Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix


Kənar çökəkliklərin (keçid zonalar)formasiyaları



Yüklə 11,73 Mb.
səhifə54/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55
C fakepathMühazir l r Struktur geologiya

Kənar çökəkliklərin (keçid zonalar)formasiyaları:

Çox iri və mürəkkəb quruluşlu geosinklinal və platforma arasınd ayerləşən və sinklinori quruluşlu olan çökəkliklərdir.Kənar çökəkliklərin formasiyalarının əmələgəlmə xüsusiyyəti ondan ibarətdir ki, onlar geosinklinal ərazilərin platformaya çevrildiyi zaman geosinklinal vilayətlərin dağ –qırışıq vilayətlərinin intensiv formalaşması və qalxması zamanı və çökəkliklərin özünü də kompensə edilən çöküntü toplanma şəraitində toplanırlar.

  1. Baryer rifləri (yamac rifləri) formasiyası –tez-tez özündə neft-qaz yığımı olan üzvi mənşəli əhəngdaşlarından ibarətdir.

  2. Halogen formasiyası -tərkibində duz olan qumlu-gilli süxurlardan,yaxud tərkibində natrium və kalium duzları olan duz qatlarından ibarətdir.

  3. Daşkömürlü formasiyairi çökəkliklərdə geniş inkişaf etmişdir.(Kuzbas və s.). Qumdaşı, argillit, əhəngdaşı və daş kömür qatlarının növbələşməsindən ibarətdir.

  4. Molass formasiyasıdaxilində qırıntı materialının qeyri müntəzəm paylanması və layların qeyri bərabər növbələşməsi ilə səciyyələnən,böyük qalınlığa malik terrigen süxurlardan ibarətdir.Bu süxurlar əsasən- qumdaşlarından,konqlomeratlardan və bir çox hallarda qırmızı rəngli argillitlərdən ibarətdir.Bəzən onların tərkibində daş kömür linzaları olur.Molaslar adətən çox böyük qalınlığa malik olurlar və bir çox hallarda özlərində daş kömür,neft və qaz yığımları əmələ gətirirlər.Kənar çökəkliklərin əlamətdar xüsusiyyəti onların ərazisində çaqçatik proseslərin baş verməməsidir.




Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə