Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə59/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

etməliyik  ki,  darülfünun  da  bizə  lazımdır”  (11,  s.  10).  Daha 
ixtisaslı  və  bilikli  adamlar  yetişdirmək  üçün  gənclərin  təhsil 
dalınca  Avropanın  ali  məktəblərinə  göndərilməsinin  təşəbbüs­
karlarından  olan  M.Ə.Rəsulzadə  eyni  zamanda  məmləkət 
daxilində bir fənn və elm  ocağının yaradılmasının qızğın tərəf­
darlarından  olmuşdur.  M.Ə.Rəsulzadə  fikrini  əsaslandırarkən 
belə  bir  məntiqdən  çıxış  edirdi  ki,  bu  ali  məktəbin  işi  təkcə 
tələbələr  hazırlamaqla  bitməyəcək,  universitet  eyni  zamanda 
elm  və  sənətə  yiyələnmiş  insanların,  ixtisas  sahiblərinin  mü­
qəddəs  bir  ocağı  halına  gələcək.  Universitet  təhsil  və  təlim- 
tərbiyə  işləri  ilə  yanaşı  ölkənin  keçmişini  və  bu  gününü 
öyrənməklə,  xalqın  xüsusiyyətini,  əhval-ruhiyyəsini  təhlil  və 
tədqiq  etməklə  milli-mədəni  inkişafın  gələcəyinə  dair  elmi 
proqnozlar  da  verəcəkdir.  Elə  bu  məqsədlə  də  universitetdə 
çalışmaq  üçün  xaricdən  bir  çox  alimlər  və  professorlar  cəlb 
ediləcəkdir.
Universitetdə  tədrisin  hansı  dildə  olacağı  və burada kimlə­
rin dərs deyəcəyi məsələsi ətrafında da Parlamentdə uzun-uzadı 
müzakirələr  aparılmışdır  (8,  s.  66;  11,  s.  11).  Ümumtəhsil 
məktəblərində  milliləşmənin  birmənalı  şəkildə  tərəfdarı  olan 
ziyalıların  əksəriyyəti  universitetin  təşkil  məsələsində  bəzi 
fərqliliklərin  nəzərə  alınmasının  və  müvəqqəti  olaraq  bəzi 
güzəştlərə  gedilməsi  məcburiyyətində  qaldıqlarının  zərurətini 
izah  etməyə  çalışırdılar.  Onlar  əminliklə  bildirirdilər  ki,  vaxt 
gələcək  universitet  tamamilə  milliləşəcək.  Bununla  bərabər 
orada  türk  dili  ümumi  surətdə  məcburi  olaraq  keçiləcək  və 
öyrədiləcəkdir.  Tələbələrimiz  get-gedə  rus  və  ya  əcnəbi  bir 
dildə  aldıqları  təhsili,  öyrəndikləri  bir  elmi  öz  dillərində  ifadə 
edə biləcəklər.
M.Ə.Rəsulzadə  və  M.Şahtaxtinski  kimi  ziyalıların  fikrini 
təqdir  edən  Qara  bəy  Qarabəyli  deyirdi  ki,  “inqilabları  yapan 
kəndlilər  olmayıb,  darülfünunda  oxuyanlar  olubdur.  Bunlar 
həqiqətdir.  Gün  kimi  aşkardır.  Danışmağa  lüzum  yoxdur”  (11, 
s.  22).  Maarif  naziri  R.Qaplanov  da  ali  təhsil  müəssisəsinin
176


açılmasının  zərurətini  əsaslandıraraq  bunu,  müqəddəslik  baxı­
mından  dini  ocaqlarla  bərabər  tuturdu  (11,  s.  28).  Ziyalıların 
məhz  belə  bir  qətiyyətli  mövqeləri  nəticəsində  Parlamentin  1 
sentyabr  1919-cu  il  tarixli  70-ci  iclasında  “Azərbaycan  darül- 
fünunun təşkili haqqında” layihə səsə qoyuldu. Demək lazımdır 
ki,  S.M.Qənizadənin  sədrliyi  ilə  keçən  səhər  iclasında  təhsil 
sahəsinə  dair  üç  məsələ  müzakirə  olunmuşdur:  Dövlət Univer­
sitetinin  açılması  barədə;  xarici  ölkələrin  ali  məktəblərində 
təhsil  almaq üçün gənclərin göndərilməsinə dair və türk dilində 
kitabların  alınmasına  1  milyon  manat vəsait  ayrılması  haqqın­
da.  Beləliklə,  parlamentin  həmin  iclasında  Bakı  şəhərində 
Dövlət Universitetinin təsis  edilməsi  haqqında tarixi bir  qanun 
qəbul edildi (9,  s.  10-13;  12,  s.  486;  149,  s.  626-627).
Bu  universitet “milli  istiqlal  və  milli  hakimiyyət nəticəsin­
də  əldə edilmiş olan bir qazanc”  olaraq görülürdü (143,  s.  133­
134).  Universitetin rektoru tanınmış tibb  alimi  və cərrah Vasili 
İvanoviç  Razumovski 
idi. 
Tarix-filologiya  fakültəsində 
M.Ə.Rəsulzadə  və  xalq  maarif  naziri  R.Qaplanov  Osmanlı 
ədəbiyyatından,  M.Şahtaxtinski  Azərbaycan  dilinin  qramma­
tikasından  mühazirələr  oxuyurdular.  1919  il  dekabrın  29-da 
Azərbaycan  tarixi  və  mədəniyyətinin  öyrənilməsi  və  təbliği 
məqsədilə  universitetin  nəzdində  “Müsəlman  Şərqini  öyrənən 
cəmiyyəti”  qurulmuşdu  (8,  s.  77).  Bu  qeyri-hökumət  elm 
təşkilatının  əsas  məqsədi  islam  dininə  etiqad  edən  xalqların, 
onların  yaşadıqları  ölkələrin  tarixini,  həmçinin  müsəlman 
mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstər­
miş  tarixi  və  mədəni  amillərin  öyrənilməsi  idi.  Bakı  Universi­
tetinin  nəzdində  yaradılmış  cəmiyyət  tərəfindən  müsəlman 
ölkələrinin,  xüsusilə  Azərbaycan,  İran,  Türkiyə,  Türküstanın 
tarix,  dil,  arxeoloji  və  etnoqrafik  baxımından  öyrənilməsinə 
xüsusi  önəm  verirdi.  L.A.Zimin  cəmiyyətin  sədri,  Y.A.Belya- 
yev  sədrin müavini,  Seydiyev katib,  Abdulla bəy  Sübhanverdi- 
xanov  (Divanbəyoğlu)  xəzinədar  seçilmişdilər.  Cavad  bəy 
Rəfibəyli,  general-leytenant Məmməd  bəy  Sulkeviç  də  cəmiy­
177


yətin  üzvləri  arasında  idilər.  Cəmiyyət  müsəlman  Şərqinin, 
xüsusən  də  Azərbaycan,  Türkiyə,  İran  və  Türküstanın  Əldə 
olunan  əlyazmalar  və  materiallar  cəmiyyətin  muzeyində 
toplanmalı,  mühafizə və  sistemləşdirilmək üçün “İstiqlal”  milli 
muzeyinə  verilməli,  onların  nəşri  və  tədqiq  olunması  ilə  Bakı 
Universiteti məşğul  olmalı  idi.  Qədim  sikkələrin toplanmasına, 
salamat  qalmış  köhnə  binaların  və  qədim  şəhər  qalıqlarının 
dəqiq və ətraflı  qeydiyyata alınmasına xüsusi  diqqət yetirilirdi. 
Müsəlman  Şərqinin  öyrənilməsi  ilə  maraqlanan  azərbaycanlı­
ların  işə  cəlb  olunmasını  və  onların  lazımi  elmi  hazırlıq 
keçməsini cəmiyyət özünün əsas vəzifələrindən hesab  edirdi  (9, 
s.  234-235).
Cəmiyyətdə  türkçülüyün  güclənməsi  üçün  görülən  fəaliy­
yətlərdən biri  də “Türk gecələri”  adı  altında  1918 ilin sonlarında 
Bakıda təşkil  edilən konsert proqramları  idi.  Milli ruhun və milli 
ideyalarını  güclənməsi  nəticəsində  milli  mədəniyyətin  təbliğinə 
və tədqiqinə,  tarixi və milli ənənələrə maraq fövqəladə  dərəcədə 
artdığından  “Türk  gecələri”nin  təşkili  də  bu  məqsədə  xidmət 
edirdi.  Bu  tədbirlərdə  tatarlar,  osmanlı  türkləri,  Azərbaycan  və 
Türkiyə  şair və yazıçıları,  artistlər və  rəssamlar iştirak edirdilər. 
Geniş  proqramlı  “Türk  gecələri”ndə  türk  xalqlarının  etnoqrafi­
yasına  və  məişətinə  həsr  olunmuş  “Türk  ocağı”,  “Türkmən 
çadrası”,  “Atəşgah”,  “Şərq  salonları”  kimi  sərgilər  də  nümayiş 
etdirilirdi (8,  s.  92).  Xüsusi bir komissiya tərəfindən təşkil edilən 
bu proqramlarda müxtəlif türk boylarının  musiqisindən parçalar 
səsləndirilir, Azərbaycan, Türkiyə və Tatarıstanın şair, rəssam və 
aktyorlarının  iştirak  etdiyi  teatr  tamaşaları  verilirdi.  Səhnəyə 
qoyulan  əsərlərin  adları  da  maraq  çəkici  idi:  “Azərbaycan 
istiqlalı”,  “Türk tipləri”,  “Türk qadınının dünyası”, “Milli birlik” 
və  s.  Yuxarı  səviyyəli  hökumət  səlahiyyətlilərinin  bu  konsert 
proqramlarında  aktiv  olaraq  iştirak  etməsi  türkçülüyün  dövlət 
siyasəti  olduğunun  bir  göstəricisi  idi  (143,  s.  139).  “Türk 
gecələri”  konsertlərində M.Ə.Rəsulzadə məsul  müdir kimi  çıxış 
edirdi.  Gecələrin bədii tərtibat hissəsinə  Əzim  Əzimzadə,  ədəbi-
178


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə