Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə19/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

Azərbaycanda milli  şüurun  oyanmasının XX  əsrin  əvvəllə­
rində  reallaşması  faktına  əsaslanan  tədqiqatçı  A.Əliyevaya 
görə,  Abbasqulu ağa kimi  Mirzə Fətəli  Axundovun  əsərlərində 
milli  şüur,  millət  anlayışı  hələ yox  idi.  Tez-tez işlətdiyi  “İslam 
xalqı”,  “İslam  milləti”,  “Müsəlmanlar”,  “Müsəlman  tayfaları” 
kimi ifadələr müsəlman xalqları  əhatə edirdi və  sırf ümmətçilik 
prinsiplərinə  dayanırdı.  “Qətiyyətlə  demək olar ki,  Bakıxanov, 
M.F.Axundov  və  Zərdabi  dövrü  Azərbaycanda  ümmətçilik 
dövrü kimi  səciyyələndirilə bilər.  Mirzə Fətəli  Axundovu  Şərq 
xalqlarının,  xüsusilə,  vətən  saydığı  İranın,  “İran  millətinin” 
gələcəyi  düşündürürdü.  “İran  milləti”  dedikdə  o,  İranda  yaşa­
yan  bütün  xalqları  nəzərdə  tuturdu,  özünü  də  bu  millətə  mən­
sub  sayırdı”  (28,  s.  90;  5,  s.  183).  Yeri  gəlmişkən,  Ə.Ağaoğlu 
da  məlum  səbəblər  üzündən  Fransa  dövrü  yaradıcılığında 
özünü  iranlı  milli  kimliyinə  bağlamışdır  (2).  Bu  mənada  XX 
əsrin əvvəllərində Azərbaycan ziyalıları  milli  kimlik axtarışları 
istiqamətində ciddi işlər görürdülər.
Bəzən  tərəqqi  amili  hesab  edilən  proseslərin  arxasında  da 
Rusiyanın  gizlin  niyyətlərinin  dayanması  gerçəkliyi  bir  sıra 
tarixi  faktlarla  təsdiqlənməkdədir.  Məsələn,  Çar  Rusiyası 
Quzey  Azərbaycanda  fars  dilinin  nüfuzunu  zəiflətmək,  ölkəni 
İran, Türkiyə təsirindən uzaqlaşdırmaq üçün ədəbiyyatın “tatar- 
ca”,  Azərbaycan türkcəsində yaradılmasını  məqsədəuyğun  say­
mışdır.  M.F.Axundov bu tələbin ilk və ən uğurlu icraçılarından 
biri kimi çıxış  edirdi  (28,  s.  93).  Yazdığı komediyaların Qafqaz 
valisi  M.S.Vorontsovun  diqqətini  cəlb  etməsi,  bu  əsərlərə görə 
maaşının  500  manat  artırılması,  komediyaların  Vorontsovun 
əmri  ilə xəzinə hesabına çap olunması və Tiflis teatrında tama­
şaya  qoyulması  faktları  barədə  M.F.Axundovun  öz  qeydlərin­
dən  də  bilgi  ala  bilirik  (5,  s.  51).  O,  bütün  yaradıcılığı  boyu 
yazdıqlarının  rus  hökuməti  üçün “faydasız  olmaması”  qayğısı­
na  qalmaq  məcburiyyətində  idi.  Yazdıqlarının  bu  hökumətin 
siyasətinə  uyğun  gəlməsinə  çalışırdı.  “Kəmalüddövlə  məktub­
laranda  başqa  dinləri  kəskin  tənqid  etdiyi  halda,  xristianlıq
56


əleyhinə  bir  kəlmə  də  yazmaması,  “ərəblərin  mənfur  dininə 
qarşı”  olduqca  sərt  davranması  həm  də  rus  hökumətinin  təd­
birlərinə  qarşı  çıxmamaq  məqsədi  güdürdü.  Tədqiqatçı  A.Əli- 
yeva  bu  gerçəkliyi  nəzərdə  tutaraq  yazır  ki,  “bütün  bunlar 
zamanla,  dövrlə,  mövcud  şəraitlə  şərtlənirdi  və  M.F.Axundov 
bu tələblərlə hesablaşmaya bilməzdi”  (28,  s.  93). M.F.Axundov 
Azərbaycanda  elmin,  maarifin  yayılmasında  islam  dinini 
başlıca  maneə  sayır,  dövrün  əsas  fikir  cərəyanlarından  olan 
islamlaşmağa  qarşı  çıxırdı.  Lakin  bu  birtərəfli  baxış  onun 
müasirləri  və  ardıcılları  tərəfindən  haqlı  olaraq  ciddi  etirazla 
qarşılanmışdı.  Qafqaz  şeyxülislamı  şeyx  Ə.Səlyani,  H.Zərdabi, 
İ.Qaspıralı,  Ə.Ağaoğlu,  Ə.Topçubaşov,  M.Ə.Rəsulzadə  və  s. 
islam dini ilə dünyəvi elmlər arasında heç bir ziddiyyət olmadı­
ğını,  islamın  müsəlmanların  geriliyinin  aradan  qaldırılmasına 
əsla  maneçilik  törətmədiyini  təsdiqləyirdilər  (28,  s.  94).  Təbii 
ki,  tədqiqatçıların  bu  xarakterli  tənqidlərinin  obyektiv  əsasları 
da  vardır.  Bununla  belə,  M.F.Axundovun  birmənalı  şəkildə 
dinsiz,  Allahsız  adlandırılması  və  onun  islam  dininin  düşməni 
kimi  təqdim  edilməsi  səylərinə  qarşı  çıxan  tədqiqatçılar  da 
vardır.  Məsələn,  sovet  ideoloji  prinsiplərindən  çıxış  edən 
tədqiqatçıların  əksinə  olaraq mühacir Azərbaycan ziyalılarının, 
xüsusilə  də  M.Ə.Rəsulzadə  və  M.B.Məmmədzadənin  yazıla­
rında  M.F.Axundaovun  islam  dininə  mövqeyi  tamamilə  əks 
mövqedən şərh edilir (111;  114;  115;  132;  135).
Rusiya  imperiyasının  qərəzli  mövqeyinə,  milli  özünüdərk­
etmə  prosesini  əngəlləmək  üçün  yaratdığı  bütün  çətinliklərə 
baxmayaraq,  yeniləşmə  dövrünün  mütərəqqi  irsindən  faydala­
nan ziyalılar artıq XX əsrin əvvəllərində milli  şüurun inkişafına 
təkan verən hər bir fəaliyyətə rəvac verirdilər.  Aydın məsələdir 
ki,  milli  özünüdərk  prosesinin  subyektiv  amilləri  obyektiv 
hadisələr  kontekstində  təhlil  edilməlidir.  Belə  ki,  XIX  əsrin 
sonu  və  XX  əsrin  əvvəllərində  dünyada  müşahidə  edilən 
millətçilik təmayülləri xüsusilə, müstəmləkə şəraitində yaşayan 
xalqlarda  millətçilik  ruhunun,  milli  düşüncənin,  eyniadlı  xalq­
57


lar  arasında  həmrəyliyin  bərpasına  gətirib  çıxartmışdır.  Təbii 
ki,  milli  düşüncə və  ya millətçilik  ehtiyacını  doğuran  səbəblər 
içərisində istismar,  işğal və  müstəmləkə zülmündən xilas  olma 
istəkləri  dururdu.  Eyni zamanda bu  qeyri-insani  gerçəklik fakt­
ları  “xalqların  alçaldılması  nəticəsində  toplanmış  düşüncələr­
dən,  ağrılardan  yaranıb,  onları  milli  azadlıq  yoluna  çıxartdı. 
Hakim  xalq  müstəmləkə  altında  olan  xalqı  dilindən,  dinindən, 
tarixindən  çəkindirmək  məqsədi  güdürsə,  milli  azadlıq  yoluna 
çıxan  xalq  məhz  bu  prinsipləri  öz  fəaliyyət  proqramına  daxil 
edir.  Milli  azadlıq hərəkatı milli  düşüncə amili  inkişaf etmədən 
yarana  bilməzdi.  Beləliklə,  hakim  xalqın  milli  ideologiyasına 
zidd  olaraq  müstəmləkə  altında  zülm  çəkən  xalqda  millətçilik 
ruhu  yaranır,  o  öz  növbəsində  milli  ideologiya  şəklində 
sistemləşir  və  milli  azadlıq  hərəkatının  aparıcı  qüvvəsi  olur” 
(29,  s.  162).
Fikrimizcə,  ümmətçilik  düşüncəsindən  milli  kimliyə  keçi­
din  şərtlərinə baxıldığı  zaman bir məqam  diqqətdən  qaçırılma­
malıdır.  Yəni,  milli  özünüdərk  prosesinin  start  götürməsinə 
kimi  ziyalıların  mədəni  tərəqqiyə  yönəlmiş  fəaliyyətlərini  dini 
mənsubiyyətə  istinad  edərək  aparmalarının  əsas  səbəblərindən 
biri yerli müsəlmanlar arasında dominant olan türklərdən fərqli 
olaraq  türk  olmayan  əhalinin  də  nəzərə  alınması  idi  ki,  həm­
rəylik və birlik baxımından bu amilin əhəmiyyəti, heç şübhəsiz, 
danılmazdır.  Əslində  isə  türkçülük  bir  milli  düşüncə  olaraq 
tarixən  türklərin  həmrəyliyinin  əsas  amili  olmuşdur.  Bu  amil 
bəzən  diqqətdən  yayınsa  da  tarixi  zərurət  türklük  düşüncəni 
bərpa  edərək  yenidən  gündəmə  gətirmişdir.  Tədqiq  edilən 
dövrdə  də  türkçülük  bir  neçə  istiqamətdə  təzahür  edirdi  ki, 
A.Bakıxanov,  M.Ş.Vazeh,  İ.Qutqaşınlı,  Mirzə  Kazımbəy, 
M.F.Axundov,  Q.Zakir,  S.Ə.Şirvani,  Ş.C.Əfqani, H.Zərdabi  ilə 
başladılan  bu  yolu  İ.Qaspıralı,  Ə.Hüseynzadə,  Z.Göyalp, 
Y.Akçura,  M.Ə.Rəsulzadə,  N.Yusifbəyov,  Ə.Topçubaşov, 
F.Xoyski, M.B.Məmmədzadə kimi bir çox milli  əqidə sahibləri 
uğurla davam etdirdilər.
58


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə