Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

 
179 
lərə  istinadən  bölünməsi  və  bir  mədəniyyətdən  digər  mə-
dəniyyətə keçmək düşüncəsi doğru bir görüş məhsulu deyil-
dir. Çünki “dünya mədəniyyəti bir bütündür” (Bu məsələdə 
M.Ə.Rəsulzadə ilə Z.Göyalp və Ə.Ağaoğlunun “mədəniyyət 
bölünməz bir bütündür” fikri üst-üstə düşür). M.Ə.Rəsulzadə 
izah etməyə çalışır ki, müxtəlif sahələrdə gördüyümüz ayrı-
lıqlar,  “türlü  zamanlarda  türlü-türlü  məmləkətlərdə  görülən 
ayrılıqlardan  başqa  bir  şey  deyildir.  Bu  gün  Avropa  və  ya 
Qərb  deyə  özlədiyimiz  mütərəqqi  örnək,  aləmin  vaxtıyla 
Şərq  və  ya  Asiya  dediyi  qitələrin  bulunduqları  bu  günkü 
“ger
i”  duruma  bənzər  bir  aləm  təşkil  etdiyi  məlumdur. 
Dünya  mədəniyyətinin  seyrini  təqib  edərsək,  onun  şaquli 
istiqamətdə gəlişən mərhələlərindən bəhs etmək daha doğru 
olur. Bu baxımdan Şərq mədəniyyəti ilə Qərb mədəniyyətin-
dən  deyil,  ortacağ  mədəniyyəti  ilə  çağdaş  mədəniyyətdən 
bəhs  etmək  lazımdır”.  M.Ə.Rəsulzadə  belə  bir  məntiqdən 
çıxış  edir  ki,  bizim  “dəyişdirdiyimiz”  mədəniyyət,  Avropa-
nın da vaxtilə “dəyişdirmiş” olduğu orta cağ mədəniyyətidir. 
“Almaqda” olduğumuz mədəniyyət də bir Qərb mədəniyyəti 
de
yil,  çağdaş  bir  mədəniyyətdir.  “Biz,  Şərqi  atıb  da  Qərbi 
almayırıq. Qərbin vaxtilə etdiyi kimi Şərq də, orta cağ zeh-
niyyət  və  şərtlərindən  çağdaş  zehniyyət  və  şərtlərinə  doğru 
yüksəlir.  Bugünkü  Şərqdə  görülən  inqilablar  bir  meyletmə-
nin, bir uymanın deyil, bir yüksəlmə, bir inkişafın əsəridir” 
(64, s. 3).  
M.Ə.Rəsulzadə  gəldiyi  qənaəti  bu  şəkildə  ifadə  edir  ki, 
şərqli bir millətçi, müxtəlif tarixi səbəblərlə geri qalmış vətə-
nini çağdaş  mədəniyyət səviyyəsinə çatdırmaq xüsusundakı 
əzminə “şərqliliyi atır, qərbliliyi alırıq” deyə bilməz. Deyər-
sə,  yanlış  bir  termin  işlətmiş  olar.  Bu  yanlışlığı  o,  “xətti 
zatında  millətçi  bir  iş  yaparkən  millətə  aid  özəlliklərə  arxa 
çevirmiş bir insan durumuna düşməklə ittiham oluna bilər”. 
Tərəqqi  düşməni  mürtəcelərin  bu  ittihamı  qarşısında  “min 


 
180 
bir dərədən su gətirib, kəndi xətti hərəkətini izah etmək zo-
runda  qalar”.  M.Ə.Rəsulzadə  diqqəti  bir  daha  Şərq-Qərb 
mədəniyyətlərinin coğrafi mənalarla izah edilməsinin yanlış 
olduğu məntiqinə yönəldərək yazır: “Məsələn, Şərq deyirik. 
Yaponiyanı  nəzərdə  tutmayırıq;  Qərb  dedikdə  İspaniyanı 
düşünmədiyimiz kimi; dinləyənlərin zor anlayacaqları bir sı-
ra təfsirlərdə olmamaları lazım gəlir” (64, s. 3-4). M.Ə.Rə-
sulzadə  digər  əsərlərində  də  müasir  dünya  mədəniyyətinə 
yiyələnmək təcrübəsində Yaponiyanı nümunə olaraq göstər-
mişdir.  Çünki  coğrafi  mənada  Şərqə,  mədəniyyət  dairəsinə 
görə  Qərbə  aid  edilən  Yaponiyada  1867-1868-ci illərdə 
“yuxarıdan” həyata keçirilmiş “Meydzi maarifçi hakimiyyə-
ti” adını almış Meydzi mədəni inqilabı mədəniyyətin şaquli 
göst
əricilərinin üfüqiyə  çevrilməsinin effektiv sosial texno-
logiyasının  ən parlaq nümunələrindən biri idi. Bu mədəni 
inqilab n
əticəsində  bir neçə  onillik  ərzində  feodal-avtoritar 
Yaponiya, yoxsul samuray ölk
əsindən zəngin bir dövlətə 
çevril
ərək XIX əsrin əvvəllərində artıq dünyada beş inkişaf 
etmiş  sənaye dövlətlərindən  biri  olmuşdu.  Ölkədə  köhnə 
feodal (piramidal) sosial-siyasi sistemd
ən yeni, demokratik 
(romb
şəkilli) sistemə keçid prosesi başlamışdı. İkinci dünya 
müharib
əsindən sonra (düzgün sosial-mədəni siyasət nəticə-
sind
ə) intensiv inkişaf edən Yaponiyada cəmiyyətin demok-
ratikl
əşməsi həyata  keçirilmiş,  intellektual  mədəniyyətin və 
onunla 
əlaqədar olaraq istehsalatda yüksək rəqabət qabiliy-
y
ətli texnologiyaların prioritetləri təmin edilmiş, bunlar isə, 
c
əmiyyətin sosial strukturunda orta sinfin üstünlüyünə  və 
v
ətəndaşların keyfiyyətli həyatının, eləcə də yüksək rifahının 
t
əmin edilməsinə gətirib çıxarmışdır (51, s. 48-49). 
Ona görə də M.Ə.Rəsulzadə məsələnin yanlış anlaşılma-
dan 
və ya öz ifadəsi ilə desək “sui təfsirlərə məhəl vermədən 
bir  bütün  olaraq  ələ  alınan  dünya  mədəniyyətini  Şərqə  və 


 
181 
Qərbə  ayırmadan,  üfüqi  deyil,  şaquli  ayrılıqlarından  bəhs 
etmək daha doğru və daha məntiqidir” (64, s. 4). 
M.Ə.Rəsulzadə  vaxtilə  Yaponiyanın  müasirləşmə  sahə-
sin
də inanılmaz bir dərəcədə qazandığı uğuru modern inkişaf 
yolu tutmuş Türkiyənin də təkrarlamağa çalışdığını nəzərdə 
tutaraq  yazır:  “Millətçi  Türkiyə,  bugünkü  gənc  şərqlilərə 
örnək  olaraq  yapdığı  devrim  həmləsiylə  Şərqdən  sıyrılıb  ta 
Qərbə qatılmayır; geri ortaçağ səviyyədən çıxaraq mütərəqqi 
çağdaş səviyyəyə yüksəlir” (64, s. 4). 
M
ədəniyyətin “şaquli” və “üfüqi” göstəricilərindən bəhs 
ed
ən F.Məmmədov da bunu mədəniyyətin qarşılıqlı əlaqədə 
olan iki t
ərəfi kimi təqdim edir (51, s. 48). Deməli, müasir 
kulturoloji fikrin d
ə qənaəti belədir ki, mədəniyyətin “şaqu-
li” göst
əricisi irəliyə, yeniliyə  və  qeyri-ənənəviliyə  hərəkət 
enerjisini ifad
ə edən, gələcəyə istiqamətlənmiş ruhi (əqli və 
m
ənəvi) həyəcandır.  Mədəniyyətin  “şaquli”  göstəricisinin 
h
ərəkətverici qüvvəsi yenilikçi ruha malik, ətraf aləmi dəyiş-
dirm
ək və  təkmilləşdirməyə  motivləşmiş  “yaradıcı  ziyalı-
lardır”. 
M
ədəniyyətdə yeni ideyanın ardıcıl olaraq üç mərhələdən 
(inkar; t
ərəddüd; təsdiq) keçməsi mülahizəsi bir çox kultu-
roloqlar t
ərəfindən söylənilməkdədir. Məsələn, N.Bora görə, 
yeniliyin ictimai şüura təlqin edilməsi ardıcıl olaraq, aşağı-
dakı psixoloji pillələrdən keçir: 1. “Bu ola bilməz” 2.” Bun-
da n
ə isə var” 3. Sözsüz bu düzdür” (51, s. 48). Bu üç pilləni 
keç
əndən  sonra,  M.Ə.Rəsulzadənin də  bəhs  etdiyi  “şaquli” 
ardıcıl  olaraq,  “üfüqiyə” çevrilir. Lakin cəmiyyətdə  olan 
ənənəvi təfəkkür stereotiplərinə  görə, bir qayda olaraq, 
yenilik müasirl
əri tərəfindən layiqincə  qiymətləndirilmir, 
çox halda is
ə, ona qarşı böyük müqavimətlər göstərilir.  
M
ədəniyyətin “üfüqi” göstəricisi  –  ziyalıların  yaradıcı 
olmayan, nisb
ətən konservativ, həmçinin, cəmiyyətin adi 
stereotip düşüncəli, passiv müşahidəli, mədəni nailiyyətlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə