Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə5/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   2   3   4   5   6   7   8   9   ...   66

Doğrudur,  Qərb  mədəni  təcrübəsinin  Azərbaycana  müəy­
yən  qədər  Rusiya  vasitəsilə  ötürülməsi  faktını  da  danmaq 
olmaz.  Tarixən  çoxtərəfli  tellərlə  bağlı  olduğumuz  İran  və 
Osmanlının Azərbaycan  mədəni  həyatına təsiri  ilə  müqayisədə 
Rusiya  mədəni  mühitinə  üstünlük  verən  tədqiqatçılara  müəy­
yən  mənada  haqq  qazandırmaq  olar.  Çünki  XIX  əsrdə  inkişaf 
etməkdə  olan  mədəniyyəti  ilə Rusiya yalnız böyük bir impera­
torluq  deyil,  həm  də  Qərb  mədəniyyətinin  bir  parçası  olmağa 
səy  göstərən  Avrasiya  gücü  olduğunu  təsdiqləməkdə  idi. 
Rusiyanın  L.Tolstoy,  Dostoyevski,  Puşkin,  Çexov,  Belniski, 
Çernişevski  kimi  böyük mütəfəkkirlər vasitəsilə  Avropanı belə 
təsiri  altına  alan  böyük  bir  dövlət  olmasını  yazan  G.Gəncalpa 
görə  bu  imperiya  “Qacariyə  və  Osmanlı  kimi  özünə  qapanmış 
deyil, xarici  dünyaya açıq bir dövlət idi.  Bu  səbəblə də türkçü­
lük  məktəbləri  nə  Qacariyədə,  nə  də  Osmanlıda  doğdu. 
Türkçülük  axımları  Ziya  Göyalpın  da  bildirdiyi  kimi  Rusiya 
istilasında olan türk xalqları arasında boy göstərdi” (32,  s.  86).
Bununla belə, nəticə etibarilə Azərbaycanın gələcək mədəni 
inkişafına  təkan  vermiş  mədəni-iqtisadi  tədbirlərində  də,  heç 
şübhəsiz,  çarizmin  siyasi-ideoloji  məqsədləri  prioritet  təşkil 
edirdi.  Başqa  sözlə,  ilk  baxışda  Azərbaycanın  həyatına  mütə­
rəqqi  təsir  göstərən  amillər  kimi  qeyd  olunan  hadisələrdə  də 
çarizm  yalnız  öz  məqsədini  güdmüşdür.  Məsələn,  Qafqaz 
həyatında çox  mühüm bir tərəqqi  amili  olan Bakı-Batumi  yolu 
çəkilərkən  belə  Azərbaycanın  iqtisadi  inkişafı  və  mədəni 
ehtiyacları  nəzərə  alınmamışdır.  Lakin  bütün  bunlarla  yanaşı 
Rus  istilasının  nisbi  sakitliyi,  dəmir  yolunun  çəkilişi,  Bakı 
neftinin  ixracı  yarımfeodal  Azərbaycanı  istər-istəməz  tərəqqi 
və  inkişaf yoluna  sövq  edirdi.  Erməni  burjuaziyası  ilə  rəqabət 
edən tacir və türk burjuaziyası  meydana gəldi.  Kənddən  şəhərə 
axın başladı.  Əvvəlcə bəylərin,  sonra da burjuaziyanın uşaqları 
təhsilə  qoyulurdular.  “Feodal  türk  xanlıqlarının  yerini  türk 
demokratiyası tuturdu”  (140,  s.  26).  Kapitalizmin təsiri ilə iflas 
edən  gürcü  əsilzadələrinin  iqtisadi  qüdrəti  (torpaq  mülkiyyəti)
14


möhtəkir  erməni  tacirlərinin  əlinə  keçdiyi  halda,  türk  bəyinin 
yerini  erməni  deyil,  yenə  türk  burjuaziyası  tuturdu.  Tiflisdəki 
binalar  əksəriyyətlə  ermənilərin  əlinə  keçdiyi  halda  Bakı 
mülkləri  əksəriyyətlə  türklərdə  idi.  Azərbaycanın  istilasından 
sonra  çarizmin  məqsəd  kimi  deyil,  vasitə  kimi  nəzərdə tutulan 
elə  tərəfləri  olmuşdur  ki,  bu  da  düşünülmədən  Azərbaycan 
türklərinin  mədəni  intibahına  xidmət  etmişdir.  Misal  üçün, 
Şərqi  Qafqazdakı  İran  əhalisinə  qarşı  milli  Azərbaycan  türk­
cəsində  yazı  yazdırmağı  təşviq  etmiş  Rusiya  bunu  heç  də  xoş 
niyyət  üçün  etməmişdir.  Eləcə  də  M.F.Axundzadə  məşhur 
komediyalarını  Qafqaz  valisi  Voronsovun  təşviqi  ilə  yazmış, 
ilk  türk  komediyası  Tiflis  sarayında  oynanılmış,  əsərləri  də 
məhz valinin mətbəəsində çap edilmişdir.
İşğal  dövrünün  bütün yasaq və məhrumiyyətlərinə,  imperi­
yanın  qərəzli  siyasətinə baxmayaraq Azərbaycan xalqı  kiçik də 
olsa  bir  cığır  açaraq tədricən  mədəni  dünyanın  ümumi  tərəqqi 
yoluna  çıxa  bildi.  Belə  bir  tərəqqi  yoluna  çıxmaqda  çarizm 
siyasətinin  yuxarıda  sadalanan  mənfi  təzahürləri  ilə  yanaşı, 
xalqın  milli-mədəni  oyanışına  müsbət  təsir  göstərən  bir  sıra 
müsbət amillər də olmuşdur.  Məsələn,  XIX əsrin əvvəllərindən 
etibarən  Qafqaza  sürgün  edilən  inqilabçıların  və  fransız  inqi­
labı  fikir  cərəyanlarının  təsiri  altında  olan müxalif fikirli  ziya­
lıların,  o  cümlədən  hər  biri  bir  neçə  Qərb  dili  bilən 
“Dekabristlər”in  və  onların  yoldaşlarının  yerli  əhaliyə  təsirləri 
bu  mənada  danılmazdır.  Hərçənd  ki,  “bunların  istədikləri  də 
Rusiyada “Məşrutəli bir çarlıq idarəsindən” başqa bir şey deyil­
di.  Məhz  bu  inqilabçıların  Azərbaycan  ziyalılarına  ötürdükləri 
fikirlər Qərb  azadlıq fikirləri  idi.  Köləlik rejimi,  dövlət təşkila­
tının  təməli  sayılan  müstəbid  rus  çarlıq  idarəsi  ilə  mücadilə 
edən  və  qafaları  Qərb  hürriyyət  fikirləri  ilə  dolu  olan  rus 
inqilabçılarının  Azərbaycana  gətirdikləri  mədəni  fikirlər”  (99, 
s.  58-59)  Azərbaycan  ictimai  fikrinə  də  təsirsiz  ötüşməmişdir. 
Tədqiqatçıların qənaətinə görə Azərbaycanda yeniləşmə, kültür 
və  mədəniyyət  hərəkatı  məhz  belə  başlamışdır.  “Bu  mədəniy­
15


yəti  rusların Azərbaycana gətirmədikləri,  ancaq vasitəçi  olduq­
larını  sanıram  ki,  yuxarıda  verdiyimiz  qısa  açıqlamadan  anla­
şıla bilir” (99,  s.  59).
Mədəni  oyanışa təkan verən amillərdən biri  də  Azərbaycan 
mühitində  görkəmli  şəxsiyyətlərin yetişməsi  idi.  Məsələn,  dini 
etiqadı baxımından bir çoxları  tərəfindən tənqidə məruz qalmış 
Mirzə Kazım bəy belə,  yazdığı  əsərləri və göstərdiyi  fəaliyyət­
ləri  ilə  sübut  etdi  ki,  “O,  yenə  Azərbaycan  və  Şərqin  özlü  və 
vətənpərvər  bir  övladı  olaraq  qalmışdır.  Rus  istibdadına  və 
köləliyə  düşmən  olan  ingilis missionerlərinin təsiri  ilə xristian­
lığı qəbul  etməsi,  ona əsir türklər haqqında daha cəsur addımlar 
atmağa  və  söz  söyləməyə  imkan  vermişdir.  Misal  olaraq  Rus 
çarına  verdiyi  layihədə,  Rusiyada  yaşayan  bütün  müsəlman 
türklər üçün,  hamısının anlaya biləcəyi tək bir türk dili  proyek- 
tini göstərə bilərik” (99,  s.  57).
XIX əsrin  əvvəllərindən etibarən A.Bakıxanov,  İ.Qutqaşın- 
lı,  M.Ş.Vazehlə  təmsil  olunan  Azərbaycan  maarifçiliyində  el­
mi,  maarifi  yaymaq,  şəxsiyyət  azadlığının təbliği,  mövhumata, 
despotizmə  qarşı  mübarizə  məsələləri  qabarıq  şəkildə  özünü 
göstərir.  Azərbaycan  maarifçiləri  ümid  edirdilər  ki,  maddi 
həyat  tərzinin  yaxşılaşdırılmasının  əsas  vasitəsi  xalq  kütlələ­
rinin  elmə,  maarifə  yiyələnməsidir.  Elm,  maariflə  silahlanma 
yolu ilə ictimai bəlalardan,  o cümlədən mədəni  gerilikdən xilas 
olmaq olar.  Əgər dövlət başçıları müdrik maarifpərvər adamlar 
olsalar,  insan  zəkası  hər  şeydə  meyar  olsa,  ümumi  rifaha 
qovuşmaq  olar  (52,  s.  217-218).  İstər  M.F.Axundzadə,  istərsə 
də  onun  ənənələrini  davam  etdirənlər  (H.Zərdabi,  S.Ə.Şirvani, 
N.Vəzirov, 
Ə.Haqverdiyev, 
N.Nərimanov, 
S.S.Axundov, 
Ü.Hacıbəyov,  Z.Marağalı,  İ.Talıbov,  F.Köçərli,  İ.Musabəyov, 
S.Qənizadə, R.Əfəndiyev və b.) məktəbin,  mətbuatın,  elmin və 
maarifin,  kənd təsərrüfatının,  sənaye və ticarətin  müasir mədə­
ni  əsaslarda  yenidən  təşkilini  və  inkişafını  xalqın  ictimai  və 
inqilabi tərəqqisinin əsas şərti və zəmini hesab edirdilər.
16


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə