Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə53/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55
C fakepathMühazir l r Struktur geologiya

Kənar çökəkliklərin daxili hissəsi geosinklinal,xarici hissəsi isə platformaya məxsus xüsusiyyətlərə malikdir.Kənar çökəkliklərdə maqmatizm inkişaf etmir və özünə məxsus formasiyalara malikdirlər.

Kənar çökəkliklər geosinklinal vilayətin platformanın plitə hissəsi ilə təmasda olduğu zonada inkişaf edirlər.Geosinklinalın platformanın qalxan hissəsi ilə təmasında kənar tikiş zonası yaranır.Sonuncu ensiz qırılmalar zonasını təşkil edir və həmin qırılmalar üzrə qırışıqlıq sistemləri platformanın üzərinə gəlirlər.Misal üçün Skandinaviya ilə Rus platforması arasında.Kənar tikiş zonaları boyu bir çox hallarda intensiv vulkanizmdə inkişaf edə bilər.

Kənar çökəkliklərin inkişafı geosinklinal vilayətin kənarından başlayır,sonra isə çökəklik platformanın kənar hissəsinin enməyə cəlb olunması ilə əlaqədar genişlənir.Bu səbəbdən də kənar çökəkliyin ayrı-ayrı hissələri bünövrələrinin müxtəlifliyi ilə səciyyələnir.Buna görə də kənar çökəkliklər daxili və xarici zonalara ayrılırlar.

Daxili zona qırışıqlıq bünövrə uzun müddət inkişaf etdiyindən böyük qalınlığa malik müxtəlif formasiyalarla doldurulmuş olur.Bu formasiyaların ümumi qalınlığı 4-6 km-ə çatır.

Xarici zona isə daha qısa zaman ərzində platforma ərazisində inkişaf etdiyinə görə daha az qalınlığa malik ( əsasən 1 km-ə qədər)çöküntülərlə doldurulur.Bu səbəbdən də daxili zonada kəsiliş daha tam olur.

Qırışıqlıq bünövrə üzərində yerləşən daxili zonada örtüklərlə mürəkkəbləşmiş, mürəkkəb xətti,ensiz,daraqvari antiklinallar və enli yastı sinklinallar inkişaf edir.Kənar çökəkliyin xarici zonasında,platformanın sərt bünövrəsində yerləşdiyinə görə əsasən yastı günbəzvari qalxımlar inkişaf edirlər.Günbəzlərin əmələ gəlməsinə səbəb platformanın kristallik bünövrəsinin ayrı-ayrı qaymalarının qalxmaları ilə əlaqədardır.

Dərinlik yarılmaları

Dərinlik yarılmaları böyük uzunluqları və yayılma dərinlikləri ilə səciyyələnirlər.Yer səthində dərinlik yarılmaları effuziv,intruziv maqmatizm,damar əmələ gəlmələti ilə,iri uzununa qırılmalarla,klivaj və xətti qırışıqlıqla özlərini biruzə verirlər.Dərinlik yarılmaları müxtəlif işarəli şaquli tektonik hərəkətlərə məruz qalan əraziləri bir-birindən ayırırlar.Tektonik fəal dərinlik yarılma zonalarına tektonik və seysmik fəallıq məxsusdur.Dərinlik yarılmaları üzrə hərəkət çökmə formasiyaların və maqmatik süxurların formalaşması ilə eyni vaxtda baş verir.

Bu səbəbdən də yarılmalar müxtəlif mənşəli süxurlarla örtülmüş olurlar.Bir çox dərinlik yarılmaları planetar xüsusiyyət daşıyır.




  1. Yüklə 11,73 Mb.

    Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə