Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   57   58   59   60   61   62   63   64   65

 
185 
insanlığın,  xüsusilə,  qloballaşmanın  mənfi  təzahürlərindən 
özünümüdafiə  vasitəsinə  çevrilməlidir.  Eyni  zamanda  milli 
mədəniyyət sahəsində də özünütənzimləmə metodları tətbiq 
edilməli, prioritetlər aydınlaşdırılmalı və maliyyələşdirilmə-
lidir.  Yalnız  birgə  səmərəli  fəaliyyət  nəticəsində  dünyanın 
mədəni ekzotikasını, mədəni müxtəlifliyi və insanlığın təmi-
natlı gələcəyini mühafizə etmək mümkündür.  
İlk növbədə mədəniyyətimizin keçmişini, mədəniyyət xə-
zin
əmizi layiqincə  mənimsəmiş,  həzm  etmiş  nəsillər  yetiş-
dirm
əklə işə başlamalıyıq. Müasir dünya mədəniyyəti dairə-
sin
ə girdiyimizə görə mədəniyyətimizin təməl prinsiplərində 
böyük bir d
əyişiklik etmədən, yəni milli şəxsiyyətimizi təş-
kil ed
ən, mühafizə edilməsi zəruri olan xarakterik keyfiyyət-
l
ərimizi zədələmədən, təcrübəyə və elmin mütərəqqi nailiy-
y
ətlərinə  söykənərək, forma dəyişikliklərini  şüurlu  surətdə 
aparmaq m
əcburiyyətində  olduğumuzu  qəbul etməliyik. 
Əsrlər boyu varlığımızı, milli kimliyimizi təyin edən mədə-
niyy
ətimizi bəşəriyyətin  insanlıq  meyarları  və  zamanın 
m
ədəni dəyərləri içərisində yoğurub, onu yalnız mühafizə və 
öyr
ənməyə deyil, həm də bizi yönəldən, idarə edən bir daxili 
çağırış, ruhi-mənəvi bir ehtiyaclar halına gətirməyə çalışma-
lıyıq. Lakin təəssüflər olsun ki, həmişə olduğu kimi, bu gün 
d
ə  mədəniyyətdə  müasirləşmənin məhz nələrdən ibarət 
olduğunu  anlayanlar  azlıq  təşkil  etməkdədir. Mədəniyyət 
sah
əsində təbliğatımızın əsas hədəflərindən biri də müasirlik 
anlayışının geniş kütləyə izahı məsələsidir. Təbii ki, mövzu-
ya dair geniş müzakirələr də açmaq olar, bu sahədə təbliğati 
işin müxtəlif forma və yolları ilə bağlı təkliflər də vermək. 
Sonda 
əldə ediləcək effektiv nəticə bundan ibarət olmalıdır 
ki, h
ər kəs bir həqiqəti  aydın  dərk etsin: tariximizin bizə 
b
əxş  etdiyi  ən qiymətli miras milli mədəniyyətimiz  olduğu 
üçün müasirliyin meyarları da öncə buradan əxz edilməlidir. 
Bu s
əbəbdən də  hər  şeydən  əvvəl və  hər sahədə  mədəniy-


 
186 
y
ətdə  varisliyin  qorunması,  tədqiqi və  təbliği  mövzusuna 
üstünlük verilm
əlidir.  Babalarımızın  bizə  əmanət  qoyduğu 
milli m
ədəniyyət gələcək nəsillərə daha da zənginləşdirilmiş 
halda ötürülm
əlidir.  Heç  şübhəsiz, mədəniyyət dəyişmədən 
v
ə  zənginləşdirilmədən  varlığını  qoruya  bilməz. Bu məq-
s
ədlə  yaradıcı  və  qurucu  səciyyəli hər cür fəaliyyət təşviq 
edilm
əli, yeni qabiliyyətlərin kəşf  edilməsi, istiqamətləndi-
rilm
əsi və dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiy-
y
ət verilməlidir. Mədəni inteqrasiya prоsеsinə sаğlаm düşün-
c
ə ilə qоşulmаnın və mənəviyyаtımızı qloballaşmanın mənfi 
t
əzahürlərdən  qorunmanın  ən  etibarlı  yоlu  isə  tаrixi  təcrü-
b
ənin mənimsənilməsi və bu təcrübənin mədəniyyət qurucu-
luğu prosesinə yaradıcı tətbiqidir. 


 
187 
N
əticə 
 
Kulturoloji  irsin  tədqiqi  sahəsində  dünya  təcrübəsinin 
mənimsənilməsi,  elmi  metodların  milli  tariximizin  öyrənil-
məsinə tətbiqi və mövcud mədəniyyət nəzəriyyələrinin mü-
qayisəli təhlili kulturologiyanın elm sahəsi kimi formalaşma-
sının  şərtlərindəndir.  Təəssüf  ki,  kulturoloji  irsimizin qay-
naqlarının araşdırılması, nəşri və təbliği ilə bağlı ictimai fi-
kir
dəki mövcud boşluqların doldurulması yönündə müəyyən 
canlanma  yalnız  elmi  fikirdə  müşahidə  edilməkdədir.  Bu 
sahədə  aparılan  araşdırmalar  bir  qisim  elmi  nəşrlərdə  öz 
əksini tapsa da, kütləvi nəşrlərdə və dərsliklərdə bu mənada 
hələ də ciddi işlər gözə dəymir. Nə qədər ki, bu kəsir aradan 
qaldırılmayıb,  kulturoloji  irsin  təbliğinin  effektliliyindən  və 
bunun  cəmiyyətimizin  həyatına  faydalılığı  baxımından 
arzuedilən nəticələrindən danışa bilmərik. 
Mədəniyyət  haqqında  dünya  elmi-nəzəri  düşüncəsində 
rəngarəng  bir  (hətta  paradoksal  və  ziddiyyətli)  mənzərə 
müşahidə edilməkdədir. Mədəniyyətə münasibətdə meyarlar 
müxtəlifliyi nəzərə çarpmaqdadır və bu meyarlar az qala cid-
di söz sahib
lərinin hər birinin öz ölçü etalonuna çevrilmişdir. 
Dünyanın ayrı-ayrı ölkələrində mədəniyyətin çərçivəsi fərqli 
konturlarla  cızıldığı  kimi,  alimlərin  terminoloji  anlayışlara 
münasibətləri  də  çeşidli  məna  tutumlarına  malikdir.  Amma 
onların  əksəriyyəti,  “insan  –  mədəniyyətin  məhsuludur”  və 
“mədəniyyət  –  bəşəriyyəti  xilası  edəcək”  fikirlərində  həm-
rəydirlər.  Deməli,  hər  bir  kəs  xoşməramlı  mövqe  nümayiş 
etdirdikdə,  onda  həmin  anlayışların  məqsəd,  niyyət  və 
mahiyyəti  də  eyni  olur.  Mədəniyyəti  öyrənən  elmin  adının 
da  necə  adlandırılmasından  asılı  olmayaraq  mədəni  dünya 
üçün bu fenomenin məzmun, funksiya və prioritetləri birdir. 
Söhbət yalnız kəlmələrin mənşəyindən, terminlərin etimoloji 
mənasından  gedə  bilər  ki,  zaman  keçdikcə,  təbii  olaraq 


 
188 
bunların məna tutumu və hüdudları da dəyişikliyə uğrayır.  
Mədəniyyətin  mənşəyinə  dair  nəzəri  konsepsiyaların 
müx
təlifliyi  və  bu  sahədə  nəzəri  fikir  birliyinin  olmaması 
səbəblərindən  biri,  tamamilə  subyektiv  qiymətləndirmələr-
dən asılı olan, mürəkkəb və çoxcəhətli təhlil və şərhlərlə izah 
edilən mədəniyyət fenomeninin elmi tədqiqinin obyektiv çə-
tinliyidir. Mədəniyyətə aid əsərlərdə rast gəlinən bəzi etimo-
loji  anlayışların  fərqli  şərhlərinə  gəldikdə  isə,  bütövlükdə, 
ictimai  elmin  heç  bir  anlayışı  “mədəniyyət”  anlayışı  qədər 
müxtəlif  mühakimələrə,  mülahizələrə,  təriflərə  səbəb  olma-
mışdır. Xüsusilə də, ayrı-ayrı elmlər çərçivəsində mədəniy-
yət  haqqında  bir-birindən  fərqli,  çox  müxtəlif  təsəvvürlər 
mövcuddur. Və deyək ki, hətta bu gün mədəniyyətə verilən 
heç bir müfəssəl tərif belə onun məzmununu tam aça bilmir. 
Kulturologi
ya, fəlsəfə, sosiologiya, tarix, etnoqrafiya, psixo-
logiya  və  digər  ictimai  elmlərdə  mədəniyyətin  çox  zaman 
bir-
birindən  olduqca  fərqli  təriflərinə  təsadüf  edilir.  Həmin 
təriflərdə çox vaxt mədəniyyətin ayrı-ayrı, bəzən də olduqca 
mühüm  tərəfləri  əhatə  edilir,  lakin  bununla  belə  heç  də  az 
əhəmiyyətli olmayan digər tərəfləri nəzərdən qaçırılır. 
Bu  vaxta  qədər  aparılmış  araşdırmaları  nəzərdən  keçir-
dikdən sonra, belə güman etmək olardı ki, mədəniyyət haq-
qında hər şey artıq deyilmişdir və onun bu tərifləri ilə razı-
laşmaq olar. Lakin mütəxəssislərin çoxu, mədəniyyətə möv-
cud münasibəti qənaətbəxş saymırlar. Məhz bu səbəbdəndir 
ki, mədəniyyət mövzusu müasir dövrdə də kulturoloji fikrin 
ən aktual mövzularından biri olaraq qalmaqdadır.  
Bütövlükdə  mədəniyyət  adlandırdığımız  milli  və  bəşəri 
dəyərlər məcmusu haqqında tarixdən üzü bəri nə qədər fərqli 
mülahizələr ortaya qoyulsa da, mahiyyət dəyişməz qalmaq-
dadır. Bu mənada mədəniyyət bəşər övladının yaradılışından 
bəri  yaratdığı  və  getdikcə  təkmilləşdirdiyi  maddi,  mənəvi, 
ruhi, ideoloji, bədii-estetik dəyərləri özündə ehtiva edir. Yəni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə