Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   57   58   59   60   61   62   63   64   65

 
192 
probleminə aid kitab və çoxsaylı məqalələri Quranın təhrif-
lərdən  və  qərəzli  münasibətlərdən  mühafizəsinə,  həm  də 
ümumiyyətlə,  müsəlman  cəmiyyətinin  mədəni  tərəqqisinə 
xidmət  etmişdir.  Bu  əsərlərin,  Avropa  elmi-nəzəri  fikrinin 
yanlış  təmayüllərinə  təsir  göstərmək  cəhdləri  ilə  yanaşı, 
xalqımızın  mövhumat  və  xurafatdan  qurtulub  islamın  əsl 
mahiyyətini əks etdirən inanclara yiyələnməsində də praktiki 
əhəmiyyəti olmuşdur. 
İstiqlal məfkurəsinin reallaşması sübut etdi ki, dünya mil-
lətlərinin çeşidli mədəniyyətləri arasında Azərbaycan xalqının 
da  özünəməxsus,  köklü  və  zəngin  milli  mədəniyyəti  böyük 
önəm  daşıyır.  Bu  mədəniyyət  türklüyün  doğuşu  ilə  başlamış, 
zamanla  inkişaf  edərək,  minlərcə  il  türk  toplumlarını  millət” 
olaraq  mühafizə  etmiş,  onlara  türklük”  damğası  vurmuşdur. 
Bugünkü  Azərbaycan  mədəniyyətinin  təməllərini  xalqımızın 
tarix boyunca yaşamış olduğu təcrübələr müəyyənləşdirmişdir. 
Ona görə də Azərbaycan mədəniyyətini meydana gətirən bütün 
dəyərləri araşdırmaq, tanıtmaq, bunları daha məhsuldar və ya-
radıcı  ünsürlər  olaraq  inkişaf  etdirmək  milli  vəzifələrimiz-
dəndir.  Bunun  üçün  mədəniyyət  siyasəti  sahəsində  aşağıdakı 
məqamlara xüsusi diqqət yetirməliyik:  
– 
XX  əsrin  əvvəllərində  Azərbaycanda  modern  Qərb 
dəyərlərinin  və  qurumlarının  tətbiqi  yönündəki  fəaliyyətlər 
mədəniyyət  tarixinə  “yeniləşmə”,  “modernləşmə”,  “qərbli-
ləşmə” kimi müxtəlif adlarla düşmüşdür. XIX əsrdən etiba-
rən  aktuallaşan  müasirləşmə  probleminin  əsas  yanlışlıq-
larından  biri  təqlidçiliklə  bağlı  olmuşdur.  Bunu  o  dövrün 
əksər ziyalıları da dilə gətirmişlər. Bu, müasir dövrdə də ən 
aktual problemlərdən biri olduğu üçün, milli özünütəcrid və 
qloballaşma kimi iki kənar hal arasında optimal nisbət tapıl-
malı  və  nələri  qorumaq  lazım  olduğunu  təyin  etmək  üçün 
meyarlar  müəyyənləşməlidir.  Keçmişimizdən  qalan,  lakin 
tərəqqiyə  deyil,  tənəzzülə  xidmət  edən  cəhətləri  yaşatmaq-


 
193 
dansa, onlardan xilas olmaq yolu tutulmalıdır. Müasir dövr-
də Şərq və Qərbin qarşılaşdırılması və yalnız bu və ya digər 
tərəfə  üstünlük  verilməsi  heç  bir  müsbət  nəticəyə  gətirə 
bilməz.  Müasir  kulturoloji  fikir  hətta  müxtəlif sivilizasiya-
ların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərzlərini 
yaxınlaşdırmağı, onların mütərəqqi cəhətlərini birləşdirməyi 
nəzərdə tutur. 
– 
Bəşəriyyətin  tarixi  təkamül  prosesinin  hazırkı  siyasi 
epoxası  üçün  səciyyəvi  olan  qloballaşma  dalğası  bir  sıra 
mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış 
etnik təfəkkür və düşüncə sisteminin, milli-mənəvi dəyərlə-
rin total təhdidlərə, ideya avtoritarizminə məruz qalması ilə 
müşayiət  olunur.  Belə  şəraitdə  milli-mənəvi  və  əxlaqi 
dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi bütün 
dünya  ölkələrində  mənəviyyat  problemlərini  kəskinləşdir-
mişdir.  Tranzitar  proseslərin  nəticəsi  kimi  ortaya  çıxan 
sivilizasiyalararası  toqquşma  və  ziddiyyətlər  hər  bir  xalqın 
milli-
mənəvi, dini dəyərlərinin qorunmasını çağdaş zamanın 
aktual məsələlərindən birinə çevirmişdir ki, son illərdə Azər-
baycanın mədəniyyətlərarası dialoq sahəsindəki təcrübəsi bu 
sahədə nikbin proqnozlar verməkdədir. 
– 
Müstəqilliyimizin  əldə  olunmasından  sonra  izlənilən 
elmi-kult
uroloji  xətt  mədəni  irsin  tədqiqi,  milli-mənəvi  də-
yərlərin  qorunub  saxlanılması  və  gələcək  nəsillərə  çatdı-
rılması üçün zəmin yaratmış oldu. Azərbaycan xalqının əldə 
etdiyi bu böyük nai
liyyət – milli sərvət olan mənəvi dəyər-
lərin  istifadəsini,  bəşəri  dəyərlərin  tərkib  hissəsi  kimi  inki-
şafını  və  inteqrasiyasını  təmin  etdi.  Bunun  nəticəsi  olaraq, 
Azərbaycan  xalqı  azad  və  suveren  dövlət  quruculuğunu 
möh
kəmlətməklə,  mədəni-iqtisadi islahatlar aparmaqla, öz 
milli-
əxlaqi dəyərlərinə, mədəniyyət tarixinə sahib durmaq-
la, bəşəri və milli təcrübələrindən faydalanmaqla kulturoloji 
fikri demokratik əsaslar üzərində formalaşdırdı. Azərbaycan 


 
194 
Respublikası bu gün  məhz belə bir demokratik  mədəniyyət 
xətti  üzərində  müasir  dünyaya  uğurla  inteqrasiya  olunmaq-
da
dır.  Lakin  bu  inteqrasiya  prosesinin  müsbət  cəhətlərinin 
cəmiyyətin  mədəni  tərəqqisinə  xidmət  etdiyini  danmamaq 
şərti  ilə,  neqativ  təzahürlərinin  qarşısını  almaq  barədə  də 
düşünülməlidir  ki,  bu  yolda  da  ən  etibarlı  yol  göstəricisi 
tarixi-
kulturoloji təcrübədir. 
– 
Mədəniyyət  strukturunda  keçmişlə  gələcək  arasındakı 
yaradıcı  bir  prosesin  gerçəkləşməsi  –  mədəni  dəyərlərin 
cəmiyyət  fərdlərinin  düşüncələrinə  hakim  olması  ilə  müm-
kün
dür. Mədəniyyət xalqda yaşayır, ziyalının zehnində kris-
tallaşır. Milli səviyyədə mədəniləşmə xalqla ziyalı arasında-
kı  canlı  və  müntəzəm  təsirlə  saxlana  bilir.  Ziyalı  xalqda 
yaşayan mədəni dühanı, şüuraltı həqiqətləri gerçəkləşdirir və 
təkrar xalqa yayır. Eni zamanda ziyalının zehnində kristalla-
şan bu mədəni dəyərlər həm alıcı, həm də verici olaraq digər 
mədəniyyətlərdən təsirlənir və mədəniyyətdəki zənginləşmə-
ni təmin edir. Bu mənada XX əsrin əvvəllərində Azərbaycan 
kulturoloji  fikrinin  formalaşmasında  aparıcı  rol  ziyalılara 
məxsus olmuşdur. Ona görə də XX əsrin əvvəllərində Azər-
baycan milli-
mədəni intibahında böyük xidmətləri olmuş bu 
ziyalıların  mədəniyyət  tarixindəki  layiqli  yerləri  müəyyən-
ləşdirmədən,  əsərlərini  təhlil  etmədən,  onların  mədəniyyət-
şünaslıq  irsini  mənimsəmədən  kulturoloji fikir tariximizin 
öyrənilməsi, tədrisi və mədəniyyət quruculuğuna tətbiqi mil-
li zəmindən,  mənəvi dəyərlər sistemindən, bəşəri  meyarlar-
dan məhrum bir vəziyyətdə olar. 
– 
Bir  halda  ki,  mədəniyyəti  millət  meydana  gətirir  və 
mədəniyyət  də  milləti  yaşadır,  deməli,  yaşamaq  üçün  milli 
m
ədəniyyətimizi yaşatmaq məcburiyyətindəyik. İlk növbədə 
mədəniyyətimizin  keçmişini,  mədəniyyət  xəzinəmizi  layi-
qincə  mənimsəmiş,  həzm  etmiş  nəsillər  yetişdirməklə  işə 
başlamalıyıq.  Müasir  dünya  mədəniyyəti  dairəsinə  girdiyi-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə