Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə7/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   2   3   4   5   6   7   8   9   10   ...   66

üçlər:  Əhməd  Ağaoğlu,  Əli  bəy  Hüseynzadə  və  Məmməd 
Əmin Rəsulzadədir.  Bunlardan Ağaoğlu “İrşadçı”, Hüseynzadə 
“Füyuzatçı”,  Rəsulzadə  isə  “Açıq  sözçü”  idi.  Azərbaycan 
kültür  hərəkatının  müxtəlif  cəbhələrində  söz  və  qələm  sahibi 
olan bu üç millət xadimi,  milli  şüurumuzun yüksəlişində,  dil və 
ədəbiyyatımızın  gəlişməsində,  nəhayət,  istiqlalımız  uğrunda 
canü  dildən  çalışmış,  tariximizə  ölkəmizin  etibarlı  övladları 
olaraq keçmişlər”  (103,  s.  25-26).
Bu  ziyalıları  həm  də  ümumilikdə  Şərq  mədəniyyətinin 
Rusiyada  və  Qərb  ölkələrində  təmsilçiləri  saymaq  olar.  Təbii 
ki,  belə  qarşılıqlı  əlaqələrin  bir  sıra  müsbət  təzahürləri  də 
özünü  göstərdi.  Lakin  tədqiqatçılar  bu  fikirdədirlər  ki,  rus 
ictimai  və  elmi  fikrinin  Azərbaycanda  mənəvi  mədəniyyətin 
inkişafı  tarixinə  təsirini  bayağılaşdırmaq  və  şişirtmək  olmaz: 
“Milli azəri-türk elmində  Şərq dillərinə və filologiyasına ardıcıl 
və  sistemli maraq Azərbaycanın Avropaya (Rusiyaya) qatılma­
sından  sonra başlamışdı.  Peterburqda  da,  Moskvada  da Rusiya 
şərqşünaslığını,  əslində,  azərbaycanlı  alim  və  mütəfəkkirlər 
yaratmışdılar.  A.A.Bakıxanov  da,  İ.Qutqaşınlı  da,  Mirzə  Cəfər 
Topçubaşov  da,  Mirzə  Kazım  bəy  də...  milli  mədəniyyətə 
xidmət  missiyası  ilə  yanaşı,  həm  də  (hüquqi,  rəsmi  vəzifələri 
etibarilə  də)  geosiyasi  strategiyasında  hakim  rus  doktrinasına 
qulluq  göstərmiş  və  elə  bununla  da Rusiyanın  Şərq  siyasətinə 
kömək etmişlər” (52,  s.  174).
İqtisadi  və  siyasi  həyatın  ümumi  mənzərəsinin  dəyişməsi 
də  mədəni  canlanmaya rəvac verən faktorlardan biri  olmuşdur. 
Belə  ki,  artıq  XIX  yüzilliyin  sonlarından  rus  çarlığı  əcnəbi 
kapitalının  Rusiya  imperiyasına  daxil  olmasına  icazə  verir  və 
məşhur  Avropa  kapitalistlərinin  Azərbaycana  axını  başlanır. 
Qərbin  məşhur  kapitalistlərindən  Nobel,  Rotşild,  Simens, 
Vişau  və  b.  neft  çıxarılan  yerləri  çox  yüksək  qiymətə  satın 
alırlar.  Neft  mədənlərindən  bəzilərini  rus  kapitalistlərindən 
Koqorev,  Şibayev,  Bengendorf,  Çubonin və başqaları,  erməni­
lərdən  isə  Mirzoyev,  Sarkisov,  Kukasov  və  digərləri  ələ
20


keçirirlər.  Bunlar  və  başqa  kapitalistlər  Azərbaycanın  neftini, 
misini,  duzunu,  kənd  təsərrüfat  məhsullarını  və  s.  xam  mal­
larını  Rusiyaya  və  Qərb  ölkələrinə  daşıdırdılar.  Sənayedə 
Azərbaycan  türklərini  H.Z.Tağıyev,  Musa  Nağıyev,  Murtuza 
Muxtarov,  Şəmsi  Əsədullayev,  Mirbabayev  və  b.  təmsil  edir­
dilər.  “Artıq  Bakı  Avropa  anlamında  sənaye  şəhərinə  çevril­
mişdi”  (91,  s.  95-96).  Bu  illərdə  yerli  kapitalistlərlə  əcnəbi 
kapitalistlər  arasında  kəskin  rəqabət  başlamışdı.  Əcnəbilərlə 
mübarizədə  yerli  kapitalistlər  milli  ziyalı  zümrəsinə  böyük 
ehtiyac hiss edirdi.
Həm bu  amillər  səbəbindən,  həm  də hələ XIX əsrin  70-80- 
ci  illərindən  Azərbaycan  ictimai-siyasi  fikrinə  sızan  müxtəlif 
inqilab  nəzəriyyələrinin təsirindən milli  ruhlu  zənginlərlə,  mü­
tərəqqi  düşüncəli  ziyalıların  həmrəyliyi  formalaşmağa başladı. 
Onların  maarif,  mədəniyyət  işlərinə  yardım  göstərmələri,  xey­
riyyə  cəmiyyətləri  yaratmaları,  mətbuat,  nəşriyyat  sahələrini 
himayə  etmələri  və  s.  məhz  bu  ehtiyaclardan  doğurdu. 
M.B.Məmmədzadə  bu  barədə  belə  yazırdı:  “Bakıya  hər  tərəf­
dən  əcnəbi  kapitalistlər dolurdu.  Azərbaycanın bu  quru,  duzlaq 
torpaqlarının  məgərsə  hər  parçası  bir  altun  imiş.  Əcnəbi  isti­
lasına  qarşı  məhəlli  burjuazisinin  müdhiş  rəqabəti  başlamışdı. 
Vücudə  gələn  yeni  sənaye  burjuazisi  mühitin  milli  şüurunu 
qıcıqlıyor və bu  yolda  çalışanları  təmin  ediyorlardı.  Topçubaşi 
Əlimərdan  bəy,  Hüseynzadə  Əli  bəy  və  Ağaoğlu  Əhməd  bəy 
yüksək  Avropa  kültürünü  mənimsəmiş  və  eyni  zamanda  milli 
tərbiyə  ilə  mücəhhəd  hazırlanan  bu  üç  şəxsiyyət Hacı  Zeynal­
abdin  Tağıyevin  maddi  yardımları  ilə  1905-dən  sonra  mətbə­
ələr  və  qəzetlər  təsis  ediyorlardı.  “Həyat”,  “İrşad”,  “Füyuzat” 
və rusca “Kaspi” bu zaman meydana gəlmişdi”  (121,  s.  35;  91, 
s.  96).
Rusiyanın bir çox qəzetlərinə nisbətən, “Kavkaz” və “Kaspi” 
qəzetləri  Şərq  mövzularına  daha  artıq  diqqət  yetirdiyi  üçün 
M.Şahtaxtinski, 
H.Zərdabi, 
S.Mehmandarov, 
E. Sultanov, 
T.Bayraməlibəyov,  Ə.Ağaoğlu  kimi  Azərbaycan  ziyalıları  bu
21


qəzetlərdə  yayınladıqları  yazıları  vasitəsilə  xalqı  maarifləndir­
məyə  çalışırdılar.  Belə  bir  tarixi  gedişat  nəticəsində  XIX  əsrin 
əvvəlində  “Zakirlə  doğan  “vətən”  anlamı,  bu  yüzilin  sonlarına 
doğru təkamül edərək “millət” anlamı ilə birləşmişdi (67, s. 45).
XVIII  əsrin  sonları  və  XIX  əsrin  əvvəllərindən  etibarən 
mədəniyyət dünyası  tarixində  ən böyük rol  oynayan fikir cərə­
yanları  XX  əsrin  astanasında  daha  qüvvətli  xarakter  daşımış, 
Avropa  və  Amerika  hüdudlarını  aşaraq  Yaxın  və  Uzaq  Şərq 
ölkələrini  də öz təsir dairəsinə almışdı.  Milliyyət,  cümhuriyyət, 
demokratiya və müasirlik kimi  dörd mühüm  əsasa istinad  edən 
bu  fikir  cərəyanları  artıq  Azərbaycanda  da  cövlan  etməkdə  idi 
(126).  Milli  Azərbaycan  hərəkatını  ideoloji  mənşəyi  etibarilə 
Şərqdəki  milli  qurtuluş  ideyaları  ilə  Qərbdəki  kültür  və 
demokratiya  cərəyanlarını  öz  növündə birləşdirmiş  bir hərəkat 
hesab  edən  M.Ə.Rəsulzadə  yazırdı:  “Müsəlman  və  türk  məm­
ləkəti  olması  etibarı  ilə  Qafqaz  Azərbaycanı  nə  din,  nə  irq,  nə 
də  kültür baxımından  onunla  qətiyyən  əlaqəsi  olmayan Rusiya 
tərəfindən,  ancaq  silah  gücü  ilə tutulmuşdur və  məlum  olduğu 
kimi,  tarixi  ənənəsi  türk  və  islam  düşmənliyinə  dayanan  bu 
dövlətə  heç  bir  zaman  isinə  bilmədiyindən  istər  türkçülük  və 
istərsə  islamçılıq  ideyaları  burada  canlı  inikasını  tapmışdır. 
Zamanın  keçməsi  və  ictimai  qüvvələrin  açılması  sayəsində, 
cəmiyyət  hərəkatına  geniş  xalq  təbəqələrinin  daha  çox  qovuş­
ması  nisbətində,  Müsəlman  Şərqin  digər hər hansı  bir məmlə­
kətindən  daha  əvvəl  Azərbaycandakı  milli  hərəkat  “avropai” 
bir şəkil almışdır”  (127, s.  163).
Milliyyət və millət  anlayışları  ilə bağlı  mənbələrdəki  ümu­
mi  fikir  əsasən  belədir  ki,  dilləri,  dinləri,  adətləri,  ənənələri, 
tarixləri,  vətənləri  və  sairələri  bir  olan  insanlar  bir  milliyyət 
təşkil  edirlər.  Bir  milliyyətin  millət  halına  keçməsi  üçün  isə 
ümumi  şüur  və  kollektiv  iradənin  formalaşması  zəruridir.  Bu 
da  “ictimai  hafizə”  vəzifəsini  daşıyan  orqanın vasitəsilə  müm­
kündür.  M.Ə.Rəsulzadəyə  görə  müxtəlif  zamanlara  görə  bu 
orqan  dəyişik  olmuşdur.  Məsələn,  orta  əsrlərdə  bu  vəzifəni
22


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə