Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə6/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   2   3   4   5   6   7   8   9   ...   66

Tədqiqatçılar  yeniləşmə  dövrünün  ilk  yaradıcılıq  nümunə­
ləri  olaraq A.Bakıxanovun əsərlərini  qeyd edirlər.  Ona görə ki, 
A.Bakıxanovun bədii və elmi  əsərləri ilə orta əsrlərə yekun vu­
rularaq  yeni  dövrə  keçidin  təməli  qoyulur.  Bu  mənada  “Bakı­
xanov  -   orta  əsrlərdən yeni  dövrə,  Asiyadan  Qərbə,  sxolastik- 
ifratlardan, ənənədən müasir mənada elmə keçidi hazırlayan ilk 
böyük maarifçi  ədib və alimdir”  (52,  s.  194).
Çarizmin  mövcud  şərtləri  altında  belə  A.A.Bakıxanov 
çarlıq  hökumətinə  məktəb  açmaq  üçün  layihə  təqdim  etmiş  və 
“Dünyada  olan bütün  şeylərin hamısı  bütün  fəzilətlərin  dövləti 
olan  elmlə  bağlıdır”  demişdir  (99,  s.  59).  Mirzə  Şəfi  Vazeh 
Gəncədə  ilk  üsuli-cədid  məktəbini  açmışdır  ki,  bu  məktəb  də 
Azərbaycana  Mirzə  Fətəli  kimi  bir  reformator  yetişdirmişdir. 
Mirzə Kazım bəy uşaqlar üçün dərs  kitabı tərtib  etmiş,  məktəb 
açılması  zərurətini  göstərmişdir.  İsmayıl  bəy  Qutqaşınlı  və 
Qasım  bəy  Zakir  daima  cəhalətlə  mübarizə  aparmağı  tövsiyə 
etmişlər.  Bu  böyük  şəxsiyyətlərin  başladıqları  yeniləşmə  fəa­
liyyətlərinin əsasında həmişə məktəb  məsələsi və cəhalətin ara­
dan  qaldırılması  problemi  durmuşdur.  Zamanına  görə  modern 
düşüncə  sahibi  olan bu  yenilikçi  ziyalılar xalqın  cəhalət girda­
bından  qurtulmasının zəruri  diaqnozunu qoyaraq  səbir və əzm­
lə Azərbaycanın maddi və mənəvi inkişaf üçün çalışmışlar.
Türkiyəli  tədqiqatçılar  (106;  124)  da bu  fikri  təsdiqləyirlər 
ki,  “Azərbaycan  ədəbiyyatında  modernləşmə  çalışmalarının 
başladıldığı  dönəm  XIX  yüzildir.  Bu  dönəmdən  etibarən  özəl­
liklə Rusiya vasitəsi ilə Batılı  etkilər çərçivəsində yeni bir ədə­
bi  tərz  diqqətləri  çəkməyə  başlar”.  XX  əsrin  əvvəllərində 
Azərbaycan  ədəbi-bədii  irsini  araşdıran  tədqiqatçı  Əli  Erol 
yazır  ki  “Rusiyanın  Azərbaycanı  işğalı  ilə  birlikdə  Fransa 
İnqilabının yaratdığı  düşüncə  cərəyanlarının təsirləri,  Rusiyada 
baş  verən  hürriyyətçi  fəaliyyətlər  və  təhsil  sahəsindəki  irəlilə­
yişlərin ardından yaşanacaq olan bu “çiçəklənmə”  dövrünün ilk 
nəticələri  daha  çox  fərdi  səylər  şəklində  olsa  da  XIX  əsrin ilk 
yarısına aiddir”  (106,  s.  16-17).
17


Ümumilikdə,  XIX  əsr  Azərbaycan  mədəniyyəti  üçün  yeni 
bir  mərhələ  təşkil  etmişdir.  Azərbaycan  Rusiya  hüdudları 
içərisinə  salınmış,  Azərbaycan  oğullarının  bir qismi  Rusiyanın 
içərilərinə  sürgün  edilmiş,  əli  qələm  tutanlar  həbsxanalara  sa­
lınmışdı.  Bu  dövrün mədəni  səciyyəsini təhlil  edən Ə.Cəfəroğ- 
lu  yazır  ki,  belə  bir  şəraitdə  “yeganə  xilas  yolu,  milli  kültür 
istiqlaliyyətini  davam  etdirmək,  dil  və  ədəbiyyat  sahəsində heç 
bir fədakarlığa yol  açmamaqdı  (103,  s.  22).  Milli  mədəniyyətin 
mühafizəsi  qayğısına  isə  ilk  növbədə  yenə  qabaqcıl  ziyalıları 
qaldılar.  “Nəsimi  ilə  başlayan  Azərbaycan  dil  və  ədəbiyyatı, 
Həbibi,  Füzuli  və  Xətai  kimi  üç  vəfakar  övladının  şəxsində 
özünü  buldu”  və  bu  “bəxtiyar  üçlər”dən  -   bu  üç  ustadından 
ilham  alaraq yeni bir məcraya yönəldi  (103,  s.  11-16).  Yeni bir 
“üçlər”  Azərbaycan  “kültür  tarlasını  əkməyə,  biçməyə  və  ol- 
ğunlaşdırmağa qoyuldular”.  Bunlar:  Abbasqulu Ağa Bakıxanlı, 
Mirzə  Şəfi  və Mirzə Fətəli  Axundzadə idi.  Ə.Cəfəroğluna görə 
bu  ziyalıları  ideoloji  baxımından  öz  sələfləri  olan  “üçlər”dən 
ayrılmamaqla bərabər, yetişmə və çalışma cəhətindən müəyyən 
dərəcə  fərqli  idilər.  Vəzifələri  yalnız  qələmləri  ilə  iş  görmək 
deyildi,  eyni  zamanda  gerçəkdən  xalqın  içərisinə  enmək,  ona 
yol  göstərmək  idi.  Bu  isə  “millət  xadimi”  olan  bu  üçlərin 
yetişdirdikləri  digər  fədakar  ziyalılarla  bərabər  Azərbaycanın 
“renesans dövrü”nü hazırlamışdılar (103,  s. 22).
Bu  ziyalılar  ilk  növbədə  rus  dili,  daha  sonralar  isə  qərb 
dilləri vasitəsilə Avropa,  Qərb  elm və mədəniyyətinin ayrı-ayrı 
nümunələrinə,  o  dövrün  müasir  nailiyyətlərinə  dərindən  bələd 
olur  və  yeni  inkişaf  səviyyəsinə  qovuşurdular.  Tədqiqatçı 
T.Abdullayevaya  görə  tədricən  ümumdünya  sivilizasiyasına 
inteqrasiya  olmaq  üçün  imkan  və  şərait  yaranırdı.  Özü  Qərb 
azadfikirliyi  və  maarifçiliyindən  bəhrələnən  və  getdikcə  zən­
ginləşən  rus  mədəniyyəti,  elm  və  incəsənəti  müstəmləkə  bo­
yunduruğu  altında  olan  xalqlara,  o  cümlədən  Azərbaycan 
xalqına  mütərəqqi  təsir  göstərirdi.  Rusiya  və  Avropaya  açılan 
elm,  maarif  və  mədəniyyət  pəncərələri  Azərbaycanın  şərq
18


ədəbi-bədii  ənənələrini  yeni  bir  istiqamətdə  daha  da  zəngin­
ləşdirir,  onu dünya standartlarına cavab verən müasir bir səviy­
yəyə qovuşmağa yönəldirdi.  Elə bu dövrdə özünü ədəbiyyat və 
incəsənətin  sonrakı  inkişafına  həsr  etmiş  mütəfəkkir,  ictimai 
xadim və şairlərin yeni nəsilləri yetişirdi (1,  s.  9).
Təbii  ki,  yeniləşmə  dövründə  Azərbaycan  mədəniyyətinin 
tərəqqisində  Şərq,  Qərb  və  ya  Rusiya  amillərindən  hansının 
daha  çox  payı  olmasına  dair  fikirlər  fərqli  ola  bilər.  Amma 
bunlardan  birini  şişirdib,  o  biriləri  kölgədə  qoymaq  nə  qədər 
subyektiv  yanaşmadırsa,  Azərbaycan  mədəni  dəyərlərinin  mə­
nimsənilməsində  Rusiya  amilinin  rolunu  da  hədsiz  qabartmaq 
bir  o  qədər  obyektivlikdən  uzaqdır.  Eləcə  də  heç  bir  halda 
Azərbaycanın  milli-mədəni  irsindən  nəinki  imtina  edilməmiş, 
hər  bir  yeni  nəsil  özündən  əvvəlki  yaradıcılıq  təcrübəsinin 
dəyər  və  meyarlarına  ehtiramla  yanaşmışdır.  Azərbaycan 
“renosans  dövrü”nün  “eşiyində  bulunan”  bu  üç  mütəfəkkir  -  
A.A.Bakıxanov,  M.Ş.Vazeh,  M.F.Axundov  da  bu  mənada 
istisna  deyildilər.  Bu  məqama toxunan  Ə.Cəfəroğlu  yazırdı  ki, 
Abbasqulu  Ağa  həqiqi  Azərbaycan  “tarixçiliyini”  qurarkən, 
Mirzə Fətəli  həqiqi  realizmin təməlini  təşkil  edən  sosial-kiritik 
ədəbiyyatı vücuda gətirmiş, Mirzə  Şəfi  də Azərbaycan kültürü- 
nün  məmləkəti  dışında  yayılmasının  ələmdarı  olmuşdur. 
Ə.Cəfəroğlunun  qənaətinə  görə  bir-birinə  dəstək  olan  bu  üçlə­
rin  ən  böyük  məziyyətləri,  həm  öz  yetişmələrində,  həm  də 
Azərbaycan  mədəniyyətinin  inkişafında  ciddi  bir  “işbirliyi 
yapmaları” olmuşdur (103,  s. 22-23).
Ə.Cəfəroğlu  mədəni  inkişafda  varislik  amilinə  xüsusi  diq­
qət  yetirmiş,  yaradıcılıq  ənənəsinə  dialektik  aspektdən  yanaş­
mışdır.  “Azərbaycan  dil  və  ədəbiyyatının  dönüm  nöqtələri”nin 
tarixi xronologiyasını verən Ə.Cəfəroğlu XX əsrin əvvəllərində 
Azərbaycan  kulturoloji  fikrinin  formalaşmasında  mühüm  xid­
mətləri  olmuş  ziyalıların  fəaliyyətini  də  şükranlıqla  yad 
etmişdir:  “Azərbaycan kültürünə xidmət etmiş  olan üç mümtaz 
vətəndaşımızı  burada  xeyirlə  anmadan  keçə  bilməyəcəm.  Bu
19


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə