfi struktur elementlərə bölünməsi baş verir. Üfüqi dərin hərəkətləri müxtəlif dərəcəli səthlər üzrə özlərini biruzə verə bilərlər. Başqa sözlə dərinlik horizontal tektonik hərəkətlər litosferin müxtəlif qatlarının sərhədləri boyu baş verə bilərlər və əks-fay, üstəgəlmə, sürüşmə, plastiki qırışıq formalar yaradırlar.

Ən dərin tektonik hərəkətlər mantiyanın aşağı hissəsində yaranırlar, çox ehtimal ki, D′′ qatında. Bu hərəkətlərə səbəb mantiya maddəsində baş verən qravitasiya (sıxlığa görə) differensiallaşması və onun tərkibindən ağır dəmir tərkibli birləşmələrin ayrılaraq nüvəyə çökməsidir. Mantiyanın daha yüngül tərkib hissəsi onun alt geosferindən yuxarıya doğru qalxaraq astenosfer və litosferə çatırlar və orada soyuyub dəmir birləşmələri ilə zənginlə-şərək, yenidən aşağıya doğru enərək maddənin konvektiv hərəkətini yaradırlar, bu isə öz növbəsində yer qabığında və onun səthində ən dərin tektonik hərəkətlərin şaquli və üfüqi növlərini yaradırlar. Ehtimal etmək olar ki, ən dərin tektonik hərəkətlər əsasən özlərini üfüqi istiqamətdə biruzə verirlər,dərin hərəkətləri isə əsasən şaquli istiqamətdə. Bununla belə bütün qitələri əhatə edən iri qalxımlar konvektiv hüceyrələrin qalxan qolları üstündə yarana bilərlər. Bu səbəbdən Afrika qitəsi başqa qitələrə nisəbətən 150 m qalxmış vəziyyəttədir. Cənubi Amerika isə nisbətən aşağı hipsometrik vəziyyətdədir, çünki o enən konvektiv cərəyanlar üstündədir. Ən dərin tektonik hərəkətlərin əsas nəticəsi litosfer plitələrin (Yer qabığının ayrı-ayrı qəlpələri) üfüqi hərəkətləridir. Bu hərəkətlər qitələrin dağılmasına, yeni okean və qitələrin yaranması və inkişafına səbəb olurlar. Məhz ən dərin teltonik hərəkətlər Yerin geoloji inkişafını, yəni platforma və geosinklinalların eləcə də başqa iri struktur elementlərin inkişafının əsas səbəbidir.

Planetar hərəkətlər səyarəni bütövlüklə əhatə edirlər. Onların yaranmasına səbəb nüvənin həcminin və eləcə də deməli Yerin bütövlükdə həcminin dəyişməsdir. Bu proses yuxarıda qeyd etdiyimiz mantiya maddəsinin qravitasiya differensiallaşması ilə əlaqədar-dır. Bir sıra tədqiqatçıların fikrincə (V.A.Obruçev, P.N.Kropotkin, E.E.Milanovskiy və b.) Yer kürəsi öz inkişafında həmçinin nəbzvari dəyişməsinə malikdir, yəni onun həmçinin artması dörləri vaxtaşırı həcminin azalması dövrləri ilə əvəz olunur. Çox ehtimal ki, planetar hərəkətlərin nəticəsi kimi litosferin enib qalxmasını göstərmək olar. Planetar hərəkətlər zəif öyrənildiyinə görə, onların mövcuduğu da problematik sayılır. Görünür onlar özlərini şaquli hərəkətlər kimi biruzə verirlər.

Beləliklə, tektonik hərəkətlər sülb və elastiki Yer maddəsinin bir hərəkət formasıdır, yəni mexaniki hərəkət formasıdır. Bu hərəkət öz əksini əsasən süxurlardan yatım formasında və əsasən laylı süxurların tərkibində reallaşdırır.




Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə