Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   57   58   59   60   61   62   63   64   65

 
189 
insanlığı  şərtləndirən  yaddaş,  dünyagörüşü,  elm,  davranış, 
ünsiyyət, incəsənət, məişət və s. bu kimi keyfiyyətlər mədə-
niyyətin  komponentlərindəndir.  Bu  sahənin  problemlərini 
tədqiq edən elmlər isə müəyyən fərqliliklərlə də olsa, ümu-
milikdə  mədəniyyətin  inkişaf  xüsusiyyətlərini,  hər  xalqda 
onun  təzahür  formalarını,  qarşılıqlı  faydalanma  və  təsir 
vasitələrinin orijinallıqlarını öyrənir. Bu öyrənmə yeni nəslin 
və bəşəriyyətin  mədəni və intellektual səviyyəsinin inkişafı 
üçün zəruridir. Bu mənada bəşəriyyətin nəsil-nəsil topladığı, 
formalaşdırdığı,  nəhayət,  qazandığı  mədəniyyət  incilərini 
gələcək  nəsillərə  çatdırmaq  isə  bizim  əsas  vəzifələrimiz-
dəndir. Mədəniyyətin ən vacib funksiyalarından biri də məhz 
sosioloji  təcrübənin  bir  nəsildən  o  biri  nəslə  ötürülməsi 
prosesi, yəni mənəvi sərvətlərin varisliyi məsələsidir. 
XX əsrin ilk illərindən etibarən Azərbaycan cəmiyyətin-
də dini təmayüllərin fərqli səciyyə daşıması ilə yanaşı milli 
mənsubiyyət axtarışları prosesi də paralel gedirdi. Bu zaman 
islamçılığa  paralel  olaraq  türkçülüyün  də  inkişafı  azərbay-
can
lıları öz mənliklərini araşdırmağa yönəltmişdi. Bu dövrdə 
cərəyan  edən  islahatçılıq  təmayüllərinə  diqqət  yetirərkən 

rürük ki, ortaya çıxan meyllərdən biri də özünü, ənənəvi 
dindar əhalinin həyat tərzinə yönəldilmiş tənqidlərdə büruzə 
vermiş və məzhəb ayrılıqları tənqidlərin birinci hədəfi halına 
gəlmişdi. Şiəlik əleyhinə düşüncələr, xüsusilə yerli burjuazi-
yanın dəstəyini alan islahatçı ziyalılar tərəfindən işlənməkdə 
idi.  Cədidçilərin  məzhəb  münaqişələrini  ortadan  qaldırmaq 
istəyi  və  düşüncəsi,  həqiqətdə  din  birliyini  gerçəkləşdirmə 
yolunda bir iddiadan çox, yüz illərdən bəri fars mədəniyyə-
tinə bağlı olan Azərbaycan cəmiyyətini bu kimlikdən təmiz-
ləmə  düşüncəsidir.  Bu  kimlik  təmizləndiyi  və  modern  də-
yərlər  mənimsəndiyi  halda  cəmiyyət  problemlərinin  həll 
ediləcəyi düşüncəsi burada üstünlük təşkil edirdi. 


 
190 
İslahatçı ziyalıların tarixi sünni-şiə ayrılığının ortadan qal-
dırılması  yönündəki  düşüncələri,  öz  məqsədləri  baxımından 
keçərli bir təmələ dayanırdı. Məzhəb ziddiyyətləri Azərbaycan 
türklərini  beş  yüz  ildən  daha  uzun  bir  vaxt  ərzində  Osmanlı 
türklərindən, Krım, Volqa və Orta Asiya türklərindən ayırmış-
dı.  Yeniləşmə  səylərinin  bu  səbəblə,  birinci  növbədə  islami 
qurum  və  ənənələr  üzərində  cəmləşdirilməsi  təsadüfi deyildi. 
Şiə  kimliyinin  yenidən  gözdən  keçirilməsi  yeni  bir  ictimai 
kimliyin formalaşdırılması məqsədi daşıyırdı.  
İslahatçılıq  hərəkatı Azərbaycan cəmiyyətində  yeni  mü-
na
qişələrin  qaynağı  olmuşdur.  Bu  hərəkatın  Rusiya  müsəl-
manlarını  bir  araya  gətirərək  daha  yüksək  səviyyədə  bir 
birlik  yaratmağa  xidmət  etdiyi  söylənilə  bilməz.  Hərəkatın 
panislamist  olaraq  tanıdılan  bəzi  liderləri  belə,  dindən  bir 
ja
rqon kimi istifadə edərək gerçəkdə onun hüdudlarını gös-
tərmişlər. Dinin modernist şərhinin inkişafı onların məqsəd-
lərinə  xidmət  etmişdir.  Ona  görə  də  Rusiya  müsəlmanları 
ara
sında birləşdirici olmaqdan çox, ayırıcı olmalarında təəc-
cüb  doğuracaq  heç  nə  yoxdur.  Bu  islahatçı  ziyalılar  din 
duyğusunun  milliyyət  duyğusundan  daha  güclü  olduğu  bir 
cəmiyyətdə,  yeni  bir  ictimai  kimliyin  formalaşdırılmasına 
girişmişdilər. Onların bu işə başladıqları vaxt təzyiqlə qarşı-
laşmalarının da başlıca səbəbi məhz bu idi. 
Din ami
li əksər islahatçılar tərəfindən formalaşdırılması 
nəzərdə  tutulan  cəmiyyətin  ünsürləri  arasında  bəlkə  də  ən 
zəif halqanı təşkil edirdi. Başqa sözlə, sosializm, rus popu-
lizmi, liberal demokra
tizm,  Avropa  tipli  milliyyətçilik  və 
Gənc  Türklərin  düşüncəsi  kimi  islamdan  kənar  dəyişik 
amillər, onların zehinlərində yeni kimliyin qurucu ünsürləri 
olaraq  eklektik  bir  tərzdə  bir  araya  gəlmişdir.  Beləliklə, 
milliyyətçi  şüurun  hər  şeydən  əvvəl  dünyəvi  məsələlərin 
qabardıldığı  bir  çərçivədə  inkişaf  etdiyi  qeyd  edilməlidir. 
Milliyyətçi  öndərlər  arasında  bəzən  dini  terminologiyaya 


 
191 
müraciət etmə ehtiyacı ortaya çıxmışsa da, burada gerçəkdə 
dinin  deyil,  planlaşdırılmış  milli  iradənin  rasional  təməldə 
təşəkkülü  müzakirə  mövzusudur.  İslahatçılar  islam  anlayı-
şında ənənəçi deyil, modern, reformçu və dünyəvi bir mövqe 
nümayiş  etdirirdilər.  Bu  mənada  islahatçı  ziyalıların  bir 
qismi ictimai problemlərin həlli yolunda, ilk növbədə Qərb 
mədəniyyətinə  işarə  etməsi  başqa  alternativlərin  qarşısını 
əngəlləyəcək bir mahiyyətdədir.  
Müsəlman qadınının Avropa həyat standartlarına uyğun-
laşdırılacağı təqdirdə cəmiyyət problemlərinin də həll oluna 
biləcəyi  düşüncəsinin  həqiqətə  uyğun  olmadığı  ortadadır. 
Çünki Qərbdə qadın hərəkatı, ucuz işçi qüvvəsini təmin edən 
kapitalist mexani
zmlər  içində  qadının  işgüzar  həyata  fəal 
olaraq  qatılmasının  bir  nəticəsi  olaraq  ortaya  çıxmışdı  və 
getdikcə  qadın  haqları  sahəsində  də  müəyyən  inkişafa  nail 
olunmuşdu.  Bunun  əksinə  olaraq  isə,  belə  bir  sənaye  və 
ictimai  təşkilatlanmadan  məhrum  olan  Şərq  cəmiyyətində 
qadının  statusunda  bənzər  dəyişikliklər  olmadan  qadın  və 
ailənin  islahatlara  cəlb  edilməsi  zərurəti  irəli  sürülmüşdür. 
Ona görə də Şərqdə qadın haqlarının ictimai bir təşəbbüsün 
nəticəsi  olaraq  inkişaf  etməməsinin  və  yuxarıdan  diktə 
edilən islahatların cəmiyyətə asanlıqla tətbiq oluna bilməmə-
sinin başlıca qüsurları da məhz bu səbəblərdə axtarılmalıdır. 
Bütün bu mübahisəli məqamların, ola bilsin ki, tədqiqat-
çılar tərəfindən hələ gələcəkdə də birmənalı şəkildə qiymət-
ləndirilməyəcək tarixi-mədəni təmayüllərin Azərbaycan xal-
qının  milli-mənəvi  oyanışına  və  tərəqqisinə  hansı  dərəcədə 
və nə kimi effektiv təsir etməsindən asılı olmayaraq, XX əsri 
yeni,  orijinal  fikirlərlə  qarşılayan,  islam  dininin  cəmiyyətin 
inkişafını  şərtləndirən,  humanizm  və  tolerantlıq  təlqin  edən 
müqəddəs ruhi-mənəvi dəyərlər sistemi olduğunu elmi dəlil-
lərlə,  tarixi-müqayisəli  üsullarla  araşdıran  islahatçı  ziyalı-
ların  dini-kulturoloji  yaradıcılıqları,  o  cümlədən,  sırf  qadın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə