Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə4/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   2   3   4   5   6   7   8   9   ...   66

manlara qarşı  qərəzli  siyasət aşkar duyulurdu.  Erməni və gürcü 
din  xadimləri  kilsəni  və  camaatı  təmsil  edən  möhtərəm  nüma­
yəndələr  sayılırdısa,  islam  din  xadimləri  hətta  polis  zabitindən 
də  az  maaşa  qulluq  göstərən  çar  məmuru  səviyyəsinə  endiril­
mişdi.  Çarizmə xidmətləri ilə yanaşı mənşə və təkamülünü eyni 
zamanda milli  tarixlərindən  alan  gürcü əsilzadəgan təşkilatı ilə 
erməni  kilsə  təşkilatı  bu  iki  qonşu  millətin  həyatında  mühüm 
əhəmiyyət kəsb  etdiyi  halda,  sırf rus  intriqasının məhsulu  olan 
Qafqaz  bəyləri  ilə  “dəftər  mollalarının”  milli  Azərbaycan  hə­
yatında heç bir rolları  olmamışdır (75,  s.  16-17).  Daha doğrusu 
“əksəriyyətlə rus məktəbinə alınaraq tərbiyə olunan bəy uşaqla­
rını  ruslaşmış kimi  görən xalq,  rəsmi  hökumət xidmətinə  girən 
mollaya  da  “dəftər  mollası”  demiş,  ona  qətiyyən  isinə  bilmə­
miş,  bir  çox  “möminlər”  bu  kimi  “molla”ların  arxasında  ca­
maat namazı qılmağı belə caiz görməmişlər” (140,  s.  24-25).
Yaranışından bəri,  təbii  ki,  xristianlıq məfkurəsi  ilə  forma­
laşan  və  I  Pyotrun  vəsiyyətnaməsindən  bəhrələnən  çar  impe­
rializmi  islam  dünyası  və  xüsusilə  türk  aləmi  ilə  mübarizəni 
üzərinə  düşən  əsas  tarixi  vəzifələrdən  biri  hesab  edirdi.  Bu 
mübarizənin  amansızlığı  Azərbaycanın  əsrlərdən  bəri  məruz 
qaldığı  farslaşdırma  və  ruslaşdırma  siyasətlərinin  müqayisə­
sində  daha  qabarıq görünür.  Belə  ki,  beş  yüz ilə yaxın  müddət 
ərzində  İran  imperiyasının  hakim  sinfini  türklər  təşkil  etdiyi 
halda  Azərbaycan  türkləri  mənəviyyatca  fars  təsirində  olmuş­
lar.  Fars  təhsil  və  tərbiyəsi  alan,  fars  kimi  düşünən və  özünün 
həqiqətən  iranlı  olduğuna  qane  olan  hakim  sinif  türk  olduğu 
üçün  avam  camaat  da  farslaşdığını  hiss  etmirdi.  Xalqın  mənə­
viyyatına  hakim  olan  üləma  sinfi  də  eyni  ruh  və  tərbiyənin 
təsirində olmuşdur ki,  bu  səbəbdən çox vaxt hətta türkün özünə 
və  dilinə  xor baxılmışdır  (75,  s.  14).  İranın  qüvvətli  mənəviy­
yatı,  ümumdünya  şöhrətli  ədəbiyyatı  qarşısında  qaynayıb- 
qarışmış  türk  hakim  təbəqəsi  və  onların  təsiri  ilə  də  əhalinin 
sadə  təbəqəsi  öz  dilindən  uzaqlaşmış,  dili  başqa,  yazısı  başqa 
olan  gülünc bir millət  halına  gəlmişdi.  Türkcə  danışılır,  farsca
11


yazılırdı.  Nəhayət,  xoşbəxtlikdən  xalqın  zövqünü  təmin  edən, 
türkcə  şerlər yazmağa başlayan Azərbaycan  şairlərinin zəhməti 
sayəsində  xalq  şifahi  ədəbiyyatı  ilə  yanaşı  yazı  ədəbiyyatı  da 
meydana  gəldi.  Əvvəl-əvvəl  yalnız  farsca  yazıldığı  halda, 
sonralar  sırf Azərbaycan  məhəllə  şivəsi  ilə  yazan  Füzuli  kimi 
şairlər böyük  bir  dövrü  əhatə  etdilər  ki,  Qövsi,  Nəbati,  Vaqif, 
S.Əzim,  Ləli,  Raci  də həmin  dövrdə yetişmişlər.  Daha  sonrakı 
mərhələyə  isə  Rusiya  və  Osmanlı  ədəbiyyatı  təsirində  olan 
M.Hadi,  M.Ə.Sabir,  H.Cavid,  Ə.Cavad,  A.Səhhət,  Müznib  və 
digər  şairlər  daxildirlər.  XIX  əsrin  başlanğıcından  -   Azərbay­
canın  çar  hakimiyyətinə  tabe  etdirilməsindən  sonra  isə  xalq 
siyasi  hüququnu  tamamilə  itirmiş,  məhkumiyyətin  acısını  bü­
tünlüklə  dadmışdı.  Azərbaycan türkləri  dili,  dini,  tarixi,  mədə­
niyyəti,  ənənəsi  yad  olan,  heç  bir  bağlılığı  olmayan  ruslardan 
fərqli bir milliyyət olduğunu dərk etməyə başladılar.
Azərbaycan  türklərinin  əsrlərlə  məruz  qaldıqları  farslaş­
dırma  və  ruslaşdırma  siyasətlərini  müqayisəli  təhlil  edən 
tədqiqatçıların  qənaəti  belədir  ki,  milli  mənlik  şüurunun  hələ 
oyanmadığı  fars təsiri  dövründə,  xalq bu məhkumiyyəti müştə­
rək din və mədəniyyət səbəbindən dərk etməmişdi.  XIX əsrdən 
etibarən  isə  farslaşma  təsirindən  yaxa  qurtarmağa  macal  tap­
mamış,  üstəlik  ruslaşdırma  siyasətinə  məruz  qalırdı.  Təbii 
haldır  ki,  bu  vəziyyət xalqın  qüruruna  toxunur,  həssas  qəlbini 
qıcıqlandırırdı  (138,  s.  14;  75,  s.  16).  Lakin xalqın müqaviməti 
ilə  müqayisədə  çarizm  öz  siyasətində  böyük  uğurlar  qazan­
maqda idi.
Həmin  dövrün  siyasi  və  mədəni  mənzərəsinin  verildiyi 
tədqiqat əsərlərində bunun iki mühüm vasitə ilə həyata keçirildiyi 
xüsusilə  qeyd  edilir  (63;  75;  139;  140).  Göstərilir  ki,  çarizm 
ruslaşdırma  siyasətini  bir tərəfdən islam  dininin üləma və  molla- 
lannı öz nəzarətinə tabe etdirməklə,  digər tərəfdən isə milli ruh və 
tərbiyəyə  meydan  verməyərək xalqı  rus  məktəblərində  oxumağa 
məcbur  etməklə  həyata  keçirirdi.  Birinci  məqsədi  həyata 
keçirməkdən ötrü  çarizm,  məzhəb  ixtilafları üçün mənbə olan  şiə
12


və  sünnilərə  ayrı-ayrılıqda  iki  ruhani  idarəsi  təsis  etmişdi.  Bu 
idarə vasitəsilə də molla və  əfəndiləri  öz tabeliyində olan məmur 
xidmətinə  cəlb  etmişdi.  İkinci  məqsədinə  nail  olmaq  üçün  də 
ruslaşdırma  proqramı  əsasında  “uşkollar”  açmışdı.  Lakin  xalq 
hökumət  məmuru  mollalara  etimad  göstərmir,  rus  məktəblərini 
qurtarmış bəyzadələrə də etibar etmirdi.  Çar hökumətinin məmuru 
olan mollalara “dəftər mollası”,  rus “uşkolu”nda oxuyan gənclərə 
də  “rus  balası”  deyən  xalq  öz  hissiyyatı  ilə  sezdiyi  ruslaşdırma 
siyasətinə  qarşı  bacardığı  formada  mübarizə  aparmış,  öz 
“axund”unu,  “məktəbxanə”sini  dəftər mollasına və  rus  uşkoluna 
qarşı qoymuşdu.
Belə  bir  ictimai-siyasi,  dini-mədəni  situasiyanın  çox  dəqiq 
məntiqi  bir  icmalını  verən  M.Ə.Rəsulzadə  “axund”  və  “mək- 
təbxanə”nin xalq tərəfindən üstün tutulmasının səbəbini  onunla 
izah  edir  ki,  bu  müəssisələr  İran  təsir  dairəsində  olmasına 
baxmayaraq,  ruslaşdırma  siyasəti  qarşısında  daha  milli,  daha 
doğma  görünürdü.  Siyasi  cəhətdən  məğlub  olmuş  xalq,  mənə­
viyyatını  qorumaq  uğrunda  mübarizə  aparırdı.  Əsrlərlə  fars 
mədəniyyətinə  aludəçiliklə  farslaşan  yuxarı  təbəqəyə  gəldikdə 
isə,  onlar  bu  dəfə  rus  mədəniyyətinə  vurularaq  ruslaşırdı. 
“Mirzə”lərin  yerini  tədricən  “uçitel”lər  tuturdu  ki,  bunlar  da 
uzun zaman bir-birilərini başa düşməmiş,  anlamamışlar:  “Fars- 
laşmış  mirzə kimi  ruslaşmış uçitel  dəxi xəlqin hadsen duyduğu 
mətləbi  bir  çox  zaman  dərk  edəmədi.  Nəhayət,  bir  çox  kəca- 
vəclər keçildi.  Məktəb  və mədrəsələrə  qarşı  üsulsuz  mübarizə­
lərdən  sonra  “uçitel”  məqsədi  anladı,  bildi  ki,  Sədini  də, 
Tolstoyu  da  türk  xəlqinə  öyrətmək,  türkü  onlarla  aşina  etmək 
həm  lüzumlu,  həm  faydalıdır.  Fəqət bununla bərabər türkü  öz 
Sədisindən,  Tolstoyundan  məhrum  etmək  olmaz.  Sədini, 
Tolstoyu  və  sair  dünya  məşahirati  ədəbini  anlamaq  üçün  öz 
Füzulilərini,  Nəbatilərini,  nə  qədər  kiçik  də  görünsələr  Seyid­
lərini,  Sabirlərini,  Cavidlərini,  Cavadlarını  öyrənməliydilər” 
(138,  s.  15;  75,  s.  17).
13


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə