Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə60/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

vəkal hissəyə “Yaşıl  qələm”  cəmiyyətinin üzvləri rəhbərlik edir­
dilər (9,  s. 410).
Mədəniyyət  quruculuğunun  həyata  keçirilməsində  elm  və 
təhsil  sahəsində  ali  təhsilli  milli  kadrlar  hazırlığı  məsələsi  daha 
çox narahatlıq doğurmuşdur.  Bir sıra tədbirlərlə yanaşı, yüz nəfər 
azərbaycanlı  gəncin  xarici  ölkələrin  ali  məktəblərində  təhsil 
almasına qərar verilməsi də mədəniyyət tariximizdə əlamətdar bir 
hadisəyə  çevrilmişdir.  Belə  ki, Parlamentin  1919-cu il  sentyabrın 
1-də  keçirilən  70-ci  iclasında  universitetinin  təsisi  ilə  yanaşı, 
1919-1920-ci  tədris  ilindən  başlayaraq,  yüz  nəfərin  xarici 
ölkələrin nüfuzlu  ali  məktəblərinə göndərilməsi  haqqında məsələ 
də  müzakirə  edilmişdir.  Əhməd  bəy  Pepinovun  məruzəsinin 
müzakirəsində  iştirak  edən  ziyalılar iqtisadiyyatın,  elm,  təhsil  və 
mədəniyyətin gələcək inkişafı üçün tələbələrin xarici  ölkələrdə ali 
təhsil  almağa göndərilməsinin  əhəmiyyətini vurğulamışlar.  Parla­
mentin  stenoqrafik  hesabatlarında  (11,  s.  71-75)  bu  məsələ  ilə 
bağlı geniş məlumat verilmişdir.
Xaricə  göndəriləcək  tələbələri  seçmək  üçün  Xalq  Maarifi 
Nazirliyi  yanında  M.Ə.Rəsulzadə  (sədr),  Əhməd  bəy  Pepinov, 
Qara  bəy  Qarabəyli,  Mehdi  bəy  Hacınski  və  Abdulla  bəy 
Əfəndizadədən ibarət  çox nüfuzlu münsiflər heyəti  yaradılmış­
dı.  Münsiflər  heyətinin  diqqətlə  seçdiyi  tələbələrdən  10  nəfə­
rinin İngiltərəyə,  23  nəfərinin İtaliyaya,  45  nəfərinin Fransaya, 
9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə 
isə  Xalq  Maarifi  Nazirliyi  tərəfindən  xaricə  göndərilən  tələbə­
lərdən  49  nəfərinə  Almaniyanın,  27  nəfərinə Fransanın,  4  nəfə­
rinə İtaliyanın,  1  nəfərinə İngiltərənin,  6  nəfərinə isə  Türkiyənin 
müxtəlif  ali  məktəblərinə  göndərilmələri  barədə  rəsmi  sənəd 
verilmişdi.  Qalan  13  nəfər  isə  Rusiyaya  göndərilməli  idi. 
Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə 
oraya tələbə göndərmək mümkün olmamışdı (9, s.  15).
Sözügedən  komissiya  üzvləri  Xalq  Maarifi  Nazirliyində 
tələbələrin  seçilməsi  məsələləri  ilə  məşğul  idilər.  Bu  sahədə 
nazirliyin  nəzdində  olan  “Yaşıl  qələm”  cəmiyyətinin  də  rolu
179


böyük  idi.  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrünün  “Yazı­
çılar  birliyi”  hesab  edə  biləcəyimiz  bu  cəmiyyətin  təsis 
toplantısı  1919-cu  il  avqust  ayının  26-da  keçirilmişdi.  Təsis 
yığıncağında  Seyid  Hüseyn,  Məhəmməd  Ağaoğlu,  Ümmugül- 
süm,  Əli  Yusif,  Mirzə Bala Məmmədzadə  idarə  heyətinə  seçil­
mişdilər.  Seyid  Hüseyn  yekdilliklə  sədr  olmuşdu.  Cəmiyyətin 
iclaslarında 
M.Ə.Rəsulzadə, 
H.Ağayev, 
Ü.Hacıbəyov, 
H.Cavid,  Ə.Cavad,  C.Cabbarlı,  S.Mümtaz,  A.Şaiq və başqaları 
iştirak edirdilər (55,  s. 26).
Türk-islam  aləmində  o  vaxta  qədər  bənzəri  olmayan  və 
milli  tariximizə  28  may  1918-ci  il  İstiqlal  Bəyannaməsi  ilə 
daxil  olmuş  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  qısa bir 
müddət ərzində dövlət quruluşunun təməli hesab olunan bir çox 
tədbirləri  həyata  keçirməyə  müvəffəq  olmuşdur.  İstiqlal 
Bəyannaməsinin  elan  edildiyi  gündən  dövlət  rəmzlərinin 
yaradılmasına xüsusi  önəm  verilmiş,  ən mühüm  dövlət  atribut­
larından  biri  kimi  Dövlət  bayrağının  qəbul  edilməsi  daha  tez 
həyata  keçirilmişdir.  Hökumət  1919-cu  il  martın  23-də  dövlət 
gerbinin və üzərində  dövlətin  adı  və  gerbi  təsvir  edilən  dövlət 
möhürünün  layihələrini  hazırlamaq  məqsədilə  müsabiqə  elan 
olunması  barədə  qərar  qəbul  etmişdi.  Çox  güman  ki,  müsabi­
qəyə  göndərilən  layihələrin  heç  biri  bəyənilmədiyindən  qəbul 
edilməmişdi. Buna görə də hökumət hərbi  ordenlər,  milli himn, 
dövlət  gerbi  və  möhürü  üçün  layihələrin  hazırlanması  üçün 
yeni müsabiqə elan olunması barədə qərar çıxarmışdır (8,  s.  92; 
26,  s.  7; 27,  s.  80-86).
Apardığımız  tədqiqatlar bizə bir faktı  əminliklə  söyləməyə 
əsas  verir  ki,  çox  mürəkkəb  şəraitdə  fəaliyyət  göstərməsinə 
baxmayaraq  Azərbaycan  Xalq  Cümhuriyyətinin  parlament  və 
hökuməti  elmin, təhsilin, xalq maarifinin inkişafını  diqqət mər­
kəzində  saxlamışdır.  Mədəniyyət  quruculuğu  prosesini  dövlət­
çiliyin tələblərinə uyğun istiqamətə yönəltmək üçün Cümhuriy­
yət  hökumətinin  həyata  keçirdiyi  ilk  tədbirlərdən  biri  təhsil 
müəssisələrinin  milliləşdirilməsi  olmuşdur.  Eyni  zamanda
180


ölkənin  ayrı-ayrı  yerlərində  müxtəlif pillədən  olan  məktəblər, 
gimnaziyalar,  qız  məktəbləri,  uşaq  bağçaları,  qısamüddətli 
müəllim  kursları,  teatrlar,  kitabxanalar  və  muzeylər  açılmış, 
milli  mədəniyyəti  tədqiq  və  təbliğ  edən  müxtəlif cəmiyyətlər 
yaradılmışdır.  Ali  məktəb  təsis  edilmiş,  mədəniyyət  quruculu­
ğunu  uğurla  həyata  keçirmək  və  ölkəni  yüksək  ixtisaslı 
kadrlarla təmin  etmək  məqsədilə  dünyanın  ən tanınmış  elm və 
təhsil ocaqlarına tələbələr göndərilmişdir.
Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranması  Azərbaycan 
xalqının  milli  dövlətçilik  və  özünüdərkinin  inkişafı  tarixində 
misilsiz bir hadisə idi.  Onun mövcudluğu millətin bütün  sosial 
təbəqələrində  sevinclə  duyulmuş,  fəaliyyəti  cəmiyyətin  bütün 
qurumlarına,  milli  həyatın  hər  sahəsinə  nüfuz  etmişdi.  Azər­
baycan  Xalq  Cümhuriyyəti  öz  fəaliyyətində  milli  mədəniyyə­
tin,  o  cümlədən  təhsilin,  ədəbiyyat  və  incəsənətin  inkişaf 
etdirilməsinə  xüsusi  diqqət  yetirmişdir.  Faktlar  Azərbaycan 
parlamenti və hökumətinin sosial-mədəni  sahənin köklü inkişaf 
etdirilməsi  üçün  sistemli  və  məqsədyönlü  şəkildə iş  apardığına 
dəlalət  edir.  Müharibə  və  daxili  qarma-qarışıqlıq  nəticəsində 
dağıdılmış  məktəb  şəbəkəsinin  bərpa  edilməsi,  məktəblərin 
yeni  şəraitə  uyğunlaşdırılması,  təhsil  müəssisələrinin  milliləş­
dirilməsi,  milli  incəsənətə  kömək  göstərilməsi  və  s.  bu  kimi 
sahələrdə  hökumət  tərəfindən  mühüm  quruculuq  tədbirləri 
görülmüşdür.  Belə  şəraitdə  məktəb  sisteminin  dağıdılmasını 
dayandırmaq,  maarif  və  mədəniyyət  sisteminin  işini  xalqın 
milli  mənafelərinə  yönəltmək  hökumət  qarşısında  duran 
mühüm  vəzifələrdən  olmuşdur.  Xüsusilə  də,  görülmüş  işlərin 
ziddiyyətli  tarixi  şərait,  mürəkkəb  ictimai-siyasi vəziyyət və 23 
aylıq  qısa  bir  zaman  kontekstində  dəyərləndirilməsi  bizə  belə 
bir  danılmaz  həqiqəti  söyləməyə  imkan  verir  ki,  Azərbaycan 
Xalq  Cümhuriyyəti  həyata  keçirdiyi  mədəniyyət  quruculuğu 
zamanına görə fövqəladə mədəniyyət hadisəsi idi.
181


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə