Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə58/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

bir çox elmi  əsər meydana gəlmişdi.  Bundan başqa Azərbaycanı 
tanıtmaq məqsədi ilə ingilis və fransızca kitab və broşuralar nəşr 
edilmişdi (143,  s.  138).
Əlifba  məsələsi  də  mədəniyyət  quruculuğu  və  təhsilin 
milliləşdirilməsi  çərçivəsində hökumətin cari  fəaliyyətinin əsas 
istiqamətlərindən  birini  təşkil  edirdi.  1918-ci  ilin  dekabrında 
keçirilən  Bakı  müəllimlər  qurultayında  latın  əlifbasına  keçil­
məsinin  zərurətinə  dair  müzakirələr  aparılmışdı.  Qurultayda 
latın  əlifbasına  keçilməsi  ilə  bağlı  layihə  hazırlanaq  Xalq 
Maarifi  Nazirliyinə  təqdim  edilmişdi.  Bilavasitə  milli  kimliklə 
bağlı  olan  əlifba  dəyişikliyi  məsələsi  ictimaiyyətdə,  rəsmi 
dairələrdə  və  mətbuatda  da  geniş  müzakirə  edilmişdi.  İctimai 
fikirdə problemə dair iki  fərqli  münasibət vardı.  Bir qisim latın 
əlifbasına  keçidin  zərurətini  təbliğ  edirdisə,  digər  qisim  ərəb 
əlifbasının  dəyişdirilməsinə  qarşı  çıxırdılar.  Azərbaycan  xalqı­
nın  əsrlərdən  bəri  bu  əlifba  ilə  əhəmiyyətli  əsərlər  yaratdığını 
və  yeni  əlifbaya  keçməklə  xalqın  öz  ədəbiyyatından,  zəngin 
mədəni  dəyərlərdən ayrılacağı  qənaətində  olan mühafizəkarları 
daha  çox  narahat  edən  məsələlərdən  biri  də,  ərəb  əlifbasının 
dəyişdirilməsi  ilə Azərbaycanın İslam  dünyasından ayrı  salına­
cağı  fikri  idi.  Latın  əlifbasına  keçid  tərəfdarlarının  söykəndik­
ləri  arqument  isə  bundan  ibarət  idi  ki,  ərəb  əlifbasının 
strukturundan  qaynaqlanan  səbəblər  üzündən  yazıb-oxumaq, 
eləcə  də  Qərb  texnologiyası  və  elminin  öyrənilməsi  çətinləşir 
(144,  s.  380-386).
Əlifba  islahatı  Azərbaycan  hökumətinin  maarifçilik  fəaliy­
yətinin  və  xalq  təhsili  üzrə  proqramların  reallaşdırılmasına 
xidmət  edirdi.  1919-cu  ilin  mart  ayında  Xudadat  bəy  Məlik- 
Aslanovun  sədrliyi  ilə  əlifba  islahatı  üzrə  xüsusi  komissiya 
təşkil  edilmişdi.  O  vaxt  təqdim  olunmuş  layihələrdən  ancaq 
maarifçi  müəllim  Abdulla  bəy  Əfəndizadənin  təqdim  etdiyi 
variant  parlament  tərəfindən  bəyənilmiş  və  yeni  əlifba  üçün 
əsas  kimi  qəbul  edilmişdi  (12,  s.  484).  Eyni  dövrün yeni  milli 
əlifba ilə nəşr olunan  örnək əsərləri və “Azərbaycan”  qəzeti bu
173


fikri təsdiqləməkdədir.
Azərbaycan  Xalq  Cümhuriyyətinin  mənəviyyat  binasının 
ən  böyük  sütunlarından  birini,  heç  şübhəsiz,  təhsil  islahatları 
təşkil  edir.  Milli  dövlətin  bərqərar  olması  ilə  Azərbaycanda 
təhsil  məsələləri  ilk  dəfə  dövlət  səviyyəsinə  qaldırılmışdır. 
1918-1919-cu  illərdə  Respublika  Xalq  Maarifi  Nazirliyinə  işə 
qəbul  olunmaq  üçün  təqdim  edilmiş  onlarla  ərizəni  araşdıran 
edən  Teyyub  Qurbanın tədqiqatlarından  (55,  s.  9-11)  öyrənirik 
ki,  vətəndaşların  bu  ərizələrinə  vaxtında  baxılmış  və  onların 
əksəriyyəti  müvafiq  vəzifələrə  işə  qəbul  olunmuşlar.  Xalq 
Maarif Nazirliyinin  28  avqust  1918-ci  il  qərarı  ilə Azərbaycan 
Respublikasının  bütün  məktəblərində  tədris  dövlət  dilində 
aparılırdı.  Respublikada  yaşayan  digər  xalqların  uşaqları  üçün 
rus  dilində  fəaliyyət  göstərən tədris  müəssisələrində  də  dövlət 
dili  olan  Azərbaycan  türkcəsinin  öyrənilməsinə  xüsusi  diqqət 
yetirilirdi.  Nəsib  bəy  Yusifbəyli  parlamentin  14  aprel  1919-cu 
il tarixli  iclasında istiqlalın gələcəyinin maarifə bağlı  olduğunu 
dilə  gətirərək  deyirdi  ki,  əgər  milli  maarifimiz,  milli  məktə­
bimiz  tərəqqi  etməzsə  bizim  üçün  qurtuluş  və  nicat  ümidi 
qalmaz.  Hökumətin  bu  məsələni  diqqətə  saxladığını  xüsusilə 
vurğulayan  N.Yusifbəyli  bunun  üçün  ibtidai  təhsilin  ümumi 
olmasına  çalışdıqlarını,  sentyabrdan  etibarən  ibtidai  məktəb­
lərin  açılmasına  təşəbbüs  göstərəcəklərini  və  habelə  sənaye 
məktəblərinə  ayrıca  diqqət  edəcəklərini  parlament  qarşısında 
bəyan edirdi (10,  s.  447-447).
Dövlət  arxivində  tarixi  islahatların  qətiyyətlə  həyata  keçi­
rilməsinə  dair  çoxlu  sənədlər  saxlanılır  ki,  bunların  böyük  bir 
qismi  T.Qurbanın  “Mədəniyyət  dünyası”nda  dərc  edilmiş 
“Cümhuriyyət  tələbələri”  əsərində  (55,  s.  5-32;  56,  s.  25-42) 
təqdim  edilmişdir.  Cümhuriyyət  hökuməti  kütləvi  savadsızlığı 
aradan qaldırmaq  üçün bütün mövcud  imkanlardan  istifadə  et­
məyə  çalışmışdır.  Əhalinin,  yaş  səviyyəsindən  asılı  olmayaraq 
bütün təbəqələrinin savadlanması üçün müxtəlif yollar aranırdı. 
Ona  görə  də  məktəb  yaşından  böyük  vətəndaşlar  da  unudul­
174


mamış,  onlar  üçün  gecə  kursları  açılmışdı.  Bu  kursların 
təşkilindən başlıca məqsəd  dövlət xidmətində  olan  məmurların 
türkcə  tam  oxuyub  yazmalarını  təmin  etmək  idi.  Qadın  hü­
quqlarının  təminatına  xüsusi  diqqət  yetirən  hökumət  təhsil 
siyasətində  onlara  da  ayrıca  qayğı  ilə  yanaşmış,  qadınlar üçün 
fərdi  gündüz  kursları  açılmış  və  cəmiyyətlə  əlaqəli  dərslər 
tərtib  edilmişdi”  (156,  f.51,  siy.3,  iş  8,  v.  67).  Kurslara  türk 
ədəbiyyatı,  türk tarixi,  türk  coğrafiyası  və  digər fənləri  öyrən­
məyi  arzulayan  qadınlar  qəbul  edilirdi.  Heç  oxuyub-yaza  bil­
məyən qadınlar üçün isə xüsusi  siniflər açılmışdı (143,  s.  136).
1918-1920-ci illərdə Xalq Maarifi Nazirliyi çox geniş səlahiy­
yətlərə  malik  olmasını  tarixi  faktlar  da  təsdiqləməkdədir.  Höku­
mətin ali təhsilə olan diqqəti Nəsib bəy Yusifbəylinin parlamentin 
29-cu iclasındakı (14 aprel  1919-cu il) çıxışında da öz əksini tapır 
(10,  s.  448,  450).  Azərbaycan hökumətinin həll  etməli  olduğu ən 
kəskin  məsələlərdən  biri  də  maarif  işçilərinin  maddi  təminatı, 
onların güzəranının yaxşılaşdırılması idi.  1919-cu ilin sentyabrın­
da  parlament  Azərbaycan  Cümhuriyyəti  qulluqçularının  məvaci­
binin  artırılması  və  maaşların  müvafiq  şəkildə  sistemləşdirilməsi 
haqqında  qanun  qəbul  etdi.  Bu  qanuna  görə,  müəllimlərə  xeyli 
imtiyazlar  verilməli,  onlara  əlavə  işlər  üçün  əmək  haqqı  xüsusi 
cədvəl üzrə ödənilməli idi (12, s. 483-484).
Mədəniyyət  quruculuğunun  ən  əlamətdar  hadisələrindən 
biri  kimi  Parlamentin  Bakıda  universitetin  təsis  olunması 
haqqında qəbul  etdiyi  qanun mütəxəssislər tərəfindən də xüsusi 
bir  hadisə  kimi  qeyd  edilməkdədir.  Çünki  milli  universitetin 
açılması  Cümhuriyyət xadimlərinin  doğma xalq qarşısında çox 
mühüm  tarixi  xidməti  idi.  Parlamentin  21  avqust  1919-cu  il 
tarixli  67-ci  iclasında  M.Ə.Rəsulzadə  bildirirdi  ki,  əlbəttə, 
yaxşı  olardı bu fənn ocağı, bu elm mənbəyi  öz dilimizdə olaydı 
və  oradakı  professor  və  müəllimlər  türkcə  tərbiyə  verəydilər. 
Təəssüf ki,  faktiki  olaraq hələlik bunu tətbiq  etmək və belə bir 
fənn ocağı  açmaq imkanımız yoxdur.  “Madam ki,  biz hamımız 
bir  nöqteyi-nəzərdəyik  ki,  ülum,  finun  bizə  lazımdır.  Etiraf
175


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə