Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə3/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   2   3   4   5   6   7   8   9   ...   66

riyyəti  dövründə  mədəniyyət  quruculuq  problemləri  və  s.  Kul- 
turoloji məsələlərə dair tutarlı fakt və təhlillər bir çox əsərlərdə 
yer aldı.  Tarixi, fəlsəfi, filoloji,  sənətşünaslıq və s.  aspektlərdən 
yazılmış  həmin  tədqiqat  əsərlərində  kulturoloji  problemlərlə 
bağlı  yeni-yeni  faktlar  təqdim  edildi,  mədəni  irsin  tədqiqi  ilə 
əlaqəli olan bir sıra suallara cavab axtarıldı.
Ümumilikdə  bu  əsərlərin bir  qismində  mədəniyyətin  nəzə­
riyyəsi  və  tarixinə,  milli-mənəvi  irsin mühafizəsinə  dair məsə­
lələrə yer verilmişdir.  Qeyd edilən müxtəlif aspektli elmi-tədqi­
qat  əsərlərindən  başqa  araşdırılan  dövrün  ictimai-siyasi,  elmi- 
mədəni,  ədəbi-bədii,  pedaqoji  və  publisistik  irsinin  təqdim 
olunduğu  toplular  da  çap  edilmişdir.  Bu  nəşrlərdə  XX  əsrin 
əvvəllərinin milli-mədəni intibah hərəkatı, Azərbaycan xalqının 
istiqlal  mübarizəsi və ictimai  fikir tarixinin ən mühüm məqam­
ları,  azadlıq  hərəkatının  görkəmli  nümayəndələrinin  həyat  və 
fəaliyyəti,  Azərbaycan Xalq  Cümhuriyyətini  doğuran tarixi  şə­
rait,  Cümhuriyyət xadimlərinin həyat və mübarizəsi,  parlamen­
tin və hökumətinin fəaliyyəti və s.  mövzularla yanaşı mədəniy­
yət  quruculuğu,  kulturoloji  fikir,  mədəni-maarif həyatı,  habelə 
mühacirət  ədəbiyyatı,  mətbuatı  və  mədəniyyəti  məsələləri  yer 
almışdır.  Lakin  mövzuya  dair  bu  qədər  zəngin  və  çoxaspektli 
tədqiqatların  aparılmasına  baxmayaraq  XX  əsrin  əvvəllərinin 
kulturoloji  fikri  ayrıca  olaraq  tədqiqat  obyekti  kimi  araşdırıl­
madığından  həmin  dövrün  kulturoloji  məsələlərinin  öyrənil­
məsi aktuallıq kəsb etdi.
8


Yeniləşmə prosesinin tarixi-kulturoloji aspektləri
XX  əsrin  əvvəllərində  Azərbaycanda  reallaşmış  milli-mə­
dəni  intibah  faktı,  təbii  ki,  birdən-birə baş  vermiş,  hazır  şəkildə 
alınmış,  mənimsənilmiş  bir  mədəniyyət  hadisəsi  deyildi.  Bu 
intibahın  zəminində  XIX  əsr  boyunca  tədricən  formalaşmış  bir 
yeniləşmə  hərəkatı  dururdu.  Milli-mədəni  intibahın  mütərəqqi 
fikirli  şəxsiyyətlərinin,  qabaqcıl  ziyalılarının yetişməsində  də ilk 
növbədə  əvvəlki  yüzilliyin  oyanış  və  yeniləşmə  proseslərinin 
təsiri  şəksizdir.  Həmin  zamana  qədər  Azərbaycanda  A.A.Bakı- 
xanov,  M.Ş.Vazeh,  İ.Qutaşınlı ilə başlayan maarifçilik və millət 
davasının  M.F.Axundzadə  və  H.B.Zərdabi  ilə  davam  etdirilən 
böyük  bir  “mədəni  hərəkat”  mərhələsi,  daha  sonra  Ə.Hüseyn- 
zadə,  Ə.Topçubaşov,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə,  M.B.Məm- 
mədzadə,  N.B.Yusifbəyli  kimi  ziyalılarla təmsil  olunan  qısa bir 
“siyasi hərəkat”  dövrü vardır.  Bu mənada mədəni intibah dövrü­
nün  ümumi  kulturoloji  fikrinin  və  ictimai-siyasi  görüşlərinin 
ideya mənbəyini  milli  və bəşəri  dəyərlərin vəhdəti  təşkil  edirdi. 
Belə  bir  kulturoloji  fikrin  ideya  zəminində  Şərqin  əsrlər  boyu 
qazandığı fikri və mədəni nailiyyətləri dayanırdı.  O dövrün ziya­
lıları  dünya  elminin  keçdiyi  inkişaf  yolunu  izləyərək,  Avropa 
demokratik fikrindən, qabaqcıl ideyalarından faydalanmış,  onları 
yeni  tarixi  şəraitə  uyğun  olaraq  daha da inkişaf etdirərək böyük 
məharətlə Azərbaycan mühitinə tətbiq etmişdilər. Bu ziyalılar öz 
yaradıcılıqlarını  ancaq  milli  ənənələrlə,  milli  zəminlə  məhdud­
laşdırmamış,  bu  çərçivəni  cəsarətlə  qırmağa  çalışaraq  müasir 
dünya  mədəniyyəti  səviyyəsinə  yüksəlmək  yollarını  axtarmış­
dılar.  Ona  görə  də  dünyagörüşləri  zəngin  milli  ədəbi-bədii,  fəl- 
səfi-kulturoloji  fikrin  zəminində,  ümumşərq mədəniyyəti  dəyər­
ləri  və  ümumbəşəri  sivilizasiya  nailiyyətlər  kontekstində  təşək­
kül  tapmışdır.  Milli-mənəvi  dəyərlərlə  sintezinə  çalışdıqları  mə­
dəni  dünya təcrübəsinin  mənimsənilməsi  isə  onlara Azərbaycan 
cəmiyyətini  yeni  dövrün  ümumi  tələbləri  səviyyəsinə  yüksəlt­
mək üçün geniş imkanlar açmışdır.
9


Azərbaycandakı  sözügedən  yeniləşmə  proseslərini  araşdıran 
tədqiqatçılar  bu  tarixi  mərhələni  iki  yerə  -   “Oyanış”  və  “Yeni­
ləşmə”  dövrlərinə  bölürlər.  Belə  ki,  XIX  əsrin  birinci  yarısını 
“Oyanış”  çağı,  ikinci  yarısını  isə  “Yeniləşmə”  çağı  adlandırırlar. 
Məsələn,  bu  mərhələni  Avropadakı  “Renosans”  və  “Reforma- 
siya”  prosesləri  ilə  müqayisə  edən  Hüseyn  Baykaraya  görə  “bu 
hər  iki  çağın  sosial  və  iqtisadi  şərtləri  də  şübhəsiz  ki,  ayrı-ayrı 
olmuşduf’  (99,  s.  9).  Təbii  ki,  belə  bir  mədəni  oyanış  faktı  həm 
sosial-iqtisadi  şərtlər,  həm  də  ictimai-siyasi  amillər  kontekstində 
dəyərləndirilməlidir.  Çünki  çar  imperiyasının  işğalına  məruz 
qaldığı  XIX  əsrin  ilk  illərindən  etibarən  Azərbaycan  türklüyü 
qərəzli  və  şovinist  siyasətin  məngənəsində  sıxılmışdır.  Türk 
xalqlarını  bir-birindən  təcrid  etmək,  qədim  mədəniyyətə  malik 
olduğunu  danmaq  və  inkişafına  əngəl  törətmək,  mədəni  irsin 
varisliyini yeni nəsillərin yaddaşından pozmaq,  dünyagörüşündən 
silmək çar imperiya siyasətinin başlıca məqsədlərindən olmuşdur.
Belə  bir  siyasət  daha  çox  çarizmin  dini,  elmi  və  mədəni 
tədbirləri  vasitəsilə  həyata  keçirilirdi.  Belə  ki,  işğalın  ilk  illə­
rindən  başlayaraq  rus  və  erməni  əhalisinin  Azərbaycanda  yer­
ləşdirilməsi,  Tiflisin  idarə  mərkəzi  olması  və  maarif  müəssi­
sələrinin  orada yerləşdirilməsi  mədəni  mühitin formalaşmasına 
əngəllər törədirdi.  Milli  birliyi  və  mədəni  intibahı  çətinləşdirə­
cək  tədbirlər  çarizmin  diqqət  mərkəzində  dururdu.  Bu  yolda 
dini  vasitələr  də  unudulmur,  düşünülmüş  siyasətlə  məzhəb 
ixtilafı  qızışdırılırdı.  Ruhani  idarəsi  adı  ilə  yaradılan  və  rəsmi 
hökumət  müəssisəsinə  çevrilən  dini  təşkilat  şiələr  üçün  “şey­
xülislam”,  sünnilər  üçün  isə  “müfti”  yetişdirirdi.  “Əli”  və 
“Ömər”  məktəbləri  yaradılır  və  sünni  məzhəbinə  qulluq 
edənlər “Ömər”,  şiələr isə  “Əli”  məktəblərində  oxutdurulurdu. 
Gürcü  əsilzadələri  ilə  Azərbaycan  bəyləri  arasında  yaratdığı 
qərəzli  fərqi,  çarizm  müsəlman  əhli  üçün ixtilaf yuvası  olan bu 
təşkilatda da nəzərdən qaçırmamışdı.  Gürcü patriarxı ilə erməni 
katolikosu  kimi  müsəlmanların  da  “şeyx”  və  “müfti”ləri  vardı 
(140,  s.  24).  Lakin  onların  rütbə və  ehtiramına gəlincə,  müsəl­
10


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə