Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə61/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   58   59   60   61   62   63   64   65   66

Son söz əvəzinə
XX əsrin əvvəllərində  Azərbaycanda reallaşmış  milli-mədəni 
intibah  faktı  birdən-birə  baş  vermiş,  hazır  şəkildə  alınmış, 
mənimsənilmiş  bir  mədəniyyət  hadisəsi  deyildi.  Bu  intibahın 
zəminində  XIX  əsr boyunca tədricən  formalaşmış  bir  yeniləşmə 
hərəkatı  dururdu.  Milli-mədəni  intibahın mütərəqqi fikirli  şəxsiy­
yətlərinin,  qabaqcıl  ziyalılarının  yetişməsində  də  ilk  növbədə 
əvvəlki  yüzilliyin  oyanış  və  yeniləşmə  proseslərinin  təsiri 
şəksizdir.
Yüz illik yeniləşmə prosesi  ərzində  mütərəqqi  fikirli  ziyalılar 
cəmiyyətin ümumi tərəqqisi  naminə mədəniyyətin bütün sahələri­
nin inkişafı  qayğısına qalmışlar. Elmi-mədəni, ədəbi-bədii yaradı­
cılıq  mühitinin  formalaşması  üçün  məktəb  və  mətbuatdan başla­
yaraq teatr və  musiqiyə  qədər incəsənətin  fərqli  sahələrinin inki­
şafına yönəlmiş həmin fəaliyyətlərin bəhrəsi artıq XX əsrin əvvəl­
lərində göz qabağında idi. Belə bir yeniləşmə prosesinin zəminin­
də  yeni  bir  əsrə  qədəm  qoymuş  Azərbaycan  cəmiyyətindəki 
mədəni  hərəkat  bütün  aşkarlığı  ilə  milli  bir  şəkil  və  mahiyyət 
almağa  başlamışdı.  XX  əsrin  əvvəlləri  artıq  sinfi  mübarizənin 
kəskinləşməsi,  milli  azadlıq  hərəkatının coşması  və tədricən yeni 
mərhələyə  qədəm  qoyması  ilə  müşayiət  olunurdu.  Azərbaycan 
milli burjuaziyası ilə millətçi ziyalıların həmrəyliyi və bu birlik ilə 
mübarizə  mövqeyində  duran  sosializm  ideyaları  tərəfdarlarının 
çarpışmaları bu dövrün əsas səciyyəvi xüsusiyyətlərindən idi.
Milli-mədəni  intibah  prosesini  yönəltmiş  Azərbaycan 
ziyalıları  məhz belə bir mühitin yetirməsi  idilər.  Qədim  tarixə, 
zəngin  varislik  ənənəsinə  malik  Azərbaycan  mədəniyyəti  ilə 
müasir Avropa mədəniyyətinin  yüksək  nailiyyətlərinin  çulğaş­
dığı yeni mədəni  mühitin yetirməsi  olan bu ziyalılar ölkənin və 
xalqın  gələcək  taleyində  mühüm  rol  oynadılar.  Azərbaycan 
mədəniyyətinin  son  yüzillik  boyu  əldə  etdiyi  nailiyyətlər, 
qabaqcıl  ideyalar  həmin  ziyalıların  ictimai-siyasi  görüşlərinin 
və  kulturoloji  baxışlarının  təşəkkülündə  mühüm  rol  oynadı.
182


Hətta  deyə  bilərik  ki,  XX  əsrin  əvvəllərinin  milli-mədəni 
intibahına  öz  töhfələrini  vermiş  bu  şəxsiyyətlər  Azərbaycan 
xalqının əsrlər boyu yaratdığı böyük və zəngin mədəniyyətinin, 
onun  humanist  hisslərinin,  qabaqcıl  ideyalarının,  müqəddəs 
ideallarının məntiqi  sonucu,  qanunauyğun bəhrəsi  idilər.  Lakin 
onlar,  keçmiş  yolları  təkrar  etmədilər,  mədəni  irsdən  yaradıcı 
şəkildə  istifadə  etməklə  dövrün  tələbindən  doğan  zəruri,  müa­
sir,  demokratik və həm  də  orijinal  fikirlərin bayraqdan  və  car­
çısı  oldular. Bununla da təkcə Azərbaycanın deyil, bütün Yaxın 
Şərq  xalqlarının  mədəniyyət  tarixində  örnək  bir  cəmiyyətin 
qurucuları  səviyyəsinə yüksəldilər.
Azərbaycan  türklərinin  özünüdərketmə,  maariflənmə,  həm­
rəylik  meyllərinə  istiqamət  verən  ziyalılar  müxtəlif konsepsiya­
larla  çıxış  etsələr də,  ümumi  gedişat milli  bir məcraya yönəlirdi. 
Türk dilində maariflənmə işinə  daha çox  diqqət yetirilməsi,  milli 
məktəblərin  yaradılması  istiqamətdə  uğurlu  addımların  atılması, 
mətbuat  sahəsində  bu  vaxtadək  görünməmiş  bir  canlanmanın 
müşahidə edilməsi, türk dilində dramaturgiya, teatr, opera, operet- 
tanın  inkişafı  və  digər  mədəni-maarif fəaliyyətləri  Azərbaycan 
türklərinin milli özünüdərkinin mühüm amilləri idi.
Milli  maarifləndirmə,  ana  dilli  təhsil,  teatr,  mətbuat,  mədə­
ni-maarif  və  xeyriyyə  cəmiyyətləri  XX  əsrin  milli-mədəni 
intibahını  şərtləndirən  mühüm  kulturoloji  amillərə  çevrildi  və 
bu  prosesdə  ziyalılarla  milli  burjuaziyanın  həmrəyliyi  mühüm 
bir tarixi hadisə idi. Yaranmaqda olan milli burjuaziya azərbay­
canlılar üçün  istər  iqtisadi,  istər  mənəvi,  istərsə  də  maarifçilik 
maraqlarının qorunmasında yeganə ümid yeri  idi.  Bu  səbəbdən 
rus və  erməni  bolşeviklərinin uzun illik  səylərinə baxmayaraq, 
əksər  azərbaycanlılarda  milli  və  dini  təəssübkeşlik  sinfi  həm­
rəylikdən  üstün  idi.  Ziyalılarla  milli  burjuaziyanın  həmrəylik 
ideyalarının  mətbuat  vasitəsilə  təbliği  belə  əsaslandırılırdı  ki, 
birincilər  öz  ağlı,  biliyi,  istedadı  ilə  xalqın  köməyinə  gəlməli­
dirlər,  ikincilər  isə  öz  imkanları  ilə  bu  vəzifələri  yerinə 
yetirmək üçün ziyalılara maddi əsas yaratmalıdırlar.
183


Milli  həmrəylik  prosesi  heç  də  birmənalı  şəkildə  eyni 
istiqamətdə getmirdi, bu məsələdə də fikir ayrılıqları, bir-birinə 
zidd  mövqe  tutmuş  qüvvələr  vardı.  Dövri  mətbuatın  bu 
dövrdəki ümumi təmayüllərinin təhlili, bunu  deməyə əsas verir 
ki,  bu  nəşrlər  arasında  “dövrün  inqilabi  havası  və  millətçi 
kimlik axtarışı” məsələsində ziddiyyət vardı.  Qəzetlərdə milliy­
yətçilik  kəlməsi  işlədilməsinə  baxmayaraq,  sonralar  daha  açıq 
bir termin olaraq millət gündəmə gəldi və artıq qəzetlər sadəcə 
müsəlmanlara  səslənmək  əvəzinə,  Qafqaz  türklərindən  və  ya 
sadəcə türklərdən bəhs etməyə başladılar.
Dünyanın  bir  çox  elm,  mədəniyyət  və  siyasət  xadimləri 
kimi  Azərbaycan  ziyalıları  da  dil  və  kültür  birliyini  milli 
şüurun və özünüdərkin əsas  amili  hesab  edir, xalqın bu ideallar 
ətrafında  birləşməsi,  bu  idealların  məfkurə  halına  gətirilməsi, 
milli  şəxsiyyətin formalaşması  üçün mənəvi-ruhi birliyin vacib 
və mühüm şərt olduğunu bildirirdilər.
Azərbaycan  mütəfəkkirlərinin  kulturoloji  irsində  dil  möv­
zusu millət və mədəniyyət fenomenləri kontekstində araşdırılır, 
dilin  tarixi-mədəni  və  milli-ideoloji  aspektlərdən tədqiqi  prob­
lemlərinə  xüsusi  diqqət  yetirilirdi.  Onların  qənaətincə,  milliy­
yət xaricində  səadət  olmadığı  kimi,  dilsiz  də  milliyyət yoxdur. 
Mədəniyyət  sinfi  olmadığı  kimi,  dil  də  sinfi  deyil,  millidir. 
Bütün təbəqə və siniflərin ifadə və istifadəsini təmin etməyincə 
də  bir  dil  qərarlaşmış  olmaz.  Ümumiyyətlə,  türk  dil  birliyini 
müdafiə  və  təbliğ  etmiş  ziyalılar  Azərbaycan  dilinin  tarixinin 
də yalnız türk dilinin tarixi ilə birgə öyrənilməsini elmi  saymış­
lar.  Bu  yanaşmaya  görə  Azərbaycan  xalqının  tarixi  də  komp­
leks  şəkildə  -   xalqın  mədəniyyətinin,  milli-mənəvi  dəyərləri­
nin,  elminin,  ədəbiyyatının  və  nəhayət  dilinin  tarixilə  əlaqəli 
şəkildə öyrənilməlidir.
Milləti  meydana  gətirən  ünsürlər  içərisində  mədəniyyət 
birliyi  və  bütünlüyü  ən  önəmli  yer  tutur.  Çünki  bir  millətin 
milli  mədəniyyəti,  onun  milli  tarixindən  qopub  gələn  uluların 
mirası  və  maddi  varlığının,  inanc  və  əxlaq  ucalığının,  dil  və
184


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə