Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə62/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   58   59   60   61   62   63   64   65   66

sənət zənginliyinin,  adət-ənənələrinin yaratdığı  ortaq bir dəyər­
lər  məcmusudur.  Millətlərin  ölməzlik  məsələsinin  ana  ünsürü 
milli  mədəniyyətdir.  Bu  mədəniyyətə  sahib  çıxan  millətlər, 
demək ki,  milli varlıq məsələsini  həll  etmişlər.  Millətlərə həyat 
verən,  milli  birliyi  canlı  tutan  milli  mədəniyyətin  qüdrətidir. 
Bir millətin  var  ola  bilməsi,  dünya millətlərinə varlığını  qəbul 
etdirə  bilməsi  üçün,  həmin  millət  mədəni  dəyərlərini  elmi 
şəkildə  araşdırmaq,  tanıtmaq,  yaradıcı  şəkildə  yanaşaraq 
inkişaf etdirmək məcburiyyətindədir.
Milli  varlığın,  milli birliyin,  milli mədəniyyətin ən davamlı 
daşıyıcısı  dildir. Dil  deyərkən, ilk növbədə nəinki tərkib  hissəsi 
olduğu  mədəniyyət,  həm  də  məhz  məxsus  olduğu  millət  göz 
önünə  gəlir.  Dil  daima  bir  millətin  təməlini  təşkil  edir.  Bu 
nöqtədə  dil,  millət və milliyyət məfhumları  ilə  birləşməkdədir. 
Yəni  dil,  millət,  milliyyət və milli  mədəniyyət bir bütündür ki, 
tamamən  bir-biri  ilə  qaynayıb-qarışmış,  birləşmişdir.  Milliy­
yətin  təyinində  ən  mühüm  amil  olması  səbəbindəndir  ki,  dillə 
millət  məfhumları  çox  vaxt  eyni  anlamlarda  qavranılır.  Bu 
prinsip  əksər  sosioloq,  kulturoloq  və  digər  fikir  adamları 
tərəfindən mənimsənilmişdir.
XX  əsrin  əvvəllərindən  etibarən  milli  özünüdərk,  özünə- 
qayıdış  prosesi  sürətlənmiş,  milli  mədəniyyətimizin  qorunması 
və  inkişafı  yolunda  mübarizədə  xalqın  müqaviməti  artmış  və 
nəticədə  Azərbaycan  bəşər  mədəniyyəti  tarixindəki  mövqeyini 
saxlamağa müvəffəq  olmuşdur.  Tədricən iqtisadi  qüdrətə,  siya­
si  fəallığa,  mədəni  intibaha nail  olmuş  Azərbaycanda görkəmli 
şəxsiyyətlərin  yetişməsi  üçün  münbit mühit yaranmışdır.  Milli 
ruhlu  zənginlərin  və  demokratik  ziyalıların  həmrəyliyi 
nəticəsində xalq istiqlalın zərurətini dərk etməyə başlamışdır.
Millət  olma  heysiyyətini  qazanmış  cəmiyyətlərdə  millətin 
özünəməxsus bir tərzi,  özünə xas fiziki və ruhi  strukturu tarixin 
dərinliklərindən bu yana gəlmiş və millət fərdlərində müştərək 
bir  düşüncə  və  davranış  örnəyi  olaraq  ortaya  çıxmışdır.  Buna 
müştərək  kültür  və  ya  milli  mədəniyyət  də  deyə  bilərik.  Milli
185


mədəniyyət  sayəsində  fərdlər  fərdilikdən  qurtularaq  özlərini 
şüurlu surətdə mənsub  olduğu millətin bir parçası hesab  edirlər. 
Çünki milli mədəniyyət elə bir dinamik gücdür ki,  ona sevgi ilə 
yanaşanları  milliləşdirir,  yabançı  qalanları  isə  kənara  ataraq 
uzaqlaşdırır.
Milli  istiqlalına  sahib  olmuş  Azərbaycan  xalqının  türk 
dilinə və islam  dininə  sadiqliyi,  türkəsilli  və müsəlman xalqlar 
arasında  həmrəylik  hissinin  inkişafı,  Avropada  inkişaf  etmiş 
müasirləşmə  prinsiplərindən  bəhrələnmək  kimi  vəzifələr  milli 
ideologiyanın əsaslarını təşkil  etmişdir. Bu milli ideologiya XX 
əsrin  sonlarında  da  dövlət  müstəqilliyini  bərpa  edən  Azərbay­
can xalqının  qarşısında  duran vəzifələrin  siyasi  mahiyyətindən 
irəli  gəlirdi.  O  dövr  üçün  aktual  olan  və  indi  də  Azərbaycan 
cəmiyyəti  üçün  öz  aktuallığını  itirməyən  bu  milli  ideologiya 
prinsiplərinin  rəmzləri  dövlət  bayrağında  öz  əksini  tapmışdır: 
türkçülük  və  türk  həmrəyliyi,  islam  və  islam  həmrəyliyi, 
müstəqillik və müasirləşmək.
Azərbaycanın  nümayəndələri  hələ  Rusiya  parlamentariz- 
minin  təşəkkülündə  və  inkişafında  iştirak  edərək  parlamentar 
fəaliyyət  sahəsində  zəngin  təcrübə  qazanmışdılar.  “Türkləş- 
mək,  islamlaşmaq  və  müasirləşmək”  düsturu  altında  inkişaf 
edən  Azərbaycan  cəmiyyəti  isə  arxasını  Rusiyaya,  üzünü  isə 
Qərbi  Avropaya  çevirmişdi.  Belə  bir  inkişaf seyri  nəticəsində 
Azərbaycan  xalqı  Rusiyanın  əsarətindən  qurtulmuş  və  Qərbi 
Avropanın  demokratik  prinsiplərinə  əsaslanan  müstəqil  və 
mədəni  bir  dövlət  qurmağa  müvəffəq  olmuşdu.  Bu  təcrübə 
xalqa  səyləri  birləşdirərək  qısa  müddətdə  Azərbaycan  Xalq 
Cümhuriyyətini  yaratmağa  imkan  verdi  ki,  bu  tarixi  hadisə  də 
XX  əsrin  əvvəllərində  Azərbaycan  xalqının  azadlıq  və  müstə­
qillik uğrunda apardığı mübarizənin qanunauyğun yekunu idi.
Millət  keyfiyyətinə  layiq  bir  cəmiyyət  olmadan  milli 
mədəniyyət,  bundan  məhrum  olaraq  da  millət  var  ola  bilməz. 
Millət  olma  keyfiyyəti  baxımından  bir  cəmiyyət,  ilk  növbədə 
milli-mədəni birliyin məhsuludur. Bunun üçün hər şeydən öncə
186


dövlət,  parlament,  hökumət  səviyyəsində  bir  “millət  və 
milliyyət”  və  bir  “milli  mədəniyyət”  zərurətinin  dərk  edilməsi 
lazımdır.  Milli  Azərbaycan  dövlətçiliyinin  ideoloqları  da  bu 
fikri  təsdiqləmişlər  ki,  “milli  dövlət  kültür  yaradıcılığının  ən 
yüksək  şəklidir”,  “kültür  nizamının  ən  yüksək təzahürü  dövlət 
nizamıdır”, “millətsiz dövlət olmadığı kimi,  dövlətsiz millət də, 
hələ  millət  deyil,  toplumdur”.  Bu  mənada  Azərbaycan  Xalq 
Cümhuriyyəti  xalqımızın  azadlıq  hərəkatı  tarixində  dərin  iz 
qoydu  və  sübut  etdi  ki,  ən  qəddar  müstəmləkə  və  repressiya 
rejimləri  belə  Azərbaycan  xalqının  azadlıq  ideallarını  və 
müstəqil  dövlətçilik  ənənələrini  məhv  etməyə  qadir  deyildir. 
Çünki  bu  demokratik  cümhuriyyət  humanitar  milli  ənənənin, 
ədəbi,  hüquqi,  fəlsəfi  fikrin,  milli  “mən”  və  milli  dövlət 
şüurunun, bütövlükdə “xalqın azadlıq hərəkatının tarixən qanu­
nauyğun  və  məntiqi  yekunu  kimi  təşəkkül  tapmışdı.  Xalq 
hakimiyyəti,  respublika  və  sosial-demokratiya  istiqamətində 
ümumbəşəri  tərəqqinin  həm  Qərb,  həm  də  Rusiya  və  Şərq 
meyllərini  öz  məzmununda birləşdirirdi.  Ona  görə  də  cəmi  23 
ay  fəaliyyət  göstərməsinə  baxmayaraq  Azərbaycan  Xalq 
Cümhuriyyəti  sonrakı nəsillərə zəngin bir milli dövlət təcrübəsi 
və  mədəniyyət  quruculuğunun bütün  sahələrində tarixi varislik 
ənənəsi  qoydu.  Taleyin  bütün  amansızlıqlarına  sinə  gərən, 
həyatın  hər  bir  məhrumiyyətinə  qatlaşan  Cümhuriyyət  müca­
hidləri  Azərbaycanın  milli  dövlətinin  bərpasına  və  istiqlal 
ideyalarının yenidən qələbə çalacağına olan inamlarını heç vaxt 
itirmədilər.  Bütün  Şərqdə,  о  cümlədən  türk-islam  dünyasında 
ilk  demokratik,  hüquqi  və  dünyəvi  dövlət  nümunəsi  olan 
Azərbaycan  Xalq  Cümhuriyyəti  özünün  siyasi  quruluşuna, 
həyata  keçirdiyi  demokratik  dövlət  quruculuğu  tədbirlərinə, 
həmçinin  qarşısına qoyduğu məqsəd və vəzifələrə görə  də  Av­
ropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.
Azərbaycan  milli  dövlətçiliyinin baniləri  üçün  milli  dövlə­
tin başlıca ölçüsü və meyarı milli mədəniyyətdən  ibarət olmuş­
dur.  Ona görə  də çox mürəkkəb  şəraitdə fəaliyyət göstərməsinə
187


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə