Tarixi-mədəni mühit və milli şüur
XX əsrin əvvəllərindən etibarən Rusiyanın türk-müsəlman
xalqlarında milli düşüncəyə qayıdış prosesi geniş miqyas alırdı.
Tədqiqatçıların bir qismi həmin dövrə aid milli düşüncə anla
yışını xarakterizə edərkən etnik düşüncə ilə dini düşüncənin
müasir təfəkkür tərzində vəhdətini nəzərdə tuturlar. Bu mənada
Azərbaycanda Qərbə baxış və ya Avropa mədəniyyətinin təcrü
bəsindən faydalanma təcrübəsi özünü ilk növbədə Osmanlı
nümunəsində ortaya qoymaqdadır. Məsələyə digər tərəfdən
baxıldıqda isə görürük ki, Osmanlı imperiyasında da milli dü
şüncə ilk növbədə Rusiya türkləri vasitəsilə gündəmə gəlmiş
dir. Bu mənada Azərbaycanda türk şüurunun yaranması bəzi
tədqiqatçıların iddia etdiyi kimi heç də Türkiyədən gəlmiş
emissarların xidməti deyildi (15, s. 17). Bu proses, ilk növbədə,
keçmiş Rusiya imperiyasının türk xalqları arasında müşahidə
olunan “milli ruhun güclü yüksəlişi” (79, s. 102) ilə bağlı idi.
Çar Rusiyasında türkçülük ideyasının yayılmasına təkan verən
əsas amillərdən biri isə türklərə qarşı ruslaşdırma və xristian
laşdırma siyasəti idi. Rusiya imperiyası tərkibində türkçülük bir
neçə istiqamətdə özünü büruzə verirdi. Belə ki, başlanğıcda
türklərə də sadəcə xaçpərəst xalqlarla bərabər hüquq verilməsi
məsələsi qaldırılırdısa, getdikcə bu proses türk xalqlarının
Rusiya tərkibində muxtariyyət hüququ uğrunda mübarizəsinə
çevrildi və sonda türk xalqları milli istiqlal davasına başladılar.
Bu dövrdə Azərbaycan türklərinin özünüdərketmə, maarif
lənmə, həmrəylik meyllərinə istiqamət verən ziyalılar müxtəlif
konsepsiyalarla çıxış etsələr də, ümumi gedişat milli bir məcra
ya yönəlirdi. Türk dilində maariflənmə işinə daha çox diqqət
yetirilməsi, milli məktəblərin yaradılması istiqamətdə uğurlu
addımların atılması, mətbuat sahəsində bu vaxtadək görünmə
miş bir canlanmanın müşahidə edilməsi, türk dilində dramatur
giya, teatr, opera, operettanın inkişafı və digər mədəni-maarif
fəaliyyətləri Azərbaycan türklərinin milli özünüdərkinin mü
hüm amilləri idi.
53
Milli düşüncəni və adət-ənənələri inkişaf etdirmək, ümumi
türk xalqını vahid bir sistem şəklində dərk etmək, türk xalqları
arasında dil və kültür birliyini inkişaf etdirmək ideyalarının
cəmiyyətdə özünə sosial baza tapması artıq türkçülük meyl
lərinin yaranması idi. Bu meyl heç də xalqın islam dininə olan
etiqadını zəiflətmir, əslində tarixən bir-birinə daha sıx bağlı
olmuş türk xalqlarının min illik inanclarına yeni bir rəng
qataraq imanlarını daha da kamilləşdirirdi. Doğrudur, siyasi
türkçülüyün baniləri azərbaycanlıları müstəqil və əlahiddə bir
millət kimi deyil, “vahid türk millət”inin tərkib hissəsi kimi
qəbul edirdilər. Lakin Ə.Hüseynzadə və Ə.Ağaoğlu tərəfindən
irəli sürülmüş ümumtürk ideyaları türklərin milli mənlik
şüurunun ümummüsəlman kontekstindən aralanması prosesini
sürətləndirərək, bununla da, gələcəkdə azərbaycanlıların milli
özünüdərkinin formalaşması üçün zəmin yaratmış oldu.
Milli düşüncənin türkçülük istiqamətində inkişafını islam
dan imtina kimi qələmə vermək istəyən tədqiqatçılar çox vaxt
bu təmayülü “pantürkizm” və ya “panturanizm” kimi təqdim
edərək burada adətən anti-humanist və anti-demokratik ünsür
lər axtarmağa çalışırdılar. Əslində isə türkçülük ideyasının
təməlində heç bir zaman kiməsə qarşı heç bir aqressiv məqsəd
olmamışdır. Sonrada bu ideyadan siyasi məqsədlər üçün
yararlanmaq istəyənlər də olmuşdur. Bu mənada türkçülüyün
dövlətçilik ideyası üç mərhələdən keçmişdir: Rus imperiyası
tərkibində muxtariyyət ideyası, Osmanlı imperiyası şəklində
birləşmək ideyası və türk xalqlarının hər birinin müstəqil
şəkildə inkişafını təmin edəcək milli istiqlal mərhələsi.
Təbii ki, bu ideyaların heç birindən məqsəd “dünyanı zəbt
etmək”, yaxud “başqa xalqlardan öz üstünlüyünü təsdiq et-
mək”dən ibarət deyildi. Əsas məqsəd, birləşərək, etnik həmrəy
liyə nail olaraq, rus çarizminin istismarından, cəhalətdən, geri
likdən qurtararaq müasirləşmək, dövlətçiliyi və milli düşüncə
yaddaşını bərpa etməkdən ibarət olmuşdur. Yalnız bütün türk
xalqları bir dövlətdə birləşməlidirlər, yoxsa hər bir xalq öz
54
dövlətini yaratmalıdır dilemması qarşısında qalan ziyalılar bir
müddət problemin müzakirəsi ilə məşğul oldular. Lakin tarixi
gedişat və dünyanın diktə etdiyi gerçəklik ilk mərhələdə türk
xalqlarını vahid ideallar mövqeyindən birləşdirərək inkişaf və
azadlıq yoluna çıxartdı, sonra isə hər bir türk xalqı öz müstəqil
dövlətini qurmaq uğrunda mübarizəyə başladı.
Türkçülüklə bağlı tədqiqat əsərlərində (28; 29; 97) türkçü
lüyün ideoloqlarından əsasən dörd nəfərin adı çəkilir: İsmayıl
bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Yusif Akçura və Ziya
Göyalp. İ.Qaspıralı türkçülüyün mahiyyətini “Dildə, fikirdə,
işdə birlik” deyimində görürdü ki, bu düsturda dilin ortaq
inkişafını, milli düşüncənin vahid türk düşüncəsi kontekstində
formalaşmasını və nəzəri ideyaların əməli fəaliyyətə tətbiqində
birliyi ön plana çəkirdi. Göründüyü kimi, burada türk birliyinə
siyasi rəng qatacaq heç bir element yoxdur. Ə.Hüseynzadə isə
əvvəldən milli düşüncə tərəfdarı olmaqla bütün türk xalqlarının
osmanlıcanı ədəbi dil kimi mənimsəmələrinə çalışmışdır. Bu
nunla yanaşı, həm də islam birliyi tərəfdarı olan Ə.Hüseynzadə
bütün türk xalqlarını azadlıq uğrunda mübarizəyə səsləyirdi.
Bu şəxslərin əsas məqsədi tarixən mövcud olmuş türk milli
düşüncəsinə, birliyinə və həmrəyliyinə yeni can və ruh vermək
olmuşdur. Klassik türkçülük dövrünün təmsilçilərinin əsas
ideya istiqaməti, hətta siyasi baxımdan da bütün türk xalqlarını
ehtiva edirdisə, sonrakı dövrün türkçülərində milli istiqlal
ideyası ön plana çıxır. Belə demək mümkündürsə, artıq siyasi
“pantürkizm” öz yerini daha çox milli-mənəvi birlik kon
tekstindən dəyərləndirilən turançılığa buraxdı. Türkçülüyün
geniş siyasi dərki Türkiyədə “türkiyəçilik”, Azərbaycanda isə
“azərabcançılıq” şəklində anlaşılmağa başlandı. Həm Türki
yədə, həm də Azərbaycanda bu ideologiya tərəfdarları (Ata
türk, Ə.Topçubaşov, N.Usubbəyov, M.Ə.Rəsulzadə, F.Xoyski,
N.Nərimanov və b.) dünyanın siyasi gerçəkliklərindən çıxış
edirdilər ki, hadisələrin sonrakı gedişatı da onların haqlı
olduqlarını təsdiqlədi.
55
Dostları ilə paylaş: |